Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3282/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, X3 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-932/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evinə dair **********00010 nömrəli abonent kodu iddiaçının atası Əsgər Qurbanəli oğlunun adına rəsmiləşdirilmişdir.
2. İV-JQ seriyalı, 420457 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, Əsgər Qurbanəli oğlu xx.xx.1994-cü ildə vəfat etmişdir. 3. **********00010 nömrəli abonent koduna dair abonent saldosuna əsasən, ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evində sayğacdan kənar qaz xətti aşkar olunduğuna görə dəymiş ziyanın hesablanması qərara alınmış, 03/2017-ci ildə 1998 m3 qaz sərfiyyatı üçün 399,60 manat, 01/2018-ci ildə 2666 m3 qaz sərfiyyatı üçün 533,20 manat, 03/2018-ci ildə 1830 m3 qaz sərfiyyatı üçün 366 manat, 04/2018-ci ildə 910 m3 qaz sərfiyyatı üçün 182 manat, 11/2019-cu ildə 4266 m3 qaz sərfiyyatı üçün 426,60 manat, 12/2019-cu ildə 2952 m3 qaz sərfiyy atı üçün 295,20 manat, 01/2020-ci ildə 2952 m3 qaz sərfiyyatı üçün 295,20 manat, 02/2020-ci ildə 2952 m3 qaz sərfiyyatı üçün 295,20 manat, 03/2020-ci ildə 1451 m3 qaz sərfiyyatı üçün 145,10 manat, 05/2020-ci ildə 2226 m3 qaz sərfiyyatı üçün 222,60 manat, 01/2022-ci ildə 16412 m3 qaz sərfiyyatı üçün 1944 manat, 04/2022-ci ildə 18420 m3 qaz sərfiyyatı üçün 2203,20 manat borc məbləği hesablanmışdır.
4. Abonent saldosuna əsasən, ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00010) itirilmiş qazın bərpası üçün hesablanmış borcun məbləği 05/2022-ci il tarixinə 8118,48 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə mürac iət edərək, ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00010) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 8118,48 manat borcun və sayğacın dəyərinə görə tələb olunan 235,88 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbini onunla əsaslandırmışdır ki, hazırda ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evində yaşayır. Fərdi yaşayış evinə dair “Cavabdeh” İB ilə aralarında bağlanmış qazın alqı-satqısına dair müqaviləyə əsasən evdə Smart tipli, “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacının kartına müəyyən pul məbləği yükləyərkən kartın blokda olduğunun şahidi olmuş, Bakı regional qazın satışı departamentinə şifahi olaraq müraciət etdikdə bildirilmişdir ki, sayğac işlək vəziyyətdə deyil. Nəticədə abonent koduna itirilmiş qaz sərfiyyatına görə 8118,48 manat borc yazılmışdır. Evində quraşdırılan qaz sayğacına tərəfindən heç bir müdaxilə edilməyib. Belə ki, sayğac evdən çöldə yerləşir və buna dair məsuliyyəti o yox, cavabdeh təşkilat özü daşıyır. Cavabdeh təşkilat tərəfindən sayğaca nəzərət edilməli idi. “Cavabdeh” İB tərəfindən ona akt təqdim edilmişdir. Kart vasitəsi ilə həmişə ödəniş etmişdir və heç bir çətinlik olmamışdır.
7. Cavabdehin nümayəndəsi X6 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tam əsassızdır. Belə ki, İddiaçı uzun müddət təbii qazdan sayğaca müdaxilə, həmçinin sayğacdan kənar əlavə xətt vasitəsilə təbiiqazdan qeyri-qanuni istifadə etməklə “Cavabdeh” İsatehsalat Birliyinə ziyan vurmuşdur. Bununla əlaqədar qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, həmçinin müdaxilə faktını təsdiq edən sayğaca müdaxilə edilməsi haqqında rəy verilmişdir. İddiaçı təbii qazdan sayğaca müdaxilə və sayğacdan kənar əlavə qaz xətti vasitəsilə istifadə etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (İstehlakçının təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qazın dəyəri müəyyən edilərək ümumilikdə 8004,10 manat məbləğində dəymiş ziyan hesablanmış və i ddiaçının **********00010 saylı kod hesabına qeyd edilmişdir. Faktla bağlı “qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı akt, akt əsasında xx.xx.2020-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, aktla müəyyən edilmişdir ki, sayğaca müdaxilə etməklə təbii qazdan istifadə olunmuşdur. Dəymiş ziyan hesabatına görə istehlakçının qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır: 4 x 6 x 90= 2160 m3; 2160 x 0,10 man. = 216,00 man. “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman, akt əsasında sayğacın çıxış plastmas borusunun deşilməsi faktı müəyyən edilmişdir. Bununla da sayğaca müdaxilə faktı öz təsdi qini tapmışdır. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı dəymiş ziyan hesablanaraq ümumilikdə 8004,10 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Bundan əlavə qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmiş və sayğac təhlil edildikdən sonra müdaxilə faktı öz təsdiqini tapmışdır. Bununla əlaqədar olaraq MSK29/1710-00681-1 saylı rəy verilmişdir. Həmçinin sayğacın mənfiyə işləməsi nəticəsində 207 m3 (24.80man), sayğacsız hesabat aparılması nəticəsində 240 m3 (24man), qeyri-qanuni kənar xəttdən istifadə nəticəsində 7739.30 manat dəymiş ziyan hesablanaraq ümumilikdə 8004,10 manat həcmində hesabat aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2 011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra Qaydalar) 4.1 bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyriqanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar - faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X8”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, “Cavabdeh” İstehsalat Birliyinə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə(SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. 10. xx.xx.2022-ci il tarixli, 3/1063 saylı ekspert rəyinə görə, ekspertə təqdim edilmiş ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.
11. Bakı Şəhər Xətai rayon məhkəməsinin (hakim X1) 2(011)-4020/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00010) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 7718,88 (yeddi min yeddi yüz on səkkiz manat 88 qəpik) manat və sayğacın dəyərinə görə tələb olunan 235,88 (iki yüz otuz beş manat 88 qəpik) manat borcun silinməsi cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə həva lə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evində qazdan qanunsuz istifadə halının aşkar edən qazpaylayıcı (Cavabdeh) qanunla nəzərdə tutulmuş qaydada qazın verilməsini dayandıraraq, dəymiş ziyanın ödənilməsini tələb etmək, bundan sonra qazın verilməsini bərpa etmək əvəzinə, hər dəfə yeni akt tərtib etməklə kifayətlənmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 399,60 manat cərimə istisna olunmaqla, qalan aktlar üzrə hesablanmış cəmi 7718,88 manat borcun silinməsi cavabdehə həvalə edilməlidir. Bununla yanaşı, iddia tələbi qalan borcun silinməsi hissəsində əsassız olduğundan təmin edilməməli dir. Belə ki, iş materialları qalan borcun qazdan istifadəyə görə hesablandığı müəyyən olunmamış və iddiaçı buna dair heç bir sübut təqdim edə bilməmişdir Halbuki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Məhkəmə öz mövqeyini əsaslandırarkən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6, 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Şəhər Xətai rayon məhkəməsinin 2(011 )-4020/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd olunması xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qe yri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuşdur. Aşkar olunmuş faktlarla bağlı yerindəcə Birliyin əməkdaşları tərəfindən Akt tərtib olunmuşdur.Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Müvafiq olaraq hesablanmış 7.718.88 manat dəymiş ziyan könüllü ödəməsi üçün abonentin istehlakçı koduna yerləşdirilmişdir. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdehə ziyan vurmuşdur. Lakin 1-ci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində kobud səhvə yol vermişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-trosoloji ekspertizası təyin edilmişdir və rəy alınana kimi işin icraatı dayandırılmışdır.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-ci il tarixli 3/279 saylı rəyi məhkəməyə daxil olduqdan sonra işin icraatı təzələnmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Şərafət Asif qızı Məmmədovanı n sədrliyi və məruzəsi ilə, X4 və X5) 2(103)-932/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmadan, qətnamə mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, qətnamədən iddiaçı apellyasiya şikayəti verməmiş, cavabdeh isə qətnaməni iddianın təmin olunmuş hissəsində mübahisələndirərək bildirmişdir ki, 1.iddiaçı tərəfindən sayğaca müdaxilə edilmişdir.2.iddiaçı sayğacdan kənar xətt vasitəsilə qaz istehlak etmişdir. Bununla da cavabdehə zərər vurmuşdur. Məhkəmə Kollegiyası bildirmişdir ki, apellyasiya şikayətinin 1-ci dəlilinə, yəni iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi və bununla da cavabdehə zərər vurulması dəlilinə münasibətdə yuxarıda istinad olunan hüquq normalarına əsasən qiymətləndirmə apar ılmışdır.(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.) Apellyasiya şikayətinin 2-ci dəlilinə, yəni iddiaçı sayğacdan kənar xətt vasitəsilə qaz istehlak etmişdir, bununla da cavabdehə zərər vurmuşdur dəlilinə münasibətdə qeyd olunmalıdır ki, göstərilən dəlil işin faktiki halları ilə təsdiqini tapmamış, təqdim olunmuş fotoşəkillər işin faktiki hallarına uyğun olmamışdır. Göstərilənlərdən əlavə xx.xx.2022-ci il tarixli, 3/1063 saylı ekspert rəyinə görə, ekspertə təqdim edilmiş ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evində quraşdırılmış qaz sayğa cının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-ci il tarixli 3/279 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evində quraşdırılmış tədqiqata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.Qaz sayğacından kənar xəttlərin çəkilməsi müşahidə edilməmişdir.
20. Kollegiya öz mövqeyini əsaslandırarkən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə,13-cü maddəsinin 9cu bəndinə, Azərbaycan Respublikası Nazir lər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8, 6.5, 6.6 və 6.7-ci bəndlərinə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 103.1, 103.2, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-932/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəb əkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
23. İddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə məhkəmələr iddianın böyük bir qismini təmin etmişlər. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur.
24. İddiaçı ilə Cavabdeh İBarasında abonent müqaviləsi bağlanarkən müqavilənin tələblərinə əsasən iddiaçı da digər abonentlər kimi sayğacla təhciz olunmuşdur. Ancaq iddiaçı qeyd edilən müqavilənin tələblərini pozaraq Cavabdeh İB vermiş olduğu qazı qe yri-qanuni əldə edərək əsassız varlanaraq cavabdehə ziyan törətməsinə baxmayaraq məhkəməyə vermiş olduğu iddiası Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 4020/2022 saylı qətnaməsi təmin olunmuş Bakı Apellyasiya məhkəməsinin 2(103)-932/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 4020/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır
25. İddiaçı əslində əldə etdiyi Cavabdeh İB-nin mülkiyyətindəki qazdırbu qazı isə müqavilədə nəzərdə tutlmuş şəkildə yox qeyri qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş iddiaçı vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar
26. Beləki, işin halları üzrə mühüm əhəmiyyət kəsb edən abonentin saldosu düzgün və hə rtərəfli araşdırılmayıb. MM-nin 21-ci maddəsini əsas götürməklə, təqdim olunmuş sübutların obyektiv və hərtərəfli araşdırılmaması nəticəsində abonent tərəfindən heç bir ödənişin olunmadığı müəyyən olunmamışdır
27. Onu qeyd etmək istəyirəm ki, məhkəmələr işin obyektiv araşdırılmasına maraqlı olmamış mülki iş üçün nə ekspertiza keçirilmiş nə də yerli baxış həyata keçirilmişdir. Yuxarıda qeyd edilən hər hansı prosessual hərəkətləri keçirməyərək əsassız mülahizələrlə qətanmə qəbul edilmişdir.
28. Həmçinin onu da qeyd etmək istəyirəm ki, qanunvericilikdə hər bir tərəf öz tələblərini sübut etmək vəzifə kimi qeyd edilsə də, məhkəmə nə bu sübutları iddiaçıdan tələb etmiş nə də ki tərəfimizdən təqdim edilmiş sübutlara diqqət yetirmişdir. Bu da o deməkdir ki, məhkəmə qətnaməsi heç bir sübuta əsaslan madan qəbuledilmişdir.
29. Kassator kassasiya şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21,157.5-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabineti 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş“Qazdan istifadə Qaydaları”– nın 6.5-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 77, 88 və 97-ci maddələrinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu
30. Maddə
3. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə;...
31. Maddə 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçıla rının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən yeyinti məhsullarının və dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini;
32. Maddə 26.İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəx s olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.
34. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
35. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
36. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşul ma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
37. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir ) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.
38. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətb iq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
45. Maddə 418.3 Proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual norm alara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilənin əksinə məhkəmələr tərəfindən müvafiq ekspertizalar təyin olunaraq ünvan 2 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evində quraşdırılmış tədqiqata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməməsi, qaz sayğacından kənar xətlərin çəkilməsinin müşahidə edilməməsi barədə rəylər alınmış, məhkəmələr tərəfindən qətnamə qəbul edilərkən müvafiq ekspert rəylərinə də istinad olunmuşdur.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfind ən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi bqiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “Cavabdeh” İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2023-cü il tarixli 2(103)932/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar