Məhkəmə qərarları › İş №2(102)-3304/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3304/2024

17.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3304/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözləri: qanunsuz tikilinin sökülməsi 17.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-533/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 13 iyun 2022-ci il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X1 şəhəri, X8, 37 c (yeni qaydalarla: Şəki şəhəri, X8, 120E) ünvanında yerləşən 0.0031 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 24.5 kvadrtat metr olan fərdi yaşayış evini İddiaçı 25000 manat məbləğinə satmışdır.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 6 iyul 2022-ci il tarixdə verilmiş, **********66-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa və həmin reyestr nömrəli, 983 inventar nömrəli Texniki Pasporta əsasən Şəki şəhəri, X8, 37 c (yeni qaydalarla: Şəki şəhəri, X8, 120E) ünvanında yerləşən 0.0031 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 24.5 kvadrat metr olan qeyriyaşayış binası İddiaçı mülkiyyətinə verilmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 5 avqust 2022-ci il tarixdə verilmiş, **********74-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa və həmin reyestr nömrəli, 1468 inventar nömrəli Texniki Pasporta əsasən Şəki şəhəri, X8, 120F ünvanında yerləşən 0.0134 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 35.3 kvadrtat metr olan qeyri-yaşayış binası Cavabdeh mülkiyyətinə verilmişdir.

4. Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Aparatı tərəfindən Azərbaycan Respublikası Vəkillər X5 Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış 27 sentyabr 2022-ci il tarixli, 2/1479 nömrəli məktubuna əsasən, Şəki şəhəri, X8, 37c (yeni qaydalarla 120 E) saylı ünvanda yerləşən qeyri-yaşayış binasının sol tərəfində yerləşən tikilinin, hüquqi yardım göstəril məsi barədə müqavilə bağladıqları İddiaçı məxsus qeyriyaşayış binasının arxa hissəsinə qədər birləşdirilərək artırılması, tikinti işlərinə razılıq verilməsi və tikilinin istismara qəbulu ilə bağlı Maraqlı şəxs tərəfindən son beş ildə heç bir tikintiyə icazə və istismarına icazə sənədləri verilməmişdir. Haqqında qeyd edilən tikinti ilə əlaqədar əvvəllər tikintiyə və istismara icazə sənədlərinin verilib-verilməməsi ilə bağlı Respublika Dövlət Arxivinin Şəki Filialına müraciət edilməsi xahiş olunmuşdur.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış 5 oktyabr 2022-ci il tarixli, 2491 nömrəli mək tubuna əsasən, Daşınmaz əmlakın dövlət reyestrindən məlumat verilməsi barədə müraciətinə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X9 12 saylı Şəkki Ərazi İdarəsində baxılmışdır. ünvan 5 ünvanda yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasına bitişdirilərək tikilən, xx.xx.2022ci il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh məxsus ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış binasıdır.

6. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Maraqlı şəxs və İddiaçı 15 noyabr 2022-ci il tarixli, MİHO/2.1-2-2022-7409 nömrəli məktubuna əsasən, Şəki şəhəri, X8, 120E ünvanında İddiaçı mülkiyyətində olan qeyriyaşayış obyektinə bitişik sahədə özbaşına tikinti işlərinin aparılması barədə vətəndaşın xx.xx.2020-ci il tarixli müraciəti Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən məlumatlandırma icraatı tətbiq olunan tikinti obyektləri barədə müvafiq məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi məqsədilə rayon (şəhər) icra hakimiyyəti tərəfindən 3 iş günü ərzində Komitəyə təqdim edilməlidir. Lakin sözügedən ünvanda tikintisi aparılan obyektə dair Komitəyə hər hansı məlumat təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə"nin müddəaları ilə verilmiş səlahiyyətlər çərçivəsində vətəndaşın müraciəti araşdırılması və qanunamüvafiq tədbirlərin görülməsi üçün Maraqlı şəxsnə göndərdiyi bildirilmiş, görülmüş tədbirlər barəd ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və İddiaçı məlumat verilməsi xahiş edilmişdir.

7. Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış 24 noyabr 2022-ci il tarixli, 2/V-11-151 nömrəli məktubuna əsasən, Maraqlı şəxsnə ünvanladığı, Şəki şəhəri, X8, 37c (yeni qaydalarla 120E) saylı ünvanda mülkiyyətində olan qeyri-yaşayış binasının sol tərəfində yerləşən tikilinin sahibi tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla ona məxsus qeyri-yaşayış binasının arxa hissəsinə qədər birləşdirilərək əlavə tikili artırması və dam örtüyünü də ona məxsus tikilinin dam örtüyünə birləşdirdiyini nəzərə alaraq tədbirlər görülməsi barədəki müraciətinə tərəflərindən baxılmışdır. Haqqında qeyd etdiyi tikinti ilə əlaqədar tikintiyə və istismara icazə sənədlərinin ve rilmədiyini nəzərə alaraq qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edilməsi xahiş olunmuşdur.

8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin İddiaçı ünvanlanmış 28 noyabr 2022-ci il tarixli, 37/V-03671 nömrəli məktubuna əsasən, Şəki şəhəri, H.Əliyev prospekti, 37 c ünvanda yerləşən obyektin ona məxsus tikilinin arxa hissəsinə birləşdirilərək artırılması, dam örtüklərinin birləşdirilməsindən narazılığı barədə Agentliyə ünvanladığı 27 oktyabr 2022-ci il tarixli müraciətə baxılmışdır. Məlum olduğu kimi, şəhərsalma nəzarəti qaydasında özbaşına tikilən obyektlərə dair tabeliyində olan ərazilərdə inzibati icraat müvafiq yerli icra hakimiyyəti orqanları, bu sahədə dövlət nəzarəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keç irilir. Bununla bağlı həmin ərazilərdə özbaşına aparılan tikinti-quraşdırma işlərinə dair Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları"na uyğun tədbirlər yerinə yetirilməlidir. Qanunvericiliklə müəyyən olunmuş tələblər və onlara riayət edilməsi ilə bağlı müddətlər və müddəalar səlahiyyətli orqan tərəfindən hər hansı səbəbdən pozulduğu halda həmin obyektlərə dair tərəflərindən lazımi qaydada tədbirlərin tətbiqi mümkünsüdür. Qeyd edilənləri nəzərə alaraq qanunsuz tikilinin sökülməsi ilə bağlı məhkəmə orqanına müraciət etməyi tövsiyə olunmuşdur.

9. Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Aparatı tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərəsalma və Arxitektura Komitəsi və İddiaçı ünvanlanmış 2 dekabr 2022-ci il tarixli, 37/V-03671 nömrəli məktubuna əsasən, Şəki şəhəri, X8, 120E ünvanında İddiaçı, mülkiyyətində olan qeyri-yaşayış obyektinə bitişik sahədə özbaşına tıkinti işlərinin aparılması barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladığı, baxılmaq üçün Maraqlı şəxsnə göndərilmiş müraciəti ilə bağlı bildirmişlər ki, vətəndaşın haqqında qeyd, etdiyi, Şəki şəhəri, X8, 120F ünvanında yerləşən qeyri-yaşayış binasını Şəki şəhər sakini Cavabdeh xx.xx.2022-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, 1468 inventar və **********74-06301 reyestr nömrəli "Texniki Pasport”un sonuncu vərəqində qeyd edildiyi kimi 4Ə-1059 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə digər şəxsdən almış və İddiaçı özbaşına tikinti kimi qeyd etdiyi 81,8 kv.m. qeyri-yaşayış sahəsi həmin sənəddə əlavə tikili kimi göstərilmişdir. Yəni, Cavabdeh sənəd üzrə ümumi sahəsi 35,3 kv.m, olan qeyri-yaşayış binasını alarkən icazə sənədləri olmayan 81.8 kv.m. tikili ilə birlikdə almışdır və İddiaçı iddia etdiyi həmin tikilinin uzun illər əvvəl inşa edildiyi məlum olmuşdur. İddiaçı vəkili vasitəsilə Maraqlı şəxsnə müraciət etmiş və onun müraciəti mülki xarakterli məsələ olduğundan məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Həmçinın İddiaçı şikayətçi olduğu Cavabdeh, haqqında qeyd edilən tikiliyə mülkiyyət hüququnun tanınması məqsədilə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən Maraqlı şəxsnə göndərilmiş sorğuya cavab məktubunda hamin t ikilinin icazəsiz tikili olduğu, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinin pozulduğu qeyd edilmişdir.

10. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-369/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qərardadı ilə, iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "xx.xx.2022-ci il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmazın əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 81.8 kv.m torpaq sahəsində tikdirdiyi qeyri-yaşayış binasının reyestrdə adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, X8, 37 c (yeni qaydalarla 120 E) saylı ünvanda ona məxsus qeyri-yaşayış binasının arxa hissəsinə artırılmış bitişik, Cavabdeh məxsus qanunsuz tikilinin və dam örtüyünün cavabdehin öz vəsaiti hesabına sökülərək götürülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhəri, X8, 37 c (yeni qaydalarla 120E) saylı ünvanda yerləşən qeyri yaşayış binası DƏDRX tərəfindən verilən çıxarışa əsasən ona məxsusdur. Həmin tikilinin sol tərəfində yerləşən obyektin ona məxsus tikilinin arxa hissəsinə bitişdirilərək artırılması, hətta dam örtüyünün bu tikilinin dam örtüyünə birləşdirildiyi müəyyən olunur. Onda olan texniki pasportda həmin əlavə artırılan tikilinin mövcud olmadığı görünür. Dəfələrlə həmin obyektin sahibinə xəbərdarlıq edərək əlavə artırılan tikililərin sökülməsi tələb olunsa da həmin şəxs aidiyyəti qurumlardan razılıq aldığını, tikilini sökməyəcəyini bildirmişdir. Məsələyə aydınlıq gətirilməsi üçün Maraqlı şəxs Başçısı Aparatının Tikinti və Memarlıq Şöbəsinə rəsmi qaydada müraciət edərək ona məxsus tikilinin arxa hissəsinə qədər bitişdirilərək artırılması, tikinti işlərinə razılıq verilməsi barədə, həmçinin tikilinin istismara qəbulu ilə bağlı rəsmi qaydada məlumat verilməsi xahiş olunmuşdur. Maraqlı şəxs Başçısı Aparatının xx.xx.2022 -ci il tarixli 2/1479 saylı cavab məktubunda həmin tikili ilə bağlı son 5 ildə heç bir tikintiyə icazə və istismara icazə sənədlərinin verilmədiyi bildirilmişdir. Eyni zamanda DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinini xx.xx.2022-ci il tarixli 2491 saylı məktubundan da həmin tikilinin xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydə alındığı görünür. Sözügdən tikili qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla inşa edildiyindən, eyni zamanda onun qanunla qorunan hüquqlarına və mənafeyinə xələl gətiridiyindən Dövlət Şəhərsalma və Arxitextura Komitəsinə, Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə və yenidən Maraqlı şəxsnə müraciət edərək komissiya təşkil olunaraq əraziyə yerində baxış keçirilməsini xahiş etmişdir. Lakin müraciəti əsaslı şəkildə araşdırılmadan cavablandırılaraq mə hkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Eyni zamanda cavabdeh də xəbərdarlıqlara və qanunvericiliyin tələblərinə məhəl qoymadan təmin-tikinti işlərini davam etdirir. Bu isə mülkiyyətçi olaraq onun hüquqlarını pozur. Qeyd olunanlardan aşkar görünür ki, cavabdeh qanunvericliyin tələblərini kobud surətdə pozur, tətbiq edilən xəbərdarlıqlardan nəticə çıxarmır, əksinə öz qanunsuz əməllərini davam etdirməklə digər şəxslərin qanunla qorunan mənafelərinə mühüm zərər vurur. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək pozulan hüquqlarının bərpa edilməsi və eyni zamanda cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə müvafiq qərar qəbul edilməsinin zəruri olduğunu düşünür.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2023-cü il tarixli, 10/1468 nömrəli ekspert rəyinin nəticəsinə əsasən, Şəki şəhəri, X8, 120F ünvanında yerləşən qeyri yaşayış binasının faktiki texniki göstərici ilə həmin tikiliyə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli "Texniki Pasport" sənədində qeyd olunan ölçülər ilə uyğunsuzluq təşkil etdiyi müəyyən olunur. Qeyd olunan "Texniki Pasport" sənədində həmin tikilinin sahəsinin 35.3 kv.m təşkil etdiyi qeyd olunsa da faktiki olaraq həmin tikilinin ümumi sahəsinin 117.1 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Belə ki, 81.8 kv.m hissə əlavə olaraq artırılmış və həmin hissənin mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. İddiaçı məxsus olan Şəki şəhəri, X8, 3 7c (yeni qaydalaral 120E) saylı ünvanında yerləşən qeyri-yaşayış binasının arxa hissəsinə artırılmış (bitişik) olan tikililərin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş "Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları"nın tələblərinin pozulduğu müəyyən olunur. Tikililərin istifadəsinə maneənin mövcud olub-olmamasının müəyyən edilməsi X2 şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından qərardadın 2-ci sualı üzrə tədqiqat aparılmamışdır.

14. Şəki Rayon Məhkəməsin in (bundan sonra-birinci instansiya məhkəməsi) e2(075)-573/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim-Elşən Vəliyev) iddia tələbi təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki,, Şəki şəhəri, X8, 37 c (yeni qaydalarla 120 E) saylı ünvanda yerləşən qeyri-yaşayış binası İddiaçı, həmin küçədə yerləşən 120 F saylı qeyri-yaşayış binası isə Cavabdeh istifadəsinə verilmişdir. İddiaçıya məxsus tikilinin arxa hissəsinə bitişik tikili inşa edilmiş, hətta həmin tikilinin dam örtüyü iddiaçıya məxsus tikilinin dam örtüyünə birləşdirildiyi müəyyən edilmişdir. Hazırda iddiaçı onun istifadəsində olan yaşayış evinin su xətti keçirilməsinə və havalandırılmasına maneçilik törətməsinə isnad edərək ona məxsus tikilinin arxa hissəsinə bitişik şəkildə cavabde h tərəfindən tikilmiş tikilinin sökülməsini tələb edir.

16. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

17. Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin, Mülki Məcəllənin 180-ci maddəsindən də aydın görünür ki, cavabdehin həmin tikiliyə gözlənilən mülkiyyət hüququnun olması, eyni zamanda cavabdeh tərəfindən tikilmiş tikili iddiaçıya məxsus Şəki şəhəri, X8, 37 c (yeni qaydalarla 120E) saylı ünvanda qeyri-yaşayış binasına hər hansı formada zərər yetirməsin ə və həmin qeyri yaşayış sahəsindən istifadə etməsinə hər hansı formada maneçilik törətməsi iş materialları ilə sübuta yetirilmir.

18. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göründüyü kimi, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar, yəni cavabdeh tərəfindən qeyri yaşayış sahəsinə bitişik şəkildə inşa edilmiş tikililinin onun qeyri yaşayış sahəsindən istifadə etməsini məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədləri ndən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

19. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin əsaslı olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası təmin olunmamalıdır. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul iddiaçıdan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4, 157.8, 158.2, 158.4, 166.3, 180.1, 180.2, 180.3-cü, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə, 48-ci maddəsinin 2-ci hissə sinə, 82-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri iddiaçıya bilavasitə öz torpaq sahəsindən istifadə etməsinə elə bir maneçilik törətməsə də, onun hüququnu müəyyən dərəcədə pozur. Yəni, cavabdehə məxsus tikililərin dam örtüyündən yağış sularının iddiaçının əmlakına axıdılması, onun həmin divar boyu torpaq sahəsindən (əmlakından) istifadəsini məhdudlaşdırır, divarın xarici görünüşünü və tikilinin ümumi fonunu pozur və sair. Belə olan halda sözügedən təsirlər ad i istifadədən və iqtisadi cəhətdən yol verilən hədləri aşdığından, təsirə məruz qalan iddiaçı bilavasitə öz torpaq sahəsindən istifadə etməyə maneçilik törədən və onun hüququnu əhəmiyyətsiz dərəcədə pozan tikililərin sökülməsini cavabdehdən tələb etməkdə haqlıdır.

23. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiya məhkəməsi) 2(107)-533/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Şəki şəhəri, X8, 120E ünvanında yerləşən 0.0031 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 24.5 kvadrtat metr olan qeyri-yaşayış binası 13 iyun 2022-ci il tarixli, AN-İ seriyalı, 105465 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı tərəfindən əldə edilmişdir.

25. Şəki şəhəri, X8, 120F ünvanında yerləşən 0.0134 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 35.3 kvadrtat metr olan qeyri-yaşayış binası 4Ə1059 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh tərəfindən əldə edilmişdir.

26. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasına bitişik inşa edilmiş sənədsiz özbaşına tikili olan 81.8 kv.m olan tikili isə 5 avqust 2022-ci ildə verilmiş **********74-06301 reyestr nömrəli, 1468 inventar nömrəli Texniki Pasportda qeyd edilmişdir.

27. Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Aparatı tərəfind ən Azərbaycan Respublikasının Dövlət Şəhərəsalma və Arxitektura Komitəsi və İddiaçı ünvanlanmış 02 dekabr 2022-ci il tarixli, 2/1834 nömrəli məktubdan görünür ki, Şəki şəhəri, X8, 120E ünvanında İddiaçı mülkiyyətində olan qeyri-yaşayış obyektinə bitişik sahədə özbaşına tıkinti işlərinin aparılması barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladığı, baxılmaq üçün Maraqlı şəxsnə göndərilmiş müraciəti ilə bağlı bildirmişlər ki, vətəndaşın haqqında qeyd etdiyi, Şəki şəhəri, X8, 120F ünvanında yerləşən qeyri-yaşayış binasını Şəki şəhər sakini Cavabdeh xx.xx.2022-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, 1468 inventar və **********74-06301 reyestr nömrəli "Texniki Pasport'un sonunc u vərəqində qeyd edildiyi kimi 4Ə-1059 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə digər şəxsdən almış və İddiaçı özbaşına tikinti kimi qeyd etdiyi 81,8 kv.m. qeyri-yaşayış sahəsi həmin sənəddə əlavə tikili kimi göstərilmişdir. Yəni, Cavabdeh sənəd üzrə ümumi sahəsi 35,3 kv.m, olan qeyri-yaşayış binasını alarkən icazə sənədləri olmayan 81.8 kv.m. tikili ilə birlikdə almışdır və İddiaçı iddia etdiyi həmin tikilinin uzun illər əvvəl inşa edildiyi məlum olmuşdur.

28. Göründüyü kimi, mübahisəli 81.8 kv.m özbaşına tikili həmin Şəki şəhəri, X8, 120F ünvanında, həm də Şəki şəhəri, X8, 120E ünvanında yerləşən qeyri-yaşayış obyektlərinin əvvəlki mülkiyyətçilərinin sahibliyində olduğu vaxt inşa edilmiş, həm iddiaçı, həm cavabdeh həmin qeyri-yaşayış obyektlərini hazırda mövcud olduğ u vəziyyətdə əvvəlki mülkiyyətçilərindən alqı-satqı yolu ilə almışlar.

29. Şəki şəhəri, X8, 120E ünvanında yerləşən qeyri-yaşayış binası 13 iyun 2022-ci ildə İddiaçı satıldığı zaman sonuncunun aldığı əmlakın yüklü olmasına hər hansı etirazı da işin hallarından görünmür. Bu hal Cavabdeh qarşı irəli sürülmüş tələbin həm də qanunvericiliyin hüquqdan sui-istifadənin yolverilməzliyini müəyyən edən müddəaları əsasında nəzərdən keçirilməsini tələb edir.

30. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır.

31. Məhkəmə kollegiyası mübahisəli əraziyə keçirdiyi yerli baxışda müəyyən etmişdir ki, Şəki şəhəri, X8ndə şəhərin mərkəzinə doğru yolun sol tərəfində cavabdehə və iddiaçıya məx sus qeyri-yaşayış sahələri bu sırayla yanaşı yerləşir. Mübahisəli əlavə tikili cavabdehə məxsus qeyri-yaşayış sahəsinin içərisindən keçməklə həm cavabdeh, həm də iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin arxa hissəsində yerləşir.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Şəki şəhəri, X8, 120E ünvanında yerləşən qeyri-yaşayış binasının hazırki iddiaçıdan öncəki mülkiyyətçisi həmin əmlakı yüklü şəkildə hazırki iddiaçıya satmaqla, həm iddiaçının, həm də cavabdehin maraqlarına ziyan vurmuşdur. İddiaçı isə mübahisəni qeyri-yaşayış sahəsini ona satan şəxslə həll etməli olduğu halda, hazırki cavabdehə qarşı tələb irəli sürməkdə haqlı olmamışdır. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

33. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplаnmış sübutlаrı mаddi və pros essuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb etmişdir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(075)-573/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 152.1, 152.6, 170.1, 170.2, 171.1, 172.3, 173.3, 560.1, 560.2, 560.3.4, 567, 568, 572.1, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 04 sentyabr tarixli, 160 saylı Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinə, Azərbaycan Respublikasının MPM-in 9.1,9.3, 14.2,77.1, 88, 217.1,217.3,217.4, 218.1-ci maddələrinə istinad etmişdir.

35. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-533/2024 saylı qətna məsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işin faktiki hallarından görünür ki, iddiaçıya məxsus tikilinin arxa hissəsinə tikililərin bitişdirilərək artırılması, hətta dam örtüyünün bu tikilinin dam örtüyünə birləşdirildiyi müəyyən olunur. İddiaçıya aid texniki pasportda həmin əlavə artırılan tikilinin mövcud olmadığı görünür. Dəfələrlə həmin obyektin sahibinə xəbərdarlıq edərək əlavə artırılan tikililərin sökülməsi tələb olunsa da həmin şəxs aidiyyəti qurumlardan razılıq aldığını, tikilinin sökməyəcəyini bildirmişdir.

38. Apellyasiya şikayətlərində bütün dəlilləri məhkəmənin diqqətinə çatdırsalar da, məhkəmə iclasları zamanı xüsusil ə vurğulasalar da nəticə etibarı ilə dəyişən heç nə olmamışdır. Əgər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş "Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları"nın tələblərinin pozulması məhkəmələr tərəfindən hüquq pozuntusu kimi qiymətləndirilməyəcəkdirsə onda həmin qaydaların qəbul edilməsinə zərurət olmazdı. Qanunvericilik hər hansı şəxsin başqa şəxsin hüquqlarını pozmasına imkan vermədiyi halda cavabdehin etdiyi qanun pozuntusuna normal hal kimi qiymət verilməsi tamamilə yolverilmə zdir. Hər iki instansiya məhkəməsi işin bu hallarına xüsusi diqqət yetirməmiş, sanki hər kəsin qanunu bu formada pozmasının normal olması qənatində olmuşlar.

39. Mülki Məcəllənin 170-ci maddəsinin mənasına görə, öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidir və sözügedən normada hədsiz təsir anlayışı açıqlanır və təsirlərin mümkün dərəcəsi müəyyənləşdirilir. Belə konkretləşmənin hüquqi əhəmiyyəti ondan ibarətdir ki, mümkünlük həddində olan təsirlərə qonşu dözməlidir. Digər tərəfdən, qeyd olunan normada qonşuya gedən qazın, qoxunun, səs-küyün, titrəyişlərin və digər oxşar amillərin yaratdığı təsirlər aşağıdakı hallarda yolverilən (dözümlü) hesab edilir: birincisi, qonşuya öz sahəsindən istifadə etməyə maneçilik törətmədikdə; ikincisi qonşu nun hüququnu əhəmiyyətsiz dərəcədə pozduqda. Göründüyü kimi, buiki halda qonşunun hüququnun əhəmiyyətsiz dərəcədə pozulmasına yol verilir. Lakin, belə təsirin adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədləri aşarsa, təsirə məruz qalan qonşu digər qonşudan pul şəklində müvafiq kompensasiya tələb edə bilər. Bu halda dözümlülüyün meyarı təsirin adi istifadədən əmələ gəlməsi, yolverilənlik dərəcəsi və qarşısının alına bilinməməsidir. Hazırkı vəziyyətdə cavabdehin hərəkətləri iddiaçıya bilavasitə öz torpaq sahəsindən istifadə etməsinə elə bir maneçilik törətməsə də, onun hüququnu müəyyən dərəcədə pozur. Yəni, cavabdehə məxsus tikililərin dam örtüyündən yağış sularının iddiaçının əmlakına axıdılması, onun həmin divar boyu torpaq sahəsindən (əmlakından) istifadəsini məhdudlaşdırır, divarı n xarici görünüşünü və tikilinin ümumi fonunu pozur və sair. Belə olan halda sözügedən təsirlər adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədləri aşdığından, təsirə məruz qalan iddiaçı bilavasitə öz torpaq sahəsindən istifadə etməyə maneçilik törədən və onun hüququnu əhəmiyyətsiz dərəcədə pozan tikililərin sökülməsini cavabdehdən tələb etməkdə haqlıdır.

40. Məhkəmə mübahisəli əraziyə yerində baxış keçirməmişdir. Əgər hər hansı tikinti işləri üçün müvafiq icazənin alınması vacib olmasaydı, Qanunvericilik bu halı məcburi tələb kimi irəli sürməzdi. Hətta qanunsuz tikilinin əvvəldən mövcud olması və cavabdehin həmin əmlakı sonradan alması həmin tikilinin sökülməsini istisna etsəydi, hər kəs bu qaydada qanunsuz tikili inşa edərək başqasına satar, alan şəxslər də bu hüquqdan suiistifadə e dərək başqalarının hüquqlarını pozardılar.

41. İşdə kifayət qədər qanun pozuntusuna dəlalət edən sübutlar, ekspert rəyi olmasına baxmayaraq məhkəmə bu hallara əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

43. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

44. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

45. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

46. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

47. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

48. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

49. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.

50. Maddə 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtı nda etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər.

51. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

52. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

53. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır.

54. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə g ötürür.

55. Maddə

568. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

56. Maddə 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslər in hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 217.4. Məhkəmə (hakim) öz qətna məsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayəti n hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

66. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

67. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

69. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

71. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmənin mübahisəli əraziyə yerində baxış keçirmədiyi barədə dəlili barədə bildirir ki, həmin dəlil əsassızdır.Belə ki, Mülki işin 183-cü vərəqində olan “Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin protokolu” ilə təsdiq edilir ki, işə baxan apellyasiya instansiyası məhkəməsinin kollegiyası 17 may 2024-cü il tarixində mübahisəli əraziyə yerində baxış keçirmişdir.

72. Həmçinin apellyasiya instansiyası məhkəməsi qətnaməsində də yerli baxış nəticəsində müəyyən edilənlərə istinad etmişdir.

73. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qi ymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

75. Ona görə də k assasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 iyun 2024-cü il tarixli 2(107)533/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar