Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3303/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və İsmayıllı rayon notariat ofisinə qarşı iddia tələbinə, Cavabdeh1 İddiaçı1, İddiaçı2, İsmayıllı rayon notariat ofisi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Xnın katibli yi, İddiaçı1 və onun vəkili X6, Digər İddiaçı2, Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1855/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İsmayıllı Rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli 2(037)-38/2010 saylı qətnaməsi ilə Ağaməşədi X2 nəvəsi olması və X15 və X4 miras qalmış, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “X2” mülkü adlanan daşınmaz əmlakın və digər daşınar-daşınmaz əmlakın birinci növbəli vərəsə kimi X1 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tari xli 2(037)-273/2010 saylı qətnaməsi ilə Ağaməşədi X1 miras qalmış, “X2” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ müəyyən edilmiş, yaşayış evi və evin yerləşdiyi 0,05 hektar torpaq sahəsinə dair mərzçəkmə işlərinin aparılması, texniki sənədlərin tərtib olunması, dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınması DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə tapşırılmışdır. Qeyd olunan məhkəmə qətnamələri əsasında X1 həmin torpaq sahəsi və torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə dair öz adına 16 avqust 2011-ci il tarixli MA seriyalı ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. İsmayıllı rayon Notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli fərdi yaşayış evinin bağışlanması müqaviləsinə əsasən X1 mülkiyyətində olan İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 0,05 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş üç mərtəbəli 16 otaqlı fərdi yaşayış evini qızı Cavabdeh1 bağışlamışdır. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın və çıxarışa əlavə edilmiş 407-3028/132 inventar nömrəli fərdi yaşayış evinin texniki pasporta əsasən İsmayıllı rayon Ərəgit kəndində yerləşən 0,05 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş üç mərtəbəli 16 otaqlı fərdi yaşayış evi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nö mrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyaının 03 iyun 2015-ci il tarixli 2(107)114/2015 saylı qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli 2(037)-38/2010 saylı qətnaməsi qismən, X12 və X4 miras qalmış, “X2” mülkü adlanan daşınmaz əmlakın və digər daşınar-daşınmaz əmlakın birinci növbəli vərəsə kimi X1 tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair hissəsi ləğv edilmiş, ərizə həmin hissədə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2015-ci il tarixli 2(102)-3537/15 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 03 iyun 2015-ci il tarixli 2(107)-114/2015 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi nin 12 aprel 2019-cu il tarixli 2(107)-6/2019 saylı qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli 2(037)-273/2010 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, X1in DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “X2” mülkü adlanan mülkə və mülkün yerləşdiyi 0,05 hektar torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi tələbinə dair iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019cu il tarixli 2(102)-5873/2019 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyası 12 aprel 2019-cu il tarixli 2(107)-6/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli 2(037)-65/2017 saylı qətnaməsinə əsasən İddiaçı1 və İddiaçı2 1906-cı ildə vəfat etmiş X9 vərəsələri olmaları və X7 miras qalmış İsmayıllı rayon Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 hektar torpaq sahəsində yerləşən “X2” mülkü adlanan miras əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 23 may 2018-ci il tarixli 2(107)1265/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli 2(037)-65/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının12 noyabr 2018-ci il tarixli 2(102)-7084/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 23 may 2018-ci il tarixli 2(107)-1265/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “X2” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar torpaq sahəsinə dair X1in adına DƏDRXnin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16 avqust 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, həmin mülkün Cavabdeh1 bağışlanması barədə İsmayıllı rayon Notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və mülkə dair Cavabdeh1 adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2011-ci il tarixli MA seriyalı ** ***** nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsasandırılmışdır ki, Cavabdeh1 atası Ağaməşədi X3 digər vərəsələrinin xəbəri olmadan, gizlin miras qalmış mülkü məhkəmə qərarları əsasında ələ keçirmiş, həmin mülkə mülkiyyət hüququnu təsdiq edən çıxarışı əldə etdikdən sonra digər vərəsələr onların hərəkətlərindən xəbərləri olmasın deyə təcili qızı Cavabdeh1 bağışlamışdır. Cavabdeh1 atası X1in mübahisəli əmlakı əsassız əldə etməsindən xəbəri olmuşdur. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən X1in adına 16 avqust 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olan İsmayıllı Rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli və 28 dekabr 2010-cu il tarixli qətnamələri ləğv olunmuşdur. Cavabdeh1 qarşılıqlı iddia əriz əsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 və İddiaçı2 İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “X2” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evinin dörd otağına vərəsəliyi qəbul etmələri nəzərə alınaraq həmin dörd otağa münasibətdə İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “X2” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar torpaq sahəsinə dair atası X1in adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16 avqust 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın qismən ləğv edilməsi, həmin mülkün ona bağışlanması barədə İsmayıllı rayon notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi və İsmayıllı rayon Lahıc qə səbəsi Ərəgit kəndində yerləşən “X2” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar torpaq sahəsinə dair onun adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın qismən ləğv edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qərarında və Şəki Apellyasiya Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsində İddiaçı1 və İddiaçı2 “X2” mülkünün sahibi X9 1906- cı ildə vəfat edəndən sonra övladlarından X3 və X4in mübahisəli mülkdə qalıb yaşaması, X3in həmin mülkün birinci mərtəbəsindən iki otaq, ikinci mərtəbəsindən də iki otaq olmaqla alt-üst dörd otaqdan istifadə edərək miras mülkün hə min hissəsini faktiki qəbul edərək yiyələnməsini, mülkün digər otaqlarının isə X4in sahibliyinə keçməsini təsdiq etmişlər. Əvvəllər mübahisəli mülkün naturada bölgüsü aparılmış və evin dörd otağı X3in, mülkün digər otaqları isə X4in sahibliyinə və idarəçiliyinə verilmişdir. İddiaçılar hesab edirlər ki, İddiaçı1 və İddiaçı2 iddia tələbi qismən, mülkün naturada aparılmış bölgüsünə əsasən X3in sahibliyinə və istifadəsinə verilmiş dörd otağına münasibətdə təmin edilə bilər. O, İddiaçı1 və İddiaçı2 İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “X2” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evinin dörd otağına vərəsəliyi qəbul etmələrini nəzərə alaraq həmin dörd otağa münasibətdə İsmayıllı rayon Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “X2” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi nə və həmin evin yerləşdiyi 0,05 hektar torpaq sahəsinə dair X1in adına DƏDRXnin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16 avqust 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın qismən ləğv edilməsi, həmin mülkün ona bağışlanması barədə İsmayıllı rayon notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi və İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “X2” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar torpaq sahəsinə dair onun adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın qismən ləğv edilməsini xahiş edir. Qeyd etdikləri nəzərə alınaraq iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 7 iyul 2020-ci il tarixli, 2(037)81/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evinin X1in adına qeydə alınmasına əsas olan İsmayıllı Rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli və 28 dekabr 2010-cu il tarixli qətnamələri ləğv olunduğundan, fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsinin X1in adına qeydə alınmış 16 avqust 2011-ci il tarixli çıxarış ləğv edilməli, X1in mülkiyyətində olan yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin qızı Cavabdeh1 bağı şlaması barədə İsmayıllı rayon notariat kontorunda qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli bağışlanma müqaviləsi etibarsız hesab edilməli və həmin bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş 06 dekabr 2011-ci il tarixli çıxarış ləğv edilməlidir. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 apellyasiya şikаyəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Ayaz Mahmudov) 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişd ir ki, birinci instansiya məhkəməsi ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.4, 149.2, 340.1 və 340.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçılar iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiklərindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsinə, həm də apellyasiya instansiyası məhkəməsinə qarşılıqlı iddia ərizəsində göstərdiklərini təsdiq edən sübutları, yəni, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi təqdim etdiyi məhkəmə aktlarına istinad etməmiş və onlara münasibətini bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz da xil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı1 və onun vəkili X10 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı2 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikl ərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139-1.1.4. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkə məsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə mübahisəli fərdi yaşayış evinin X1in adına qeydə alınmasına əsas olan İsmayıllı Rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli və 28 dekabr 2010-cu il tarixli qətnamələri ləğv olunmuşdur. Hazırda mübahisələndirilən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar torpaq sahəsi ləğv olunmuş mə hkəmə qətnamələri əsasında X1in adına qeydə alınmış, 16 avqust 2011-ci il tarixli çıxarış verilmiş, sonuncu həmin yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsini qızı Cavabdeh1 bağışlamışdır. Qeyd edilən çıxarışın verilməsinə əsas olmuş qətnamələri ləğv edildiyindən işə baxan məhkəmələr çıxarışı ləğv etməklə həmin çıxarış əsasında bağlanmış bağışlma müqaviləsini etibarsız hesab etməklə düzgün nəticəyə gəlmişlər. Cavabdeh1 adına verilmiş çıxarış isə etibarsız hesab edilən bağışalma müqaviləsinə əsasən verildiyindən məhkəmələr həmin çıxarışı da ləğv etməklə düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstər ilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1855/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.