Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-332/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiyası Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin ödənilməsi, icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiyası Şirkətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5254/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qərardadınd an iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. X4 xx.xx.1974-cü il tarixdə doğulmuşdur. Onun atası İddiaçı, anası X1r.
2. X4 xx.xx.1995-ci il tarixdə “kəskin nekrotik apendisitdən irinli peritanit” səbəbindən ölmüşdür. İş materiallarında olan Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Ucar rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışda X2 xidməti dövrü xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixinədək göstərilmişdir.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında sığorta ödənişinin ödənilməsi tələbinə cavab verməli olan hüquqi şəxs kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə fondu deyil, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti qeyd edilmişdir. Həmin qərardad qanuni qüvvəyə minmiş və mübahisələndirilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununda sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduğu üçün nəzərdə tutulmuş 11000 manat məbləğində sığorta ödənişinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 14 iyun 2023-cü il tarixli, 2(006)-1723/2023 saylı qətnaməsi ilə (hakim Nail Abbasov) iddia təmin edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının oğlu hərbi xidmət dövründə qazanılmış xəstəlikdən vəfat etdiyindən iddia tələbi əsaslıdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.3-cü, 25 dekabr 1991-ci il tarixdə qəbul edilmiş və 01 yanvar 1992-ci ildən qanuni qüvvəyə minmiş «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 61,9 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasını xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5254/2023 nömrəli iş üzrə 11 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər – Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 oktyabr 2012-ci i l tarixli “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 9, 153.2.1 və 261.0.1-ci, İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 3-cü, "İnzibati icraat haqqında” Qanunun 2, 4 və 28-ci maddələrinə istinadla əsaslandırmışdır.
11. Həmçinin məhkəmə iddiaçıya izah etmişdir ki, ilk növbədə, o öz hüquqlarının müvafiq qeydiyyatı (təsbit edilməsi) üçün buna məsul müvafiq icra hakimiyyəti orqanına (inzibati icraat qaydasında) müraciət etməli və hüquqlarının həlli mümkünsüzlüyü əsasında tələbləri və cavab verməli şəxsləri qanuna müvafiq müəyyən etməklə, iddialarını müvafiq məhkəmə instansiyalarına yönəltməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya ş ikayətinin dəlilləri
12. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bundan əvvəl sığorta ödənişinin ödənilməsi haqqında iddiaçı cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 məhkəməsinə verərək həmin sığorta ödənişini tələb etmişdir. Şəki İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli 2-1(116)-235/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı mərhum oğlunun X5 üçün nəzərdə tutulmuş 11000 manat məbləğində sığorta ödənişinin ödənilməsi öhdəliyini ca vabdehin üzərinə qoyulması tələbinə dair iddiasını mümkün saymamışdır. Şəki Apellyasiya Məhkəməsi 2-1(107)-222/2023 saylı qərardadla Şəki İnzibati məhkəməsinin qərardadını qüvvədə saxlamışdır.
14. Şəki Apellyasiya Məhkəməsi ona istinad etmişdir ki, iddiaçının hüquqi marağı mərhum oğlu hərbi xidmət zamanı vəfat etdiyi üçün “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanuna əsasən nəzərdə tutulmuş sığorta ödənişinin ödənilməsində ibarətdir. Həmin tələbə cavab verməli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu deyildir. Hazırki iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti olmalıdır. Bu tələb hüquq münasibətinin xarakteri və formalaşmış hüquqi mövq eyə əsasən hazırki iddialara ümumi rayon məhkəmələri tərəfindən baxılmalıdır kimi şərh etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14.6.2023-cü il tarixli qəraradadı dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kassasiya baxışının hədləri
16. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materi allarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
17. Kassasiya şikayəti verən tərəflər qərardadı tam mübahisələndirdiklərindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 60. 1-ci hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnzibati Prosessual Məcəllə 19. 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı baxılır: şəxsin hüquq vəolmamasına vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə olunmasına və ya dəyişd irilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);i Prosessual Məcəllə 20. 21.
22. Maddə 261.0.1. İş(ləğv məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verirMaddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun istinad etməyə yol verilmir.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 19.Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 20.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Mülki Prosessual Məcəllə: 21.Maddə 261.0.1. İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 22.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 23.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 24.Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 25.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İddiaçının tələbinə cavab verməli olan şəxsin Dövlət Sığorta Kommersiya Şirkəti deyil, dövlət orqanı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu olması, bu əsas görə də iş üzrə icraata xitam verməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti düzgün olmuşdur. Ona görə də apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiy a Məhkəməsi mülki kollegiyasının 2(103)-5254/2023 nömrəli iş üzrə 11 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.