Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-333/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ər-arvad arasında əmlak bölgüsü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın üzərində paylarının müəyyən edilməsi” tələbinə dair iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 oktyabr 2024-cü il tarixli, 2(103)-4319/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkə mənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.2012-ci ildə rəsmi nikaha girmiş, nikaha Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2023-cü ildə xitam verilmişdir.
2. Cavabdehn adına xx.xx.2021-ci il tarixdə “Kia Sportage” markalı, **-BZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qeydə alınmışdır. 3. 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiqlənmiş İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh əmlakına dair heç bir iddia və tələbi olmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kia Sportage” markalı **-BZ-*** döv lət nömrə nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə müqavilənin etibarsız sayılması, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və satış pulunun aralarında bərabər bölünməsi, birgə nikah dövründə alınan ev əşyalarının və avadanlıqlarlar üzrə payların müəyyən edilməsi və naturada bölünməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə ailə münasibətlərinə xitam verildikdən sonra, aşağıda qeyd ediləcək əmlakların bölünməsi barədə onunla razılığa gələ bilməmişlər və əmlak bölgüsü barədə mübahisə yaranmışdır. Birgə nikah dövründə aldıqları və hazırda mövcud olan ev əşyaları bunlardır: (iddia tələbi dəqiqləşdirilmişdir) 3 ədəd televizor; 1 ədəd səsgücləndirici musiqi aparatı; 1 ədəd masa; 6 ədəd yumşaq otu racaq; 1 dəst yumşaq mebel- bir divan, iki puf 2395 (iki min üç yüz doxsan beş) manat; 1 ədəd tv stent; mətbəxt mebeli; 1 ədəd qaz sobası 220 (iki yüz iyirmi) manat; 1 ədəd elektrik soba 450 (dörd yüz əlli) manat; 1 ədəd mikrovolnovka 149 (yüz qırx döqquz) manat; 1 ədəd havalandırıcı- aspirator 280 (iki yüz səksən) manat; 1 ədəd mətbəx divanı; 1 ədəd soyuducu 950 (doqquz yüz əlli) manat; 1 ədəd duş kabini 1300 (min üç yüz) manat; 1 ədəd paltaryuyan maşın (dörd yüz manat); 1 ədəd moydadır və hamam dolabı; 1 ədəd böyük paltar dolabı; 1 ədəd yataq dəsti 3500 (üç min beş yüz) manat (ümumi təqribi 10.500 manat). Cavabdeh xx.xx.2023-cü ildə öz adına olan “Kia Sportage” markalı **-BZ*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini onun notariat qaydasında təsdiq edilmiş razılığı olmadan X7 adına özg əninkiləşdirmişdir. Gülər Eminova isə həmin tarixdə sözügedən nəqliyyat vasitəsi barədə cavabdehə istifadəyə görə etibarnamə, sonuncunun anası olan X3 baş etibarnamə vermişdir.
6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və sonra dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, “Kia Sportage” markalı 77-BZ 740 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinə onun və 1/2 hissəsinə cavabdehin payının müəyyən edilməsi, cavabdehlə birgə nikah dövründə alınan ev əşyaları və avadanlıqları üzərində 1/2 hissəsinə onun və 1/2 hissədə cavabdehin payının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 iddianı qəbul etməyərək bildirmişdir ki, tərəflər nikahdan sonra kirayə yaşamışlar, sonradan cavabdehin atasın a məxsus evə köçmüşlər, hazırda ev qardaşına məxsusdur. O, bildirmişdir ki, cavabdehin atası qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğuna görə çox sayda qızılı olmuşdur. Ona görə də onun vəfatından sonra cavabdehin anası Nəzakətlə onun qardaşının arvadı arasında qızıllarını bölərək onlara hədiyyə etmişdir. Həmin qızılların hesabına Nəzakət özünə avtomobil almışdır. Həmin avtomobilin satışı hesabına hazırki avtomobili əldə etmişdirlər. Bundan başqa, iddiaçı özünün notarial qaydada təsdiq olunmuş ərizəsi ilə cavabehə qarşı əmlak tələbinin olmadığını qeyd etmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçının anasıdır. Oğlu ilə gəlini 2012-ci il ailə qurmuşlar, kirayədə qalırdılar. Əmlakları ikisi birlikdə almışlar. Nəzakətin əvvəl avtomobi lin olduğunu bilirdi, amma nə zaman satdığını xatırlamır.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçının bacısıdır. Ailə qurduqdan sonra Pərvizin torpağı var idi, onu satmış Kia markalı avtomobili almışlar. Əmlakları ikisi birlikdə əldə etmişlər. Evlərində yataq və mətbəx mebelləri, divan, stol, stul, kombi və s. əşyalar var idi. Qardaşı hal-hazırda taksi fəaliyyəti ilə məşğul olur, nikah dövründə MTK-da işləmişdir, kamera və s. sistemlərin quraşdırılmasında iştirak etmişdir. Nəzakətin əvvəl avtomobilin olduğunu bilirdilər.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, cavabdehin anasıdır və nikahdan əvvəl qızının avtomobili olmuşdur. Qızı ilə ərinin evinin ikinci mərtəbəsini də oğlu tikmişdir, yardım məqsədi ilə qızını əri ilə o evə gətirmişlər. Mərhum əri qızıl satışı ilə məşğul olmuşdur, ərindən qalan qızılları uşaqları arasında bölmüşdür. Qızılları satarkən heç bir sənədləşmə aparmamışdır. Qızına 25.000-30.000 manatlıq qızıl vermişdir, iddiaçının pulu yox idi, həmçinin 37.000 manatlıq cehiz vermişdir. Nikah bağlanana qədər iddiaçı kamera ustası olmuşdur, sonralar taksi ilə məşğul olmuşdur.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, cavabdeh yoldaşının bacısıdır və nikahdan əvvəl cavabdehin avtomobili olub. Onlarla birlikdə yaşamışlar. 2021-ci ildə X8 cavabdehlə onun arasında qızılları bölmüşdür. Tərəflər arasında başqa münasibətlər barədə, həmçinin cavabdehə hansı qızılları və əşyaları verməyi barədə məlumatı yoxdur.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini n 2(008)-1059/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim A. Paşayeva) ilə iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə edilmiş “Kia Sportage” markalı, **-BZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, 1 dəst yumşaq mebelin - bir divan, iki puf, 1 ədəd qaz sobasının, 1 ədəd elektrik sobanın, 1 ədəd mikrodalğalı sobanın, 1 ədəd havalandırıcı aspiratorun, 1 ədəd soyuducunun, 1 ədəd duş kabininin üzərində ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh payı müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
13. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin yalnız iki şahidin ifadəsi ilə kifayətlənməsi mübahisəli nəqliyyat vasitəsinin nikahdan əvvəl ona məxsus olan avtomobilin və qızılın satış pulundan alınmasını təsdiq etmir. Belə ki, ən azından onun özünə nikahdan əvvəl məxsus olan avtomobilin nə vaxt və hansı qiymətə satılması barədə məhkəməyə hər hansısa sübut təqdim olunduğu halda məhkəmə tərəfindən buna dair müvafiq araşdırma aparılardı.
14. Məhkəmə ev əşyalarına dair müəyyən etmişdir ki, 1 dəst yumşaq mebelin - bir divan, iki puf, 1 ədəd qaz sobasının, 1 ədəd elektrik sobanın, 1 ədəd mikrodalğalı soba, 1 ədəd havalandırıcı aspiratorun, 1 ədəd soyuducunun, 1 ədəd duş kabininin həqiqətən də birgə nikah dövründə iddiaçı tərəfindən alınmasına dair məhkəməyə təqdim olunan qəbzlər onların həqiqətən birgə nikah dövründə alınan və tərəflərin birgə əmlakı sıyahısına daxil olduğuna dəlalət edir.
15. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 32.3, 36.1, Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 225.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 88, 217.4-ci, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli Qərarına istinad etmişdir. b) Apelyasiya instansiya məhkəməsindəki icraat
16. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(008)-1059/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin nikaha daxil olana qədər şəxsi minik avtomobili olmuşdur. “Mersedes” markalı “A-Class” modeli həmin avtomobili cavabdeh nikaha qədər olan dövr ərzində almışdır. Cavabdeh və onun tərəfindən ifadə verən X1 və X4 da bu faktı təsdiq etmiş və bildirmişlər ki, cavabdehin nikaha daxil olana qədər mülkiyyətində şəxsi minik avtomobili olmuşdur. Bundan sonra cavabdeh nikah zamanı həmin avtomobili satmış, onun satışından əldə olunan vəsaiti və valideynlərinin ona verdiyi qızıl-zinət əşyalarının satışından əldə olunan vəsaiti toplayaraq hazırkı avtomobili almışdır. Göründüyü kimi mübahisəli avtomobil cavabdehin öz şəxsi avtomobilidir. Çünki cavabdeh həmin avtomobili nikaha qədər ona məxsus olan avtomobilin və nikah zamanı ona bağışlanan qəzəl-zinət əşyalarının satışı hesabına əldə olunan vəsaitlə almışdır. Cavabdeh bunu məhkəmədə sübut etmişdir. Belə ki, cavabdehin anası X2 adından cavabdehə və gəlini Hüseynova Elmira ya ünvanlanan xx.xx.2021-ci il tarixli yazılı müraciət cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin yazılı müraciətdə X8 qızıl ticarəti ilə məşğul olan mərhum ərindən miras qalan qızıl zinət əşyalarını öz qızı və oğlu Səbuhinin yoldaşı Hüseynova Elmira arasında paylara böldüyünü və qızına dəyəri 10000 manat olan brilyant qaşlı karnitur, dəyəri 3000 manat olan kolye, dəyəri 1500 manat olan brilyant qaşlı sırğa, ümumi dəyəri 10000 manat olan iki ədəd brilyant dəst, ümumi dəyəri 2500 manat olan iki ədəd qolbaq, ümumi dəyəri 2800 manat olan 3 ədəd üzük verdiyini bildirmişdir. Həmin yazılı müraciət məhkəməyə təqdim edilmişdir. Lakin işə baxan məhkəmə nə bu sübutu, nə də qanunvericiliyin işin bu hallarına dair mövqeyini nəzərə almamış, maddi hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh məhkəmədə sübut etmişdir ki, aldığı avtomobil ər-arvadın ümumi qazancı hesabına deyil, şəxsi avtomobilinin və ona bağışlanan qəzəl-zinət əşyalarının satışından əldə olunan vəsait hesabına əldə edilmişdir. Mübahisəli avtomobil 24000 manata alınmışdır. Cavabdeh öz əvvəlki avtomobilini təxminən 7500 manata satmış, qızılzinət əşyalarını da sataraq hazırkı avtomobili almışdır. Cavabdeh iddiaya etirazının əsası kimi sübutları məhkəməyə təqdim etsə də, iddiaçı həmin avtomobilin ümumi qazanc hesabına əldə edildiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əgər iddiaçı həmin avtomobilin ümumi gəlirlər hesabına əldə edildiyini iddia edirsə, o halda həmin qazancın mənbəyini də göstərməli idi. Lakin iddiaçı bunu sübut etməmişdir. Cavabdeh həmin minik avtomobilini i ddiaçı ilə nikahda olan zaman əldə etsə də, həmin əmlakın yalnız cavabdehə məxsus olduğunu, ümumi mülkiyyət olmadığını təsdiq edən sübut – qızılların bağışlanmasına dair yazılı müraciət mövcuddur. Nikaha qədər avtomobilin mövcudluğu və qızıl-zinət əşyalarının verilməsinə dair yazılı müraciətin olması Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli həmin qərarının göstərişləri baxımından da deməyə əsas verir ki, həmin əmlak cavabdehin yalnız özünə məxsusdur və iddiaçı ilə ümumi mülkiyyəti hesab edilmir. Çünki həmin qərarda yazılmışdır ki, əvəzsiz əqd əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübut etmə şərti kimi qəbul edilsin. Bununla bağlı olaraq bildirir ki, iş üzrə şahid və cavabdehin an ası olan X2 xx.xx.2021-ci il tarixli yazılı müraciəti həmin tələbə qarşı sübutetmənin qanunla yol verilən şərti kimi çıxış edir. Lakin işə baxan məhkəmə cavabdehə qarşı qərəzli davranaraq həmin yazılı sübuta düzgün hüquqi qiymət verməmişdir. Digər tərəfdən iddiaçı öz izahatında həmin avtomobilin torpaq sahəsinin satışından əldə olunan vəsaitlə alındığını iddia etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçının izahatı ilə də təsdiq olunur ki, cavabdehin nikaha qədər “Mersedes A-Class” markalı avtomobili olmuş, onu 6500 manata satmışlar. İddiaçının bu faktı etiraf etməsi, cavabdehi həmin faktı sübut etmək vəzifəsindən azad edir. Məhkəmə iş üzrə şahid kimi dindirilən şəxslərin ifadələrinə də düzgün hüquqi qiymət verməmiş, onların ifadələri ilə işin müəyyən olunan hallarının uyğun olub-olmadığını yoxlamadan əsassız nəticəyə gəlmişdir. Nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Bundan əlavə, işə baxan məhkəmə iş materiallarında olan və iddiaçı tərəfindən yazılan xx.xx.2019-cu il tarixli ərizəyə də düzgün hüquqi qiymət verməmişdir. Həmin ərizədə iddiaçı özü bildirmişdir ki, cavabdehin əmlakına dair heç bir iddia və tələbi yoxdur. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4319/2024 nömrəli iş üzrə, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ. Şirinov (məruzəçi) N. Cəfərov və E. Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələn dirilən hissədə dəyişdirilmədən dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi nəticəsini onunla əsaslandırmışdır ki, cavabdeh apellyasiya şikayətində mübahisəli avtomobilin şəxsi avtomobilinin və ona verilən qızıl-zinət əşyalarının satışından əldə edilən vəsaitlə alındığını bildirmiş və iş üzrə şahid ifadələrinə eləcə də anası X2 xx.xx.2021-ci il tarixli yazılı müraciətinə istinad etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı dindirilmiş şahid ifadələri ilə cavabdehin nikahdan əvvəl avtomobilinin olması bildirilmiş, lakin həmin şahid ifadələri ilə, eləcə də işin faktiki halları ilə mübahisəli avtomobilin məhz cavabdehin öz şəxsi vəsaiti hesabına əldə etməsi müəyyən edilməmiş, cavabdeh bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə olan halda cavabde h tərəfindən nəqliyyat vasitəsinin məhz onun öz gəlirləri hesabına əldə edildiyi sübut edilmədiyindən, apelyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
20. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə, Ailə Məcəlləsinin 32.1, 32.2.1, 32.2.2, 32.3, 36.3-cü, Mülki Məcəlləsinin 225.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 372, 384.0.1, 385.2-ci maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, qətna mənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən yazılmış xx.xx.2019-cu il tarixli ərizəyə düzgün hüquqi qiymət verməmişdir. Həmin ərizədə iddiaçı özü bildirmişdir ki, Cavabdeh əmlakına dair heç bir iddiası və tələbi yoxdur. Bildirmişdir ki, həmin ərizə iddiaçı və cavabdehin ailə münasibətlərinin bir vaxtlar kəskinləşdiyi zaman yazılmış və həqiqətən də cavabdehin avtomobilin və digər əmlakların ümumi qazanc hesabına əldə olunan əmlak deyil, cavabdehin nikaha qədər əldə etdiyi və şəxsi əmlakı olduğunu təsdiq edir. Həmin ərizə vaxtilə elə bu məqsədlə tərtib edilmiş və iddiaçının həmin əmlaklarla bağlı gələcəkdə heç bir tələbinin olmayacağ ını ifadə etmişdir. Lakin işə baxan məhkəmə bu yazılı sübuta düzgün hüquqi qiymət verməmiş, cavabdehin ailə və mülki hüququ normalarından irəli gələn hüquqlarını pozmuşdur.
23. Həmçinin işə apellyasiya qaydasında baxılarkən Baş Dövlət Yol Polisi İdarəsinə müvafiq sorğu ilə müraciət edərək Cavabdeh adına avtomobilin olub-olmaması barədə məlumat verilməsini xahiş etsə də, bu sorğuya vaxtında cavab verilməmiş və bu səbəbdən Apellyasiya məhkəməsinə yazılı sübutu təqdim edə bilməmişdir. Lakin hazırda həmin məlumatı müvafiq dövlət orqanından əldə edilmiş, Cavabdeh adına 2011-ci ildə MERCEDES markalı avtomobil qeydə alınmışdır. Bu isə bir daha göstərir ki, Cavabdeh nikaha qədər də avtomobili olmuşdur. Hesab edir ki, işə baxan məhkəmə bu sübuta düzgün qiymət verməli, mübahisəli KİA SPORTAGE markal ı avtomobilin Cavabdeh nikaha qədər mülkiyyətində olan MERCEDES markalı həmin avtomobilin satışından əldə oluna vəsait hesabına və bağışlanan qızıl-zinət əşyaları hesabına alındığını nəzərə almalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
26. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
27. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
28. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
29. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
30. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünm əsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
31. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəy yən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Cavabdehin kassasiya şikayətinin dəlilləri əsasənda qətnamə tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
43. Kassasiya şikayətinin iddiaçı tərəfindən yazılmış xx.xx.2019-cu il tarixli ərizənin mövcud olması barədə dəl illəri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan avtomobil iddiaçı tərəfindən yazılmış xx.xx.2019-cu il tarixli ərizədən 2 il sonra xx.xx.2021 ildə cavabdehin adına əldə edildiyindən həmin ərizəyə istinad edilərək iddiaçının bu əmlaka dair tələbinin olmaması barədə cavabdehin mövqeyi əsassızdır.
44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiya məhkəməsinə yeni sübut təqdim edilə bilməz.
45. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4319/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.