Məhkəmə qərarları › İş №2(102)-3331/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3331/2019

16.05.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3331/2019 16.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, İddiaçı İB-nin vəkili Həsənov Vasif Rəsul oğlunun iştirakı ilə, İddiaçı İB-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli, 2(007)3164/2018 saylı qətnaməsi ilə (hakim F.Mirzəyev) İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddiası təmin edi lməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2(103)-438/19 saylı qətnaməsi ilə (hakimlər: X.Sarıyev, M.Məmmədov və Ş.Məhərrəmova) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli, 2(004)-3311/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı İB kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2(103)-438/19 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Q.Qarayev ilə İ.Məmmədov küçələrinin kəsişməsindən keçən, İddiaçınə məxsus diametri 250 mm-lik yeraltı orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin (aptekin) Cavabdeh öz hesabına (əvəzi ödənilmədən) sökülərək kəmərin mühafizə zonasından çıxarılması və ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq İddiaçı balansında və istismarında olan 250 mm diametrlik yeraltı orta təzyiqli qaz kəmərinin mühafizə zonasında (üzərində) Nizami rayonu, 8-ci km qəsəbəsi, Q.Qa rayev ilə İ.Məmmədov küçələrinin kəsişməsindən keçən hissəsində Cavabdeh məxsus aptek kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi inşa olunmuşdur. Cavabdeh tərəfindən, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi tikili, fiziki şəxslərin həyatı və sağlamlığı üçün böyük təhlükə yaradır. Eyni zamanda həmin ticarət obyektinə yaxın ərazidə yaşayan sakinlər üçün, həmçinin ora gəlib-gedən vətəndaşlar üçün mövcud vəziyyət ciddi təhlükə mənbəyidir. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Faktla bağlı akt tərtib edilərək və fotoşəkil, çəkilərək rəsmi qaydada 1231 saylı xəbərdarlıq məktubuyla cavabdehə müraciət olunmuşdur. Lakin cavabdeh bu xəbərdarlıqdan heç bir nəticə çıxarmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı İB kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019cu il tarixli, 2(103)-438/19 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı İB-nin vəkili Həsənov Vasif Rəsul oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüqu qi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan 10 iyul 2017-ci il tarixdə Nizami TİX-nin rəisi Sahib Bağırov, Nizami TİX-nin mühəndisi Müslüm Həsənov, Nizami TİX-in ustası Mirzə Məmmədov tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Qaz Təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinə zidd olaraq Cavabdeh tərəfindən 250 mm-lik orta təzyiqli daşıyıcı qaz kəmərinin mühafizə zonasınd a kəmərin üzərində aptek (Q.Qarayev prospekti ilə İ.Məmmədov küçəsi kəsişməsi) inşa edilmişdir. İş materiallarında olan 06 sentyabr 2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh qaz kəmərinin mühafizə zonasının saxlanılmasına əməl edilməklə xəttin üzərində inşa olunmuş tikilinin sökülməsini təmin etməyi xahiş olunmuşdur. İddianın rədd edilməsinə dair rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apelyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsinin mühafizə zonasında İddiaçı balansında və istismarında olan 250 mm diametrlik yeraltı orta təzyiqli qaz kəmərinin keçdiyini iddia etsə də, bu faktı təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir. Bundan başqa, həmin qeyri-yaşayış sahəsinin məhz Cavab deh istifadəsində, sahibliyində və ya mülkiyyətində olmasını təsdiq edən hər hansı bir sübut iş materiallarına əlavə olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, iddiaçı tərəfindən tərtib edilmiş akt iddiaçının öz işçiləri tərəfindən tərtib edilmiş, müvafiq qurumların və cavabdehin həmin aktın tərtibində iştirakları təmin edilməmiş, cavabdehin həmin aktı imzalamaması qeyd olunmamışdır. Bundan əlavə cavabdehə ünvanlanmış 06 sentyabr 2018-ci il tarixli xəbərdarlıq məktubunun cavabdehə çatdırılması barədə heç bir məlumat yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbini əsaslandırdığı hallarla bağlı birinci instansiya məhkəməsinə sübutlar təqdim etməmiş, hətta apellyasiya mərhələsində Azərbaycan Respublikası Mü lki Prosessual Məcəllənin 371-ci maddəsinə əsasən yeni sübutların qəbul edilməsi mümkün olmadığı halda, məhkəmə kollegiyası tərəfindən iddiaçı tərəfə nə kimi sübutları olması soruşulsa da, iddiaçı tərəf heç bir sübut təqdim etməyərək, sübut etmə yükünü məhkəmənin üzərinə qoymaqla (tikilinin özbaşına tikili olması, həmin tikilinin cavabdeh tərəfindən aptek kimi istifadə edilməsi, oradan qaz xəttinin keçməsi), məhkəmə tərəfindən araşdırma aparılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tari xli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamə də göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İB-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar