Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3298/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istehlakçı hüquqlarının müdafiəsi, bərpası tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı «istehlakçı hüquqularının müdafiəsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1786/2023 saylı iş üzrə, 31 mart 2023-cü il qətnaməsindən Cavabdeh kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azəriqaz» İstehsalat Birliyi ilə abonent İddiaçı arasında qazın alqı-satqısı Müqavilə»sı imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia tələbi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DYP-nin üstü ünvanında yerləşən fərdi yaşayış evinə sayğacın quraşdırılması öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DYPnin üstü ünvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 11580,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini işin hallarına uyğun əsaslandırmaqla qeyd etmişdir ki, bir müddət əvvəl Cavabdeh İB-nin əməkdaşı iddiaçıya yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DYP-nin üstündə yerləşən fərdi yaşayış evinə məxsus (abonent kodu: **********50250) sayğacını verməyi və əvəzində yeni sayğac quraşdıracaqlarını bildirmişlər. O, sayğacını onlara təhvil vermiş və onlar sayğac quraşdırılanadək müvəqqəti olaraq rezin borudan istifadə etməyə icazə vermişlər. Amma onlar yeni sayğac quraşdırmamışlar. O, işi ilə bağlı xarici ölkədə olduğu zaman Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evinə baxış keçirərək sayğac olmadan müəyyən məbləğ cərimə yazılmışdır. Həmin borclardan onun xəbəri olmamışdır. Həmin mənzili satmaq istəyən zaman Cavabdeh İB-nə sayğac quraşdırılması barədə müraciət etmiş və həmin vaxt onun 11580,80 manat borcunun olduğunu bildirmişlər. O həmin evd ə yaşadığı müddətdə istifadəyə görə yaranmış borcları aybaay gecikdirilmədən ödəmişdir. İstehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcunu ödəmişdir.
4. Məhkəmə yerində müayinə təyin edilmiş və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DYP-nin üstündə İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(011)7478/2023 saylı qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia təmin edilməklə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DYP-nin üstü ünvanında yerləşən fərdi yaşayış evi (Abonent kodu: **********50250) üzrə İddiaçı hesablanmış 11580,80 (on bir min beş yüz səksən manat səksən qəpik) manat məbləğində borcun silinməsi,İddiaçı məxsus **********50250 nömrəli abonent koduna yeni sayğacın quraşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulması,124,74 (yüz iyirmi dörd manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan əsassız hesablanmış cərimənin ödənilməsini tələb e tməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya əsassız olaraq hesablanmış 11580,80 manat məbləğində borc silinməlidir.
7. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DYPnin üstü ünvanında yerləşən (Abonent kodu: **********50250) fərdi yaşayış evinə sayğacın quraşdırılması öhdəliyinin Cavabdeh İB-nin üzərinə həvalə edilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.
8. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə təbii inhisar subyekti olan qaz paylayıcısı hesabına həyata keçirilməli olduğundan, həmçinin qanunvericiliyinin tələbinə əsasən təbii inhisar subyektlərinin təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqlarından cavabdeh istehlakçıya münasibətdə qanunsuz tələblər irəli sürməklə öz vəzifəsini icra etməmişdir. Belə ki, iş materiallarında olan sənəndlərdən görünür ki, tərəflər arasında qazın alğı-satqısı ilə bağlı müqavilə bağlanmış və iddiaçı olan abonentə abunə kodu verilmişdir. İddiaçıya məxsus sayğacın cavabdeh tərəfindən çıxarılması və yenisinin quraşdırılmasından imtina edilməsi yuxarıda qeyd edilən qanunvericilik normalarında təsbit edilmiş vəzifələrinin icrasından yayınamsı kimi qəbul edilməlidir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndi, 6.5-ci bəndi, 66.6-cı bəndi, 6.7-ci bəndi, Mül ki Məcəllənin 448.2-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının təqsirli və qanunazidd davranışı nəticəsində Birliyə vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini silməklə iddiaçı tərəfin mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir. İddiaçı tərəfin qanunsuz çəkdiyi qaz xətti hər dəfəsində Birliyin əməkdaşları tərəfindən dərhal şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır. Lakin iddiaçı təkrar-təkrar qaz xəttinə bir n eçə dəfə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz şəkildə yenidən istifadə etmişdir. Bundan başqa, məhkəmə xx.xx.2022-ci il tarixə saat 12:30-a iş üzrə yerli baxış təyin etmiş, yerli baxışdan 2 saat sonra saat 14:45-ə məhkəmə baxış iclası təyin etmiş və həmin məhkəmə iclasında cavabdeh Birliyin qanunla müəyyən edilmiş qaydada iştirakını təmin etməyərək Birliyin hüquqlarını, habelə mülki prosessual qanunvericiliyin “çəkişmə” və “tərəflərin bərabərlik” prinsiplərini pozmuşdur. Həmçinin, istehlakçı olan iddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya təşkilatına müraciət etməli və mediasiya sessiyasında iştirak etməli idi. Lakin iddiaçı bu qaydaya əməl etməmişdir. Belə olan h alda Rayon Məhkəməsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə uyğun olaraq iddianı baxılmamış saxlamalı idi, lakin bunu etməmişdir. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, “qaz sayğacının quraşdırılması öhdəliyinin qoyulması barədə” tələbə ümumi məhkəmə tərəfindən deyil, inzibati məhkəmə tərəfindən baxılmalı idi.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1786/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədovun sədrliyi və məruzəsi ilə, Cəmilə Musayeva və Fuad Talışınskidən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2022-ci il tarixli qətnamə qismən, yəni “xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə İddiaçı hesablanmı ş 252 manat məbləğində borcun silinməsi və bununla bağlı silinməli olan ümumi məbləğin müəyyən edilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddianın “xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 252 manat məbləğində borcun silinməsi barədə” hissəsi təmin edilməmişdir. Müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh tərəfindən hesablanmış borcun silinməli olan ümumi məbləğ 11.328 (on bir min üç yüz iyirmi səkkiz) manat 80 (səksən) qəpik təşkil edir. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya məxsus olan fərdi yaşayış evi cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur, bununla bağlı iddiaçı ilə Birlik arasında qazın alğısatqısı ilə bağlı müqavilə bağlanmış, həmin ünvanda, yəni küçədə qaz sayğacı quraşdırılmış, iddiaçıya **********50250 abunə kodu verilmişdir.
14. Həmin ünvanda quraşdırılmış qaz sayğacı cavabdeh Birliyin əməkdaşları tərəfindən çıxarılmış və yenisi quraşdırılmamışdır.
15. Birliyin əməkdaşları tərəfindən həmin ünvana ayda 1 dəfə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin ünvanda qaz sayğacından kənar çəkilmiş qanunsuz qaz xətti vasitəsilə təbii qazdan istifadə olunur. Bununla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ilk dəfə xx.xx.2020-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmin aktla müəyyən edilmişdir ki, həmin ünvanda qanunsuz olaraq istifadə edilmiş təbii qazın həcmi 2.520 kub metr təşkil edir (cild İ, iş v 5-7). İddiaçının ünvanı ilə bağlı isə cavabdeh Birliyin əməkdaşları tərəfindən ümumilikdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 akt tərtib edilmiş və müəyyən edilmişdir ki, həmin ünvanda qanunsuz olaraq istifadə edilmiş təbii qazın cəmi həcmi 115.880 kub metr təşkil edir.
16. Cavabdeh Birlik tərəfindən iddiaçının ünvanına aid tərtib etdiyi və Rayon Məhkəməsinə təqdim olunmuş “Abonentin saldosundan” görünür ki, qeyd edilən aktlara əsasən əlavə sərfiyyat kimi iddiaçıya cəmi 11.580,80 manat borc hesablanmışdır.
17. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.). Mülki hüquq pozuntusu (delikt) n əticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).
18. Qeyd olunan maddi hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərinə yanaşdıqda müəyyən edilir ki, Birliyin əməkdaşları tərəfindən ilk dəfə, yəni xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında iddiaçıya hesablanmış 252 manat əlavə sərfiyyat borcu əsassız hesab edilə bilməz. Belə ki, iddiaçının özünün bildirdiklərinə əsasən müəyyən edilir ki, cavabdeh Birliyin əməkdaşları iddiaçıya məxsus evə aid əvvəlki sayğacı çıxardıqdan və qaz xəttini müvəqqəti olaraq rezin b oru ilə birləşdirdikdən sonra o, təbii qazdan təxminən 1 ay ərzində istifadə etmiş, sonra ölkə hüdudlarından kənara getmiş və bu yaxınlarda xaricdən qayıtmışdır.
19. Bunları nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdeh Birliyin əməkdaşları tərəfindən ilk dəfə, yəni xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən iddiaçıya hesablanmış 252 manat borcu silməkdə səhv, qalan aktlar əsasında hesablanmış borcu silməkdə isə düzgün nəticəyə gəlmişdir.
20. Bununla da, müəyyən edilir ki, apellyasiya şikayətində iddiaçının Birliyə vurulmuş maddi zərərə görə tam həcmdə məsuliyyət daşıması, lakin işə baxmış Rayon Məhkəməsinin iddiaçıya hesablanmış borc məbləğini tam silməklə iddiaçının mülki hüquqi məsuliyyətdən və zərərin əvəzin i tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etməsini bildirsə də, bu dəlil yalnız xx.xx.2020-ci il tarixli akta aid hissəsə əsaslıdır.
21. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlilinin digər aktlara aid hissəsi isə əsassızdır. Çünki həmin aktlarda göstərilən faktın iddiaçı tərəfindən törədilməsini sübut etmək yükünü daşıyan cavabdeh Birlik bu halı sübuta yetirə bilməmişdir.
22. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixə saat 12:30-a iş üzrə yerli baxış təyin etmiş, yerli baxışdan 2 saat sonra saat 14:45-ə məhkəmə baxış iclası təyin etmiş və həmin məhkəmə iclasında cavabdeh Birliyin qanunla müəyyən edilmiş qaydada iştirakını təmin etməmişdir.
23. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, yerində müayinə prosessual hərəkət olmaqla işə mahiyyəti üzrə baxılmasına aiddir. Yerində müayinə keçirildikdən sonra məhkəmə baxışının məhkəmə iclas zalında davam etdirilməsi və bu zaman yerində müayinədə iştirak etməmiş şəxslərə bu barədə məlumatın verilməsini müəyyən edən qayda, habelə həmin məhkəmə baxışı iclasında hər hansı bir məhkəmə aktının, o cümlədən işə mahiyyəti üzrə baxılmasının yekunlaşdırılması və iş üzrə yükün məhkəmə aktının – qətnamənin qəbul edilməsini istisna edən qayda Mülki Prosessual Məcəllədə nəzərdə tutulmamışdır.
24. Bu baxımdan məhkəmə apellyasiya şikayətinin müzakirə edilən bu dəlilini əsassız hesab edir.
25. Apellyasiya şikayətinin növbəti dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsi nəzərə almamışdır ki, “qaz sayğacının quraşdırılması öhdəliyinin qoyulması b arədə” tələbə ümumi məhkəmə tərəfindən deyil, inzibati məhkəmə tərəfindən baxılmalı idi.
26. Məhkəmə hesab edir ki, cavabdeh Birliyin bu dəlili əsassızdır. Çünki, artıq qeyd edildiyi kimi iddiaçıya məxsus olan fərdi yaşayış evi cavabdeh Birlik tərəfindən təbii qazla onların arasından bağlanmış “qazın alğı-satqısı ilə bağlı müqaviləyə” əsasən təmin edilir və bunla bağlı Birlik tərəfindən iddiaçıya **********50250 abunə kodu verilmişdir. Belə olan halda müəyyən edilir ki, iddiaçının evində qaz sayğacının quraşdırılması öhdəliyinin Birliyin üzərinə qoyulması iş üzrə tərəflər arasında bağlanmış həmin müqavilənin şərtlərindən, yəni mülki münasibətlərdən irəli gəlir və bu mübahisə publik hüquq münasibətlərinə aid deyil.
27. Bu baxımdan Məhkəmə apellyasiya şikayətinin müzakirə edilən bu dəlilini də əsassız hesab edir.
28. Apellyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, istehlakçı olan iddiaçı, bu kimi iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl “Qaz təchizatı haqqında” Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya təşkilatına müraciət etməli və mediasiya sessiyasında iştirak etməli idi. Lakin iddiaçı bu qaydaya əməl etməmişdir. Belə olan halda Rayon Məhkəməsi “Mediasiya haqqında” Qanunun 29.1-ci maddəsinə uyğun olaraq iddianı baxılmamış saxlamalı idi, lakin bunu etməmişdir.
29. Bu dəlilin müzakirəsi ilə bağlı Məhkəmə bildirir ki, “Qaz təchizatı haqqında” Qanun 22-1-ci maddəsinə görə, istehlakçı qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verə bilər.
30. Yuxarıda artıq qeyd edildiyi kimi, iş üzrə tərəflər arasında yaranmış mübahisə onların arasında bağlanmış “qazın alğı-satqısı ilə bağlı müqavilənin” şərtlərindən, yəni mülki münasibətlərdən irəli gəlir və bu mübahisə publik hüquq münasibətlərinə aid deyil. Belə olan halda hesab edilməlidir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etməli və mediasiya sessiyasında iştirak etməli deyildir. Rayon Məhkəməsi iddiaçı tərəfindən cavabdeh Birliyə qarşı irəli sürülmüş bu iddiaya baxmaqda haqlı olmuşdur.
31. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1-ci maddələri ilə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh (Vəkil) k assasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1786/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
33. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi qeyd olunan hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə də qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, hər fakta dair ayrıca fotoşəkillər çəkilmişdir. İddiaçının qanunsuz çəkdiyi qaz xətti hər dəfəsində Cavabdeh İB əməkdaşları tərəfindən dərhal qazpaylayıcı şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır. Cavabdeh İB əməkdaşları tərəfindən görülmüş qanunamüvafiq tədbirlər abonentin yenidən qaz xəttinə qanunsuz qoşulması kimi təkrar halları istisna etmir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və is tehlakçıya məxsus abonent saldosuna onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişdir. Qeyd olunan qanunvericilik normalarına əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar cavadeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmiş və abonentin həmin aktları imza etməkdən imtina etməsi həmin aktların qanunsuz olmasına dəlalət etmir. Bundan başqa, əməkdaşlar tərəfin dən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, istehlakçı tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir.
34. Hazırki iş üzrə tərəflər arasındakı öhdəlik münasibət ləri müqavilə əsasında yaranmış və şərtlər müəyyən edilmişdir. Qeyd olunan maddi hüquq normalarının və tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən təbii qazdan istifadəyə görə yaranmış borc məbləği istehlakçı tərəfindən ödənilməlidir. Lakin apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 386-cı maddəsinin tələblərini nəzərə almamış, iddiaçı tərəfin təqsirli və qanunazidd hərəkətləri nəticəsində cavabdeh təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini qanunsuz olaraq silmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul edərək iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir.
35. Kassator qeyd etmişdir ki, Paylayıcıya maddi zərərin vurulması il ə bağlı halları sübut edən mötəbər sənədlər tərəfimizdən iş materiallarına əlavə edilmişdir. Bundan əlavə iddiaçı tərəf, ünvanında quraşdırılmış qaz sayğacı üzrə 11/2014-cü il tarixində 42 manat ödəniş etdikdən sonra son 8 il müddətində, xüsusilə də aktların da tərtib olunduğu tarixlərdə heç bir ödəniş etməmişdir. Məhkəmə isə tərəfimizdən təqdim edilmiş abonentin adına qeydiyyata alınmış abonent saldosunu tədqiq etməmiş, saldonu digər sübutlarla birgə qiymətləndirməmiş və iddiaçı tərəfin sonuncu dəfə qaz sayğacı üzrə hansı tarixdə ödəniş edibetməməsini müəyyən etməmişdir. Nəzərə alsaq ki, iddiaçıya məxsus ünvanda xx.xx.2017-ci il tarixində Smart G4 markalı İtron tipli 1702AZ**********24 nömrəli qaz sayğacı quraşdırılmışdır, iddiaçı xx.xx.2017-ci il tarixindən sonra da heç bir ödəniş etməmi şdir. Bütün bunlar isə iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etdiyini sübut edən digər hallardır. Göstərilənlərdən də məlum olur ki, iddia tələbi tamamilə əsassız olduğu və cavabdeh tərəf olaraq da bu halı sübuta yetirdiyimiz halda, həmçinin də iddiaçı tərəfindən iddia tələbinin əsaslılığı ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi hər hansı bir əsas olmadan şikayəti tam təmin etməmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq qanunsuz qətnamə qəbul etmişdir.
36. Bildirirlər ki, apellyasiya instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətlən dirilməsini təmin etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf etmişdir. Daha sonra isə iddiaçı təbii qazdan qeyriqanuni istifadə etməsini guya Cavabdeh İB-nin əməkdaşlarının onun ünvanında quraşdırılmış qaz sayğacını açıb aparması ilə əlaqələndirmişdir. Halbuki iş materiallarından da məlum olur ki, iddiaçının ünvanına ümumilikdə Cavabdeh İB tərəfindən 6 ədəd qaz sayğacı quraşdırılmışdır. İddiaçının ünvanında sonuncu dəfə xx.xx.2017-ci il tarixində Smart G4 markalı İtron tipli 1702AZ**********24 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçı tərəf isə 12/2019-cu il tarixindən etibarən qaz sayğacından kənar təbii qazdan qanunsuz istifadə etmişdir. Qeyd olunanlardan başa düşülür ki, iddiaçı tərəfindən yol verilmiş ilk h üquqpozma əməlindən 2 il 8 ay öncəsində həmin ünvana Cavabdeh İB tərəfindən qaz sayğacı quraşdırılmış, lakin o sayğacdan kənar şəkildə qazdan qanunsuz istifadə etmişdir. Belə olan halda apellyasiya instansiya məhkəməsi iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyi dövrdə onun ünvanında Cavabdeh İB tərəfindən xx.xx.2017-ci il tarixində quraşdırılmış Smart G4 markalı İtron tipli 1702AZ **********24 nömrəli qaz sayğacının olmasını nəzərə almamışdır.
37. Bundan əlavə iddiaçı tərəf təbii qaz xəttinə ona məxsus fərdi yaşayış evinin giriş qapısı yaxınlığından qanunsuz qoşulmuş və bu fakt Cavabdeh İB-nin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillərlə lentə alınmışdır. İddiaçı tərəf mülki işə əlavə olunmuş həmin fotoşəkillərin ona məxsus olmasını təkzib və inkar etməmiş, əksinə fotoşəkillərdə gö stərilən fərdi yaşayış evinin ona məxsus olmasını qəbul etmişdir. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi mülki işə əlavə olunmuş, üzərində fotoşəkillərin çəkilmə saatı, tarixi, koordinatları əks olunmuş fotoşəkillərin tədqiqatını aparmamış, onları sübut qismində qiymətləndirməmiş və “fotoşəkillərdə göstərilən şəraitdə” abonentin qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə edib-etməməsinin mümkünlük tədqiqatını aparmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətl ənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Odur ki, yuxarıda qeyd edilənlər, iş materiallarında yer almış və tərəfimizdən təqdim olunmuş sübutlar apellyasiya şikayətinin əsaslı və iddia tələbinin isə tamamilə əsassız olmasını təsdiq etdiyi halda apellyasiya instansiya məhkəməsi səhv nəticəyə gələrək şikayəti tam təmin etməmişdir.
38. Göründüyü kimi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz.
39. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1,21.2, 386.1, 1096, 1097.1, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 6.5-ci bəndlərinə, Azərbaycan Respublikasının MPM-in 76, 77, 88 və 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq İnsan Hüquqlarının və X3 X2
41. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusi yası
42. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
43. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
44. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
45. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qa nunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
46. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır..
47. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
48. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: iş də iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəy işiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
56. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.
57. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
58. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
59. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
61. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşd ırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
62. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
64. Belə ki, apelyasiya məhkəməsi cavabdehin apelyasiya şikayətinin iddiaçının ünvanına ümumilikdə Cavabdeh İB tərəfindən 6 ədəd qaz sayğacı quraşdırıldığı, iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyi dövrdə onun ünvanında Cavabdeh İB tərəfindən xx.xx.2017-ci il tarixində quraşdırılmış Smart G4 markalı İtron tipli 1702AZ**********24 nömrəli qaz sayğacının olmasını nəzərə alınmaması barədə dəlillərinə hüquqi qiymət verilməmişdir.
65. Apellyasiya instansiyası iddiaçının özünün bildirdiklərinə əsasən müəyyən etmişdir ki, cavabdeh Birliyin əməkdaşları iddiaçıya məxsus evə aid əvvəlki sayğacı çıxardıqdan və qaz xəttini müvəqqəti olaraq rezin boru ilə birləşdirdikdən sonra o, təbii qazdan təxminən 1 ay ərzində istifadə etmiş, sonra ölkə hüdudlarından kənara getmiş və bu yaxınlarda xaricdən qayıtmışdır. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşmır. Çünki apelyasiya məhkəməsi tərəfin izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılıb qiymətləndirilməmişdir. Azərbayc an Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Rzayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 may 2017-ci il tarixli Qərarında vurğulanmışdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır.
66. Eləcə də apellyasiya instansiya məhkəməsi mülki işə əlavə olunmuş, Cavabdehn əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlara, üzərində çəkilmə saatı, tarixi, koordinatları əks olunmuş fotoşəkillərə Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir.
67. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
68. Prosessual qanunvericilyə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, qəbul edilmiş qətnamə iş üzrə m üəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir.
69. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir.
70. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların d üzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
71. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
72. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda h əll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
73. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
74. Yuxarıda göstərilənlərə görə də kassasiya şikayəti qismən təmin təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin hissəvi ləğvinə əsas olan nöqsanlar aradan qaldırılmaqla, sübutlara Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələbinə uyğun qiymət verilməklə maddi və prosessual hüq uq normalarının tələbinə uyğun məhkəmə aktı qəbul edilməlidir.
75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh İB” tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 mart 2023-ci il tarixli 2(103)1786/2023-cü il nömrəli nömrəli qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.