Məhkəmə qərarları › İş №2(102)-3297/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-3297/2021

17.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3297/2021 17.04.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1419/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər “X1 Mərkəzi”nə, Cavabdeh2nə və “xxxx” KB ASC-yə qarşı hərracın nəticələrinin ləğv edilməsi, hərracın yekunları üzrə əmlakın alqısatqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək, Cavabdeh2 sifarişi əsasında “X1 Mərkəzi” tərəfindən onlara məxsus olmuş, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin satılması haqqında hərracın yekun protokolunun ləğv edilməsi, həmin hərracın yekunları üzrə əmlakın alqı– satqı müqaviləsinin etibarsız hesab olunması, cavabdeh “xxxx” KB ASC-nin adına tərtib olunmuş ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-2717/2019 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1419/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı3 apellyasiya şikayəti təmin edilməyərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-2717/2019 saylı qətnaməsi İddiaçı3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birlikdə kassasiya şikayəti vermişdirlər. Hazırki iş üzrə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-2717/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verməmişlər. Belə olan halda İddiaçı2 və İddiaçı1 gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüquqları yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 403.1 Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarında n tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İddiaçı3 münasibətdə kasasiyanın mümkünlüyü məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, kassasiya şikayətinə vəkil orderi əlavə edilsə də, həmin orderdə İddiaçı3 adı qeyd edilməmiş, həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən bu kassasiya şikayətinin vaxtında verilib verilməməsi məsələsi müzakirə edilməmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1419/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı3 xx.xx.2020-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə təqdim edilmişdir. Kassasiya şikayəti isə xx.xx.2021-ci il tarixdə apelyasiya instansiyası məhkəməsinə daxi l olub. Lakin zərfin üzərində ştamp olmadığından kassasiya şikayətinin rabitə orqanına nə vaxt təqdim edilməsi məlum deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkə mə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 407.4. Şikayətə vəkilin orderi əlavə olunur. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. Maddə 408.2. Bu Məcəllənin 408.1.1. və 408.1.3.- 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası m əhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Görün düyü kimi, apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.5-ci maddəsinin tələbinə əsasən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.5, 408.3-cü mad dələrini rəhbər tutaraq QƏRA RA ALDİM: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1419/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 402-407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar