Məhkəmə qərarları › İş №2(102)-3303/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3303/2023

30.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3303/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmuş X13, X18 və X3* qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və miras payının bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik, mirasın qəbul edilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaq uboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X24 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2*23-cü il tarixli, 2(1*4)722/2*23 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X19 mülkiyyətində olmuşdur.

2. X33 21 noyabr 1977-ci il tarixdə ölmüşdür.

3. Miras qoyanın ölümündən sonra həmin evdə onun övladları X14 və X2* yaşamışlar.

4. Cavabdeh2 X5 arvadı, Cavabdeh1 isə övladıdır.

5. İddiaçı isə X8 övladıdır.

6. X14 31 yanvar 1998-ci il tarixdə, X2* 25 avqust 2*21-ci ildə ölmüşlər. 7. 27 oktyabr 2*21-ci il tarixli vərəsəlik h üququ haqqında şəhadətnaməyə əsasən 31 yanvar 1998-ci il tarixdə ölmüş X5 vərəsələri Cavabdeh1 və Cavabdeh2 miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak, vərəsəliyi faktiki qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X5 21 noyabr 1977-ci ildə vəfat etmiş anası X25 məxsus olmuş ünvan 2 ünvanında istifadədə olan *,**48 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 37,7 kvadrat metr olan fərdi yaşayış evindən ibarətdir. 8. 21 oktyabr 2*21-ci il tarixli miras payın bağışlanması müqaviləsi ilə Cavabdeh2 ona düşən miras payını qızı Cavabdeh1 bağışlamışdır. 9. ünvan 1-də yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 10. 31 may 2*22-ci il tarixli qanun üzrə v ərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı X6 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq olunmuş *7 oktyabr 2*21-ci il tarixli 2V-1513 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və *7 oktyabr 2*21-ci il tarixli 3M-787 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin ev ə dair Cavabdeh1 adına verilmiş 2* oktyabr 2*21-ci il tarixli 1521*27257 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının nənəsi X21 adına olmuş, nənəsi 21 noyabr 1977-ci ildə vəfat etmişdir. Onun babası X9 daha əvvəl, *9 may 1974-cü ildə vəfat etmişdir. X34 və X4 5 övladı olmuşdur. X34 vəfat edəndən sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yalnız onun anası X2* və dayısı X15 yaşamışlar. X15 31 yanvar 1998-ci ildə, anası X2* isə 25 avqust 2*21-ci ildə vəfat etmişlər. Həmin şəxslər öldükləri günə qədər ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış və analarından miras qalmış əmlakı qəbul etmişlər. X3 qalmış mirasın anası X2* tərəfindən qəbul edilməsi faktı mübahisəsiz olsa da, X2* mirası öz adına rəsmiləşdirmədən vəfat etmişdir. Buna görə də miras əmlakda onun anasına çatası pay ona çatmalı idi. Lakin yaxın vaxtlarda, anasının vəfatından sonra cavabdehlərin, yəni dayısı X7 vərəsələrinin iddiaçının xəbəri olmadan əvvəlcə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq olunmuş *7 oktyabr 2*21- ci il tarixli 2V-1513 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən fərdi yaşayış evini yalnız öz adlarına keçirdiklərini, daha sonra miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 özünə məxsus miras payı Cavabdeh1 bağışladığı müəyyən olunmuşdur. X2 payı iddiaçıya çatmalı olduğu halda, anasının ölümünə kimi sözügedən mülkdə yaşaması, bununla da nənəsindən qalmış mirası qəbul və idarə etməsi gizlədilmiş, ona hər hansı pay verilməmişdir. Cavabdehlər notariusu aldadaraq iddiaçını payından məhrum etmişlər. Notarius isə vərəsələrin axtarılması istiqamətində hər hansı tədbir görməmişdir.

13. Gəncə Şəhər Məhkəməsinin 16 noyabr 2*22-ci il tarixli, e-2(125)-1292/2*22 nömrəli qətnaməsi ilə (hakim C.Y.Quliyev) iddia təmin edilmiş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 2V-1513 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin, Cavabdeh2 ilə Cavabdeh1 arasında *7 oktyabr 2*21-ci il tarixdə bağlanmış 3M-787 rey estr nömrəli miras əmlakın bağışlama müqaviləsinin və həmin fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş 2* oktyabr 2*21-ci il tarixli 1521*27257 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X16 miras qalmış və X2* tərəfindən qəbul edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsinə İddiaçı, X16 miras qalmış və X14 tərəfindən qəbul edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın digər ½ hissəsinə X5 payının müəyyən edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, miras əmlakla bağlı üç mübahisə mövcuddur. Birinci mübahisə X21 mirası ilə bağlı mübahisə, ikinci mübahisə X7 və üçüncü isə X8 mirası ilə bağlı müba hisədir. X34 21 noyabr 1977-ci il tarixdə və X15 31 yanvar 1998-ci il tarixdə vəfat etdiyindən birinci və ikinci mübahisə həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin normalarına uyğun olaraq həll edilməlidir.

15. X21 qanun üzrə birinci növbə vərəsələri X26, X14, X22, X31 və X27 olmuşdur. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X17, həmçinin X12 oğlu X28 izahatları, habelə şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, X21 vərəsələrindən X14 və X2* analarının sağlığında onunla birlikdə yaşamış, analarının vəfatından sonra da, miras qalmış daşınmaz əmlakın faktiki idarə edilməsini həyata keçirərək ona yiyələnmişlər. Digər vərəsələr isə həmin əmlakı qəbul və ondan pay tələb etməmişlər.

16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X16 miras qalmış ünva n 2 ünvanında yerləşən fərdi yaşayış evində X1* 1977-ci ildən 199*-cı ilədək yaşadığı müddətdə həmin əmlakın M.İ.Məmmədova tərəfindən miras əmlak kimi qəbul edilməsini mübahisələndirmişlər. Lakin mülki işin mübahisə edilməyən hallarından göründüyü kimi X8 mülkiyyətində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin olmasına baxmayaraq, M.İ.Məmmədova öz iradəsinə uyğun olaraq, 2**7-ci ildən vəfat etdiyi tarixədək məhz ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Bu isə X8 1977-ci ildən 199*-cı ilədək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşadığı müddətdə həmin miras əmlakı faktiki qəbul etdiyini və ona öz mülkiyyəti kimi yanaşdığını göstərir. Əks təqdirdə X2* özünün başqa ünvanda yaşayış sahəsi olduğu halda yenidən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində y aşamazdı. Digər tərəfdən şəxsin mülkiyyətində olan əmlakla əlaqələrinin müvəqqəti kəsilməsi həmin şəxsin mülkiyyət hüququnun itirilməsinə əsas deyildir. Lakin qanun üzrə vərəsəlik hüququ haqqında 27 oktyabr 2*21-ci il tarixli 2V-1513 reyestr nömrəli şəhadətnamənin tərtibi zamanı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki olaraq, X14 ilə yanaşı X22 tərəfindən qəbul olunması nəzərə alınmamışdır.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının *1 sentyabr 2***-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 527, 528, 532, 552-ci, hazırda qüvvədə olan Mülki Məcəllənin 149.2, 152.1, 215.4, 1133.1, 1151.1, 1159.1, 1255, 1274, 1291-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun un “G.Qəhrəmanovanın şikayəti üzrə” 18 iyul 2*14-cü il tarixli və “A.Nadirovanın və qeyrilərinin şikayəti üzrə” 16 mart 2*22-ci il tarixli qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 16 noyabr 2*22-ci il tarixli, e-2(125)-1292/2*22 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2*23-cü il tarixli, 2(1*4)-722/2*23 nömrəli qətnaməsi ilə (hakim Ş.Q.Rzaquliyevin sədrliyi və məruzəsi ilə, hakimlər L.S.Süleymanovdan və A.H.Hüseynzadədən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 16 noyab r 2*22-ci il tarixli, e-2(125)1292/2*22 nömrəli ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 2V-1513 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin, Cavabdeh2 ilə Cavabdeh1 arasında *7 oktyabr 2*21-ci il tarixdə bağlanmış 3M-787 reyestr nömrəli miras əmlakın bağışlama müqaviləsinin və həmin fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş 2* oktyabr 2*21-ci il tarixli 1521*27257 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ½ hissədə etibarsız hesab edilməsi, X16 miras qalmış və X2* tərəfindən qəbul edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evind ən ibarət miras əmlakın ½ hissəsinə İddiaçı payının müəyyən edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

20. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin X16 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın onun birinci növbə vərəsələri olan uşaqlarından yalnız mərhumlar X14 və X2*, X8 vəfatından sonra isə oğlu İddiaçı tərəfindən qəbul edilməsi ilə bağlı qənaəti ilə razılaşsa da, lakin anası X16 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 2V-1513 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin, Cavabdeh2 ilə Cavabdeh1 arasında *7 oktyabr 2*21-ci il tarixdə bağlanmış 3M-787 reyestr nömrəli miras əmlakın bağışlama müqavi ləsi və həmin fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş 2* oktyabr 2*21-ci il tarixli 1521*27257 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın bütövlükdə etibarsız hesab edilməsini qət etməkdə haqlı olmamışdır.

21. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, anası X16 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət əmlakdan ona çatacaq payı X14 qəbul etmişdir və bu hal mübahisələndirilmir. X5 vəfatından sonra qalmış miras payının isə arvadı Cavabdeh2 ilə qızı Cavabdeh1 tərəfindən qəbul edilməsi də mübahisəsizdir.

22. Bununla belə, apellyasiya məhkəməsi qeyd etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında 27 oktyabr 2*21-ci il tarixli 2V-1513 reyestr nömrəli şəhadətnamənin tərtibi zamanı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki olaraq, X14 ilə yanaşı X22 tərəfindən qəbul olunması nəzərə alınmamışdır. Ona görə də, mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən ½ hissədə etibarsız hesab edilməlidir.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının *1 sentyabr 2***-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 527, 528, 532, 552-ci, hazırda qüvvədə olan Mülki Məcəllənin 1133.1, 1151.1, 1159.1, 1255, 1274, 1291-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 384.*.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

24. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2*23-cü il tarixli, 2(1*4)722/2*23 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 12*3, 1246, 1252-ci, Mülki Prosessual Məcəllənin 14-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, mərhum Mahirə Məmmədova vəfat edənədək anasından qalmış mirası qəbul edilməsi üçün hərəkət etməmiş, iddiaçı da öz anasından mirası qəbul etməmişdir. Həmçinin məhkəmə əsassız olaraq Azərbaycan SSRin 11 sentyabr 1964-cü il tarixli qanununa istinad etmişdir. Belə ki, X2* 2**7-ci ildən vəfat etdiyi tarixədək mübahisəli fərdi yaşayış evində yaşamışdır.

26. Kassasiy a şikayətinə Azərbaycan Respublikası MPM-in 1*.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

27. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri

28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə k i, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin mübahisələndirilən həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

31. Azərbaycan Respublikasının *1 sentyabr 2***-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qаnun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. 532-c i maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilə n hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1243.1-ci maddəsinə əsas ən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istina d etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin m övqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, hazırki iş üzrə iddiaçının anasının miras qoyanın birinci növbədə vərəsəsi olması işin mübahisəsiz halıdır.

36. Mübahisəli məsələ yalnız miras əmlakın iddiaçının anası tərəfindən qəbul edilib-edilməməsindən ibarədir. Belə ki, cavabdehlər kassasiya şikayətində iddiaçının anasının miras əmlakda yaşamasını qeyd etsələr də, mi rası qəbul etməməsini iddia etmişlər.

37. Məhkəmə kollegiyası izah edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.

38. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının anası X22 öz anasının (iddiaçının nənəsinin) vəfatından sonra, 1977-ci ildən 199*-cı ilədək mübahisəli fərdi yaşayış evində yaşamış və mirası faktiki olaraq qəbul etmişdir. Cavabdeh tərəf iddiaçının anasının mirasın qəbulu üçün hər hansı aktiv hərəkət etməməsini bildirsə, məhkəmə kollegiyası kassatorların nəzərinə çatdırır ki, onların da ailə üzvü, miras qoyanın isə oğlu olan X14 həmçinin sağlığında mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmiş, mirası evdə yaşayıb faktiki yiyələnməklə qəbul etmişdir. Odur ki, X1 miras əmlakı adına rəsmiləşdirməməsi onun vərəsəlik hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz. Ona görə ki, mirasın faktiki qəbulu ilə həmin əmlakdakı payı onun mülkiyyətinə keçmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi həmçinin düzgün olaraq müəyyən etmişdir ki, iddiaçı öz növbəsində anasının ölümündən sonra sonuncudan qalan mira sı qəbul etmişdir. Bu hal 31 may 2*22-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə təsdiq olunmuşdur. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının düzgün tətbiq edilməməsinə dair kassasiya şikayətinin dəlili həmçinin əsaslı hesab oluna bilməz. Belə ki, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə uyğun olaraq X19 21 noyabr 1977-ci il tarixdə ölməsini nəzərə alaraq, ondan qalmış mirasa münasibətdə həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 527, 528, 532, 552-ci maddələrini, X8 isə 25 avqust 2 *21-ci il tarixdə ölməsini nəzərə alaraq, ona münasibətdə hazırda qüvvədə olan Mülki Məcəllənin 1151.1, 1159.1, 1255-ci maddələrini tətbiq etmişdir.

41. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2*23-cü il tarixli, 2(1*4)-722/2*23 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar