Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3279/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Tərtər rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnamələrinin və çıxarışların etibarsız hesab olunması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Tərtər rayon Notariat Ofisinə və Azə rbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Tərtər rayon Notariat Ofisi tərəfindən Maraqlı şəxs1, X29, X30, X31, X22, X9, X13 və X14 verilmiş vərəsəlik şəhadətnamələrinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən verilmiş çıxarışların etibarsız hesab olunması tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2025-ci il tarixli, 2(104)-1032/2025 saylı qətnaməsindən Maraqlı şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-1235/2020 saylı qətnaməsinin surətindən görünür ki, “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0221, kod nömrəsi 61109005 saylı dövlət aktında nəzərdə tutulan Tərtər rayon Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin ataları X46 və anaları X5 məxsus hissəsinə miras paya Maraqlı şəxs1, X47, X48, X49, X42, X23, X32 və X33 və X43 qanun üzrə vərəsə kimi tanınmışlar.
2. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-857/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X34 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1235 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmişdir. “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0221, kod 61109005 saylı dövlət aktında nəzərdə tutulan Tərtər rayon Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin ataları X46 və anaları X5 məxsus hissəsindən ibarət miras əmlaka Maraqlı şəxs1, X47, X48, X49, X42, X23, X32 və X33 və İddiaçı qanun üzrə vərəsə kimi tanınmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4777/2021 saylı qərarının surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)857/2021 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
4. Gən cə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-733/2022 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X34 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1235 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, irəli sürülən iddia əsassız olduğundan təmin edilməmişdir. xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X15 qalmış mirasın ölənlərin qanun üzrə birinci növbəli vərəsəsi olan İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı kimi müəyyən olunmuşdur.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4857/2022 saylı qərarının surətindən görünür ki, iddiaçı Maraqlı şəxs1 kassasiya şikayəti qismən təmin edilmiş dir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-733/2022 saylı qətnaməsi qismən – xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1, xx.xx.2014- cü il tarixdə vəfat etmiş X15 qalmış mirasın ölənlərin qanun üzrə birinci növbəli vərəsəsi olan İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı kimi müəyyən olunsun hissəsində ləğv olunmuş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
6. Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-120 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X24 vərəsəsi Maraqlı şəxs4 miras əmlakdan 1/10 hissədə pay almalıdır.
7. Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-122 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi Maraqlı şəxs4 miras əmlakdan 1/10 hissədə pay almalıdır.
8. Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-121 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X24 vərəsəsi X6 miras əmlakdan 1/10 hissədə pay almalıdır.
9. Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-123 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi X6 miras əmlakdan 1/10 hissədə pay almalıdır.
10. Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-137 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X24 vərəsəsi X35 miras əmlakdan 1/10 hissədə pay almalıdır.
11. Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-141 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi X35 miras əmlakdan 1/10 hissədə pay almalıdır.
12. Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-135 vreyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X24 vərəsəsi X16 miras əmlakdan 1/10 hissədə pay almalıdır.
13. Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-136 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi X16 miras əmlakdan 1/10 hissədə pay almalıdır.
14. Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-139 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X24 vərəsəsi X48 miras əmlakdan 1/10 hissədə pay almalıdır.
15. Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-143 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi X48 miras əmlakdan 1/10 hissədə pay almalıdır.
16. Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-140 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X24 vərəsəsi Maraqlı şəxs1 miras əmlakdan 1/10 hissədə pay almalıdır.
17. Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-144 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi Maraqlı şəxs1 miras əmlakdan 1/10 hissədə pay almalıdır.
18. Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-138 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X24 vərəsəsi X47 miras əmlakdan 1/10 hissədə pay almalıdır.
19. Tərtər rayon Notariat Ofisi tə rəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-142 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi X47 miras əmlakdan 1/10 hissədə pay almalıdır.
20. Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-153 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X24 vərəsəsi X44 miras əmlakdan 1/10 hissədə pay almalıdır.
21. Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-152 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi X44 miras əmlakdan 1/10 hissədə pay almalıdır.
22. Əmlak Məsələlə ri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarış sənədinin surətindən görünür ki, həmin sənəddə Tərtər rayon Sarov kəndində yerləşən 2,9222 ha pay torpaq sahəsinin Maraqlı şəxs1 12/60 hissədə, X29 12/60 hissədə, X30 12/60 hissədə, Maraqlı şəxs4 2/60 hissədə, X22 2/60 hissədə, X9 2/60 hissədə, X13 2/60 hissədə və X14 2/60 hissədə, X36 2/60 hissədə, X5 2/60 hissədə və İddiaçı 10/60 hissədə payları müəyyən edilmiş və mülkiyyətçi kimi göstərilmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
23. İddiaçı cavabdehlər Tərtər rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisad iyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Tərtər rayon Notariat Ofisi tərəfindən Maraqlı şəxs1, X29, X30, X31, X22, X9, X13 və X14 verilmiş vərəsəlik şəhadətnamələrinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən verilmiş çıxarışların etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 12 aprel 2001-ci il tarixli, 02 nömrəli qərarı ilə Tərtər rayonunun Sarov kəndində 2,92 ha torpaq sahəsi X24, X4, X25, İddiaçı, Maraqlı şəxs1 və X26 mülkiyyətinə verilmişdir. Mülkiyyətçilərdən X46 və X7 vəfat etmişlər. O, vərəsəlik işi açılması üçün Tərtər rayon Notariat Ofisinə müraciət edərək valideynlərinin vərəsəsi kimi tanınmış, lakin vərəsəlik şəhadətnaməsini vaxtında almamışdır. Bundan sonra Maraqlı şəxs1, X47, X48, X49, X42, X23, X32 və X33, ona və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 xx.xx.2017-ci il tarixli V110/xx.xx.2017 saylı vərəsəlik işi üzrə onun yeganə vərəsə kimi tanınmasına dair vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, torpağa mülkiyyət hüququna dair JN 0221, kod 61109005 nömrəli dövlət aktında nəzərdə tutulan Tərtər rayonu, Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin X36 və X5 məxsus hissəsinə məcburi payların tanınması barədə qət namə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1235/2020 nömrəli, 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0221 kod 61109005 saylı dövlət aktında nəzərdə tutulan Tərtər rayonu, Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin ataları X36 və anaları X5 məxsus hissəsinə miras paya Maraqlı şəxs1, X47, X48, X49, X42, X23, X32 və X33 və X17 qanun üzrə vərəsəsi kimi tanınmaları, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-857/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2(021)1235/2020 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbu l edilməklə, “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0221 kod 61109005 saylı dövlət aktında nəzərdə tutulan Tərtər rayonu, Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin ataları X36 və anaları X5 məxsus hissəsindən miras əmlaka Maraqlı şəxs1, X47, X48, X49, X42, X23, X32 və X33 və X17 qanun üzrə vərəsəsi kimi tanınmaları, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4777/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)857/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, işin həmin hissədə yenidən araşdırılması üçün apellyasi ya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)733/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməklə Bərdə Rayon Məhkəməsinin 2(021)-1235/2020 nömrəli, 03 iyun 2020-ci il tarixli qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia əsassız olduğundan təmin edilməmiş, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 və xx.xx.2014-cü il tarixdə vəfat etmiş X15 qalmış mirasın ölənlərin qanun üzrə birinci növbəli vərəsəsi olan İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4857/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-733/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qətnaməsi qismən – xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 və xx.xx.2024-cü il tarixdə vəfat etmiş X15 qalmış mirasın ölənlərin qanun üzrə birinci növbəli vərəsəsi olan onun tərəfindən faktiki qəbul edilməsi faktı kimi müəyyən olunmuş hissəsində ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə aktlarından görünür ki, Maraqlı şəxs1, X47, X48, X49, X42, X23, X32 və X33 vərəsə kimi tanınması barədə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması və iddiaçıların vərəsə kimi tanınmaları və mirasdan məcburi paylarının müəyyən edilməsi barədə iddiaları təmin olunmamışdır. Vərəsə kimi tanınmaları və mirasdan məcburi payın müəyyən edilməsi barədə iddiaları məhkəmə aktları ilə təmin olunmayan şəxsləri vərəsə kimi tanıyaraq onlara mirasdan məcburi pay almaları üçün vərəsəlik şəha dətnaməsi verən notarius qanunu kobud şəkildə pozmuş, qanuni qüvvədə olan məhkəmə aktlarının tələblərini yerinə yetirməmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-733/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qətnaməsində göstərilmişdir ki,
31. Beləliklə, iş materiallarına əsasən, onun öz valideynlərindən qalmış mirası faktiki qəbul etməsi məhkəmə iclasında araşdırılmış sübutlarla işin faktiki halı kimi öz təsdiqini tapmışdır.
32. Digər vərəsələrin isə valideynlərindən qalmış qanunla müəyyən edilmiş müddətlər ərzində faktiki qəbul etmələri barədə yalnız iddiaçıların öz izahatları mövcuddur.
33. Kollegiya qeyd edir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlar yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
34. Mülki işin materiallarının 238, 240 və 241 -ci vərəqində olan, Tərtər rayon Sarov Bələdiyyəsinin arayışlarından görünür ki, X24 adına olan torpaq sahəsinə görə sadələşdirilmiş vergiləri 2016-cı ildən 2019-cu ilədək Maraqlı şəxs1 ödəmişdir. Həmin vergiləri 2014 və 2015-ci ildə də ödənilməsinə dair Sarov Bələdiyyəsinin baza hissəsində heç bir məlumat yoxdur. Göründüyü kimi, va lideynlərinin ölümündən sonra onlardan miras qalmış mirasın qanunla müəyyən edilmiş müddət ərzində iddiaçılar tərəfindən faktiki qəbul edilməsini təsdiq edən heç bir sübut yoxdur. Qeyd edilən arayışlar isə 2016-cı ilə aid olduğundan 2014-cü ildə ölmüş valideynlərindən qalmış mirasın Maraqlı şəxs1 tərəfindən faktiki qəbul edildiyini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz.
35. Beləliklə iddiaçıların valideynlərindən qalmış mirası qanunla müəyyən edilmiş müddətlər ərzində faktiki qəbul etmələri barədə izahatları başqa heç bir əlaqəli sübutla təsdiq olunmadığından məhkəmə iddiaçıların izahatlarına həmin hissədə tənqidi yanaşır və onları irəli sürülən iddianın təmin edilməsinə əsas verən mötəbər sübutlar kimi qəbul etmir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üz rə aparılmış araşdırmaların nəticəsi kimi, irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiyası şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə iddiaçıların valideynlərindən qalmış mirası faktiki qəbul etmələri mötəbər sübutlarla təsdiq olunmur. Yalnız cavabdehin valideynlərindən qalmış mirası faktiki qəbul etməsi fakt kimi təsdiq olunur”. Qətnamədən görünür ki, məhkəmə bu nəticəyə gəlmişdir ki, miras qoyanlardan miras qalmış əmlakı hazırda o, faktiki qəbul etmişdir. Lakin, notarius məhkəmə qətnaməsində gəlinən nəticəni tanımamış, Ali Məhkəmənin qərarının Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinin onun tərəfindən mirasın faktiki qəbul edilməsi aktı kimi müəyyən olunması hissəsində lə ğv edilməsini bəhanə edərək məhkəmə aktlarından irəli gələn qanuni tələblərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4857/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə bağlı qeyd etmişdir ki, məhkəmə hazırda iddiaçı olan onun mirası faktiki qəbul edilməsini fakt kimi müəyyən olunması hissəsində ləğv etməsini də qərarında əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)4857/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki,” işə təkrar baxmış apellyasiya instansiyası məhkəməsi apellyasiyanın hədləri ilə bağlı prosessual qanunvericiliyin tələblərini pozmuş, olmayan tələb üzrə qətnamə qəbul etmişdir.
72. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti nə əsasən yoxlasa da, nəticədə birinci instansiya məhkəməsinin qətnaməsini tam ləğv edərək iddia tələbini tam rədd etmiş, olmayan tələb üzrə xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 və xx.xx.2014-cü il tarixdə vəfat etmiş X15 qalmış mirasın ölənlərin qanun üzrə birinci növbəli vərəsəsi olan onun tərəfindən faktiki qəbul edilməsinin fakt kimi müəyyən olunması qənaətinə gəlmişdir. Bununla da, Mülki Prosessual Məcəllənin dispozitivlik prinsipinin tələblərini və hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur”. Ali Məhkəmənin hüquqi mövqeyinə görə apellyasiya instansiyası İddiaçı iddiası, yəni tələbi olmadığı halda onu mirası faktiki qəbul etməsini tanımaqda prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Eyni zamanda, Ali Məhkəmə apellyasiya instansiya məhkəməsinin qətnaməsi nə əsasən hüquqi qiymət verərək 73-cü bənddə göstərmişdir ki, “kassasiya şikayətinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab etmişdir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələblə ri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır”. Bundan başqa, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(104)- 52/2024 saylı qərardadında göstərilmişdir ki, “... xx.xx.2017-ci il tarixli V110/xx.xx.2017 saylı vərəsəlik işi üzrə X15 miras qalmış əmlaklara dair o, vərəsə kimi tanınmış, Maraqlı şəxs1, X47, X48, X49, X42, X23, X32 və X10 “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0221, kod 61109005 nömrəli dövlət aktında nəzərdə tutulan Tərtər rayon Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin ataları X46 və anaları X5 məxsus hissəsinə miras paya qanun üzrə vərəsə kimi tanınmaları barədə iddia tələbləri Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)7 33/2022 nömrəli qətnaməsi ilə təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4857/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-733/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanmışdır”. Məhkəməyə aktları qanuni qüvvəyə mindikdən sonra adlarını qeyd etdiyi şəxslər Tərtər Notariat ofisinə müraciət etmişlər. Notarius məhkəmə aktlarında gəlinən hüquqi nəticəyə əhəmiyyət vermədən, vərəsə kimi tanınmayan, miras payları müəyyən edilməyən Maraqlı şəxs1, X47, X48, X49, X42, X23, X32 və X18 və onu vərəsə kimi tanıyaraq adları qeyd edilən şəxslərə vərəsəlik şəhadətnaməsi vermişdir. Hazırda Maraqlı şəxs1, X47, X48, X49, X42, X23, X32 və X2 rayon Notariat Ofisinin notariusu tərəfindən qanunsuz veril miş vərəsəlik şəhadətnamələri ilə onun qanuni sahibliyində olan 2,92 ha torpaq sahəsinin mülkiyyətlərinə verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişlər. Həmin ərəfədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə məhkəməyə müraciət etmişdir ki, reyestr xidmətinə mübahisəli torpaq sahəsinə dair çıxarışların verilməsi qadağan edilsin. Məhkəmənin qərardadına baxmayaraq reyestr xidməti notarius tərəfindən qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi verilən şəxslərə müvafiq çıxarışlar vermişdir. Hesab etmişdir ki, notarius tərəfindən verilmiş vərəsəlik şəhadətnamələri və onun əsasında verilmiş çıxarışlar qanunsuz və əsassız verildiyi üçün etibarsız hesab olunmalıdır. Göstərilənlərə əsasən Tərtər rayon Notariat Ofisi tərəfindən Maraql ı şəxs1, X29, X30, X31, X22, X9, X13 və X14 verilmiş vərəsəlik şəhadətnamələrinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən verilmiş çıxarışların etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Tərtər Rayon Məhkəməsinin 2(061)-95/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
26. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə elan olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)1235/2020 saylı qətnaməsinin surətindən görünür ki, “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0221, ko d nömrəsi 61109005 saylı dövlət aktında nəzərdə tutulan Tərtər rayon Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin ataları X46 və anaları X5 məxsus hissəsinə miras paya Maraqlı şəxs1, X47, X48, X49, X42, X23, X32 və X33 və X43 qanun üzrə vərəsə kimi tanınmışlar. Məhkəmədə elan olunmuş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-857/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X34 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1235 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmişdir. “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0221, kod 61109005 saylı dövlət aktında nəzərdə tutulan Tərtər rayon Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin ataları X46 və anaları X5 məxsus hissəsindən ibarət miras əmlaka Maraqlı şəxs1, X47, X48, X49, X42, X23, X32 və X33 və İddiaçı qanun üzrə vərəsə kimi tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)- 4777/2021 saylı qərarının surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)857/2021 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-733/2022 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X34 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tari xli, 2(021)-1235 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, irəli sürülən iddia əsassız olduğundan təmin edilməmişdir. xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X15 qalmış mirasın ölənlərin qanun üzrə birinci növbəli vərəsəsi olan İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli 2(102)-4857/2022 saylı qərarının surətindən görünür ki, iddiaçı Maraqlı şəxs1 kassasiya şikayəti qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-733/2022 saylı qətnaməsi qismən – xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X15 qalmış mirasın ölənlərin qanun üzrə birinci nö vbəli vərəsəsi olan İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı kimi müəyyən olunsun hissəsində ləğv olunmuş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətlərindən göründüyü kimi maraqlı şəxslər mərhum valideynlərindən qalmış miras əmlakın 1/10 hissəsində pay almalıdırlar. Miras əmlak Tərtər rayon Sarov kəndində yerləşən 2,922 ha pay torpaq sahəsinin xx.xx.2014-cü il tarixdə vəfat etmiş X36 məxsus olan 0,4870 hissəsindən, eləcə də xx.xx.2014-cü il tarixdə vəfat etmiş X5 məxsus olan 0,4870 hissəsindən ibarət olduğu qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeyd iyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarış sənədinin surətindən görünür ki, 2,922 ha pay torpaq sahəsi üzrə iddiaçının, mərhum valideynlərinin və maraqlı şəxslərin payları müəyyən edilmiş və adları mülkiyyətçi kimi qeyd edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə id dia tələbini sübutetmə yükü iddiaçının üzərinə düşür. İş materiallarındakı sənədlərin araşdırlması zamanı müəyyən edildi ki, iddiaçı və maraqlı şəxslər xx.xx.2014-cü il tarixdə vəfat etmiş X24 və xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 birinci dərəcəli vərəsələridirlər və onlar qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4857/2022 saylı qərarı ilə mərhum valideynlərinin vərəsələri kimi tanınmışlar. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra vərəsələr notariat ofisinə müraciət etmiş və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş və çıxarış sənədi alınmışdır.
27. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması olaraq Mülki Məcəllənin 139-1.1, 139-1.1.1, 152.1, 152.2, 152.3, 157.1, 157.2, 1243.1, 1243.2, 1243.3-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1, 9.1.1, 11.1, 12.1-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.1, 82.2, 82.3 və 233.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. İddiaçı apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(061)-95/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla, məhkəmə qətnaməsində göstərildiyi kimi maraqlı şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4857/2022 sayl ı qərarı ilə mərhum valideynlərinin vərəsələri kimi tanınmamışlar. Məhkəmə qüvvədə olan məhkəmə aktını təhrif etmişdir. Əksinə məhkəmə aktlarından görünür ki, Maraqlı şəxs1, X47, X48, X49, X42, X23, X32 və X33 vərəsəlik, mirası qəbul etmək hüquqlarını itirmişlər. Maraqlı şəxslərin vərəsə kimi tanınmaları və mirasdan məcburi payın müəyyən edilməsi barədə iddiaları məhkəmə aktları ilə təmin olunmayan şəxsləri vərəsə kimi tanıyaraq onlara mirasdan məcburi pay almaları üçün vərəsəlik şəhadətnaməsi verən notarius da, qanunu kobud şəkildə pozmuş, qanuni qüvvədə olan məhkəmə aktlarının tələblərini yerinə yetirməmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2(104)-733/2022 saylı qətnaməsində göstərilmişdir: “31. Beləliklə, iş materiallarına əsasən, İddiaçı öz validеynlərindən qalmış mirası faktiki qəbul etməsi məhkəmə iclasında araşdırılmış sübutlarla işin faktiki halı kimi öz təsdiqini tapmışdır.
32. Digər vərəsələrin (bu iş üzrə maraqlı şəxslərin) isə validеynlərindən qalmış mirasın qanunla müəyyən edilmiş müddətlər ərzində faktiki qəbul etmələri barədə yalnız iddiaçıların öz izahatları mövcuddur.
33. Kollegiya qeyd еdir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işd ə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 34.... Göründüyü kimi, valideynlərinin ölümündən sonra onlardan qalmış mirasın qanunla müəyyən edilmiş müddət ərzində iddiaçılar (bu iş üzrə maraqlı şəxslər) tərəfindən faktiki qəbul edilməsini təsdiq еdən heç bir sübut yохdur.
35. Beləliklə, iddiaçıların (bu iş üzrə maraqlı şəxslərin) validеynlərindən qalmış mirası qanunla müəyyən edilmiş müddətlər ərzində faktiki qəbul еtmələri barədə izahatları başqa heç bir əlaqəli sübutla təsdiq olunmadığından məhkəmə iddiaçıların izahatlarına həmin hissədə tənqidi yanaşır və onları irəli sürülən iddianın təmin edilməsinə əsas verən mötəbər sübutlar kimi qəbul etmir.
36. Məhk əmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə aparılmış araşdırmaların nəticəsi kimi, irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə iddiaçıların validеynlərindən qalmış mirası faktiki qəbul еtmələri mötəbər sübutlarla təsdiq оlunmur. Yalnız cavabdеhin validеynlərindən qalmış mirası faktiki qəbul еtməsi fakt kimi təsdiq оlunur.” Qətnamədən görünür ki, məhkəmə bu nəticəyə gəlmişdir ki, miras qoyanlardan miras qalmış əmlakı hazırda İddiaçı faktiki qəbul etmişdir. Lakin, notarius məhkəmə qətnaməsində gəlinən nəticəni tanımamış, Ali Məhkəmənin qərarının Gəncə Apellyasiya Məhkəməsi qətnaməsinin İddiaçı tərəfindən mirasın fak tiki qəbul edilməsi fakt kimi müəyyən olunması hissəsində ləğv edilməsini bəhanə edərək məhkəmə aktlarından irəli gələn qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə də, yol verilən qanun pozuntularını təkrarlamış və həmin xüsusatları qanuni qəbul etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ciil tarixli, 2(102)-4857/2022 saylı qərarı ilə bağlı qeyd edirik ki, məhkəmə hazırda iddiaçı olan İddiaçı mirası faktiki qəbul edilməsinin fakt kimi müəyyən olunması hissəsində ləğv etməsini qərarında belə əsaslandırmışdır: “71. Məhkəmə kollegiyası qeyd edir ki, işə təkrar baxmış apellyasiya instansiyası məhkəməsi apellyasiyanın hədləri ilə bağlı prosessual qanunvericiliyin tələblərini pozmuş, olmayan tələb üzrə qətnamə qəbul etmişdir.
72. Belə ki, apellyasiya instansiyası məhkəməsi bir inci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən yoxlasa da, nəticədə birinci instansiya məhkəməsinin qətnaməsini tam ləğv edərək iddia tələbini tam rədd etmiş, olmayan tələb üzrə - xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 və xx.xx.2014-cü il tarixdə vəfat etmiş X15 qalmış mirasın ölənlərin qanun üzrə birinci növbəli vərəsəsi olan İddiaçı tərəfindən faktiki qəbul edilməsinin fakt kimi müəyyən olunması qənaətinə gəlmişdir. Bununla da, Mülki Prosessual Məcəllənin dispozitivlik prinsipinin tələblərini və hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur.” Ali Məhkəmənin hüquqi mövqeyinə görə apellyasiya instansiyası İddiaçı iddiası, yəni tələbi olmadığı halda onu mirası faktiki qəbul etməsini tanımaqda prosessual qanunvericiliyin tələblərini pozmu şdur. Məhkəmənin bu mövqeyi İddiaçı mirası faktiki qəbul etməməsi anlamına gəlmir. Çünki, kassasiya instansiyası məhkəmənin düzgün nəticəyə gəlməsini qeyd etmir, olmayan tələb üzrə gəldiyi nəticəni prosessual pozuntu hesab etmişdir. Eyni zamanda, Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə hüquqi qiymət verərək 73-cü bəndə göstərmişdir: “Kassasiya şikayətinin digər dəlillərinə hüquqi qiymət verərək 73-cü bəndə göstərmişdir: “Kassasiya şikayətinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır.” Bundan başqa, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(104)-52/2024 saylı qərardadında da göstərilmişdir ki, “... xx.xx.2017-ci il tarixli V110/xx.xx.2017 saylı vərəsəlik işi üzrə X15 miras qalmış əmlaklara dair İddiaçı vərəsə kimi tanınmış, Maraq lı şəxs1, X47, X48, X49, X42, X23, X32 və X10 Torpağa mülkiyyət hüququna dair JN 0221 kod 61109005 saylı dövlət aktında nəzərdə tutulan Tərtər rayon Sarov kəndi ərazisində yerləşən 2.92 ha torpaq sahəsinin ataları X46 və anaları X5 məxsus hissəsinə miras paya qanun üzrə vərəsə kimi tanınmaları barədə iddia tələbləri Gəncə Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(104)-733/2022 saylı qətnaməsi ilə təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4857/2022 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(104)-733/2022 saylı qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanmışdır.” Məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra adlarını qeyd etdiyi şəxslər Tərtər notariat ofisinə müraciət et mişlər. Notarius məhkəmə aktlarında gəlinən hüquqi nəticəyə əhəmiyyət vermədən, vərəsə kimi tanınmayan, miras payları müəyyən edilməyən Maraqlı şəxs1, X37, X38, X39, X27, X11, X19, X18 və onu vərəsə tanıyaraq adları qeyd edilən şəxslərə vərəsəlik şəhadətnaməsi vermişdir. Bundan başqa, yuxarıda adları qeyd edilən məhkəmə aktları ilə Maraqlı şəxs1, X25, X26, X28, X20, X8, X12 və X10 miras əmlakdan məcburi pay almaq iddiaları təmin edilməmişdir. Həmin məhkəmə aktları hazırda baxılan bu mülki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Məhkəmə aktları ilə müəyyən edilmiş, araşdırılmış və hüquqi qiymət verilmiş faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi də eynidir. Belə ki, “Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2007-cı il tarixli Qərarında göstərilmişdir: “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” Həmin qərardakı hüquqi mövqeyə görə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkə mə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzib edilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut et mə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq mü nasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi b axılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa pro sesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən so nra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Həmçinin məhkəmənin nəzərinə çatdırılır ki, əvvəlki məhkəmə mübahisələrində eyni tərəflər arasında çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddiaya baxılmış məhkəmə aktları ilə iddia təmin edilməmişdir (məhkəmə aktları mülki işə əlavə edilmişdir). Hesab edir ki, notarius tərəfindən verilmiş vərəsəlik şəhadətnamələri və onun əsasında verilmiş çıxarışlar qanunsuz və əsassız verildiyi üçün etibarsız hesab olunmalı olduğu halda məhkəmə sübut təqdim etməməsi və iddiasını sübuta yetirməməsi kimi qeyd edərək əsassız qətnamə qəbul etmişdir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə aktlarına görə artıq sübuta ehtiyacı olmayan hal kimi maraqlı şə xslər miras əmlaka sahib olmaq hüquqlarını itirdiklərinə görə və İddiaçı mirası faktiki qəbul etmiş, mirasa sahiblik edərək idarə etdiyi üçün iddia əsaslıdır və təmin olunmalıdır. Ona görə də hesab edir ki, məhkəmənin qətnaməsi əsassız, ədalətsiz və qanunsuzdur. Bu səbəbdən məhkəmə qətnaməsi əsassız olduğuna görə ləğv edilməli, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir.
30. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1032/2025 nömrəli iş üzrə 17 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Mustafayev (sədrlik edən və məruzəçi), R.Muradov və F.Mehdiyev) Tərtər Rayon Məhkəməsinin 2(061)-95/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin 2(061)-9 5/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilmiş, X46 və X1 miras qalmış, **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Tərtər rayonu, Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin X36 və X5 məxsus hissəsinə dair Tərtər rayon Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs1 adına verilmiş 2V-140 və 2V-144 reyestr nömrəli, X29 adına verilmiş 2V-138 və 2V-142 reyestr nömrəli, X30 adına verilmiş 2V-139 və 2V-143 reyestr nömrəli, Cuquyeva (Məmmədova) Həqiqət Topuş qızının adına 2V-135 və 2V-136 reyestr nömrəli, Cuquyeva (Babayeva) Rahilə Topuş qızına adına verilmiş 2V-137 və 2V-141 reyestr nömrəli, xx.xx.2024-cü il tarixdə Cuquyeva (Qasımova) Yetər Top uş qızına adına verilmiş 2V-153 və 2V-152 reyestr nömrəli, xx.xx.2024-cü il tarixdə X28 adına verilmiş 2V-120 və 2V-122 reyestr nömrəli və Cuquyeva (Allahverdiyeva) Gülnaz Topuş qızının adına verilmiş 2V-121 və 2V123 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr etibarsız hesab edilmiş və həmin şəhadətnamələr əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli qeyd ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
32. İş materiallarından da, göründüyü kimi hazırki iş üzrə maraqlı şəxslər Maraqlı şəxs1, X47, X48, X49, X42, X23, X32 və X33 pay larının müəyyən edilməsi üçün 30 yanvar 2024-cü il tarixdə notariat ofisinə müraciət etmiş və onlara “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mərhum X46 və X7 vəfat etdikdən sonra ondan miras qalan əmlaklara dair maraqlı şəxslərə “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur.
33. Belə ki, artıq qanuni qüvvəsini almış məhkəmə Gəncə Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2(104)-733/2022 saylı qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-4857/2022 saylı qərarı ilə Maraqlı şəxs1, X47, X48, X49, X42, X23, X32 və X10 X36 və X1 qalmış mirası nə faktiki, nə də ki, rəsmi qəbul еtməmələri müəyyən edilmiş və MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
34. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmiş, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşdur.
35. Kollegiya həmçinin iddia tələbinin çıxarışların etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, etibarsızlığı tələb olunan çıxarış maraqlı şəxslərin mülkiyyət hüququnun əsasında verilmişdir. İddia tələbinin mahiyyətindən də, göründüyü kimi iddiaçı etibarsızlığını tələb etdiyi şəhadətnamələr əsasında aparılmı ş qeydin ləğvini xahiş edir. Odur ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1151.1, 1159.1, 1159.1.1, 1159.1.3, 1243.3, 1246, 1255cü maddələrinə, MPM-nin 4.1, 77.1, 88, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. Maraqlı şəxs1 (vəkil – Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayətində işin halları sadalanmış və əlavə olaraq qeyd edilmişdir ki, eyni tərəflər arasında qanuni qüvvəyə minmiş qətnamə olduğundan, həmin qətn amə əsasında notariusdan vərəsəlik şəhadətnaməsi alındığından, qətnamə üzrə paylarına uyğun olaraq miras əmlakdan paylar müəyyən edildiyindən və müvafiq çıxarışlar alınmaqla mülkiyyət hüquqlarını qeydə aldırdıqlarından, hazırkı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
41. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, y axud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
42. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
43. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
44. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
45. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
46. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
47. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
48. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (mirasın açıldığı zaman qüvvədə olmuşdur).
49. Maddə 1255 qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kas sasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi b ütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayəti üzrə araşdırma aparılmış, bu zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassas iya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
60. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş, hazırkı kassasiya şikayətində toxunulan hüquqi məsələlərə qiymət verilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyas iya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
61. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki ha llarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmış və onların dəlillərinə hüquqi qiymət verilmiş, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, bu səbəbdən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2025-ci il tarixli, 2(104)1032/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.