Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3308/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (ƏMDX yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi və AR DİN BDYPİ maraqlı şəxslər qismində cəlb edilməklə) ilkin, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-3308/22 Açar sözlər: əqdin etibarsız hesab edilməsi və əmlakın bölgüsü Bakı şəhəri, 20 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ( ƏMDX yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi və AR DİN BDYPİ maraqlı şəxslər qismində cəlb edilməklə) əqdin etibarsız hesab edilməsi və əmlakın bölgüsü tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi barədə qarşılıqlı iddia tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-473/2022 nömrəli mülki iş üzrə 09 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X3 Raci Sənan oğlu ilə 26 yanvar 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar.
2. Tərəflər birgə nikahda olduqları müddətdə Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, X9 və Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsi əsasında alınmışdır.
3. Həmçinin, tərəflər birgə nikahda olduqları müddətdə “Mercedes Benz E220 CDİ” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı (xx.xx.2016-cı il tarixdə) və “Mercedes Benz C180” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı (xx.xx.2017-ci il tarixdə) avtomobillər alğı-satqı müqaviləsi əsasında C avabdeh1 adına qeydiyyata alınmış, sonradan “Mercedes Benz E220 CDİ” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə X5, “Mercedes Benz C180” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2020-ci il tarixdə X1.
4. X8 ilə Cavabdeh1 ailə münasibətlərinin korlanması səbəbindən 2018-ci ilin aprel ayından faktiki olaraq ayrılmışlar və Abşeron Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(012)-3182/2018 saylı qətnaməsi ilə aralarında olan nikah ləğv olunmuşdur. 5. “Gələcəkdə ər və arvad arasında əmlak bölgüsü məsələsinin həll edilməsi haqqında” xx.xx.2018-ci il tarixdə X8 ilə Cavabdeh1 arasında bağlanmış Razılaşma aktına əsasən razılaşmışdırlar ki, ər xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh1 və arvad, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı ər-arvad o lduqları xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2018-ci il tarixdən sonrakı dövr ərzində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak adına rəsmləşdirilən şəxsin mülkiyyəti hesab olunacaqdır və aralarında bağlanmış nikaha xitam verilərsə də, hər birinin əmlakı öz balansında qalacaqdır. Həmçinin aralarında bağlanmış nikaha xitam verildikdən sonra da, bu barədə məhkəmədə iddia qaldırılmayacaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (ƏMDX yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi və AR DİN BDYPİ üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz E220 CDİ” minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1999-cu il olan gümüşü metalik rəngli, WDB2102061A971539 ban nömrəli avtomobilin Cavabdeh1 tərəfindən Cavabdeh3 satılmasına dair xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, “Mercedes Benz C180” minik markalı, ** XK *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1998-ci il olan tünd yaşıl metalik rəngli, WDB2020181A598555 ban nömrəli avtomobilin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmasına dair xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadət naməsinin ləğv edilməsi, nikah dövründə əldə olunmuş Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, “Mercedes Benz E220 CDİ Minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1999-cu il olan gümüşü metalik rəngli, WDB2102061A971539 ban nömrəli avtomobilin və “Mercedes Benz C180 Minik” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1998-ci il olan tünd yaşıl metalik rəngli, WDB2020181A598555 ban nömrəli avtomobilin bölünərək 1/2 hissəsinə İddiaçı,1/2 hissəsinə isə Cavabdeh1 pay hüququnun müəyyən edilməsini məhkəmədən xahiş etmişdir.
7. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında uzun müddət davam edən ailə daxili söz-söhbətlər və münaqişələrin nəticəsində, onlar 2018-ci ilin aprel ayının əvvəllərindən faktiki olaraq ayrılmışlar, xx.xx.2018-ci il tarixdə isə o, cavabdehə qarşı “nikahın ləğvi və digər tələblərə dair” iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Adıçəkilən məhkəmənin 06 iyun 2018-ci il tarixli, 2(012)-3182/2018 saylı qətnaməsi ilə aralarında olan nikah ləğv olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin xx.xx.2020-ci il tarixli, 016-60135/220 saylı məktubu əsasında ona məlum olmuşdur ki, cavabdeh nikah dövründə əldə olunmuş avtomobillərin ikisini də onun xəbəri və razılığı olmadan başqa şəxslərə satmışdır. Belə ki, “Mercedes Benz E220 CDİ Minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış alğı-satqı müqaviləsi əsasında Cavabdeh3, “Mercedes Benz C180 Minik” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2020-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmışdır. Lakin bu avtomobillərin cavabdeh tərəfindən özgəninkiləşdirilməsindən onun xəbəri olmamış və razılığı alınmamışdır. Cavabdehin avtomobilləri satmasında məqsədi isə nikahın ləğvindən sonra əmlak bölgüsünün q arşısının alınması olmuşdur.
8. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh1 qarşılıqlı iddia üzrə iddiaçıya qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş dəyəri 800 manat olan “Toshiba” markalı notebook, 12500 manat məbləğində pulun, dəyəri 5500 manat olan 750 əyar komplekt qızıl dəsti - brilliant qaşlı, dəyəri 900 manat 1 ədəd 750 əyar qızıl üzük brilliant qaşlı və dəyəri 550 manat olan 1 ədəd 583 əyarlı qızıl saatın bölünərək 1/2 hissəsinə qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin, 1/2 hissəsi isə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının pay hüququnun müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdı r ki, iddiaçı ilə aralarında “gələcəkdə əmlak bölgüsü mübahisəsi olmayacağına dair razılaşma olsa da, hazırki və əvvəlki eyni predmetli iddia ərizəsi ilə iddiaçı həmin razılaşmanın şərtlərini pozmuşdur. Belə olan halda, iddiaçı ilə nikahda olduğu dövrdə əldə edilmiş və iddiaçının onun evdə olmadığı vaxta, yəni xx.xx.2018-ci il tarixdə birgə yaşadıqları evi birdəfəlik tərk edərkən özü ilə apardığı bir ədəd dəyəri 800 manat olan “Toshiba” markalı notebook və evdə depozit olaraq saxladıqları 12500 manat pul və dəyəri 5500 manat olan 750 əyar komplekt qızıl dəsti brilliant qaşlı (sep, qolbağ, üzük və 2 ədəd sırğa), dəyəri 900 manat olan 1 ədəd 750 əyar üzük brilliant qaşlı (kişi üzüyü) və dəyəri 550 manat olan 1 ədəd 583 əyar qızıl saatın (qadın saatı) 1/2 nisbətində bölünməsini tələb etmək h üququdur. Yuxarıda göstərilən qızıl zinət əşyalarının iddiaçıya toy zamanı hədiyyə olaraq alınmış qızıl-zinət əşyalarına aidiyyəti yoxdur. Belə ki, həmin əşyalar toydan sonra evlərində depozit saxlanması üçün alınmışdır. Göstərilən 12500 manat məbləğində pul isə gələcəkdə alınacaq evlərinin pulu olaraq saxlanılırdı. Göstərilən notebooku isə cavabdeh şəxsi istifadə üçün almışdır.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 iyul 2021-ci il tarixli, 2(011)-1875/2021 saylı qətnaməsi ilə (hakim P.Zamanlı) ilkin və qarşılıqlı iddia ərizələri təmin edilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, qanunvericilik ər-arvadın birgə nikah vaxtı əldə etdikləri əmlaklarının bölünməsi ilə hüquqi müddəratının həll edilməsinin onların iradəsi ilə mümkün olmasını nəzərdə tutmuşdur. Ər-arvad birgə əmlaklarının bölünməsi barədə sazişi həm sadə yazılı formada, həm də arzuları ilə notarial qaydada bağlaya bilərlər.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli Razılaşma aktı qanuna uyğundur və onlar birgə nikah vaxtı əldə etdikləri ümumi əmlaklarının bölünməsi barədə sadə yazılı formada saziş bağlamışlar və həmin saziş hazırda da qüvvədədir.
13. İddiaçının nümayəndəsi və vəkili iddiaçının Razılaşma aktını deyil, boş sənədi imzaladığını bildirsə də, bu dəlilini məhkəmədə sübuta yetirə bilməmişdir. Eyni zamanda, iddiaçının bu dəlili ilə bağlı məhkəmə həm də onu qeyd etmişdir ki, Razılaşma aktı xx.xx.2018-ci il tarixdə bağlansa da, iddiaçı bundan sonra da həmin aktı mübahisələndirməmişdir. Qeyd edilən bu ha llar isə, Razılaşma aktının qanuniliyi prezumpsiyasının mövcudluğuna əsas verir.
14. Beləliklə, məhkəmə o qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh birgə nikahda olduqları vaxt əldə etdikləri ümumi əmlaklarının bölünməsi barədə yazılı saziş bağladıqlarından ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir.
15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2., 36.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilərək, ilkin iddianın təmin edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunur ki, məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı tərəfindən sübutlar təqdim edilməmişdir. Halbuki, qeyd olunan halların sübut edilməsi üçün məhkəmə ekspertiza təyin edilməli idi. Bu barədə iddiaçının vəkili tərəfindən vəsatət verilsə də, məhkəmə vəsatəti təmin etməmişdir. Bundan əlavə, Razılaşma aktı adlandırılan sənədin məzmunundan görünür ki, həmin sənədin ümumi əmlakın bölünməsi məqsədi ilə tərtib edilməsi göstərilsə də, iddiaçıya heç bir əmlak verilməmiş, onun xeyrinə heç bir şərt nəzərdə tutulmamışdır. Razılaşmada hər iki tərəfin adına alınan əmlak onun öz mülkiyyətində qalması göstərilmişdir. Lakin, iddiaçının adına heç bir əmlak əldə edilməmişdir. Göründüyü kimi, bu razılaşma əsasında heç bir əmlak bölünməmiş, sadəcə cavabdehin adına olan əmlakların gələcəkdə İddiaçı tərəf indən mübahisələndirilməsinin qarşısının alınması məqsədilə tərtib edilmişdir. Razılaşma aktının məzmunundan görünür ki, həmin razılaşmada ümumi əmlakın bölünməsindən söhbət getmir. Razılaşma aktında ümumi əmlakların hüquqi rejimi dəyişdirilərək, əmlak kimin adına əldə edilmişdirsə, onun ayrıca əmlakı kimi hesab edilmişdir. Bu isə ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən olunmuş rejiminin dəyişdirilərək, ayrıca mülkiyyət rejiminin tətbiq edilməsi hesab olunur. Ər-arvadın birgə mülkiyyətinin rejiminin dəyişdirilməsi isə Ailə Məcəlləsinə əsasən ancaq notarial qaydada bağlanmış nikah müqaviləsi əsasında mümkündür. Bu müqavilə isə notarial qaydada imzalanmalı, daha sonra isə dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına alınmayan nikah müqaviləsinin heç bir hüquqi qüvvəsi yoxdur.
18. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətinin məzmunu qarşılıqlı iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı tərəf qarşılıqlı iddianın təmin edilməməsini xahiş etsə də, əşyaların iddiaçı tərəfindən götürülməsinə etiraz etməmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 03 noyabr 2021-ci il tarixli, 2(103)-9178/2021 nömrəli qərardadı ilə məhkəmə sənədərin texniki ekspertizası təyin edilmişdir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin 16 dekabr 2021-ci il tarixli, 5/1322 saylı rə yinə əsasən tədqiqata təqdim edilmiş 05 mart 2018-ci il tarixli, “Razılaşma akt”ın üzərində olan mətn lazer printerdə çap edilmişdir. Təqdim edilmiş 05 mart 2018-ci il tarixli “Razılaşma akt”ın üzərində olan əl yazıları hər hansı bir texniki vasitəsinin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir. Təqdim edilmiş 05 mart 2018-ci il tarixli “Razılaşma akt”ın üzərində əl yazma, imzalar və çap mətn bir-birləri ilə kəsişmədikləri üçün ekspert qarşısında qoyulmuş “Mülki iş materiallarında olan 05 mart 2018-ci il tarixli “Gələcəkdə ər və arvad arasında olan əmlak bölgüsü məsələsinin həll edilməsi haqda” Razılaşmada olan əlyazma və imzaların boş vərəqə icra edilməsindən sonra, kompyuter yazısı olan mətnin həmin vərəqə icra edilməsi halı olmuşdurmu?” sualı üzrə tədqiqat aparılmadı. 2
2. Apellyasiya instansiyası məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(103)-473/2022 nömrəli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia tələbi qismən təmin edilərərk, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə iddiaçının,1/2 hissəsinə isə cavabdehin payları müəyyən edilmişdir. İlk iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixli razılaşma əsasında heç bir əmlak bölünməmiş, sadəcə həmin razılaşma Cavabdeh1 adına olan əmlakların gələcəkdə İddiaçı tərəfindən mübahisələndirilməsinin qarşısının alınması məqsədilə tərtib edilmişdir.
24. Belə ki, həmin razılaşmada ümumi əmlakın bölünməsindən söhbət getmir. Razılaşmada ümumi əmlakların hüquqi rejimi dəyişdirilərək, əmlak kimin adına əldə edilmişdirsə, onun ayr ıca əmlakı kimi hesab edilmişdir. Bu isə ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən olunmuş rejiminin dəyişdirilərək, ayrıca mülkiyyət rejiminin tətbiq edilməsi hesab olunur.
25. Kollegiya qeyd etmişdir ki, ər-arvadın birgə mülkiyyətinin rejiminin dəyişdirilməsi isə Ailə Məcəlləsinə əsasən nikah müqaviləsi ilə mümkündür.
26. Kollegiya hesab etmişdir ki, cavabdehin təqdim etdiyi Razılaşma (nikah müqaviləsi) notariat qaydada təsdiq olunmadığından, bununla da, əqdin formasına əməl olunmadığından, bağlanmış əqd əhəmiyyətsizdir.
27. Kollegiya ekspert rəyinə əsasən iddiaçı olan apellyatorun razılşamanın saxtalaşdırılması, onun ağ vərəqə imza etməsi, sonradan mətnin yazılması ilə bağlı dəlilini əsassız hesab etmişdir.
28. Kollegiya mübahisəli avtomobillərlə bağlı ilk növbədə qeyd etmişdir ki, nə Mülki Məcəllədə, nə də ki “Notariat haqqında“ Azərbaycan Respublikası qanununda və “Azərbaycan Respublikasında Notariat X2” haqqında Təlimatda rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakların alğı-satıqısı zamanı ər-arvadın razılığının olması tələbi yoxdur.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, mövcud vəziyyətdə nəqliyyat vasitələrinin alğı-satqısı zamanı ərin (arvadın) razılığının alınmaması əsası ilə həmin müqavilələrin etibarsız hesab edilməsi müvafiq əmlakı rəsmi dövlət orqanı tərəfindən və həmin orqanın verdiyi rəsmi sənədlər əsasında əldə etmiş şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər.
30. Buna görə də, kollegiya ilk iddianın avtomobillərlə bağlı alğı-satqı müqavilələrinin etibarsız hesa b edilməsi, avtomobillərin bölünərək 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə cavabdehin pay hüququnun müəyyən edilməsi hissəsində iddianı əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlmişdir.
31. Həmçinin kollegiya hesab etmişdir ki, iddiaçının avtomobillərin satışından əldə olunmuş pula payının müəyyən edilməsini tələb etmək hüququ vardır.
32. Kollegiya torpaq sahələri ilə bağlı hissədə iddianı əsaslı hesab edərək, təmin edilməsi qənaətinə gələrək, qeyd etmişdir ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı,1/2 hissəsinə isə Cavabdeh1 payları müəyyən olunmalıdır.
33. Kollegiya qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş dəyəri 800 manat olan “Toshiba” markalı notebook, 12500 manat məbləğində pul, dəyəri 5500 manat olan 750 əyar komplekt qızıl dəsti - brilliant qaşlı, dəyəri 900 manat 1 ədəd 750 əyar qızıl üzük - brilliant qaşlı və dəyəri 550 manat olan 1 ədəd 583 əyarlı qızıl saatın mövcudluğu barədə heç bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh kassasiya şikayəti verərək, apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin olunmuş hissədə rədd və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Şikayət onunla əsaslandırılmışdır ki, Ailə Məcəlləsinin 36.2-ci maddəsində göstərilir ki, ər-arvadın ümumiəmlakı onların sazişiəsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Göstərilən müddəanın mənasından aydın olur ki, qanunvericilik ər-arvadın birgə nikah vaxtı əldə etdikləri əmlaklarının bölünməsiilə hüquqi müddəratının həll edilməsinin onların iradəsiilə mümkün olmasını nəzərdə tutmuşdur. Qeyd edilən müddəanın mənasından o da müəyyən olunur ki, ər-arvad birgə əmlaklarının bölünməsi barədə sazişi həm sadə yazılı formada, həm də arzula rı ilə notarial qaydada bağlaya bilərlər. Bu əsaslara görə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış Razılaşma aktı qanuna uyğundur və onlar birgə nikah vaxtı əldə etdikləri ümumi əmlaklarının bölünməsi barədə sadə yazılı formada saziş bağlamışlar və həmin saziş hazırda da qüvvədədir. Razılaşma aktı xx.xx.2018-ci il tarixdə bağlansa da, iddiaçı bundan sonra da həmin aktı mübahisələndirməmişdir. Qeyd edilən bu hallar isə, Razılaşma aktının qanuniliyi prezumpsiyasının mövcudluğuna əsas verir.
36. Kassator şikayətini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33, 36.2, Mülki Prosessual Məcəlləsinin 88, 217, 390-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq A zərbaycan Respublikasının Ailə Məcəlləsi
38. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
39. Maddə 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.
40. Maddə 38.1. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.
41. Maddə 38.2. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.
42. Maddə 38.3. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.
43. Maddə 39.1. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər.
44. Maddə 39.2. Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.
45. Maddə 39.3. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
46. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyə n edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
47. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 407.2. Kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassa siya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə ilkin iddia tələbinin təmin olunmuş hissəsinin və qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanılır. İlk iddianın təmin edilməyən hissəslərinin yoxlan ılması kassasiya baxışının predmetinə aid deyildir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissələrdə qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Kassasiya şikayətinin dəlilərinə hüquqi qiymət verərək, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən Ailə Məcəlləsinin 36.2-ci və 38.2-ci maddələri d üzgün tətbiq və şərh edilmişdir. Qətnamənin ləğvinə əsas verən maddi hüquq normalarının pozuntusuna yol verilməmişdir.
58. Qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır.
59. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
60. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
61. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
62. Sadalanan hüquq normalarına görə cavabdeh qarşılıqlı iddiada göstərdiyi birgə nikah dövründə əldə olunmuş əmlaklara pay hüququnun tanınmasını və digər şəxsdən geri qaytarılmasını məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların birgə mülkiyyətdə olub-olmadığını və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir.
63. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araş dırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
64. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməmişdir.
65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-473/2022 nömrəli iş üzrə 09 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.