Məhkəmə qərarları › İş №2(102)-3291/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3291/2024

12.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3291/2024 12.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3, Maraqlı şəxs və İddiaçı2 cavabdehlər X3 və qeyurilərinəqarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayəti vermək hüququ olmayan şəxslər tərəfindən verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı3, Maraqlı şəxs və İddiaçı2 cavabdehlər X3 və qeyrilərinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və daşınmaz əmlaka dair qeydin ləğvi, vərəsəlikdə payla rın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2745/2022 nömrəli 29 iyul 2024-cü il tarixli qərardadından iddiaçı Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan ünvanında yerləşən vərəsəlik hüququ ilə tənzimlənən torpaq sahəsi və onun üzərində İddiaçı1 sahiblik hüququ ilə yüklü olan yarımçıq tikili bağ evini X2 Bakı şəhəri 38 saylı DNK-u tərəfindən verilmiş 2019-cu il tarixli reyestrlə təsdiq edilmiş vərəsəlik şəhadətnaməsini etibarsız hesab etməklə, onun əsasında Bakı şəhər Daşınma z Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* saylı torpağa aid xx.xx.2018-ci il tarixində adına verilmiş 0.12 ha torpaq sahəsinə aid çıxarış əsasında 2019-cu il mart, aprel, may aylarında üçüncü şəxslərlə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin ünvan ünvanında yerləşən torpaq sahəsinə dair və onun üzərində sahiblik hüququ ilə yüklü olan mülkə dair onun anasının vəfatı günündən vərəsəliyi qəbul etmiş sayılmaqla vərəsəlik payına aidiyyəti müəyyən edilməsi və iddia üzrə mirası qəbul etdiyi faktlar məhkəmə araşdirması ilə öz təsdiqini taparsa vərəsəlik haqqında qanunun tələbinə uyğun olaraq yeni çıxarışların adına verilməsinin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra, iddiaçıların sayı artırılaraq İddiaçı3, Maraqlı şəxs və İddiaçı2 əlavə edilmiş, iddia tələbi bir neçə dəfə dəqiqləşdirilmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(003)78/2021 saylı qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Qətnamədən iddiaçılar İddiaçı3, İddiaçı2 və cavabdeh X3 tərəfindən apellyasiya şikayətləri verilmişdir

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2(103)- 2745/2022 saylı qətnaməsi ilə (hakimlər X.Sarıyev sədrlik edən, məruzəçi, N.Cəfərov və E.Mehdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı Maraqlı şəxs (vəkili V əkil) kassasiya şikayəti vermişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2745/2022 nömrəli 29 iyul 2024-cü il tarixli qərardadı ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi) Fərrux Qasımov və Fuad Abdıyev) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İş materialları araşdırılarkən məlum olur ki, iddiaçı Maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, a pellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçılar İddiaçı3, İddiaçı2 və cavabdeh X1 apellyasiya şikayətlərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, MPM-in 403.1-ci maddəsinin tələbinə əsasən iddiaçı Maraqlı şəxs kassasiya şikayəti vermək hüququ istisna edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı Maraqlı şəxs kassasiya şikayəti verərək (Vəkil) qərardadın ləğv olunmasını, kassasiya şikayəti vermək hüququnun təmin olunmasını xahiş etmişdir.

10. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: -işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin kassasiya şikayətləri üzrə təqdimatın verilməsindən imtina edilməsi həmin şəxsləri öz hüquq və azadlıqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanından məhrum etmir. Bu hüquq Konstitusiya ilə yanaşı, həmçinin Mülki Prosessual Məcəllənin məhkəmə aktlarının məcburiliyi adlanan 15.4-cü maddəsindən irəli gəlir. -Apellyasiya şikayətinə baxılması yolverilməz hesab edilən şəxsin apelyasiya şikayəti vermədən kassasiya şikayəti verməsi maneə kimi qiymətləndirilməməli və kassasiya şikayətinin icraata qəbulundan bu əsasla imtina edilməməlidir. Belə ki, aşağı instansiya məhkəmələrində məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlandırılmaması, yaxud da qəbul edilmiş məhkəmə aktının lazımi qaydada verilməməsi səbəbindən apellyasiya şikayət vermək imkanı olmamış şəxslərin, habelə apelyasiya şikayəti versə də, artıq qətnamənin həmin hissəsinin yoxlanılması əsası ilə şikayəti qeyri-mümkün hesab edilmiş şəxslərin kassasiya şikayəti vermək hüququ tanınmalıdır. Həmin şəxslərin şikayətləri üzrə kassasiya icraatı, bu şikayətlər üzrə mübahisələndirilən hissələrin digər tərəfin şikayəti üzrə kassasiya qaydasında yoxlanılmadığı halda mümkün olacaqdır. -İddiaçı birinci instansiya məhkəməsi tərəfindən bir il səkkiz ay müddətlə süründürülən işə dair bildiriş, həmçinin qətnamənin sürətini almamışdır. İş materialları buna sübutdur. -Bakı Apellyasiya məhkəməsinin qətnamələrində Rzayeva Хalidə Bəşir qızının adı proses iştirakçılarının adının siyahısından çıxarılmışdır ki, qeyri-ciddi ekspertiza pərdələnsin. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

13. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

14. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalam ağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;

15. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

16. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

17. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əs as ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlan ılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

21. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İş materialları araşdırılarkən məlum olur ki, iddiaçı Maraqlı şəxs birinci instansiya məh kəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçılar İddiaçı3, İddiaçı2 və cavabdeh X1 apellyasiya şikayətlərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, MPM-in 403.1-ci maddəsinin tələbinə əsasən iddiaçı Maraqlı şəxs kassasiya şikayəti vermək hüququ istisna edilir.

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır.

23. Məhkəmə kollegiyası kassasiya şikayətinin işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin kassasiya şikayətləri verə bilmə imkanı ilə əlaqədar dəlilləri ilə əlaqədar qeyd edir ki, kassasiya şikayətini verən “işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqla rına toxunan şəxs” deyil, apellyasiya şikayəti verməmiş iddiaçı vermişdir.Ona görə də dəlil əsaslı hesab edilə bilməz.

24. Məhkəmə kollegiyası hesab edir ki, prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

25. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2024-cü il tarixli 2(103)2745/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanıls

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar