Məhkəmə qərarları › İş №2(102)-3300/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3300/2023

30.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3300/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzil üzərində tam pay üzrə mülkiyyət hüququnun tanınması, mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlaka tam mülkiyyət hüququnun tanınması tələbinin mümkünlüyü, yaşayış sahəsindən istifadə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2023-cü il tarixl i, 2(103)2153/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı və Cavabdeh1 14 noyabr 1987-ci il tarixdə nikaha daxil olmuş, nikahlarına 2013-cü ildə məhkəmə qətnaməsi əsasında xitam verilmiş və nikahın pozulması 26 aprel 2017-ci il tarixdə qeydə alınmışdır.

2. Cavabdeh2 və Cavabdeh3 onların övladlarıdırlar.

3. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 2 ünvanında yerləşən 5 saylı mənzil 28 iyul 1990-cı il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydə alınmışdır.

4. Tərəflər 2005-ci ilə qədər həmin mənzildə yaşamışlar. Bununla belə, onlar nikahda olduqları dövrdə sərəncam əs asında İddiaçı adına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 4, keçid 2 ünvanında torpaq sahəsi ayrılmış, onlar həmin sahədə yaşayış evi inşa etmiş və sonradan həmin evə köçüb yaşamışlar. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi massiv 4, keçid 2, 19 ünvanında yerləşən həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası qismən təmin edilərək, iddiaçının ünvan 2 ünvanlı yaşayış sahəsindən istifadə hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabd ehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzilinin Cavabdeh1 ilə olan birgə nikah dövründə əldə edilmiş vəsait hesabına əldə olunmaması, həmin mənzilin atası Umudun vəsaiti hesabına əldə olunması nəzərə alınaraq, mənzilin digər 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması və cavabdehlərə kompensasiya ödənilmədən onların mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzili iddiaçının valideynləri tərə findən 1980-ci ilin sonlarında baş etibarnamə ilə pulu tam ödənilməklə milliyyətcə rus olan Azərbaycan vətəndaşından alınmış, sonradan valideynləri mənzili iddiaçının adına rəsmiləşdirmişlər. İddiaçı Cavabdeh1 ilə 14 noyabr 1987-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra, onlar valideynləri ilə birlikdə qeyd edilən mənzildə yaşamışlar. Birgə nikah dövründə o, ünvan 3 ünvanında sərəncam əsasında iki torpaq sahəsi (6 sot + 6 sot) almış, həmin sahədə üç yataq otağı, bir qonaq otağı və bir mətbəxdən ibarət ev tikmiş, 2005-ci il tarixdən ailə üzvləri ilə birlikdə yeni tikdirdikləri həmin evə köçüb orada yaşamışlar. Xasiyyətləri uyğun gəlmədiyindən Cavabdeh1 ilə olan nikahları 2013-cü ildə məhkəmə qaydasında pozulmuş, bundan sonra iddiaçı ünvan 4 ünvanda tikdirdikləri fərdi yaşayış evində, cavabdehlər isə ünvan 5 ünvanda yaşamışlar. Bir müddət sonra, cavabdehlərlə aralarında razılaşma olmuş və cavabdehlər onun icazəsi ilə gəlib onunla birlikdə fərdi yaşayış evində yaşamışlar. Sonradan münasibətləri yenidən pozulmuş və 2019-cu ilin mart ayında cavabdehlər iddiaçını evdən qovmuşlar. Həmçinin cavabdehlər iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzilini kirayəyə verməklə, onu həmin mənzilə buraxmırlar. O, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 4, keçid 2, 19 saylı evə köçürülməsi və evin bölünməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası qismən təmin olunaraq, həmin ünvana istifadə hüququ tanınsa da, evin bölünməsi ev dövlət reyestrindən qeydiyyatdan keçmədiyi üçün təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin, o, həmin ünvana köçüb yaşamaq istəsə də, cavabdehlər buna imkan verməmişlər. Mülkiyyətində olan mənzilin alınması cavabdehlə olan birgə nikah dövrünə düşsə də, mənzili valideynləri aldığından, daşınmaz əmlakın digər ½ hissəsinə mülkiyyət hüququnun tanınması və cavabdehə kompensasiya ödənilmədən mənzilə olan istifadə hüququna xitam verilməsi qərarına gəlmişdir.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(002)1693/2022 nömrəli qətnaməsi ilə (hakim K.B.Əsədov) iddia tələbi təmin olunaraq, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzili üzərində tam pay üzrə mülkiyyət hüququnun tan ınması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsinə ehtiyacları olmadığına görə kompensasiya ödənilmədən onların Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin İddiaçı adına valideynləri tərəfindən alınmasını cavabdehlər etiraf etmişlər. İşin mübahisə edilən halı ondan ibarətdir ki, Cavabdeh1 alınmış mənzilin pulunu iddiaçının atasına hissə-hissə ödədiyini bildirir. Lakin cavabdehin bildirdikləri işin faktiki halları ilə uzlaşmır. Təqdim olunmuş sübutlar, habelə cavabdehlərin özlərinin izahatlarından aşkar şə kildə görünür ki, mübahisəli mənzil iddiaçının əmək qabiliyyətli və işləyən valideynləri tərəfindən pul yığılaraq əldə olunmuşdur, cavabdeh tərəf həmin mənzilin alınmasına hər hansı vəsait sərf etməmişdir. Bu səbəbdən, həmin mənzil tərəflərin ümumi birgə mülkiyyəti hesab edilmir. Bu səbəbdən, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzili üzərində tam pay üzrə mülkiyyət hüququ tanınmalıdır. Düzdür, mənzil daşınmaz əmlakın dövlət reyestrində tam pay üzrə iddiaçının adına qeydiyyatdan keçmişdir. Lakin alqı-satqı müqaviləsinin bağlanması tarixi tərəflərin birgə nikah dövrünə təsadüf etdiyindən, mənzilin 1/2 hissəsinin deyil, tam şəkildə iddiaçının mülkiyyətində olmasının vurğulanması hüquqi müəyyənlik baxımından zəruridir.

10. İddia nın cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair hissəsinə hüquqi qiymət verərək məhkəmə qeyd etmişdir ki, bu hissədə də iddia əsaslıdır. Belə ki, cavabdehlər birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evində yaşamaqla, onların mübahisəli mənzilə (yaşayış sahəsinə) ehtiyacları yoxdur. İddiaçı isə mülkiyyətində olan mənzildən məhrum edilməklə yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq, istifadə hüququ tanınmış fərdi yaşayış evinə köçüb yaşaya bilmir, bu səbəbdən bacısı gildə qalmağa məcburdur. Sözügedən fərdi yaşayış evinin şəraiti, genişliyi və s. göstəriciləri mübahisəli mənzillə müqayisədə daha yaxşıdır və cavabdehlər davamlı şəkildə həmin fərdi yaşayış evində yaşayırlar. Bu səbəbdən, onlara hər hansı k ompensasiya məbləğinin təklif edilməsinə, kompensasiya ödənilməsinə, məhkəmə tərəfindən kompensasiya məbləğinin müəyyən və təyin olunmasına zərurət yoxdur.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(002)1693/2022 nömrəli qətnaməsinin ləğv edilməs ini xahiş etmişlər.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(103)-2153/2023 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər S.X.Bəhrəmzadənin və X.A.Mərdanovanın iştirakları ilə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(002)-1693/2022 qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzil üzərində tam pay üzrə mülkiyyət hüququnun tanınması, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbləri təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, ünvan 7 ünvanında yerləşən 5 saylı mənzilin İ ddiaçıla Cavabdeh1 nikahda olduqları dövrdə əvəzli əqd əsasında əldə edildiyi işin mübahisələndirilməyən halıdır. Bununla belə iddiaçı, birinci tələbi üzrə faktiki hal kimi, həmin mənzilin iddiaçı ilə birgə əldə etdikləri qazanc hesabına deyil, valideynlərinin (atasının) vəsaiti hesabına alındığını irəli sürməkdədir. Nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə əmlakı olduğu prezumpsiyadır və bunun əksini sübutetmə yükü bilavasitə belə bir iddianı irəli sürən tərəfin üzərinə düşməkdədir. İddiaçı müvafiq tələbini mötəbər dəlillərlə sübuta yetirə bilmədiyi kimi, ümumiyyətlə belə bir tələbin irəli sürülməsində onun hansı hüquqi mənafeyinin olduğu da qeyri-müəyyəndir. Çünki daşınmaz əşya üzərində ər-arvadın ümumi birgə mülkiyyət hüquqları ailə qanunvericiliyi ilə müəyyən edildiyinə gör ə, məhkəmələr tərəfindən ər-arvadın ümumi birgə mülkiyyətini təşkil edən əmlak bölündükdə, məhkəmə əmlak üzərində onların mülkiyyət hüquqlarının tanınması məsələsini deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsini həll etmiş olur. Bu zaman əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyəti ümumi əmlak üzərində onların hər birinin payı müəyyənləşdirilməklə paylı mülkiyyətə keçirilir. Hazırki işdə mübahisəli mənzil onsuz da tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır. İşin hallarından isə aydın olur ki, Cavabdeh1 tərəfindən mənzilin bölünməsi barədə iddia irəli sürülməmişdir. Bu isə o deməkdir ki, hazırda tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmış vəziyyətdə olan mənzilin üzərində onun “tam pay üzrə mülkiyyət hüququnun tanınması” faktiki olaraq mümkün deyildir – mənzilin birgə vəsait hesabına alınmadığı barədə irəli sürdüyü arqumentlərə isə, Cavabdeh1 tərəfindən ona qarşı müvafiq iddia tələbi irəli sürüləcəyi halda qiymət verilə bilər.

15. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ikinci tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsassız hesab etmişdir. Belə ki, məhkəmə həmin tələbi təmin edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarındakı hüquqi mövqelərə istinad etmişdir. Halbuki, tərəflər arasında mübahisəli hüquq münasibətləri Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən deyi l, 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən yaranmış, Cavabdeh1 mənzilin birgə mülkiyyətçisi olması, digər cavabdehlər isə onun (onların) övladları olmaları etibarilə mənzildən istifadə hüququ əldə etmişdir. Sözügedən evə dair həmin dövrdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamış olması fərqli nəticəyə gəlinməsinə əsas yarada bilməz. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı barədə hüquqi akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Belə ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsasları Mülki Məcəllənin 14-cü maddəsində sadalanmışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur. Həmçinin, mübahisəsi gedən mənzilin 03 iyun 2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınması, onun mülkiyyət hüququnu tanıtmağa gözlənti hüquqlarının olduğuna dəlalət edir - Avropa Məhkəməsinin presedentləri baxımından isə qanuni və əsaslı gözlənti hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.

16. Beləliklə, cavabdehlərin ünvan 7 ünvanında yerləşən 5 saylı mənzilə istifadə hüquqlarının olduğu işin müba hisəsiz halıdır və bu səbəblə də iddia tələbi üzrə aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü təsbit edir. “R.Ağalarovun şikayəti üzrə” Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə isə, bu imkan xx.xx.2000-ci il tarixinə qədər yaranmış istifadə hüquqları üçün də mümkündür. Bu baxımdan iddiaçı, cavabdehlər Ayaz və Ağabacı Məmmədov(a)lara qarşı kompensasiya ödənilməklə onların mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlı olmuşdur. Cavabdeh1 qarşı isə onun belə hüququ mövcud deyil – çünki hazırkı dövrədək Cavabdeh1 mənzilin birgə mülkiyyətçisi olduğu prezumpsiyası qüvvədədir. Beləliklə, cavabdehlər Ayaz və Ağabacı Məmmədov(a)lara qarşı yönələn iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. İddiaçı cavabdehlərə kompensasiya qismində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi massiv 4, keçid 2 ünvanında yerləşən 19 saylı evi təklif edir – hansı ki, qanuni qüvvədə olan qətnamə ilə müəyyən edilmişdir ki, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat a alınmamaqla yanaşı, İddiaçıla Cavabdeh1 nikahda olduqları dövrdə birgə vəsait hesabına tikilən evdir və İddiaçı evdən istifadə hüquqları vardır. Sözügedən qətnamə ilə həm də İddiaçı həmin evə köçürülməsi qət olunmuşdur. Bu kontekstdə apellyasiya məhkəməsinin qənaətinə görə, birinci instansiya məhkəməsinin kompensasiya qismində təklif olunan həmin özbaşına tikilinin cavabdehlər Ayaz və Ağabacı Məmmədov(a)ların ünvan 7 ünvanında yerləşən 5 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi üçün yetərli əvəz olmasına dair gəldiyi nəticə əsaslı deyildir.

17. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində dig ər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Cavabdehlər Ayaz və Ağabacı Məmmədov(a)ların isə mübahisəli mənzildən daimi yaşamaq üçün getdikləri təkzib olunmaqdadır. Çünki işdəki sübutların məcmusu onların mənzili birdəfəlik tərk etdikləri, beləliklə də mənzilə dair hüquqlarının itirilməsinə (kompensasiya ödənilmədən) münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğu qənaətinə gəlməyə əsas vermir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 152.4, 152.5, 228.2-ci, 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 123, 60, 87-ci, 01 iyun 2000-ci il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə M əcəlləsinin 23, 29, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80. 81, 88, 217.3, 385-ci maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

19. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(103)-2153/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 228.5-ci, Ailə Məcəlləsinin 36-ci, Mülki Prosessual Məcəllənin 77.1, 388-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdehlər istifadə hüququna malik olan şəxslər kimi davamlı surətdə başqa yerdə yaşayır. Qanuni qüvvəsini almış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, cavabdehlər 2015-ci ildən etibarən mübahisəli mənzildən köçərək, davamlı olaraq başqa yerdə övladları ilə birlikdə yaşamışlar. Ailə Məcəlləsinin 36.9-cu maddəsi ilə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunması qeyd olunmuşdur. Tərəflər arasında nikah 2013-cü ildə Cavabdeh1 iddiası üzrə pozulmuşdur və həmin vaxtdan 10 il keçib, lakin cavabdeh ötən müddət ərzində əmlakın bölünməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bu da onu sübut edir ki, cavabdeh özü iddiaçının xeyrinə əmlakda n imtina etmişdir. Bu səbəbdən də, mübahisəli mənzil hazırda birgə mülkiyyət hesab oluna bilməz. Bundan əlavə, mübahisəli mənzil iddiaçının valideynləri tərəfindən alınmışdır, bu hal hər iki tərəfin izahatları ilə də təsdiq olunur. İddiaçı tərəfindən təqdim olunan sübutlar təsdiq edir ki, cavabdehlər uzun illərdir ki, 2005-ci ildən mübahisəli mənzildən çıxıb bu günə kimi iddiaçınin tikdirdiyi fərdi yaşayış evinə köçüb yaşayırlar. Bu faktı tərəflərin izahatları və şahidlərin ifadələri ilə bir daha sübut olunur.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməs inin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Etiraz işin faktiki halları əsaslandırılmış, maddi və prosessual hüquq normalarına istinad olunmamışdır. Kassasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işi n faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

25. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç b ir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

28. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmə k hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müə yyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olun muş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

32. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi mübahisəli mənzilin tam mülk iyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını nəzərə alaraq, əsaslı olaraq hesab etmişdir ki, onun hüquqi rejiminin dəyişməsi yalnız Cavabdeh1 iddiası üzrə mümkündür. O cümlədən, cavabdehin müvafiq iddiası olmadan iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə də hüquqi qiymət verilə bilməz.

33. Digər tərəfdən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildə istifadə hüquqlarının mövcudluğu işin mübahisəsiz halıdır. Mübahisələndirilən hal isə cavabdehlərin istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməsinin mümkünlüyüdür.

34. Bu hissədə də, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və təkrarlamağı zərurət bilmir. Belə kassasiya şikayətinin dəlilləri bu hissədə işin faktiki hallarının aydınlaşdırılmamasından ibarətdir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələri n işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edil məsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(103)-2153/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar