Məhkəmə qərarları › İş №2(102)-331/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-331/2025

25.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-331/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, Mahmudov X3 Elşən Mansur oğlu və İddiaçı4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1, (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdeh "xxxx" ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) elektrik enerjisinin fasiləsiz və dayanıqlı verilməsi öhdəliyinin cavabdehi n üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)4874/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar işdəki "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 112 saylı çoxmərtəbəli binanın sakinləridirlər və həmin bina vaxtilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmişdir.

2. Cavabdeh qurum müstəqil tələb irəli sürməyən üçüncü şəxslə aralarında enerji təchizatından istifadəyə görə yaranmış bo rc öhdəliyinin yerinə yetirilməməsini səbəb göstərərək, binaya gələn içməli suyun verilməsini təmin edən mühərrikə, eləcədə liftə verilən elektrik enerjisini dayandırmışdır.

3. Cavabdeh və "xxxx" Mənzil Tikinti Kooperativi arasında borc öhdəlikləri barədə yaranmış mübahisəyə məhkəmələr tərəfindən hüquqi qiymət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməklə, "xxxx" MTK-ya hesablanmış 8517,25 manat borcun silinməsi vəzifəsi "xxxx" ASC-nin üzərinə qoyulmuş və sözü gedən qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, İddiaçı2, Mahmudov X 3 Elşən Mansur oğlu və İddiaçı4 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 112 saylı binaya gələn içməli suyun verlişini təmin edən elektrik enerjisi ilə işləyən mühərrikin və binanın liftinin hərəkətini təmin edən elektrik enerjisinin fasiləsiz və dayanıqlı verilməsinin təmin edilməsi öhdəliyinin “Azərişıq"' Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 112 saylı çoxmərtəbəli binanın sakinləridirlər və həmin binada yaşayırlar. Kommunal xidmətlərdən, o cümlədən elektrik enerjisindən istifadəyə görə aidiyyəti qurumlara, həmçinin, "xxxx" ASC-yə və onun yerli qurumu olan Nərimanov rayo n enerji Təchizatı və Satışı İdarəsinə heç bir borcları yoxdur. Lakin, mütəmadi olaraq (sonuncu dəfə xx.xx.2023-cü il tarixdə) cavabdeh Azərişıq ASC və onun yerli qurumu olan Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən binaya gələn içməli suyun binaya verlişini təmin edən elektrik enerjisi ilə işləyən mühərrikin və binanın liftinin hərəkətini təmin edən elektrik enerjisi qanunsuz olaraq dayandırırlar. Nəticədə, cavabdehlər bina sakinlərini içməli sudan və liftdən istifadədən məhrum edilirlər. Hər bir sakinin evində yaşlı, xəstə insanlar, azyaşlı uşaqlar, məktəbə, işə gedənlər var. Cavabdeh tərəfindən elektrik enerjisinin qanunsuz kəsilməsi liftin hərəkətinin və içməli suyun dayandırılmasına səbəb olur. Binada fəlakətli vəziyyət yaranır, bina sakinləri fəlakətli vəziyyətd ən ciddi ziyan çəkirlər. İçməli su dayandırıldığından sakinlər hər gün su ehtiyaclarını qarşılamaq üçün əlavə nə qədər xərc çəkərək su almalı olurlar. Bu qanunsuz hərəkətlər cavabdeh tərəfindən dəfələrlə təkrarlanır, mütəmadi xarakter daşıyır, cavabdehin bu cür hərəkətləri istehlakçı kimi onların hüquqlarını pozur. Bina sakinlərindən heç kəsin cavabdehlərə borcu yoxdur, elektrik enerjisindən istifadəyə görə aylıq ödənişlərini edirlər. Cavabdehin bu cür qanunsuz hərəkətlər etməsinin səbəbi isə odur ki, "xxxx" ASC ilə yaşadıqları binanı vaxtilə inşa etmiş üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi arasında 6-7 il əvvələ olan borc münasibətidir. "xxxx" MTK özü fəaliyyətini dayandırıb, binanın su mühərriki və lifti isə "xxxx" MTK-nın balansında qalıb, həmin su mühərrikindən və liftdən "xx xx" MTK istifadə etmir, onlardan bina sakinləri istifadə edir, "xxxx" ASC "xxxx" MTK-ya xeyli məbləğdə əsası olmayan, yəni sayğacla hesablanmayan borc yazmışdır. Ona görə də, onların arasında köhnə borcla bağlı hazırda da məhkəmə çəkişmələri davam edir. Su mühərriki və liftdən onlar bina sakinləri istifadə edir, istifadə nəticəsində təbii ki, elektrik enerjisi sərf olunur, həmin sərfiyyat Səbinə MTK-nın adından hər ay ödənilir. "xxxx" MTK-nın hazırki dövrdə, yəni 2022-ci il, 2023-cü ilə Azərişığa heç bir borcu yoxdur. Belə olan halda, yəni su mühərrikinin və liftin sərf etdiyi elektrik enerjisinin dəyərini istehlakçı kimi "xxxx" MTK-nın adından ödədiklərinə görə cavabdehlərin həmin enerjini dayandırmağa hüququ yoxdur, əksinə, cavabdehlər sözügedən mühərrikə və liftə gələn enerjinin davamlı təmin edilməsinə görə cavabdehlik daşıyırlar, bu onların öhdəliyidir.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirmişdir ki, "xxxx" MTK-nın "xxxx" ASC-yə 39000 manat borcu vardır. Səbinə MTK o borcu ödəməyənədək lift və su mühərrikinin işləməsi üçün elektrik enerjisi verilməyəcəkdir.

8. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıların iddiasının təmin edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdikr ki, MTK-nın “Azərişıq“ ASC-yə heç bir borcu yoxdur, əksinə "xxxx" ASC-nın MTK-ya 3.000 manat borcu vardır. Təsadüfi deyil ki, "xxxx" ASC "xxxx" MTK-ya qarşı bu günədək borcla bağlı heç bir iddia tələbi irəli sürməmişdir, bütün tələblər "Səbinə” MTK tərəfindən irəli sürülmüşdür. Lakin, "Azərişıq” ASC-nin baza məlumatlarında "xxxx" MTK-nın 4 akt üzrə - xx.xx.2014-cü il tarixli, R1018504 nömrəli aktla 6341,1 manat, xx.xx.2017-ci il tarixli NDQ0032535 nömrəli aktla 18500 manat, xx.xx.2017-ci il tarixli, NDQ003424 nömrəli aktla 5230.98 manat, xx.xx.2018-ci il tarixli NDQQ04565 nömrəli aktla 14300 manat, əlavə hesablanmış 3569 manat borc olmaqla, cəmi 47941 manat borcu olması barədə qeydlər aparmışdır. "xxxx" MTK "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək həmin 4 akt üzrə yazılmış borcun silinməsini xahiş etmişdir. Məhkəmələr bu nəticəyə gəlmişdir ki, 2 akt (NDQ0032535 və NDQ004565 nömrəli) üzrə borc hesablanmayı b, digər 2 akt (R ******* və NDQ003424) üzrə isə hesablanmış 11572 manat borcdan 8517 manat borcu silmişdir. Beləliklə, məhkəmələr (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-988/2021 saylı qətnaməsi) bu qənaətə gəlmişdir ki, 4 aktdan 2-si üzrə borc silinir. 2-si üzrə isə borc hesablanmamışdır. Beləliklə, "xxxx" MTK-nın "xxxx" ASC-yə heç bir borcu olmadığı müəyyən olunmuşdur. Buna baxmayaraq, "xxxx" ASC "xxxx" MTK-nın adına heç bir hüquqi sənədə (sayğac göstəriciləri, akt və va digər sənədə) əsaslanmayan təxminən 37-38 minə yaxın borcun olması barədə bildirişlər göndərir. Bu cür qanunsuz hərəkətlərin dayandırılması və borcun olmaması barədə "xxxx" MTK tərəfindən "xxxx" ASC-yə yeni iddia qaldırılacaqdır.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1415/2024 saylı, 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbinin təmin edilərək "xxxx" ASC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 112 saylı binaya gələn içməli suyun verilməsini təmin edən mühərrikə və binanın liftinə elektrik enerjisinin fasiləsiz və dayanıqlı verilməsi öhdəliyinin qoyulması; "xxxx" ASC-dən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. 10.İş materiallarında olan sübutlara istinad edən və onları əsaslı hesab edən məhkəmə, öz mövqeyini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə "xxxx" MTK arasında mövcud münasibətlər hazırki iddianın predmeti olmamaqla, bu mübahisə üçüncü şəxslərin mənafeyinə ziyan gətirməməlidir.

11. Məhkəmə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələblərini diq qətə çəkərək, qeyd etmişdir ki, qanunvericiliyin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Hər bir şəxs öz ehtiyaclarını təmin etmək üçün su istehlak etmək hüququna malikdir. Bu hüququnun məhdudlaşdırılması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb ola bilər. 12.Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh binaya elektrik enerjisinin verilməsini dayandırmaqla sakinlərin içməli su ilə təmin edilməsinə maneə yaratmış, onların təbii ehtiyaclarını qarşılamalarında çətinlik törətmişdir. Eyni zamanda yaşayış binasının sərnişin lifti birdən çox sərnişinin daşınmasına xidmət etməklə eyni zamanda yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə (istifadəçilərinə, sakinlərinə və s.) mənsubdur. Ele ktrik enerjisinin kəsilməsi liftdən istifadə edən şəxslərin yaşayış binasının pilləkənlərini piyada qalxmalarına məcbur edilmələri deməkdir. Lift hər bir şəxsin mənzilinə rahat şəkildə qalxmasına xidmət edir. Kifayət qədər əsas və zərurət olmadan hər hansı bir şəxsin onun zəruri ehtiyaclarını ödəməyə xidmət edən vasitədən məhrum edilməsi isə yolverilməzdir. 13.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin 1-ci bəndinə; Su Məcəlləsinin 103-cü; Mülki Prossesual Məcəlləsinin 107, 119.1 və 124.1-ci maddələrinə həmçinin “Elektrik enerjisindən istifadə Qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun 7.9, 8.20 və 8.25-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh qurum həmin qətnamədən apellyasiy a şikayəti verərək, qətnamənin ləğv, iddianın isə tam təmin edilməməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndinə əsasən, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. “Təbii inhisar subyektlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 19 iyul 2003-cü il tarixli 189 saylı tarixl i qərarına əsasən "xxxx" ASC təbii inhisar subyektlərinin sırasında yer almışdır. Hazırki iş üzrə cavabdeh "xxxx" ASC təbii inhisar subyekti hesab edildiyindən və iddia tələbi (elektrik enerjisinin fasiləsiz və dayanmadan verilməsinin təmin edilməsi öhdəliyinin cavbdehin üzərinə qoyulması) "xxxx" ASC-nin, yəni təbii inhisar subyektinin hərəkət və ya hərəkətsizliyindən irəli gələn tələb olduğu üçün hazırki işə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmə tərəfindən baxılmalıdır. Tərəfindən qeyd olunanlarla bağlı məhkəməyə ərizə verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi bu hallara düzgün hüquqi qiymət verməmişdir. 16. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MTK-ya ünvanlanan xəbərdarlıqdan və abunə haqqında məlumatdan görünür ki, MTK-nın istifadə edilmiş elek trik enerjisinin sərfiyyatına görə 39483 manat məbləğində debitor borcu vardır və məhz həmin borca əsasən binaya elektrik enerjisinin verilməsi dayandırılmışdır. Enerjinin alqı-satqısına dair müqavilə üzrə abonentin "xxxx" MTK olmasını, həmçinin elektrik enerjisinin məhz MTK tərəfindən yaranmış borca görə kəsilməsini nəzərə aldıqda, hazırki iddia tələbini, yəni elektrik enerjisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürməyə subyektiv hüququ olan şəxs iddiaçılar yox, "xxxx" MTK olmalıdır. Qeyd olunanlara əsasən hesab edirik ki, hazırki iş üzrə iddiaçıların iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik omadığına görə iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməli idi. Lakin məhkəmə istinad etdiyi maddi hüquq normalarını pozma qla qətnamə qəbul etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4874/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir (Hakimlər-Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə).

18. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir. Belə ki, apellyasiya baxışı zamanı da müəyyən edildi ki, iddiaçılar çoxmənzilli yaşayış binasının sakinləri olduğundan hazırkı iddianı da istehlakçı olaraq irəli sürmüşlər.

19. Kolle giya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh "xxxx" ASC təbii inhisar subyekti olsa da iddia tələbi (elektrik enerjisinin fasiləsiz və dayanmadan verilməsinin təmin edilməsi öhdəliyinin cavbdehin üzərinə qoyulması) onun hərəkət və ya hərəkətsizliyindən irəli gələn tələb olduğu üçün hazırki işə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmə tərəfindən baxıla bilməz. Əvvəla ona görə ki, hazırkı tələb istehlakçı hüquqlarının pozulması ilə bağlı irəli sürülüb və tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallarla əlaqədar olmuşdur. Bununla yanaşı, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının 14-cü bə ndinə 9 oktyabr 2024-cü ildə edilmiş dəyişikliyə əsasən həmin bəndin üçüncü abzasında göstərilib ki,... Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Hazırkı mübahisə də mülki-hüquqi xarakter daşımasına baxmayaraq Ali Məhkəmənin Plenumunun adı çəkilən Qərarının 14-cü bəndinə yeni məzmunda dəyişiklik edilməsi də bu cür iddialar üzrə məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə faktiki olaraq son qoydu. Ona görə də apellyasiya şikayətinin bu dəlilinin də əhəmiyyəti qalmadı.

20. Kollegiya apellyasiya şikayətinin digər dəlili ilə bağlı isə qeyd etmişdir ki, "xxxx" MTK-nın "xxxx" ASC-yə istifadə edilmiş elektrik enerjisinin sərfiyyatına görə 39.483 manat məbləğində debitor borcu olması həqiqi olsa belə məhz həmin borca əsasən binaya elektrik enerjisinin verilməsi dayandırıla bilməzdi. Əvvəla ona görə ki, "xxxx" MTK ilə "xxxx" ASC arasında kommersiya mübahisəsi olmuş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiya sının xx.xx.2021-ci il tarixli 2-2(103)-988/2021 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-80/2020 saylı qətnaməsi qismən ləğv edilmiş, "xxxx" MTK-ya hesablanmış 8517,25 manat borcun silinməsi vəzifəsi "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Baxmayaraq hazırkı iddianın və icraatın predmetinə aid deyil qanuni qüvvəyə minmiş məhkəmə aktlarında "xxxx" MTK-nın "xxxx" ASC-yə 39.483 manat məbləğində debitor borcu olması müəyyən edilməmişdir.

21. Kollegiya həmçinin qeyd etmişdir ki, enerjinin alqı-satqısına dair müqavilə üzrə abonentin "xxxx" MTK olması da elektrik enerjisinin məhz MTK tərəfindən yaranmış borca görə kəsilməsi üçün əsas olmamalı idi. Çünki "xxxx" MTK abonent kimi qeyd olunsa da, faktiki olaraq elektrik enerjisi iddiaçılar və digər bina sakinlər i tərəfindən iddiada göstərilən məqsədlər üçün istehlak olunur. Buna görə də hazırki iddia tələbini, yəni elektrik enerjisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürməyə subyektiv hüququ olan şəxs(lər)in sırasında iddiaçıların da olması düzgün olmuşdur. Ən azından Mülki Məcəllənin 227.1-c8i və Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən liftlər,... binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq (çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olduğuna görə də iddiaçıların hazırkı iddianı irəli sürməyə subyektiv hüquqları olmuşdur. Əks halda çoxmənzilli yüksək mərtəbəli binada lifti hərəkətə gətirən və suyun verilməsini təmin edən elektrik enerjisi olmadan iddiaçıların və digər bina sakinlərinin yaşamalarının davam etməsi mümkünsüz hala düşər. Ona görə də bu iddia üzrə iddiaçıların subyektiv hüquqlarının olmaması barədə dəlillər də əsassız olmuşdur.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci; Mənzil Məcəlləsinin 35.1-ci; “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3, 17.1, 18.1, 18.2, 26-cı; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisind ən istifadə Qaydaları”nın 7.9, 8.20, 8.25-ci; Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 217, 372, 384 və 385-ci maddələrinə həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4874/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətində maddi hüquq pozuntusu kimi, mübahisələndirilən qətnamənin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008- ci il tarixli Qərarına, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 10.aprel 2015-ci il tarixli 4 saylı Qərarına, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.2. Şikayət qı sa olaraq belə əsaslandırılmışdır ki, binanın sakinləri olan iddiaçıların birinci instansiya məhkəməsində iddia qaldırmaqda subyektiv hüquqları ola bilməzdi. Belə ki, bu cür münasibətlərdə məhz binanı inşa edən "xxxx" MTK yalnız inzibati məhkəmədə iddia qaldırmaqda subyektiv hüququ vardır. Kassasiya şikayətinə qarşı etiraz və onun dəlilləri

25. Kassasiya şikayətinə qarşı iddiaçılar tərəfindən etiraz ərizəsi məhkəməyə daxil olmuşdur.

26. Etirazda qeyd olunmuşdur ki, kassasiya şikayətinin dəlilləri əsassızıdır və məhkəmələr tərəfindən kifayət qədər aydın şəkildə həmin dəlillərə doğru və düzgün qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdirlər. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Konstitusiyası 71-ci maddənin İİ hissəsi- İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektr ik enerjisindən istifadə Qaydaları”

29. Bənd 9.13. 9.13.2. enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandırır. İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının p ozulması ilə nəticələnməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 31.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 32.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 33.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. 34.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 35.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 36.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materi allarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 37.Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfdən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsinin mövqeyi 38.Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən şikayətdə qeyd edilmiş maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən kassas iya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 39.İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir. 40.İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinin elektrik enerjisindən istifadəyə görə borcu olması əsas gətirilərək MTK-nın inşa etdiyi binanın elektrik təchizatı dayandırılmış və bu da həmin binada yaşayan iddiaçıların hüquqlarını pozmuşdur. 41.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, ca vabdehin bu hərəkəti “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə zidd olmaqla iddiaçıların həm istehlakçı kimi, həm də mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olur. 42.Belə ki, Qaydaların 9.13-cü bəndində enerji təchizatı müəssisəsinin istehlakçı tərəfindən istehlak etdiyi elektrik enerjisinin dəyərini hesab təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədiyi halda enerji təchizatı müəssisəsinin elektrik enerjisinin verilməsini dayandırmaq hüququ nəzərdə tutulsa da, eyni zamanda müəyyən edilmişdir ki, dayandırma fərdi qaydada həyata keçirilməli, bu elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə həyata keçirilməməlidir. 43.Göründüyü kimi, Qaydaların tələbinə əsasən cavabdeh "xxxx" Mənzil T ikinti Kooperativinin elektrik enerjisinə görə borcuna görə onun inşa etdiyi binanın və həmin binada yaşayan sakinlərin mənzillərinin elektrik enerjisi təchizatını dayandıra bilməz. İstehlakçının elektrik enerjisi təchizatını borca görə fərdi qaydada dayandırmaq mümkün olmadıqda enerji təchizatı müəssisəsi borcun istehlakçıdan tutulması üçün məhkəməyə müraciət edə bilər. 44.Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas olmadığından şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 45.Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4874/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar