Məhkəmə qərarları › İş №2(102)-3321/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3321/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3321/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsi (daşınmaz əmlakın alqı-satqısı), müqavilənin bağlanmış hesab edilməsi, apellyasiya şikayəti vermək hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli 2(104)-907/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən ver ilmiş kassasiya şikayətinə dair işə 1 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Sadə yazılı formada bağlanmış müqavilənin kserosurətdən görünür ki, iddiaçı Əliyev X4 rayonu, Novoivanovka kənd sakini Cavabdeh xx.xx.1992-ci il tarixdə sadə yazılı formada əqd bağlanılmaqla, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha torpaq sahəsi olan həyətyanı səhəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini razılaşdılmış qiymətə, 70000 AZM-ə İddiaçı satmış və həmin məbləği Cavabdeh almışdır.

2. Gədəbəy rayon İHB-nin Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 286 saylı arayışdan görünür ki, Gədəbəy rayonu, Novoivanovka kəndində yaşamış keçmiş Novoivan ovka kənd sakini Cavabdeh məxsus fərdi yaşayış evini 1992-ci il tarixdə İddiaçı almışdır. Həmin ildən İddiaçı ailə üzvləri ilə birgə həmin evdə yaşamış, torpaq sahəsindən istifadə etmiş, kommunal xərcləri özü ödəmişdir.

3. Gədəbəy rayon İHB-nın Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 334 saylı arayışdan görünür ki, İddiaçı 1992-ci il tarixdə keçmiş Novoivanovka kənd sakini olmuş (rus millətinə mənsub) Cavabdeh məxsus olan evi və 0.25 ha həyətyanı torpaq sahəsini sadə razılaşma yolu ilə almışdır. Həmin evi İddiaçı yaşayış evi kimi və həyətyanı torpaq sahəsini əkin sahəsi kimi, 1992-ci il tarixdən hal-hazıra qədər olan müddətdə istifadə edir.

4. Gədəbəy rayonu Novoivanovka Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 21 saylı arayışdan görün ür ki, İddiaçı 1992-ci il tarixdə keçmiş Novoivanovka kənd sakini olmuş (rus millətinə mənsub olan) Cavabdeh məxsus olan ev və 0.25 ha həyətyanı torpaq sahəsini almışdır, həqiqətən həmin torpaq sahəsi və ev Cavabdeh adına məxsus olmuşdur. Lakin islahat zamanı qeydiyyatdan çıxdığına görə ona pay torpaq norması verilməmişdir.

5. Gədəbəy rayon İHB-nın Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən imzaların doğruluğu təsdiq edilmiş beş nəfər Novoivanovka kənd sakini tərəfindən imzalanmış 10 iyun 2022-ci il tarixli aktdan görünür ki, Gədəbəy rayonu Novoivanovka kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evini 70000 manata İddiaçı almışdır. 6. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.1992-ci ildə Novoivanovka kənd sakini Əliyev X1 sakini Moskivin Mariyaya məxsus olan evi onun oğlu X3 70.000 (yetmiş min rubl) manata onların iştirakı ilə almışdır. Hazırda İddiaçı 1992-ci ildən həmin evdə yaşayır.

7. Mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən hazırkı iş üzrə mübahisəli olan fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi yaşayış məntəqələrinin torpağı olmaqla bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir.

8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********36-10301 reystr nömrəli çıxarışdan görünür ki, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha torpaq sahəsi 1/4 hissəsi X5, 1/4 hissəsi Maraqlı şəxs1, ev tam olaraq və torpaq sahəsinin 2/4 hissəsi Maraqlı şəxs2 xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya m əhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonunun Novoivanovka kəndində yerləşən, Cavabdeh adına qeydə alınmış, hal-hazırda faktiki olaraq onun sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə və 0.25 ha həyətyanı torpaq sahəsinə dair onunla Cavabdeh arasında 7 mart 1992- ci il tarixli alğı-satqı əqdinin etibarlı və bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində anadan olmuş, hazırda Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayır. 7 mart 1992-ci il tarixdə sabiq Novoivanovka kənd sakini Cavabdeh məxsus fərdi yaşayış evini və 0.25 ha torpaq sahəsini sadə razlaşma yolu ilə (xx.xx.1992-cu il tarixli sadə y azılı müqavilə əsasında) 70.000 manata (o vaxtkı Azərbaycan manatı ilə) almışdır. Aldığı ev o vaxtı birmərtəbəli olmaqla 2 yaşayış otağından ibarət olmuşdur. O, evi aldıqdan sonra təmir etdirmiş, hal-hazırda ev ikimərtəbəli olmaqla hər mərtəbəsi 3 otaqdan ibarətdir. Sadə alğı-satqıdan sonra bu günədək həmin evdən və evin yerləşdiyi 0.25 ha torpaq sahəsindən o istifadə edir. Lakin o və ailə üzvlərinin savadsızlığından irəli gələrək notariat kontorunda alqı-satqı müqaviləsi bağlamamışlar. Sonralar Cavabdeh dəfələrlə həmin evi adına alqı-satqı müqaviləsi əsasında keçirilməsini istəsə də, buna nail ola bilməmişdir. Eyni zamanda Cavabdeh rus milləti olduğu üçün evi ona satandan bir müddət sonra çıxıb Rusiya Federasiyasına getmişdir və hal-hazırda harada yaşaması barədə əlində heç bir rəsmi məlu mat yoxdur. Ona görə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. O, sözügedən evi və torpaq sahəsini Cavabdeh alması barədə 10 iyun 2022-ci ildə qonşuluq aktı tərtib edilmiş, həmçinin bu faktı təsdiq etmək üçün Gədəbəy rayonu Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən müvafiq arayışlar verilmişdir.

11. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 nömrəli qətnaməsi ilə (hakim Marif Kazımov) iddianın təmin edilməsi, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən, Cavabdeh adına olan 0.25 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış 7 mart 1992-ci il tarixli alğı-satqı əqdinin etibarlı və bağlanmış hesab edilməsi qət edilmişdir.

12. Birinci instansiya məh kəməsi qeyd etmişdir ki, ölkədə aparılan torpaq islahatınadək kəndlərdə mövcud olmuş kolxozçu həyəti həmin ailə üzvlərinin birgə mülkiyyəti hesab olunmuşdur. Kolxozçu həyətinin qeydiyyatı kənd təsərrüfatıbaşına kitablarda aparılmış və bu həyətin əmlakı barəsində sərəncam vermək hüququnu həyata keçirmək üçün onların əlavə olaraq qeydə alınmasına zərurət olmamışdır. İş materiallarında olan arayışlara əsasən Gədəbəy rayonu, Novoivanovka kəndi üzrə təsərrüfatbaşına kitabda Cavabdeh adına 0.25 ha torpaq sahəsi və fərdi yaşayış evi qeyd edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə cavabdehin Cavabdeh 1992-ci il tarixədək hüququnu mülkiyyətə qanuni gözlənti hüququ kimi qiymətləndirir. Belə olan halda, cavabdehin qeyd edilən fərdi yaşayış evi və torp aq sahəsi ilə bağlı sərəncam vermək hüququ olmuşdur.

14. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayan Cavabdeh məxsus 0.25 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısına dair əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməmişdir, bu hal əks tərəfin, yəni cavabdehin təqsiri ucbatından baş vermiş, eləcə də, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bu əqd qanuna zidd deyildir və tərəflər əqdin sadə yazılı formada tərtib edilməsinə dair tələbə əməl etmişlər. Odur ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir.

15. Məhkəmə həmin nəticəyə gələrkən mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsi, Azərbaycan SSR Mülki Məcəlləsinin 119-cu maddəsi və 120-ci maddəsinin 1-ci hissəsi, “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının qanunun 9, 10 və 17-ci maddələrinə, “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233, 360 və 362-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Qətnamənin maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(0 42)-499/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı fərdi yaşayış evi ilə qonşudurlar. İddiaçı həmin sadə yazılı əqdə əsaslanmaqla guya M.Moskvinə məxsus olmuş 0,25 ha torpaq sahəsini artıq özünün mülkiyyəti hesab edərək onlara qarşı torpaq sahəsinin 0,03 ha hissənin zəbtdən azad edilməsi barədə iddia qaldırmış, lakin müvafiq sübutları olmadığından iddiası rədd olunmuşdur. Bundan nəticə çıxarmayan iddiaçının arvadı Maisə Əliyevanın torpaq sahəsini sahiblənməsinə və hasarı uçurmasına görə ondan Polisə şikayət etmişdir. Ancaq iddiaçı hazırkı qətnamə ilə almış olduğunun təsdiq edildiyi məlum torpaq sahəsinə mülkiyyətçi olduqdan sonra onlara qarşı t orpağın zəbtdən azad edilməsi tələbi ilə yenə də iddia qaldıracaqdır. Gədəbəy Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(042)-499/2023 saylı qətnaməsi ilə bağlanmış hesab etdiyi xx.xx.1992-ci il tarixdə sadə yazılı formada tərtib edilmiş alqı-satqı müqaviləsi qanuna zidd əlamətlərə malik olduğu halda, məhkəmə həmin əqdin bağlanmış hesab olmasını heç bir halda qət etməməli idi. Bir sözlə, müqaviləyə qanuni əsaslarla tərtib edilmiş olsa belə, həmin müqavilənamədə 0,25 ha həyətyanı torpaq sahəsinin satılması qeyd edilməmişdirsə, Moskvin Mixayıl adlı şəxs həmin 0,25 ha torpaq sahəsini hansı əsasla iddiaçıya satmış hesab edilə bilər? Bundan başqa, Novoivanovka kənd üzrə İƏDnin Nümayənldəsinin məhkəməyə təqdim etdiyi müvafiq arayışında Novoivanovka kənd sakini olmuş Mixayıl Moskvinin istifadəsin də olmuş 0,25 ha həyətyanı torpaq sahəsinin sadə yazılı formada tərtib edilmiş müqavilənamə əsasında İddiaçı satılmasını qeyd etməsinə baxmayaraq, 1992-ci ildən respublikada torpaq islahatı aparılan 1996-cı ilədək iddiaçının istifadəsində olmasını təsdiq edən Nümayəndə, nəyə görə həmin torpaq sahəsinin kənd təsərrüfatıbaşına kitabında iddiaçının adına rəsmi qeydiyyat aparmış olsa idi, torpaq islahatı zamanı həmin torpaq sahəsinin iddiaçının mülkiyətinə verilməsinə dair müvafiq şəhadətnamə tərtib edilərdi. Beləliklə, şərh edilmiş əsaslarla hesab edirlər ki, mübahisəli 0,25 ha həyətyanı torpaq sahəsi torpaq islahatı zamanı Novoivanovka kənd Bələdiyyəsinin mülkiyyətinə verilməsinə görə, heç bir halda məhkəmənin məlum qətnaməsi ilə iddiaçı tərəfindən satın alınmış hesab edilə bilməz. Həmin tor paq sahəsinin Bələdiyyə mülkiyyətində olmasına dair 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisi tərəfindən təqdim edilmiş rəyinə heç bir hüquqmüəyyənedici sənədin əlavə edilməməsi bəhanəsi ilə həmin torpağın bələdiyyə mülkiyyəti hesab edilməmiş, Novoivanovka kənd Bələdiyyəsinin təqdim etdiyi arayışa əsaslanmaqla mübahisəli torpaq sahəsinin 1992-ci ilədək Moskvin Mikayılın mülkiyyətində olmasını və iddiaçıya satmasını mötəbər sübut hesab etməklə həmin alqı-satqını bağlanmış hesab etmişdir Ona görə ki, məlum torpaq islahatına əsasən islahat zamanı vətəndaşların şəxsi mülkiyyətlərinə və dövlət mülkiyyətinə verilmiş torpaqlar çıxıldıqdan sonra qalan torpaqların müvafiq bələdiyyə mülkiyyətlərinə aid olması artıq Torpaq İslahatı haqqında qanunvericiliklə təsbit edilməsini məhkəmə əsassız olaraq nəzərə almamışdır. Mübahisələndirilən müqavilədəki fərdi yaşayış evinin satılmış olmasını da məhkəmənin hesab etməsini əsassız hesab edirlər. Ona görə ki, əvvəla həmin fərdi yaşayış evi müqavilədə satıcı kimi imza edən Moskvin Mixayıla aid olmamış, orada qeyd olunduğu kimi anasına məxsus olmuş, həmin evin hüquqi qeydiyyatı olmamış, həmçinin evin anasının adından satılmasına dair imza atan Moskvin Mixayıla hər hansı etibarnamənin verilib-verilməməsi barədə nə müqavilədə, nə də iddiaçının iddiası üzrə iş materialında heç bir məlumatın olmaması halı da həmin müqavilənin qanuna zidd olmasını bilavasitə təsdiq edir. Məhkəmənin məlum qətnaməsi ilə alqı-satqısı bağlanmış hesab edilən müqavilə ilə guya satılması nəzərdə tutulan 0,25 ha həyətyanı torpaq sahəsinin qanunvericiliyin tələbinə uyğun ol araq torpaqayırma qaydalarına əsasən ayrılması, kordinatlarının məlum olması heç bir hüquqi sənədlərlə öz təsdiqini tapmamışdır.

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-2917/2023 saylı qərardadı ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 nömrəli qətnaməsindən qəbul edilmiş məhkəmə qətnaməsi hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatına verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iddianın predmetini təşkil etmiş torpaq sahəsi ilə bağlı iddiaçı ilə apellyasiya şikayəti verən şəxslər arasında mübahisə vardır.Digər məhkəmə m übashiəsləri üzrə qəbul edilmiş məhkəmə qətnamələrinin məzmunundan işin bu halı aydın şəkildə müəyyən olunur. İş materialları ilə müebahisəli torpaq sahəsinin cavabdehə məxsusluğu müəyyən olunmur. Ona görə də, qətnamə apellyasiya şikayəti verən şəxslərin hüquq və vəzifələrinə toxunur.

19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-907/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmiş, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

20. Məhk əmə kollegiyası qeyd etmişdir ki, işin kollegiya tərəfindən müəyyən edilmiş hallarına əsasən Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh anası Moskivin Mariyaya məxsus olmuşdur. İddiaçı həmin torpaq sahəsi və fərdi yaşayış evini alqı-satqısına dair xx.xx.1992ci ildə sadə yazılı formada əqd bağlanmış, həmin əqdə görə cavabdeh həmin torpaq sahəsini və evi o vaxtkı manatla 70000 manata iddiaçıya satmağı, iddiaçı isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin müqavilə bağlanan zaman cavabdehin anasına məxsus əmlakı satmaq üçün etibarnaməsi və ya anasının hər hansı razılığının olması müəyyən edilməmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iddianın hüquqi əsasını Azərbaycan Respublikasının 1 s entyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 43-cü maddəsi təşkil edir. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.

22. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlmişdir ki, iddianın təmin edilməsi barədə məhkəmənin gəld iyi nəticə əsaslı deyildir. Belə ki, iddiaçının uzun müddətdir mübahisəsi gedən mənzildə yaşadığı müəyyən olunsa da, bu, iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, baxılan iş üzrə daşınmaz əmlak olan mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və cavabdehin anası ilə iddiaçı arasında həmin mənzilin alqı-satqısı barədə yazılı müqavilənin olmadığı işin mübahisəsiz hallarıdır.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin alqı-satqısı iddiaçı ilə əmlakların mülkiyyətçisi olan Mariyana Moskvin arasında deyil, onun oğlu Cavabdeh arasında bağlanmışdır. Halbuki, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir və belə ə qdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur

24. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin dəyəri olaraq 70.000 manat ödədiyini bildirsə də, qeyd edilən məbləği hansı vaxta, kimə, harada ödəməsini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ən əsası, yuxarıda qeyd edildiyi kimi mübahisəli əmlaklar cavabdehin anasına məxsus olmuşdur. Beləliklə, işin qeyd olunan hallarına uyğun olaraq kollegiya mübahisələndirilən torpaq sahəsi və fərdi yaşayış evinin alqı-satqı üçün iddiaçının iddia etdiyi şəxsin (cavabdehin) mülkiyyət hüququnun olmaması və müqavilə bağlamaq səlahiyyətinin olmaması nəticəsinə gəlmişdir.

25. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərba ycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 39, 43, 73, 78 və 230-cu, “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 22 mart 2006-cı il tarixli qərarında və Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil İnqilab oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya in stansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd etmişdir ki, Maraqlı şəxs2 və Maraqlı şəxs1 Gədəbəy Rayon Məhkəmisinin qətnaməsindən apellyasiya şikayəti verməyə subyektv hüquqları yox idi. Belə ki, iddiaçı ilə həmin şəxslər arasında hazırda hər hansı bir bir mübahisə yoxdur. Onların arasında olan əvvəlki mübahisənin isə hazırkı iddiaçının istifadəsində olan torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Ümumiyətlə həmin kəndə demək olar ki, bütün əhalinin bir çox qismi, həmçinin hazırkı iş üzrə şikayət verən şəxslər özləri də evlərini eyni məhkəmə qaydada öz adlarına keçirmişlər. Məhkəmə prossesində subyekti hüquqla bağlı məsələni qaldırsalar da, məhkəmə qüvvədə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)2917/2023 saylı xx.xx.2023-cü il taixli qərardadına əsaslanmışdır. Həmin qəradaddan Ali Məhkəməyə şikayət verilməsi nəzərdə tutulmamışdır. Bu baxımdan da Ali Məhkəmənin kollegiyası həmin qəradadın da əsaslı olub-olmaması məsələsinə qiymət verilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Maraqlarına toxunan şəxs Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 kassasiya şikayətinə etiraz edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar i stisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

30. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməs i işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblər inin pozulmasına yol verildiyindən və bu da düzgün olmayan qətnamənin qəbuluna əsas verdiyindən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

38. Belə ki, Azərbaycan Respublikası MPM-in 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.

39. Qeyd edilməl idir ki, işdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qətnaməsi ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətləri aşağıdakılardır: - onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; - iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; - öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması.

40. İşə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət edir. Bu isə belə şəxsin pozulmuş hüquqlarının bərpasına yönələn səmərəli məhkəmə müdafiəsini təmin edən müvafiq prosessual təminatları tələb edir. Belə prosessual təminat Mülki Prosessual Məcəllənin 387.2.4 və 418. 4.6-cı maddələrində müəyyən edilmişdir.

41. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozulmuş, apellyasiya instansiyası məhkəməsi işə baxarkən üçüncü şəxsə münasibətdə apellyasiya mümkünlüyünə düzgün hüquqi qiymət verməmişdir.

42. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 hər hansı hüquqlarına və maraqlarına toxunan məsələ həll edilməmişdir. Qətnamə ilə barəsində iddiaçı və cavabdeh arasında əqdin bağlanmış hesab edilməsi müəyyən edilmiş fərdi yaşayış evinə və 0.25 ha həyətyanı torpaq sahəsinə dair apellyasiya şikayəti verən şəxslərin hər hansı hüququ və tələbi mövcud deyildir. Apellyatorlar həmin torpaq sahəsi nin bələdiyyə mülkiyyətində olmasına və qonşuları olan iddiaçının onlara qarşı torpaq iddiasının olmasına və gələcəkdə də belə iddiaların ola biləcəyi ehtimalına istinad edərək bu qətnamənin onların marağına toxunduğunu iddia edir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

44. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiz iki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

45. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir.

46. Qeyd edilən prossesual hüquq normalarının tələblərindən görünür ki, hər bir şəxs yalnız öz hüququnun və ya qanunla qorunan mənafeyinin qorunması üçün məhkəməyə müraciət edə bilər, qanuni qüvvəyə minmiş məhkəmə aktları yalnız işdə iştirak etməyən maraqlı şəxslərin mənafelərinə toxunduğu halda onlar tərəfindən mübahisələndirilə bilər. Əks yanaşma, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi və hüquqi m üəyyənlik prinsipinin pozulmasına şərait yaratmış olur.

47. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarında məhkəmə vurğulamışdır ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquq i müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz.

48. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun i qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir.

49. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir.

50. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.

51. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.

52. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şə xslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.

53. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu müxtəlif qərarlarında bu məsələ ilə bağlı öz hüquqi mövqeyini dəqiq ifadə etmişdir.

54. Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında əks olunmuş hüquqi mövqeyi nəzərə almayaraq, Mülki Prosessual Məcəllənin normalarının tələbləri ilə uzlaşmayan qərar qəbul etmişdir.

55. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin buna hüququ olmayan şəxsin verdiyi apellyasiya şikayəti əsasında işə mahiyyəti üzrə baxaraq qəbul etdiyi qərar yuxarıda qeyd edilən prossesu al hüquq normalarının pozulması ilə qəbul edildiyindən və bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə bildiyindən ləğv edilməli, yuxarıda şərh olunan halları nəzərə almaqla, Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 apellyasiya şikayətinin mümkünlük məsələsi yenidən müzakirə olunması üçün iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli 2(104)-907/2024 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar