Məhkəmə qərarları › İş №2(102)-3322/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3322/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3322/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 Üçüncü şəxs: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi İddia tələbi: alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi Açar sözlər: mülkiyyətçinin iradə ifadəsi, təmsilçi vasitəsilə bağlanmış əqdlər, əqdlərin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mi rbaba oğlunun katibliyi, Kassatorun vəkili Vəkil Məmməd oğlu, İddiaçının vəkili X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 26 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı Cəlilabad Şəhər Bələdiyyəsinin 30 mart 2004-cü il tarixli, 04 nömrəli qərarı ilə Cəlilabad şəhəri, Qurtuluş küçəsində 0,09 ha (900 kv.metr) torpaq sahəsi ayrılmış, sonra İddiaçıla Bələdiyyə arasında həmin torpaq sahəsinə dair 01 aprel 2004-cü il tarixli, 58 nömrəli «torpaq icarə» müqaviləsi bağlanmışdır. Cəlilabad rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin layihə-smeta sənədinə əsasən, İddiaçı istifadəsind ə olan torpaq sahəsində kommersiya obyektinin (“Orxan” şadlıq sarayının) tikintisinə icazə verilmiş, tikinti başa çatdıqdan sonra qəbul komissiyasının 15 mart 2010-cu il tarixli aktı əsasında obyekt istismara qəbul edilmişdir. X3 Xidmət Mərkəzi tərəfindən verilmiş 21.08.2018-ci il tarixli etibarnamə ilə İddiaçı, etibar edilən Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, servitut müqaviləsi bağlamaq, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri ba ğlamağı, bütün əqdlər üzrə haqq-hesab aparmağı, notariusun bankdakı depozit hesabı vasitəsi ilə pulu almağı, mirası qəbul etməyi və ya ondan imtina etməyi, vərəsəlik haqqında şəhadətnaməni almağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində və notariat kontorlarında, müəssisələrində, kooperativ və ictimai təşkilatlarda onun adından hər hansı formada ərizə verməyi, imza etməyi, işləri aparmağı, onu qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi etibar etmişdir. Həmin etibarnamə əsasında Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən 0.0663 ha torpaq sahəsində inşa edilən qeyri-yaşayış binası İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət hüququnu təsdiq edən 18.06.2019-cu il tarixli çıxarış verilmişdir. Bundan başqa, qeyri-yaşayış binasının İddiaçı adına rəsmiləşdirilməsindən 2 gün sonra Cavabdeh1 tərəfindən etibarnamə əsasında sözügedən qeyri-yaşayış binasının alqı- satqısı həyata keçirilmişdir. Bakı şəhər 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 20 iyun 2019-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı adından verilmiş etibarnamə əsasında Əsgərov X2 şəhəri, Qurtuluş küçəsi 33 ünvanında yerləşən 0,0663 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1197,7 kv.metr olan qeyri-yaşayış binasını alıcı Cavabdeh2 200000 (iki yüz min) manata satmışdır. Qeyri-yaşayış binası Cavabdeh2 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, onun adına mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən 27.06.2019-cu il tarixli çıxarış verilmişdir. Birinci instansiya məhkəməsində icraat 28 oktyabr 2019-cu il tarixdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın özgəninkişləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da daxil olmaqla, həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrinin etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, qeyri-yaşayış binasına müəyyən pul müqabilində çıxarış almaq üçün Cavabdeh1 etibarnamə vermiş, lakin iradəsinin ziddinə olaraq cavabdeh verdiyi etibarnamə əsasında onun əmlakını öz qardaşı oğlu ilə formal alqı-satqı müqaviləsi bağlamaqla, başqasının xeyrinə özgəninkiləşdirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməməklə iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddiaçının əmisi Səfər Əsgərova borcu olduğunu, ona şadlıq sarayını satıb pulunu götürməsi üçün etibarnamə verdiyini, həmin əmlakı qanuni şəkildə əldə etməklə satıcıya 200000 manat pul ödədiyini göstərmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-127/2020 saylı iş üzrə 09 yanvar 2020-ci il tarixli qətn aməsi ilə (hakim E.Ə.Əmirəliyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Cavabdeh1 verilmiş etibarnamənin hakimiyyətdən sui-sitifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bu baxımdan, iddiaçının alqı-satqı müqaviləsinin qanunazidd hesab edilməsi barədə tələbi əsaslı deyil. İddiaçının adından etibarnamə əsasında hərəkət edən Cavabdeh1 məbləğini və şərtlərini sərbəst şəkildə müəyyən etməklə Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən 0,0663 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasını alıcı Cavab deh2 satmışdır. Tərəflər arasında bağlanmş həmin alqı-satqı müqaviləsi mülki qanunvericiliyə zidd hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Cavabdehlər apellyasiya şikayətinə yazılı etiraz verərək əmlakın qiymətinin iddiaçının razılığı ilə müəyyən edildiyini, onun iradəsi ilə satılmaqla əldə olunan pulu qəbul etdiyini göstə rmişlər. Apellyasiya məhkəməsi tərəfindən mübahisə predmeti olan əmlak kompleksinin dəyərinin müəyyən edilməsi məqsədi ilə müstəqil qiymətləndirici təyin edilmiş, iş üzrə alınmış 18 yanvar 2021-ci il tarixli qiymətləndirmə rəyi ilə həmin qeyri-yaşayış binasının həmin tarixə bazar dəyəri 785.000 manat, binada yerləşən əşyaların dəyəri 37.350 manat olmaqla, cəmi 822.350 manat təşkil etdiyi göstərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-141/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov, M.K.Həsənov, Z.A.Zeynalov) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin edilmiş, Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən 0,0663 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinə dair 20 iy un 2019-cu il tarixli müqavilə və həmin müqavilədən irəli gələn hüquqi nəticələrin, o cümlədən daşınmaz əmlakın Cavabdeh2 adına qeydə alınması və onun adına verilmiş 27 iyun 2019-cu il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarışın etibarsız hesab edilməsi, Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən 0,0663 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının iddiaçıya qaytarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyri-yaşayış sahəsinin alqısatqısını mülkiyyətçi İddiaçı verdiyi etibarnamə əsasında etibar edilən Cavabdeh1 həyata keçirmişdir. Başqa sözlə. Cavabdeh1 sözügedən müqaviləni mülkiyyətçinin nümayəndəsi (təmsilçisi) qismində imzalamışdır. Mülki Məcəllənin 339.1 -ci maddəsinin (bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd) dispozitiv şərtlərinin ödənməsi üçün mülkiyyətçinin nümayəndəsi qismində çıxış edən etibar edilənin, müqaviləni mülkiyyətçinin iradəsinin əleyhinə bağlamış olduğu müəyyən edilməlidir. Bundan başqa, iddianın təmin edilməsi üçün şərtlərdən biri də ondan ibarətdir ki, alıcı vicdanlı olmasın. Göstərilən şərtlər ödənildiyi halda, iddianın təmin edilməsi üçün əsas yaranır. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin verdiyi izahata görə, mülkiyyətində olan əmlakın onun adından satılması onun iradəsi əleyhinə baş vermişdir. Belə ki, o, etibarnaməni qeyri-yaşayış sahəsinin satılması üçün deyil, öz adına sənədləşdirilməsi və bununla bağlı hərəkə tlərin edilməsi üçün vermişdir. İddiaçı göstərmişdir ki, obyektin alqı-satqısından onun məlumatı olmamışdır, xəbərdar olan kimi etibarnaməni ləğv etmişdir. Cavabdeh isə, iddiaçının bu izahatına qarşı hər hansı etiraz bildirməmiş və ya izahat verməmişdir. Qeyd edilməlidir ki, sözügedən alqısatqı müqaviləsi barədə mülkiyyətçinin məlumatlı olmasına dair iş materiallarında hər hansı dəlil yoxdur. Qeyri-yaşayış sahəsinin mülkiyyətçi İddiaçı adına rəsmiləşdirilməsindən 2 gün sonra alqı-satqının həyata keçirilməsi də nümayəndə tərəfindən imzalanmış alqısatqıdan, alqı-satqı baş verən zaman ilkin mülkiyyətçinin məlumatı olmasını şübhə altına alır. İddiaçı adından verilmiş etibarnamə sözügedən qeyri-yaşayış binasının sənədləşdirilməsindən əvvəl verilmişdir. Həmin vaxt sözügedən əmlak mülkiyyət kimi qeydiyyatdan keçməmişdir. Bu hal, etibarnamənin ilk növbədə əmlakın təmsil edilənin adına mülkiyyət kimi qeydə alınması üçün verildiyini təsdiq edir. Etibarnamədə təmsil edilənin gələcək mülkiyyətində olan əmlakı barədə sərəncam vermək göstərilməmişdir. Hər bir halda, iddiaçının adına sözügedən əmlakın qeydə alınmasından sonra iddiaçı tərəfindən bu və ya digər yolla hər hansı iradə ifadəsinin bildirilməsi müəyyən edilmir. Bundan başqa, iddiaçı bildirir ki, ona məxsus qeyri-yaşayış sahəsi həqiqi dəyərindən çox aşağı qiymətə satılmışdır. İş üzrə alınmış qiymətləndirilmə rəyi ilə də təsdiq edilir ki, mübahisəli əmlak real bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satılmışdır. İddiaçı alqı-satqı müqaviləsindən sonra əmlakın dəyərinin ona ödənilmədiyini bildirmişdir. İş materiallarınd an da əmlakın nümayəndəsi ilə kontragentin razılaşdırılmış dəyərinin mülkiyyətçiyə ödənildiyi də müəyyən edilmir. Cavabdehlərdən Cavabdeh2 izahatında göstərmişdir ki, İddiaçı ilə əmisi Cavabdeh1 aralarında borc məsələsi olmuşdur. Belə ki, iddiaçının Rusiya Federasiyasından biznesinin qurulmasında əmisi Cəfərin yaxından iştirakı olmuş, əmisi iddiaçıya dəfələrlə borc pul vermişdir ki, işlərini yaxşılaşdırsın. Sonradan xeyli müddət keçməsinə baxmayaraq iddiaçı onun əmisinə olan borcunu nağd şəkildə qaytara bilmədiyi üçün istifadəsində olan Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən 0,0663 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binasını satıb pulunu götürməyi xahiş etmişdir. Başqa sözlə, cavabdeh izahatında mülkiyyətçinin əmisinə olan borcunun əvəzinə mübahisəli əmlakın Cavabdeh1 verildi yini bildirmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, bu hal müəyyən edilmir. Digər tərəfdən, Cavabdeh2 vicdanlı əldə edən olması müəyyən edilmir. Çünki, alıcı Cavabdeh2 əmlakın əsl mülkiyyətçisinin kim olduğunu açıq-aşkar bilirdi, alqı-satqıda əmlakın dəyəri onun həqiqi dəyərindən əhəmiyyətli dərəcədə aşağı göstərilmişdir, alıcı etibarnamə üzrə nümayəndənin qardaşı oğludur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, göstərilənlər onu deməyə əsas verir ki, iddia əsaslıdır və təmin edilməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassas iya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, əmlakı əldə edərkən dəyərini notariusun bankdakı hesabına ödəmiş, etibarnamənin ləğv edilməsi barədə (əgər olubsa) ona heç bir məlumat verilməmişdir. Eyni zamanda qeyd edildiyi kimi əqdi notariat kontorunda təstiq etdirmişdir. Əmlakın mübahisəli olması barədə reyestr orqanında heç bir məlumat notariusa daxil olmamışdır. Bütün bunlar cavabdehin vicdanlı alıcı olmasının bariz nümunəsidir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi digər əsas isə alqı satqı tərəflərinin qohumluq əlaqəsinin olmasıdır. Hesab edir ki, qohumların əqd bağlaması qanunla qadağan edilməmişdir. Belə bir normanın olması apellyasiya məhkəməsinin qətnaməsində də öz ək sini tapmamışdır. Məhkəmə kollegiyası iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası m əhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının a ktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Mülki Məcəllənin 337-ci maddəsi ilə əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin anlayışı təsbit edilmişdir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tər əfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2 və 339.3-cü maddələrində təsbit edilmişdir ki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. http://e-qanun.az/framework/46944 Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətlərinin dəlilləri əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar