Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3287/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxslər Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin və çıxarışın etibarsız sayılaraq ləğvi, torpaq sahəsinin qeyri-qanuni sahiblikdən götürülməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı, səlahiyyətsiz şəxs tərəfindən bağlanmış müqavilə, əqdin məcburi forma şərti, daşınmaz əşyaları əldə etmə baxımından vicdanlılıq) Azərbaycan Respublikası A li Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxslər Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsi və çıxarışın etibarsız hesab edilərək ləğvi, torpaq sahəsinin qeyriqanuni sahiblikdən götürülməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2219/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş in halları
1. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 976 nömrəli bağ sahəsi (bundan sonra - mübahisəli torpaq sahəsi) xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra - iddiaçı) adına qeydiyyatdan keçmişdir.
2. Sonradan mübahisəli torpaq sahəsinə dair Bakı şəhəri 22 saylı notariat ofisində iddiaçının adından Bakı şəhəri 38 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2006-cı il tarixli, 7e-11797 reyestr nömrəli etibarnamə üzrə nümayəndəsi kimi Cavabdeh2 ilə digər Cavabdeh1 Mirzə oğlu arasında reyestrdə 4Ə-246 nömrə ilə qeydə alınmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi tərtiblənmişdir.
3. Həmin müqavilə əsasında mübahisəli torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət re yestrində Cavabdeh1 Mirzə oğlunun adına qeydiyyat aparılmış və bu barədə Seriya RX 484921, № ******* çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxslər Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, 05 iyul 2016-ci il tarixli 4Ə-246 sayla qeydiyyata alınmış İddiaçı ilə (X2 etibarnamə əsasında) Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsi, 13 iyul 2016-cı il tarixdə Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız sayılaraq ləğv edilməsi və torpaq sahəsinin qeyri-qanuni sahibliyindən g ötürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhər xx.xx.2016-cı il tarixli 4Ə-246 sayla qeydiyyata alınmış İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış bağışlama müqaviləsi, 13 iyul 2016-cı il tarixdə Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız sayılaraq ləğv edilməsi və torpaq sahəsinin yenidən İddiaçı adına qaytarılması və qanunsuz sənədləşmə aparmış şəxslərin müəyyən edilməsi barədə xüsusi qərar çıxarılması və prokurorluğa göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyinin Şüvəlan ərazisindəki 976 sayl ı bağ sahəsi 30 iyun 2016-ci il tarixli seriya RX № ******* saylı çıxarışa əsasən onun mülkiyyətinə verilmişdir. Sonradan onun xəbəri olmadan, cavabdehlərə etibarnamə vermədən, dələduzluq yolu ilə saxtakarlıq edərək ona məxsus torpaq sahəsini Cavabdeh1 adına bağışlama müqaviləsi bağlanmış və bunun əsasında da sonuncuya çıxarış verilmişdir. Bağışlama müqaviləsini qeydə almış 38 saylı notariat kontoruna müraciət edildikdə məlum oldu ki, 05 iyul 2016-ci il tarixdə bağlanmış bağışlama müqaviəsində göstərilən Cavabdeh2 adına guya onun tərəfindən verilmiş etibarnamə saxtadır və belə bir etibarnamə notariat ofisində qeydiyatdan keçməmiş və bu şəxsin adına verilməmişdir. Bağışlma müqaviləsinin mövcudluğu ilə əlaqədar 22 saylı notariat kontoruna müraciət etdikdə ona verilən cavabda 05 iyul 2016-ci ildə bu müqavilənin qeydiyyatı aparılmadığı müəyyən edilmişdir. Beləliklə məlum oldu ki, cavabdehlər saxta sənədlər əsasında ona məxsus torpaq sahəsini öz adlarına rəsmiləşdirmişlər. Etibarnamələr saxta olduğu üçün onların etibarsızlığı ilə əlaqədar mübahisə qaldırmır. Bu səbəbdən də məhkəməyə bu bağışlama müqaviləsinin və Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız sayılaraq ləğv edilməsi və torpaq sahəsinin qeyri-qanuni sahibliyindən götürülərək ona qaytarılmasına dair qətnamə çıxarılması tələbi ilə müraciət etməli olmuşdur.
7. Cavabdeh1 Mirzə oğlunun nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətindədir, bu sahə bağışlama müqaviləsi əsasında onun adına keçmişdir.
8. Bakı şəhəri Xəzər Rayo n Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(003)-2492/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia qismən təmin edilərək, Cavabdeh1 Mirzə oğlunun adına verilmiş xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı reyestrdən çıxarışın ləğv olunması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 976 nömrəli bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. Qeyd olunan bağ sahəsinin bağışlanması barədə mübahisəli müqaviləni mülkiyyətçinin adından xx.xx.2006-cı ildə Bakı 38 nömrəli Notariat Kontorunda rəsmiləşdirilmiş 7e-11797 reyestr nömrəli et ibarnamə ilə Cavabdeh2 imzalamış, lakin tədqiq olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı, onu üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə etibarnamə verməmiş, Cavabdeh2 tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 976 saylı bağ sahəsi Cavabdeh1 bağışlanarkən, Cavabdeh2 İddiaçı təmsil etmək və onun adından bağışlanmaya razılıq barədə ərizə vermək səlahiyyəti olmamışdır. Həmçinin, məhkəmə sorğusu ilə əldə olunmuş məlumata əsasən müəyyən olunur ki, Bakı şəhəri 22 saylı Notariat Kontorunda 4Ə indeksli reyestrlərdə xx.xx.2016-cı il tarixdə rəsmiləşdirilmiş notariat hərəkəti müəyyən edilməmişdir
10. Göründüyü kimi, Cavabdeh2 iddiaçını təmsil etmək və onun adından bağışlanmaya razılıq barədə ərizə vermək səlahiyyəti olmamış, iddiaçı tərəfindən Bakı şəh əri 38 saylı notariat ofisində xx.xx.2016-cı il tarixdə 7E-11797 reyestrdə rəsmiləşmiş etibarnamə mövcud deyildir. Məhkəməyə təqdim olunmuş mübahisəli əqd onu bağlamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Bununla belə, xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinin qeydiyyatı ümumiyyətlə müvafiq notariusun reyestrində mövcud deyildir.
11. Qanunvericiliyə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Hazırkı halda iddiaçı tərəfindən mübahisələndirilən daşınmaz əmlakın bağışlanmasına dair müqavilədə əqdin formasında aid tələbə riayət edilməmişdir (notariat qaydasında təsdiqlənməmişdir). Belə olan halda, həmin müqavilə heç bir hüquqi nəticəyə səbəb olmur. Buna görə də, həmin əqd əhəmiyy ətsiz olmaqla etibarlı əqdin doğura biləcəyi hüquqi nəticəyə səbəb olmadığından məhkəmə qaydasında mübahisə predmetinə çevrilə bilməz və özlüyündə etibarsızdır. Odur ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir.
12. Yuxarıda göstərilənlərə əsasən mübahisəli torpaq sahəsinin bağışlanmasına dair müqavilənin etibarsız olduğu müəyyən edildiyindən həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmış xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməlidir.
13. Məhkəmə mübahisəli torpaq sahəsinin iddiaçının adına qaytarılması tələbini rədd edərkən qeyd etmişdir ki, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və on un əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçı əmlak üzərində hüquqlarının yenidən dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq orqana müraciət edə bilər. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması məsələsinin tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə daxildir. Hazırkı mərhələdə iddiaçının əmlak üzərində hüquqlarının qeydə alınması prosessində hüquqlarının pozulması ilə bağlı hər hansı faktın mövcud olması mümkün deyildir. İddianın həmin hissədə təmin olunması müvafiq icra hakimiyyəti orqanının üzərinə öhdəlik qoyulması demək olacaqdır ki, bu da baxılan işlə bağlı mübahisə predmeti deyildir.
14. Bundan başqa, iddia tələbində qanunsuz sənədləşmə aparmış şəxslərin müəyyən edilməsi məqsədilə xüsusi qərardadın çıx arılması göstərilsə də, Məhkəmə hesab etmişdir ki, bu hissə iddia tələbi kimi baxılmaqla qiymətləndirilə bilməz. Belə ki, prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə işə baxarkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, məhkəmə bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Yəni, bu hal məhkəmənin səlahiyyətinə aid olmaqla qeyd edilən halların aşkara çıxması halında xüsusi qərardad çıxarılır.
15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 5.3, 139-1.1.3, 144.1, 152.1-152.4, 157.8, 158.2, 324.1, 324.2, 324.4, 324.5, 331.1, 337, 339, 359.1, 362.1, 362.2, 394, 668.1.1-ci, Torpaq Məcəlləsinin 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bun dan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsini cavabdehin babası dəyərini ödəməklə almışdır. Həmin torpaq sahəsi iddiaçının atasının adına olmuş, atası rəhmətə gedəndən sonra vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir. Mübahisəli torpaq sahəsinə dair sənədlər cavabdehdə və onun ailəsində olmuş, iddiaçının torpaq sahəsinin harda yerləşməsi barədə məlumatı olmamışdır. Bağ sahəsinin özəlləşdirilməsi ilə bağlı Reyestr Xidmətinə müraciət etdikdə özünü Xidməti n Bakı Ərazi İdarəsinin əməkdaşı kimi təqdim edən X5 bildirmişdir ki, torpağa dair sənədləri təqdim etsinlər, qalan məsələləri özü həll edəcəkdir. Ona inandığından bağ sahəsinin sənədlərini ona təqdim etmiş, həmin şəxs tərəfindən sənədləşmə işləri apardıqdan sonra onun adına çıxarış alaraq, ona təhvil vermişdir. Cavabdeh daşınmaz əmlakı vicdanla qəbul edən şəxs olaraq 6 il müddətində əmlakın faktiki mülkiyyətçisi olmuş, daha sonra başqa şəxsin təqsiri səbəbindən həmin əmlaka mülkiyyət hüququnu itirmişdir. Vicdanlı əldə edən şəxs olaraq birinci cavabdehin hüquqları pozulmuş və məhkəmə tərəfindən bu pozuntu nəzərə alınmamışdır.
18. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, həmçinin məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tərəflərindən bu torpağın ilkin ö zəlləşdirilməsi və sonradan bağışlama edilməsi barədə olan müqavilənin və etibarnamələrin saxta olması barədə müvafiq sənədləri ərizəsinə əlavə edib. Məhkəmə də təkrarən araşdırma apararaq bu sənədlərin saxta olması nəticəsinə gəlmişdir. Cavabdehlərin saxtarkarhqları barədə Nərimanov rayon polis idarəsinə də ərizə ilə müraciət edib. Oradan ona rədd cavabı vermiş olsalar da cavabdehin orada verdiyi izahatı da onun bu torpaq sahəsinin saxta yolla almasını etiraf edir. Lakin izahatında həmin şəxsə bu bağ sahəsinin sənədləşməsi üçün 10000 (on min) manat verdiyini etiraf edir. Lakin apellyasiya şikayətində bu halı göstərmir. Bundan əlavə iş materiallarına tapıntılar bürosundan müqavilənin itməsinə dair arayışı və qəzetdə verdikləri elan da əlavə edilmişdir. Ancaq cavabdeh deyir ki, sənədlər ond a olmuşdur. Bu da bir yalanıdır. İşdə ifadəsi alınan Cavabdeh1 ifaədəsində bildirir ki, bağın sənədlərinin əsli onda olmuşdur, sənədlər onlarda idisə niyə sənədin itməsi və tapıntılar bürosundan təzədən arayış alıb müqaviənin surətini Əmlak komitəsindən alıb yenidən müraciət etmişdir. Sonda isə alqısatqı ilə əlaqədar guya notariusa da gedəndə tanıdığı insan olan Cavabdeh2 iştirak edir. Bütün bu hallar onu göstərir ki, cavabdeh bu sənədləri saxtakarlıqla əldə edib. Cavabdeh1 5 yaşlı uşaq deyil ki, onun başını aldadıb bütün bu sənədlərə imza etdirsinlər. İfadəsi alınan Cavabdeh1 onun əmlakını aldatma yolu ilə saxta sənədlər əsasında əldə etmişdir. Bunun üçün o özünün etiraf etdiyi kimi Orxan Aslanova bu işi aparmaq üçün 10000 manat pul vermişdir. Bütün bunlar onun sənədləri dələduzluqla əldə etməsini göstərir. Atası 49 yaşında dünyasını dəyişmişdir. Torpaq anasının adına keçib daha sonra anası rəhmətə gedəndən sonra ona keçmişdir. Bağın yolunu tanıyır. Amma ümumilikdə yolları yaxşı bilmir. Onun imzasını saxtalaşdırıblar. Bağda abadlıq işləri görməyiblər, çünki qardaşı Bakıda yaşamır, o, tək qadın olduğu üçün ora gedə bilmir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2219/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – G.Axundova (sədrlik edən və məruzəçi), R.Eyvazov və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi eyni tarixdə xüsusi qərardad çıxararaq, cavabdehlərin, Bakı şəhəri 38 saylı notariat ofisinin və Bakı şəhəri 22 saylı notariat ofisinin vəzifəli şəxslərinin əməllərində cinayət əlamətlərinin olub-olmadığının araşdırılması üçün zəruri sənədlərin sürətləri əlavə edilməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, həmçinin qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, 05 iyul 2016-ci il tarixli 4Ə-246 saylı alınmış İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsi, 13 iyul 2016-cı il tarixdə Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız sayılaraq ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
22. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 adına verilmiş Azərbayca n Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016- cı il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı çıxarış ləğv olunması qət edilmişdir.
23. İşə birinci instansiya məhkəməsində baxılması zamanı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 25 noyabr 2022-ci il tarixli, **********58 saylı məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış 05 iyul 2016-cı il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında mübahisəli əmlak ü zərində Cavabdeh1 hüquqları qeydiyyata alınmış və ona mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir.
24. Lakin Bakı şəhəri 38 saylı Xüsusi Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 səlahiyyətlərin verilməsi ilə bağlı Bakı şəhəri 38 saylı dövlət notariat ofisində xx.xx.2006-cı il tarixdə 7E-11797 reyestrdə rəsmiləşmiş etibarnamə mövcud deyil.
25. Həmçinin Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilir ki, 22 saylı notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2016-cı ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərinin qeydə alındığı 4Ə indeksli reyestrlərə baxış keçirilərkən xx.xx.2016-cı il tarixdə notariat hərəkətinin rəsmiləşdirilməsi barədə qeydiyyatın aparılmadığı müəyyən edilir.
26. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda bağışlama müqaviləsi bu müqaviləni bağlamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün onun əhəmiyyətsiz əqd olması işin halları ilə müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bu əqd əsasında qeydiyyatın aparılmasının nəticəsi olaraq verilmiş çıxarışın ləğvi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, “...Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyəts izliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır... Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.”
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəl illəri əsassızdır. Belə ki, cavabdeh özünün vicdanlı alıcı olduğunu qeyd etsə də, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, təxminən 1980-ci illərin axılarında babası Qüdrət İddiaçı valideynlərindən Şüvəlan qəsəbəsində yerləşən 25 sot torpaq sahəsini pul verib almış, lakin həmin dövrdə bununla bağlı heç bir sənədləşmə aparılmamışdır. Yalnız Sevilin atası babasına həmin həmin torpaq sahəsinə dair sənədin əslini vermiş, bunu bütün nəsil bilmişdir. İddiaçı valideynlərinin torpaq sahəsinin yanında babalarının bağ sahəsi olmuş, yəni babası qonşu torpaq sahəsini almışdır. Valideynlərinin danışmasına əsasən təxminən 1995-ci ildə dayıs ı Rəfail həmin qadından da halallıq almaq üçün İddiaçı tapmaq qərarına gəlmiş və onunla görüşmüşdür. Sevilə isə həmin vaxt dayısına həmin yerin onlara məxsus olduğunu demiş, həmin vaxtdan sonra isə torpağa dair hər hansı sənədləşmə aparmaq üçün heç kim heç bir iş görməmiş, həmin torpaq sahəsi 25 ildən çox sahə kimi qalmışdır. Təxminən iki il əvvəl həmin torpağı təmizlətdirib qapı qoydurmuşdur. 2016-cı ilə tanış olan “makler” Aslanov Orxan adlı şəxs onun bir sıra sənədləşmə işlərində kömək edən vaxt söhbət əsnasında ona bu torpaq barədə də danışmış, 2016-cı ilin iyun ayının axırlarında Orxan ona həmin torpağa dair çıxarış almaqda kömək edəcəyini demiş və ona bu işə görə 10 000 manat pul lazım olduğunu bildirmişdir. Təxminən 3-4 gün sonra Orxana inandığı üçün həmin pulu ona vermiş, bundan tə xminən bir həftə sonra Orxan işi həll etdiyi deyib bir nəfər yaxın, etibarlı adamın şəxsiyyət vəsiqəsini verməyini istəmişdir. Həmin vaxt sürücüsü olan etibar etdiyi Cavabdeh2 təklif edib notariusa girmiş və göstərilən sənədlərə imza etmişdir. Səhvi ondan ibarət olmuşdur ki, sənədlərdə məhz nə yazılmasını dəqiqləşdirməmişdir. Notariusdan çıxıb Əmlak Komitəsinə getmiş və təxminən 1 həftə sonra, 2016-cı ilin iyul ayının 13-də həmin 25 sot torpağa dair öz adına çıxarış almışdır. Sənədləşmə işlərinin hansı şəkildə həyata keçirildiyini bilməmişdir. Bu hərəkətləri 9 saylı notariusda həyata keçirməyinə baxmayaraq, yaxın vaxtlarda sənədlərin 22 saylı notarius tərəfindən tərtib edilmiş kimi yazıldığını görmüş, həmin hadisədən bir müddət sonra, yəni 2016-cı ilin sonlarında X9 işəhərdə ev satmağı vəd edib 30 000 manata yaxın pulunu alıb onun adına həmin evə dair çıxarış almışdır. Daha sonra həmin evin sahibi Belarusdan gəlib evin ona aid olduğunu demiş və mülkiyyət sənədini ona göstərmiş, həmin vaxt Orxanın onu aldatdığını başa düşmüşdür.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas g östəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
30. Kollegiya öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 139.1, 139.3, 139-1.1.3, 337.1, 337.3, 359.1, 360.1, 362.1, 362.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına və istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə məhkəmə tərəfindən qeyd edilən əmlak hüquqları yəni, seriya RX ******* saylı xx.xx.2016-cı il tarixdə aparılmış qeydiyyat əsasında çıxarış almış və vicdanlı alıcı olmuşdur. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyinin Şüvəlan ərazisindəki 976 saylı bağ sahəsi ilə birlikdə digər ərazidək i bağ sahələrini onun babası dəyərini ödəməklə almışdır. 976 saylı bağ sahəsinin sənədləri (Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyi tərəfindən verilmiş) onlarda olmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyinin Şüvəlan ərazisindəki 976 saylı bağ sahəsinin harda yerləşməsindən hal-hazırki iddiaçının məlumatı olmamışdır.
33. « Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008ci il tarixli qərarı: “Əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bi lməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mulkiyyətciyə nisbətdə daha üstün hüquqi movqeyə çıxarır”. «H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali MəhkəməsininMülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarı: “...Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mubahisəli əşya uzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mulkiyyətci ilə yanaşı digər şəxslərə də mənsub olduqda mulkiyyət hüquqlarının dovlət mudafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edə nin hüquqları da aiddir”.
34. Həmin bağ sahəsinin özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət etdikdə özünü Azərbaycan Respublikası Daçınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı Ərazi İdarəsinin əməkdaşı kimi tədim edən X5 bizə bildirmişdir ki, qeyd edilən torpağın sənədlərini təqdim edin qalan məsələləri özüm həll edəcəyəm. O da X4 inandığından Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyinin Şüvəlan ərazisindəki 976 saylı bağ sahəsinin sənədlərini ona təqdim etmişdi. Özünü Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı Ərazi İdarəsinin əməkdaşı kimi tədim edən X1 işləri apardıqdan sonra onun adıma çıxarış alaraq təhvil verm işdir.
35. Hazırki iş üzrə həmin daşınmaz əmlakı vicdanlı qəbul edən şəxs olaraq 6 il müddətində əmlakın faktiki mulkiyyətcisi olub, daha sonra başqa şəxsin təqsiri ucbatından həmin əmlaka mülkiyyət hüququmu itirmişdir. Nəticədə vicdanlı əldə edən şəxs olaraq hüquqları pozulmuş və məhkəmə tərəfindən bu pozuntu nəzərə alınmamışdir. Bununla da qeyd edilən maddənin tələbi pozulmuşdur. Belə ki, faktiki olaraq uzun müddətdir sahiblik və istifadəsində olan bağa dair mülkiyyət sənədləri, yəni sərəncam hüququ yuxarıda qeyd edilən formada rəsmiləşdirilmişdir. Lakin bu məhkəmə tərəfindən nəzərə alınmamışdır.
36. Əmlakı başqa şəxslərdən alan hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadığı halda o, vicdanlı alıcı kimi qəbul olunur.
37. Ədaləti məhkəmə araşdırılması hüququ pozulmuşdur. Belə ki, cavabdehlər məhz hazırkı iş üzrə vicdanlı alıcı olduqları halda əmlak hüquqları müdafiə edilməmiş və nəticə etibarı ilə hüquqları pozulmuşdur.
38. Məhkəmə tərəfindən apellyasiya şikayətinin dəlilləri üzrə düzgün hüquqi qiymətləndirmə aprılmamış və nəticədə cavabdehin qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququ pozulmuşdur.
39. Hesab edirlər ki, işin hallarının tam araşdırılmaması ilə yekun nəticəyə gəlinmişdir ki, bu halda əsaslı olmayan qətnamə qəbul edilməsinə gətirib çıxarmışdır.
40. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələri, Mülki Məcəllənin 6, 149.2, 152.1, 152.2, 152.3, 152.4,157.5 və 182.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004cü il tarixli qərarına, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə,Azərbaycan Respublikasının MPM-nin 217-ci maddəsinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
43. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr...
44. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
45. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
46. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
47. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zər ərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
48. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
49. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
50. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
51. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirs ə, etibarlıdır.
52. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
53. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.
54. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
55. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olu nmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyə n maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
65. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
66. Kassasiya şikayətinin işin hallarının tam araşdırılmaması ilə yekun nəticəyə gəlindiyi barədə olan dəlilinə isə hüquqi qiymət verilmir.Çünki MPM-in 407.2-ci maddəsinin tələbinə əsasən kassasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına istinad etməyə yol verilmir.
67. Yuxarıda qeyd olunanlara görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanı lmalıdır.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli 2(103)2219/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.