Məhkəmə qərarları › İş №2(102)-3311/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3311/2021

09.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3311/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “torpaqların və evin naturada bölgüsü, ayrı çıxış yollarının açılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətin naturada bölünməsi, ekspert rəyinin qiymətləndirilməsi, apellyasiya və kassasiya baxışının hədləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı2 və vəkili xxxr qızının, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Şəki Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2020-ci il tarixli, 2(107)212/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanda yerləşən 0,0719 ha torpaq sahəsi hər birinin ¼ hissədə olmaqla, İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh ümumi paylı mülkiyyətləri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin ünvan 2 ünvanda yerləşən 0,0181 ha torpaq sahəsi İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh ümumi birgə mülkiyyətləri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının 15 aprel 2019-cu il tarixli rəyinə əsasən Göyçay şəhəri, Nizami küç əsi 180 saylı ünvanda olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 4 hissəyə, yəni ¼ paylara uyğun şəkildə paylardan kənara çıxmaqla təcrid mənzillər şəkildə bölünməsi texniki cəhətdən mümkündür. Bölgü rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Əlavə məhkəmə tikinti-texniki ekspertizasının 05 avqust 2020-ci il tarixli rəyinə əsasən ünvan 3 ünvanda olan torpaq sahələrindən Cavabdeh payına düşən ¼ hissənin ayrılması və ayrılacaq torpaq payına ayrıca giriş-çıxış yolunun açılması texniki cəhətdən mümkündür. Bölgü variantı rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanda yerləşən iddiaçıların sahibliklərində olan, A seriyalı 192230 saylı torpaq sahəsinin planı və ölçüsündə koordinatları əks olunmuş 0,0181 ha torpaq sahəsinin iddiaçılar və cavabdeh arasında hər birinə ¼ hissə olmaqla bölünməsi və mülkiyyət hüquqlarının qeydə alınması, ünvan 4 ünvanda yerləşən 0,0181 ha torpaq sahəsinin, ünvan 5ləşən 0,0719 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı fərdi yaşayış evindəki payların naturada ayrılması, mülkiyyətlərində olan 0,09 ha torpaq sahəsindən Göyçay şəhəri, Nizami küçəsinə iki çıxış yolu açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, tərəflərin ümumi-paylı mülkiyyətlərində hər birinə 1/4 hissə olmaqla ünvan 6 ünvanda yerləşən vərəsəlik hüququ əsasında əldə etdikləri 2 otaqlı fərdi yaşayış evi və 0,0719 ha həyətyanı torpaq sahəsi var. Bundan başqa onlar uzun illər istifadələrində olan, A seriyalı 192230 saylı torpaq sahəsinin planı və ölçüsündə koordinatları əks olunmuş 0,0181 ha torpaq sahəsini 11 dekabr 2017-ci il tarixdə Göyçay rayon notariat kontorunda alqı-satqı müqaviləsi bağlamaqla Göyçay şəhər Bələdiyyəsindən almışlar. Hazırda iddiaçıların və cavabdehin sahibliyində 0,09 ha həyətyanı torpaq sahəsi vardır. Cavabdeh ilə sahibliklərində olan torpaq sahəsindən, fərdi yaşayış evindən istifadəyə görə mübahisə olduğundan bu əmlaklar üzərində mülkiyyət hüquqlarını tam həyata keçirə bilmirlər. Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(046)-177/201 9 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı ünvan 7 ünvanda yerləşən sahibliklərində olan, A seriyalı 192230 saylı torpaq sahəsinin planı və ölçüsündə koordinatları əks olunmuş 0,0181 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması barədə tələbi üzrə icraata xitam verilmişdir. Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(046)-177/2019 nömrəli qətnaməsi ilə (hakim Z.A.Quliyev) iddia qismən təmin edilmiş, Göyçay şəhəri, Nizami küçəsi 180 saylı evdə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh paylarının naturada ayrılması ekspert rəyinə əlavə olunmuş bölgü sxeminə əsasən aparılması, Göyçay şəhəri, Nizami küçəsi 180 saylı fərdi yaşayış evinin torpaq sahəsindən və 180 A saylı həyətyanı torpaq sahəsindən Göyçay şəhəri, Nizami kü çəsinə iki giriş yolunun açılması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini iş üzrə keçirilmiş ilkin məhkəmə tikintitexniki ekspertizasının rəyi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 birgə apellyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli 2(046)-177/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2020-ci il tarixli, 2(107)-212/2020 nömrəli qətnaməsi ilə (hakim M.A.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və A.A.Mahmudovdan ibarət tərkibdə) iddiaçılar İddiaçı1, İddiaçı3 və İddia çı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(046)-177/2019 nömrəli qətnaməsi qismən yəni, ünvan 3 ünvanda olan torpaq sahələrindən Cavabdeh payına düşən 1/4 hissənin ayrılması və ayrılacaq torpaq payına ayrıca giriş-çıxış yolunun açılmasının rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddianın həmin hissədə də təmin edilməsi, ünvan 3 ünvanda olan torpaq sahələrindən Cavabdeh payına düşən 1/4 hissənin ayrılması, ayrılacaq torpaq payına ayrıca giriş-çıxış yolu açılması, bölgünün Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2020-ci il tarixli ekspert rəyində göstərilən sxemə uyğun aparılması, qətnamə qalan hissədə, yəni Göyçay şəhəri, Nizami küçəsi 180 saylı evdə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh paylarının naturada ayrılmasının ekspert rəyinə əlavə olunmuş bölgü sxeminə əsasən aparılması, ünvan 6 fərdi yaşayış evinin torpaq sahəsindən və 180A saylı həyətyanı torpaq sahəsindən Göyçay şəhəri Nizami küçəsinə iki giriş yolunun açılması, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı ünvan 7 ünvanda yerləşən sahibliklərində olan, A seriyalı 192230 saylı torpaq sahəsinin planı və ölçüsündə koordinatları əks olunmuş 0,0181 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması barədə tələbi üzrə icraata məhkəmənin 14.10.2019-cu il tarixli qərardadı ilə xitam verilməsinin nəzərə alınması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 157.2, 213.1, 213.1, 213.5, 214.1, 215.2, 215.5, 220.1 və 220.2-ci maddələrini əsas götürərək və məhkəmə ekspertizasının 05 avqust 2020-ci il tarixli rəyinə istinad edərək hesab etmişdir ki, iddiaçıların apellyasiya şikayəti qismən təmin olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2020-ci il tarixli, 2(107)-212/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işin bütün faktiki halları tam, hərt ərəfli və obyektiv araşdırılmamışdır. Beli ki, iş üzrə alınmış ekspert rəyləri arasında ziddiyyət olduğu halda, məhkəmə bu hala qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin əsas götürdüyü ekspert rəyinə əlavə olunmuş sxemə uyğun bölgü gedərsə cavabdehə düşən pay cüzi olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 kassasiya şikayətinə yazılı etiraz verərək, şikayətin dəlillərinin əsassız olduğunu göstərmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2020-ci il tarixli, 2(107)-212/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məh kəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 və vəkili xxxr qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmişlər. İddiaçı1 məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən iddiaçıların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki proses sual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiyası məhkəməsin in qətnaməsi ilə iddia qismən təmin olunsa da, cavabdeh apellyasiya şikayəti verməmişdir. Bu səbəbdən apellyasiya baxışının hədlərini iddiaçıların apellyasiya şikayətləri üzrə qətnamənin iddianın təmin olunmayan hissədə qanuniliyi və əsaslılığının yoxlanılması təşkil etmişdir. Hazırda cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyəti n heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, se rvitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci m addəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müv afiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.3-cü maddəsi nə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əs asən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiy a baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissəsinə toxunmamalıdır. hissədə yoxlamalı, mübahisələndirilməyən Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası bir daha da qeyd edir ki, tərəflərin ümumi paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin bölünməsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə qət olunmuş və cavabdeh həmin qətnamə ilə razılaşaraq onu mübahisələndirməmişdir. Odur ki, hazırda cavabdeh ümumi əmlakdan ona düşən payla narazı olmasını bildirsə də, onun bu dəlili evə münasibətdə kassasiya qaydasında araşdırmanın predmetini təşkil edə bilməz. Torpaq sahələrinin naturada ayrılması ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, ünvan 8 ünvanlarında yerləşən torpaq sahələri ayrı sənədlərlə tərəflərin ümumi mülkiyyətlərində olsa da, onların vahid bir sahə kimi istifadə etmələri və Mülki Məcəllənin 214.1 və 223.3-cü maddələrinə əsasən tərəflərinin paylarının bərabər olmaqla, hər birinin 1/4 hissədə təşkil etməsi işin mübahisəsiz halıdır. Belə olan halda iddiaçıların paylarının naturada ayrılması tələbləri həmin Məcəllənin 220.1-220.3-cü maddələrinin dispozisiyasına uyğun olmuş, apellyasiya instansiyası məhkəməsi də həmin tələbi təmin edərkən hər hansı maddi hüquq normanın pozulmasına yol verməmişdir. Ekspert rəyinin əsassız olmasına dair cavabdehin kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi rəy əsaslandırılmış və orada gəlmiş nəticələrin düzgün olmamasına dair dəlillər cavabdeh tərəfindən gətirilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə mali k olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Cavabdehə düşən payın cüzi olmasına dair dəlillə bağlı qeyd olunmalıdır ki, tərəflərin ümumi mülkiyyətlərində olan cəmi 0,09 torpaq sahəsinin cavabdehin 1/4 hissəsi 0,0225 ha təşkil edir ki, qeyd olunan sahə ona ayrılmışdır. Cavabdehə naturada ayrılan payının az olması iddiaçıların tələblərinin təmin olunmaması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgü n tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2020-ci il tarixli, 2(107)-212/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar