Məhkəmə qərarları › İş №2(102)-3332/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3332/2024

07.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3332/2024 07.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk iddia, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair ilkin, Cavabdeh2 İddiaçı qarşı mənzildən çıxarılma barəd ə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2139/2024 nömrəli iş üzrə 16 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(007)2973/2022 saylı qətnaməsinə əsasən X5 ünvan 1 ünvanında yerləşən mənzilini Cavabdeh1 bağışlamasına dair Cəlilabad rayon 1 saylı notariat ofisində 05 may 2021-ci il tarixdə bağlanaraq reyestrdə 4-Ə352 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilin Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövl ət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21 may 2021-ci il tarixli ********** nömrəli çıxarış ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsinin satılmasına dair X12 ilə alıcı X29 arasında Cəlilabad rayon 1 saylı notariat ofisində bağlanılmış və reyestrdə 4Ə-344 nömrə ilə qeydə alınmış 03 may 2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin X16 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarə si tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 may 2021-ci il tarixli ********** nömrəli çıxarışın ləğv olunması qət edilmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(007)2973/2022 saylı qətnaməsi 10 fevral 2023-cü il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad Rayon 1 saylı Notariat ofisinin 18 may 2023-cü il tarixli, 624 saylı məktubundan görünür ki, ünvan 4 küçəsi 127 inzibati bina ünvanında qeydiyyatda olan İddiaçı ərizəsi əsasında mərhum anası X12ndan qalmış miras əmlak barədə qanun üzrə vərəsəlik işi açılmış və İddiaçı, Cavabdeh1 və X7 mərhum X5 qanun üzrə vərəsələri olması müəyyən edilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirl iyi Cəlilabad Rayon 1 saylı Notariat ofisinin 18 may 2023-cü il tarixli, 622 saylı məktubundan görünür ki, X8 məxsus ünvan 5 ünvanında yerləşən mənzilin bağışlamasına dair 05 may 2021-ci il tarixli, 4-Ə352 reyestr nömrəli müqavilə və ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsinin alqı-satqısına dair 03 may 2021-ci il tarixli, 4Ə-344 reyestr nömrəli müqavilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(007)-2973/2022 saylı qətnaməsi əsasında ləğv edilmiş və bu barədə müvafiq qeyd aparılmışdır.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 25 may 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, N izami rayonu, B.Nuriyev küçəsi, ev 37, 31 saylı mənzil 21 may 2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatda alınmış, lakin Masallı regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş 31 iyul 2022-ci il tarixli, 4Ə-566 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 özgəninkiləşdirilmişdir. Cavabdeh2 həmin mənzilə mülkiyyət hüququ 03 avqust 2022-ci il tarixdə qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 37, 31 saylı mənzil üzərinə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16(007)-43/2022 saylı, 18 oktyabr 202 2-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 37, 31 saylı mənzil 17 iyul 2019-cu il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. Cəlilabad rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiq edilmiş 4Ə-352 reyestr nömrəli, 05 may 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir.

8. AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə X21 (Cavabdeh1 əvəzinə) ilə Cavabdeh2 arasında ünva n 5 ünvanında yerləşən, ümumi sahəsi 83.1 kv.m olan mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır, həmin mənzilin müqabilində Cavabdeh2 Cavabdeh1 satdığı tam hissəni 61433,70 manat qiymətinə almışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 37 saylı evin 31 saylı mənzilinin alğı–satqısına dair Masallı regional “ASAN Xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş 31 iyul 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, sonuncunun həmin mənzil üzərində 3 avqust 2022-ci ildə qeydə alınmış mülkiyyət hüququnun ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbi ni onunla əsaslandırmışdır ki, anası X12 vəfat etdikdən sonra Rusiya Federasiyasının vətəndaşı olan, orada qeydiyyatda olmaqla yaşayan bacısı Cavabdeh1 5 may 2021-ci il tarixdə, yəni anasının ölümündən 8 ay sonra anasına məxsus ünvan 6 ünvanda olan yaşayış evinə dair, "bağışlama müqaviləsi" əsasında öz adına çıxarış almışdır. Bundan başqa anasının adına olan ünvan 7 ünvanında yerləşən 0,015 ha həyətyanı torpaq sahəsi “alğı-satqı” müqaviləsinə əsasən X1. Həmin torpaq sahəsi X16 adına 26 may 2021-ci il tarixli, ********** qeydiyyat nömrəsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqi qeydiyyata alınmışdır. O, həm “bağışlama” müqaviləsinin, həm də “alğı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 16 dekabr 2023-cü il tarixli, 2(007)-2973/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və qətnamə 10 ferval 2023-cü il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Bununla bağlı ərizəsi əsasında mərhum anasından qalmış əmlak barəsində qanun üzrə vərəsəlik işi açılmış və o, göstərilən ünvanlardakı mülklərə, yəni daşınmaz əmlaklara çıxarış almaq istəyərkən müəyyən olunmuşdur ki, bacısı Cavabdeh1 anası X5 ölümündən sonra onun adından Cəlilabad rayon 1 saylı notariat ofisində 5 may 2021-ci ildə bağlanmış, reyestrdə 4Ə-352 nömrə ilə qeyd edilmiş "bağışlama” müqaviləsinə əsasında əldə etdiyi ünvan 5 ünvanda yerləşən mənzilini onun iddia ərizəsinə məhkəmədə baxılan zaman Masallı regional "ASAN Xidmət" mərkəzinin notariat ofis ində təsdiq edilmiş 31 iyul 2022-ci il tarixli "alğı-satqı” müqaviləsinə əsasən Cavabdeh2 özgəninkiləşdirmişdir. Həmin mənzil üzərində Cavabdeh2 mülkiyyət hüququ 3 avqust 2022-ci il tarixdə qeydiyyata alınmaqla hazırda mülkiyyətində olmuşdur. O, 2021-ci ildən, yəni anası X13 öldükdən sözügedən mənzildə yaşamışd, bu günə kimi həmin mənzilə alıcı qismində gələn olmamış və kimsə ona mənzili aldığını bildirməmişdir. Bütün bunlar göstərmişdir ki, bacısı İlahə saxta yolla mənzili öz xeyrinə özəlləşdirmək məqsədi ilə indiyə kimi mənzillə maraqlanmayan, mənzilə gəlib baxmayan Lənkəran rayonunda yaşayan Cavabdeh2 satmışdır. Rusiya Federasiyasının vətəndaşı olan Rusiya Federasiyası, Kemerov vilayəti, Novokuznetsk şəhəri, Kurako prospekti, 4, mənzil 25 ünvanında qeydiyyatda olan və yaşayan bacısı Cav abdeh1 Azərbaycan Respublikası ərazisində qeydiyyatda olub-olmaması barədə sorğuya cavab olaraq bildirilmişdir ki, Cavabdeh1 Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olması barədə məlumat olmamışdır. Həmçinin Şükürova X15 rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla orada yaşamışdır.

11. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 37 saylı evin 31 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 31 iyul 2022-ci ildə Masallı Regional “ASAN Xidmət” mərkəzində mübahisəli məzillə bağlı Cavabdeh1 ilə alğı-satqı müqaviləsi bağlanmışdır. Alğı-satqının həyata keçirilməsi üçün hər hansı bir maneə olmamışdır. Mənzilin ipoteka yüklülüyü, v ərəsəlik predmeti və alğı-satqıya mane olacaq digər hər bir hansı halın olmadığı müəyyən ediləndən sonra rəsmiləşdirilmişdir. Mənzil alınarkən tərəfindən baxış keçirilib, vəziyyəti qənaətbəxş olmaqla yanaşı həmin vaxt evdə kənar şəxs olmamışdır. Hazırda ailə vəziyyəti ilə əlaqədar qaynanası ilə birlikdə yaşadığından daimi olaraq mənzildə yaşamasa da, həmin mənzil onun mülkiyyətində olmuşdur. 2023-cü ilin 5-8 iyul ayında mənzilə gedib evə aid qalan əşyalarını qoymaq istəyərkən qapının açarının dəyişdirildiyini görmüşdür. Qapını döydükdən sonra dəqiqləşdirmişdir ki, evdə tanımadığı şəxs yaşamışdır. Hadisə barədə DİN-in 102 zəng mərkəzinə mənzili əsassız olaraq zəbt edən şəxsin oradan çıxarılmasını tələbi ilə məlumat verilmişdir. Lakin onlar bu mübahisənin məhkəmə qaydasında həll edilməli old uğunu bildirmişdirlər. Artıq yaşadıqları müddət ərzində işıq, qaz və sudan istifadə etməklə xeyli miqdarda borc yığılmışdır. Sonradan ona məlum olmuşdur ki, mənzili zəbt edən evi aldığı İlahə adlı şəxsin bacısı Aynurədir.

13. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, iddiaçı ilə cavabdeh İlahə onun nəvələri olmuşdur. Vəfat edən qızı Mətanət Rusiyadan pulu onun adına göndərmiş və evi onun adına alacağını demişdir. Lakin İlahənin yoldaşı Elnur, o, yaşlı olduğu üçün, evi onun üçün özünün axtarıb tapacağını demişdir ki, o, yorulmasın. Sonradan bilmişdir ki, Elnur evi öz adına almışdır. Mətanət narazılıq etdiyindən evi onun adına keçirmişlər. Sonra o, yaşlı olduğundan evi bağışlama müqaviləsi ilə qızı Mətanətin adına keçirtmişd ir. Ev vəfat edən qızı Mətanətin adına olmuş, evdə qızı Kəmalə və nəvəsi Aynurə yaşamışlar. Elnur və Füzuli evi satanda heç kimə deməmişlər. 2020-ci ildə Mətanət rəhmətə gedəndə o evə getmişlər və qapını açarkən Füzulinin qapının kilidini dəyişdirdiyini görmüşlər. Füzuli qonşulara heç kimin evə girməməsini tapşırmışdır. Daha sonra polis və Füzulinin müşayiəti ilə qapını açmış və bəzi əşyalar götürmüşlər.

14. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Aynurənin xalası olmuşdur. “COVİD” vaxtı bacısı açarı onlara vermişdir. Bacısını dəfn etdikdən sonra evə gedəndə onlara məlum olmuşdur ki, evin açarı dəyişdirilmişdir. Sonra polisin nəzarəti ilə Füzuli qapını açmışdır. O zaman hələ ev satılmamışdır. Füzuli qonşunu pulu i lə öz tərəfinə çəkdiyindən onları görəndə hayküy salmışdır.

15. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Aynurənin qonşusu olmuşdur. 1991-ci ildən orada yaşamışdır. Həmin evdə çoxları yaşamış və çıxmışdır. Beş il olar, onlar o evi almışlar. Evdə Aynurə yaşamışdır. Evə kiminsə almaq üçün baxmağa gəldiyini və ya hər hansı bir əşya gətirdiyini görməmişdir.

16. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X23 ifadəsində göstərmişdir ki, o, evin satılması prosesində iştirak etmişdir. Ev almaq istədiyindən, evə baxmağa getdiyində 1 nəfər kişi və 1 nəfər qadın olmuşdur. Onlara evi göstərən özünü makler kimi təqdim etmişdir. Evi göstərən və evi satan başqa adam olmuşdur. Pulu Masal lıya gələn kişiyə vermişdir. Evi bütün əşyalar ilə ona satmışlar. Evin sahibini soruşmamışdır. X6 yazılmışdır. Pulu verdiyi adamın adını soruşmuşdur, amma adı yadında qalmamışdır. O, evə baxanda Aynurə xanımı görməmişdir. Evdə problem olmamışdır. Onlar təxminən avqust ayında Lənkərandan gəlib görmüşlər ki, qapı bağlı olmuş və polisə getmişlər. Birinci dəfə o, özü tək gəlib danışmışdır, sonra yoldaşı ilə gəlib evə baxmışdır, yoldaşı ilə gələndə pulu da özü ilə gətirmişdir. Əvvəl evin qiymətini 65000 manata demişlər, o da 62000 manata saldırmışdır. Alğı-satqını Masallı “Asan Xidmətdə” bağlamışlar. Adına etibarnamə olan adam alğı-satqıya gəlmişdir.

17. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli, 2(007)2071/2023 nömrəli qətnaməsi ilə (hakim Rauf Əhmədov) ilkin iddia tə min olunaraq, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 5 ünvanında yerləşən mənzilə dair bağlanmış və Masallı regional "ASAN Xidmət" mərkəzinin notariat ofisində təsdiq edilmiş 31 iyul 2022-ci il tarixli, 4Ə-566 reyestr nömrəli "alğı-satqı” müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh2 adına 3 avqust 2022-ci il tarixdə qeydiyyata alınmış həmin mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış ləğv edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı Cavabdeh2 mənzil barədə suallar verilən zaman ziddiyyətli cavablar vermiş, alqı-satqı müqaviləsinin təxminən 62000 manat müqabilində bağlandığını qeyd etdiyi halda, barəsində toplanmış material üzrə Nizami RPİ-nin 24-cü PŞ-də izahat verə n zaman həmin məbləğin 170000 manat təşkil etməsi ilə bağlı yaranmış ziddiyyətli məqamlara (qeyd olunan mənzilin real bazar qiymətinin daha yüksək olması məhkəmə iclasında inkar olunmamışdır) aydınlıq gətirə bilməmiş, əksinə məhkəmə araşdırması zamanı sözügedən alqı-satqı müqaviləsi bağlandığı dövrdə ilkin iddia üzrə iddiaçının həmin mənzildə yaşadığı, alqı-satqı müqaviləsini bağlayan tərəflərin isə hər ikisinin “təsadüfən” Rusiya Federasiyasının, Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması məlum olmuş, qarşılıqlı iddia üzrə iddiaçı tərəf bunun əksini sübuta yetirə bilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabp 2022-ci il tarixli, 2(007)-2973/2022 saylı qətnaməsində göstərilən hallar da məhkəmə araşdırması zamanı nəzərə alınmışdır.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2-ci, 324.4, 324.5, 337.1, 337.4, 385.1, 442-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı–ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişlər.

21. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə qiymət verərəkən nəzərə almamışdır ki, təqdim olunan CD diskdə olan videogörüntü çəkilmiş, e v satışa çıxarılarkən Aynurə mənzildə olmamışdır. Bundan başqa Aynurəyə məhkəmə tərəfindən suallar verilərkən bildirmişdir ki, o, həmin mənzilə qapını açmaq üçün polis çağırmış və polis onlara qapını açıb evə girməyə yardımçı olmuşdur. İddiaçıya məhkəmədə qarşı tərəf olan qarşılıqlı iddiaçının vəkili tərəfindən hansı polis tərəfindən belə hərəkətə yol verildiyi soruşulsa da cavab verməmişdir. Buradan aydın olmuşdur ki, o, həmin mənzilə özbaşına daxil olmuş və içəri girərkən polisə müraciət etməmiş və buna dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Qeyd edilənlər bir daha onu təsdiq etmişdir ki, Şahid2 məhkəmə iclasında bildirdiyi ifadələr həqiqəti əks etdirməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə gəldikdə isə Cavabdeh1 nüma yəndəsi Vəkil3 tərəfindən təqdim edilmiş 17 oktyabr 2022- ci il tarixli aktdan (elektron sistemə yerləşdirilib) məlum olmuşdur ki, mübahisəli binada və eyni blokda yaşayan qonşular X24 və X11 akta imza edərək, aktın tərtib olunduğu vaxtadək bu mübahisəli mənzilə Cavabdeh1 və onun əri Əliyev Elnurun olduğunu və onları qonşusu kimi tanıdığını bildirmişlər. Qeyd edilənə baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsində bu sənədə hüquqi qiymət verilməmişdir. Həmin akt elektron kabinetə yerləşdirilsə də bu sənəddə olan qonşuların bildirdiyi fikrə və ziddiyətli olan məhkəmə iclasında ifadə vermiş Şahid3 ifadəsində olan ziddiyyətə aydınlıq gətirilməmişdir. Bundan başqa o da qeyd edilməli idi ki, Cavabdeh1 nümayəndəsi Vəkil3 tərəfindən 17 oktyabr 2022-ci il tarixli akt məhkəmə iclasında təq dim edilsə də onun ifadəsinə aydınlıq gətirilməmiş, guya cavabdehin iştirakı olmadan məhkəmə prosesi aparılmışdır. Əgər elektron kabinetə diqqət yetirilsə məlum olar ki, həqiqətən də bu akt sistemə yerləşdirilmiş və məhkəmə iclasında təqdim edilmişdir. Məhkəmənin qətnaməsi bu əsasa görə də qanunsuz, maddi və prosessual hüquq normalarına ziddir və əsassız olmuşdur. İş materiallarında Cavabdeh2 mənzilin zəbt edilməsinə dair polisə müraciəti və təhqiqat araşdırması olmuşdur. Cavabdeh2 nümayəndə və vəkillə təmsil olunmasına baxmayaraq özü şəxsən məhkəmə prosessində iştirak etmiş, hakim və tərəflərin suallarını cavablandırmış, mənzili olduğu kimi təsvir etmişdir. Məhkəmə Cavabdeh2 alğı-satqı müqaviləsinin təxminən 62000 manat müqabilində bağlandığını qeyd etdiyi halda, barəsində toplanmış mat erial üzrə Nizami RPİ-nin 24-cü PŞ-də izahat verən zaman həmin məbləğin 170000 manat təşkil etməsini ziddiyyətli məqam kimi qimətləndirmişdir. Əslində Cavabdeh2 məhkəmədə sualları cavablandırarkən bu məqama aydınlıq gətirmişdir. Özüözlüyündə bu fakt alğı-satqını bir daha təsdiqləmiş və Cavabdeh2 vicdanlı alıcı olduğunu sübut etmişdir. İşin obyektiv araşdırılmasının təmin etmək üçün Cavabdeh2 həyat yoldaşı X23 şahid qismində dindirilmşdir. Məhkəmə qətnaməsində qeyd edib ki, guya məhkəmə araşdırması zamanı alğı-satqı müqaviləsini bağlayan tərəflərin hər ikisinin “təsadüfən” Rusiya Federasiyasının, Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması məlum olmuş, qarşılıqlı iddia üzrə iddiaçı tərəf bunun əksini sübuta yetirə bilməmişdir. Lakin prosessdə onların tanışlığı barədə heç bir sübut olmamış, tərəf də onun yalan olduğunu sübuta yetirmişdir. Onların tanış olması barədə iş materiallarında nə də ki, məhkəmə prosessində heç bir hal olmamışdır. Məhkəmə yalnız öz qətnaməsinə don geyindirmək üçün faktı yalnış təsvir edərək əsassız qətnamə çıxarmaq üçün əsaslandırma kimi qəbul etmişdir. Şahid özü ifadəsində iş ilə əlaqədar oradan keçdiyini demişdir, çünki səyyar ticarətlə məşğul olmuş və Rusiya Federasiyasının 90 faiz vilayət və şəhərlərində olmuşdur. Bu əsas verməmişdir ki, tərəfin min bir əziyyətlə pul toplayıb aldığı mənzilin onun əlindən alınmasına səbəb olsun. Məhkəmə vicdanlı alıcı məsələsinə, İddiaçı mülkiyyətçi Cavabdeh2 mülkiyyət hüququnu pozmasına qiymət verməmişdir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranm adıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.

22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, “Yoldaşım ticarətlə məşğul olaraq, Rusiyaya gəlib- getmişdir. Bakıda da ticarətlə məşğul olmuşdur. Yoldaşı Novokuznetsk şəhərinə gəlib-getmişdi”.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) 16 may 2024-cü il tarixli, 2(103)-2139/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli, 2(007)-2071/2023 nömrəli q ətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmiş, Cavabdeh2 İddiaçı qarşı mənzildən çıxarılma barədə qarşılıqlı iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 37 saylı evin 31 saylı mənzilindən çıxarılması qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüqu qları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. 25. 3Qüvvədə olan mülki qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka üçüncü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haq qında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.

26. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, Cavabdeh1 müqaviləni bağlayarkən onun icarə ifadəsi vicdanlılıq prinsipinə uyğun olmamışdır. Yəni, daşınmaz əmlak üzərində onun hüquqları qeydə alınsa da, məhkəmə mübahisəsinin getdiyi, iş məhkəmənin icraatında olduğu dövrdə həmin əmlakı özgəninkiləşdirilməsi həm qanunun tələblərinə, həm də vicdanlılıq prinsiplərinə zidd olmuşdur.

27. Hazırkı mübahisə üzrə əsas araşdırılmalı xüsusat digər Cavabdeh2 vicdanlı olub – olmamasıdır.

28. İlkin iddia ərizəsində əqdin etibars ızlığı tələbi irəli sürülsə də, ərizənin hüquqi əsaslandırma hissəsində ümumi normalar kimi Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 337.5-ci normalarına istinad olunmuş, konkret olaraq əqdin hansı əsaslarla etibarsız hesab olunması, məsələn yalan və ya uydurma əqdi olması, yaxud digər əsaslara etibarsız hesab edilməli olması əksini tapmamışdır.

29. Birinci instansiya məhkəməsinin qətnaməsində də demək olar ki, eyni normalara istinad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm iddiaçının, həm də birinci instansiya məhkəməsinin əsaslandığı hallar ona əsas verir ki, işin halları Mülki Məcəllənin 340.1 maddəsi baxımından qiymətləndirilməli, əqdin uydurma, yəni, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olub – olmaması araşdırılmalı və yuxarıda q eyd olunduğu kimi, Cavabdeh2 vicdanlı alıcı olub – olmaması araşdırılmalıdır.

30. Əqdin etibarsızlığı ilə bağlı məhkəmənin gəldiyi qənaət 2 halla əsaslandıılmışdır: Müqavilədə evin qiymətinin 61433,70 manat göstərilməsinə baxmayaraq Cavabdeh2 polis bölməsinə izahat verərkən evi 170000 manata aldığını bildirməsi və müqaviləni bağlayan tərəflərin hər ikisinin Rusiya Federasiyasının Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması.

31. Birinci instansiya məhkəməsi qeyd olunan xüsusatları bu cür əsaslandırmışdır ki, “alqı-satqı müqaviləsini bağlayan tərəflərin isə hər ikisinin “təsadüfən” Rusiya Federasiyasının, Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması məlum olmuş, qarşılıqlı iddia üzrə iddiaçı tərəf bunun əksini sübuta yetirə bilməmişdir.” Məhkəmə kollegi yası bu hal üzrə sübutetmə yükünün cavabdehin üzərinə qoyulması ilə razılaşmır. Çünki əqdin etibarsızlığı tələbini irəli sürən şəxs iddiaçıdır və etibarsızlıq üçün əsas olan halları sübuta yetirmək də məhz onun vəzifəsidir.

32. Müqavilədə evin qiymətinin 61433,70 manat göstərilməsinə baxmayaraq Cavabdeh2 polis bölməsinə izahat verərkən evi 170000 manata aldığını bildirməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi bu halı etibarsızlıq üçün əsas kimi qeyd etsə də, bu halın məhz hansı səbəbdən etibarsızlıq üçün əsas olması məsələsinə aydınlıq gətirməmişdir. Apellyasiya instansiyası məhkəməsində qiymətlə bağlı xüsusat araşdırılarkən iddiaçı tərəf də qeyd etmişdir ki, evin dəyəri 90000 – 120000 manat aralığındadır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, evin də yərinin cavabdehin ərizəsində müqavilədə göstərilən qiymətdən fərqli göstərilməsi müstəqil olaraq əqdin əhəmiyyətsizliyi, etibarsızlığına əsas verən hal kimi qiymətləndirilə bilməz.

33. Birinci instansiya məhkəməsinin əqdin etibarsızlığı üçün əsaslandığı digər hal isə “alqı-satqı müqaviləsini bağlayan tərəflərin isə hər ikisinin “təsadüfən” Rusiya Federasiyasının, Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması”dır və bu hal ilə bağlı cavabdehin özünün verdiyi izahata istinad olunur.

34. İş materiallarının 125-128-ci vərəqələrində olan 02 noyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının protokolunda Cavabdeh2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, “Yoldaşım ticarətlə məşğuldur, Rusiyaya gəlib gedir. Bakıda da ticarətlə məşğul olub. Yoldaşım Novokuznetsk şə hərinə gəlib - gedirdi”. Göründüyü kimi Cavabdeh2 qətnamədə qeyd olunduğu kimi izahatında, “alqı-satqı müqaviləsini bağlayan tərəflərin isə hər ikisinin “təsadüfən” Rusiya Federasiyasının, Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması” barədə heç bir izahat verməmiş, ona verilən suallara cavab olaraq, həyat yoldaşının ticarətlə məşğul olduğunu, Rusiyaya gedib – gəldiyini və məhz sualda Novokuznetsk şəhərinin adı çəkildiyindən həmin şəhərə də gedib – gəldiyini qeyd etmişdir.

35. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən Cavabdeh2 nümayəndəsi tərəfindən məhkəməyə alqı – satqı ərəfəsində iddiaçının orada yaşamadığını təsdiq edən sübut kimi evin bəyənilib dəyərləndirilməsi ilə bağlı həmin evdə çəkilmiş fotoşəkillər və video çəkilişlər təqdim olunsa da, həmin sübu tlar birinci instansiya məhkəməsində təqdim olunmadığından və iddiaçı tərəfindən bu sübutların araşdırılmasına etiraz edildiyindən məhkəmə kollegiyası tərəfindən sübut kimi qiymətləndirilərək araşdırılmamışdır.

36. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh2 əldə etdiyi əmlakla bağlı üçüncü şəxslərin iddialarından xəbərdar olması öz təsdiqini tapmır və buna görə də o, vicdanlı alıcıdır. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə görə də mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır, gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

37. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq ilkin iddia rədd, qarşılıqlı iddia təmin olunmalıdır.

38. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148. 2, 144.1. 152.1. 157.2, 324, 337.1, 340.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 27 oktyabr 2004-cü il tarixli Qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2139/2024 nömrəli qətnaməsini ləğv edilməsini, Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 5 ünvanda yerləşən mənzilə dair bağlanmış və Masallı regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş 31 iyul 2022-ci il tarixli, 4Ə-566 reystr nömrəli “alqı-satqı” müqavbiləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına 03 avqust 2022-ci il tarixdə qeydiyyata alınmış həmin mənzil üzərində mülkiyyət hüququnu təsdiqedən çıxarışın ləğv edilməsi, Cavabdeh2 ona qarşı ünvan 6 ünvandan çıxarılması barədə qarşılıqlı iddiasının rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2021-ci ildən yəni anası X13 öldükdən sonra həmin ilin may ayından hal-hazıra kimi sözügedən mənzildə yaşayır. Həmin mənzildə yaşadığı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti MənzilKomunal Təsərrüfatı Departamenti, Nizami rayon MKTB-nin 88 saylı Mənzil Kommunal İstisma r Sahəsinin 16 may 2021-ci il tartixli 230 nömrəli arayışı ilə də təsdiqini tapmışdır. Daimi evdə olmuşdur və 2021-ci ildən evlə bağlı məhkəmələrdə iddia ərizələri olmuşdur. Bundan başqa bacısı İlahə anası öləndən 8 ay sonra saxta sənədlərlə evi adına rəsmləşdirimişdir. Bir daha göstərdiyi kimi evə heç bir zaman alıcı gəlməmiş və evdəki əşyalar anasının sağlığında alınmış əşyalardır və ev anasının sağlığında təmir edilmişdir. Bundan başqa Cavabdeh1 onu evdən çıxartmaq üçün böhtanlar ataraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə “özünün RF-da yaşaması, ünvan 10 ünvanında olan mənzilin ona məxsus olması barədə çıxarışın olmasını, baçısı İddiaçı 2022-ci ilin may ayında qanunsuz olaraq həmin mənzilin dəmir qapısını sındıraraq mənzili zəbt etməyini, sonuncu dəfə həmin mənzildə 2022-ci ilin aprel ayında olduqlarını, əri Elnurun sonuncu dəfə mənzildə olarkən 12.000 ABŞ dolları pul vəsaitini, 30 qramlıq “paxlava” adlanan 777 əyarlıq ərəb sepi, 21 qramlıq “Sünbül” adlanan qızıl qolbağı, göy sapfır qızıl üzük, sırğa və klondan ibarət 5.000 manat dəyərində qızıl komplekti, yataq otağındakı şkafda yataq dəstlərin arxasında qoyulmuş, həmin pul və qızıllarını oğurlaması barədə qonşulardan məlumat almasını bildirmişdir”. Bu haqda 24-cü PŞ-də araşdırma aparılmış və göstərilən faktlar təsdiqini tapmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Bacısı İlahənin yalan məlumat verməsi onun həmin dövrlərdə Azərbaycan Respublikasında olmaması ilə də öz təsdiqini tapmışdır. Belə ki, bacısı Cavabdeh1 Azərbaycan Respublikasına axırıncı dəfə anasının sağlığında xx.xx.2019-cu ildə gəlmiş və xx.xx.2019-cu ildə Respublika ərazisini tərk etmişdir. Bundan sonra o, Azərbaycan Respublikası ərazisinə daxil olmamışdır. Lakin nədənsə məhkəmə bu hallara hüquqi qiymət verməmişdir. Sənədlərdən göründüyü kimi məhkəmənin gedişatında Cavabdeh1 evi verməmək üçün tanışı Cavabdeh2 qayınatası Nadir Şərbətova verdiyi etibarnamə əsasında başqa əqdi pərdələmək məqsədi ilə yalan əqd bağlayaraq Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 37, 31 nömrəli mənzili xx.xx.2021-ci il tarixdə adına qeydiyyata alınmış mənzili, Masallı regional “ASAN Xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-566 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 nümayəndəsi Nüşabənin qayınatası Nadir Şərbətov mənzili gəlininə Cavabdeh2 adına öz gəninkiləşdırılmışdır. Həmin mənzil üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədər.

41. Sözügedən mənzili alan şəxsin əri X4 Federasiyasının Kemerov vilayətinin Novokuznetsk şəhərində yaşayır və həm də X29 ilə bir yerdə işləyir. Rusiya Respublikasınnın vətəndaşı X14 atası Nadir Şərbətov ev sahibi Cavabdeh1 Rusiya Federasiyasının Kemerov vilayətinin Novokuznetsk şəhərində verilmiş etibarnamə əsasında nümayəndəsi olmuş və evin alqı-satqısında nümayəndə qismində iştirak etmişdir. Lakin məhkəmə nədənsə bu fakta heç bir qiymət verməmişdir. Bundan başqa Cavabdeh2 məhkəmədə ilkin ifadəsində evə televizor alıb qoyduğunu göstərmiş, lakin sonrakı ifadəsində bunu təkzib edərək bildirmişdir ki, evi yoldaşı və o almışdır. Yay ayında evi bə yənib almışlar. Yoldaşı evi makler vasitəsilə tapmışdır. O, evə bir dəfə baxmışdır. Pulun hamısını yoldaşı verib. Bir ildir evi almışdır, evə girə bilmir.Yoldaşı Novekuznetsk şəhərinə gəlib-gedirdi. O heç Aynurə xanımı əvvələr görməmişdir. İlahə xanım ev yiyəsi idi, onu görmüşdür. 62.000 manata evi almağa razılaşmışlar. Pulu yoldaşı vermişdir. (xx.xx.2023-cü il tarixli Qətnamə səh-6, abz. 2) Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X23 ifadəsində göstərmişdir ki, o, evin satılması prosesində iştirak etmişdir. O, evi 5-6 ay idi ki, axtarırdı, 60.000-70.000 manat pulu var idi. Ev almaq istəyirdi. O da 2-3 aydan bir gedib-gəlirdi. Ona zəng edib dedilər ki, belə bir ev var. O da evə baxmağa getmişdir. Evdə bir nəfər kişi və bir nəfər qadın var idi. Evi bəyənmiş, razılaşmışlar və Asan xidmətə getmişlər. Onlara evi göstərən özünü makler kimi təqdim etdi.Evə bir dəfə girmişdir, şəkilini göstərməmişdilər. Evi göstərən və evi satan başqa adam idi. Pulu Masallıya gələn kişiyə vermişdir. Evi bütün əşyaları ilə ona satmışlar. Ev 7-ci mətrtəbədə idi, 4 otaqlı idi. Evin yiyəsini soruşmamışdır. X6 yazılmışdır. O, Lənkəranlıdır, alqı-satqı edənlər dedilər ki, Cəlilabadlıdırlar. Pulu verdiyi adamın adını soruşmuşdur, amma adı yadında qalmayıb. O evə baxanda Aynurə xanımı görməmişdir. Evdə problem yox idi, olsa idi onu almazdı.Onlar təxminən avqust ayında sənədləri Lənkərandan gəlib götürmüşlər ki, qapı bağlıdır, polisə getmişdir. Evin açarı indi də ondadır. Ev alınan vaxt Bakıda olmuşdur, təxminən həmin vaxt yay ayı olmuşdur.Birinci dəfə o, öz ü tək gəlib danışmışdır, sonra yoldaşı ilə gəlib evə baxmışdır, yoldaşı ilə gələndə pulu da özü ilə gətirmişdir. Öz maşını ilə evə baxmağa gəlmişdir.Evə yoldaşı ilə girmişlər, evi onlara makler göstərdi. Evdə bir qız və bir kişi var idi. Ortayaşlı 30-35 yaşında bir qız var idi, adı səhv etmirəmsə İlahə ya da İradə idi. Pulu danışanda həm qız, həm də kişi orda idi.Əvvəl evin qiymətini 65.000 manata deyirdilər, o da 62.000 manata saldırmışdır.Alqı-satqı Masallı Asan Xidmətdə bağlanmışdır. Etibarnamə göndərən evin sahibi özüdə cənublu idi. Adına etibarnamə olan adam alqı-satqıya gəlmişdir. (xx.xx.2023cü il tarixli Qətnamə səh-6, abz. 7) Hər iki şəxsin göstərdiklərinin yalan və uydurma olması aşağıda göstərilən təkzibedilməz sübutlarla təsdiq edilir. Belə ki, hər ikisinin ifadələri birbirinə z iddir. Bundan başqa necə ola bilərki. xx.xx.2022-ci il tarixdə yaşayış evi alan şəxs evə baxmadan evi alsın və həmin evə məhkəmə qətnaməsi qəbul edilənə kimi 1 il 5 ay ərzində getməsin və evlə maraqlanmasın, Cavabdeh1 rəsmi sənədlərdə göstərildiyi kimi Azərbaycana xx.xx.2019-cu ildə gəlmiş və 12 gündən sonra yəni xx.xx.2019-cu ildə Azərbaycanı tərk etmişdir və o, bir daha Azərbaycana gəlməmişdir. Həmçinin heç bir vaxt İlahə ilə Elnur birlikdə yaxud eyni müddətdə Azərbaycan ərazisində olmamışlar. Bundan başqa hər iki şəxs Cavabdeh1 nümayəndəsini tanımadıqlarını bildirmişlər. Halbuki alqısatqı müqaviləsində Cavabdeh1 etibarnaməsi əsasında nümayəndəsi olmuş Nadir Şərbətov evi alıcı qismində adına sənədləşdirilmiş Cavabdeh2 doğma qayınatası yəni Cavabdeh2 əri Şaddıq Şərbətovun doğma atasıdır. Bundan başqa evlə heç bir zaman maraqlanmayan Cavabdeh2 iş məhkəmədə olan zaman xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinəmüraciət edərək evdə olmadığı zaman ona məxsus ünvana tanımadığı şəxslərin qapıya müdaxilə edərək içəri daxil olduğunu bildirmişdir. Müraciəti əsaslnda Nizami RPİ-nin 24-cü PŞ-də izahatı alınan Cavabdeh2 izahatında göstərmişdir ki,-2022-ci ildə iyun ayında o, ünvan 11 ünvanda yerləşən mənzili Elnur adlı şəxsdən almışdır.Həmin mənzil Elnurun həyat yoldaşı Cavabdeh1 adına olub mənzil almaq üçün onlar Elnur və İlahəyə ümumilikdə 170.000(yüz yetmiş min) manat pul vermişlər. Buna baxmayaraq İlahənin bacısı olan tanımadığı şəxs hal-hazırda həmin mənzildə yaşayır və mənzili tərk etmir. Sonradan öyrənmişdir ki, həmin mənzil İlahə və Aynurə adlı bacısı arasında mübahisəlidir. Hal-hazırda İddiaçı onun barəsində Nizami rayon məhkəməsinə müraciət etmişdir. Bundan başqa 17 oktyabr 2022-ci il tarixdə Elnur Əliyevin atası Fizuli Əliyev tərəfindən iki nəfər şəxsə imza etdirməklə saxta akt tərtib edilərək akta göstərilmişdir ki, guya 2020-ci iln noyabr ayından Elnur Əliyev və Cavabdeh1 birlikdə müxtəlif tarixlərdə evdə yaşayaraq evdə əsaslı təmir işləri aparmışlar. Bu göstərilənlərin tam şəkildə yalan və uydurma olması Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli məktubundada öz əksini tapmışdır.Həmin məktubda göstərilir ki, Cavabdeh1 ölkə ərazisinə xx.xx.2019-cu ildə girişi, xx.xx.2019-cu ildə çıxışı qeydə alınmışdır. Göründüyü kimi İlahə ölkə ərazisində olmadığı halda yalan akt tərtib edilmişdir. X29 barəsində verilmiş məlumatdan göstərilir ki, onun Azərbaycan Respublikasının ərazisinə xx.xx.2020-ci ildə girişi, xx.xx.2020-ci ildə çıxışı, xx.xx.2021-ci ildə girişi, xx.xx.2021-ci ildə çıxışı, xx.xx.2022-ci ildə girişi, xx.xx.2023-ci ildə çıxışı olmuşdur. Cavabdeh1 ilə Elnur Əliyev heç bir vaxt birlikdə Azərbaycan Resüpublikasının ərazisində olmamışlar. Məhkəmə nədənsə 88 saylı MTKB-nin 16 may 2021-ci il tarixli arayışını nə də ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli məktubundada göstərilənlərə hüquqi qiymət verməkdən imtina etmişdir. Bu günə kimi həmin mənzilə alıcı qismində gələn olmamış və kimsə mənə mənzili aldığını bildirməmişdir. Bütün bunlar göstərir ki bacısı İlahə saxta yolla mənzili öz xeyrinə özəlləşdirmək məqsədi ilə indiyə kimi mənzillə maraqlanmayan, mənzilə gəlib baxmayan, baxqa əqdi pərdələmək məqsədi ilə Lənkəran rayonunda yaşayan Cavabdeh2 guya satmışdır. Azərbaycan Respublikası DİN-ın BPQMİ-nin MAPS üzrə məlumat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan göründüyü kimi Şükürova X15 rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla orada yaşayandır. Göründüyü kimi Cavabdeh1 və X3 saxtalaşdırmaqla başqa şəxslərin hüquqlarını pozaraq qanunsuz yolla müəyyən əmlakları adlarına keçirmişlər. Birinci instansiya məhkəməsi obyektif qərar qəbul edərək həmin müqavilələri etibarsız hesab etmişdir. Lakin Apellyasiya məhlkəməsi ədaləti bərpa etmək, Elnur Əliyev və Cavabdeh1 hərəkətlərində cinayət xarakterli əməllər olması barədə prokurorluğa məlumat vermək əvəzinə mövcud qanunvericiliyin ziddinə q ərar qəbul edərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir. Məhkəmə göstərilən şahid ifadələrinii təkzib edən hər hansı sübutun olmamasına, ümumiyyətlə şahidin ifadəsinə qiymət verməmiş, onun hansı sübutla təkzib edildiyini barəsində şikayət verilən məhkəmə aktında göstərməmiş, məhkəmə qətnaməsinə, sübutlara, sübutların qiymətləndirilməsinə dair Azərbaycan Respublikası MPM-in tələblərini pozmuşdur.

42. Məhkəmə dəlillərini araşdırmaqdan faktiki imtina edib. Sözügedən mənzilin məhkəmə gedişatında X29 ilə bir şəhərdə yaşayan və bir yerdə işləyən Rysiya Respublikasınnın vətəndaşı X4 Federasiyasının Kemerov vilayətinin Novokuznetsk şəhərində yaşayır və həm də Şaddıq Şərbətovun atası Nadir Şərbətov ev sahibi Cavabdeh1 Rusiya Federasiyasının Kemerov vilayətinin Novokuznetsk şəhər ində verilmiş etibarnamə əsasında nümayəndəsi olmuş və evin alqı-satqısında nümayəndə qismində iştirak etmişdir. Lakin məhkəmə nədənsə bu fakta heç bir qiymət verməmişdir.

43. Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi Nadir Şərbətov, evi alan Cavabdeh2 qayınatasıdır, yəni Nüşabənin əri Şaddıq Şərbətovun doğma atasıdır. Yaxın qohumluq əlaqələrinə baxmayaraq birinci instansiya məhkəməsində hər iki şəxs nümayəndəni tanımadıqlarını bildirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyy ata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

46. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

47. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

48. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

49. Maddə

324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

50. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

51. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

52. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir

53. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu c ür əqd bağlandığı andan etibarsızdır.

54. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 55. 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansi yası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfində maddi və prosessualı hüquq normalarının tələbi pozulmuşdur.

69. Belə ki, Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2973/2022 saylı qətnaməsi ilə sübuta yetirilir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarına əsasən ünvan 5 ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə tam payda X5 adına qeydiyyata alınmışlar. Cəlilabad rayon 1 saylı notariat ofisində 05 may 2021-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-352 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinə əsasən X12 (əvəzində X30) ünvan 5 ünvanında yerləşən mənzilini qızı Cavabdeh1 (əvəzində X31) bağışlamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən həmin mənzil xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə tam payda Cavabdeh1 adına qeydiyyata alınmışdır. İddiaçı sözügedən müqaviləni mübahisələndirmiş, məhkəmənin həmin qətnaməsi ilə, X5 ünvan 5 ünvanında yerləşən mənzilini Cavabdeh1 bağışlamasına dair Cəlilabad rayon 1 saylı notariat ofisində 05 may 2021-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-352 nömrə ilə qeyd edilmiş “bağışlama müqaviləsi” etibarsız hesab edilmiş, həmin mənzilin Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələlər i Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il tarixli ********** nömrəli çıxarış ləğv edilmişdir.

70. İlkin iddia üzrə iddiaçı, tərəflər arasında yuxarıda qeyd olunan mübahisə yaranması Cavabdeh1 məlum olduqdan sonra mənzilin qanunsuz olaraq özgəninkiləşdirildiyini, buna görə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış ləğv edildiyindən Cavabdeh2 Masallı regional "ASAN Xidmət" mərkəzinin no tariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-566 reyestr nömrəli "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı isə sözügedən mənzildən ilkin iddia üzrə iddiaçının çıxarılmasını xahiş edir.

71. Mübahisə predmeti ilə bağlı mübahisə Cavabdeh1 məlum olduqdan sonra mənzilin Cavabdeh2 satılması barədə müqavilə bağlandığı işin mübahisəsiz halıdır.

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 ilə Cavabdeh2 arasında 31 iyul 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlılıq şərtlərinə tam cavab verib-verməməsi məsələsini kifayət qədər araşdırıb hüquqi qiymət verməmişdir.

73. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 ilə Cavabdeh2 arşında bağlanmış müqaviləyədək olan va xtda onların davranışlarını, aralarındakı şəxsi münasibəti nəzərə almaqla mənzil alqı-satqısı müqaviləsi bağlanması üçün həqiqi iradə ifadələrinin olub-olmamasını kifayət qədər araşdırıb hüquqi qiymət verməli idi.

74. Mübahisələndirilən daşınmaz əmlakın alqı-satqısı haqqında 31 iyul 2022-ci il tarixli müqavilə ilə təsdiq edilir ki, alqı-satqı müqaviləsi Cavabdeh1 nümayəndəsi X21 ilə Cavabdeh2 arasında bağlanmışdır.

75. İş materialları ilə oda təsdiq edilir ki, apellyasiya instansiyası məhkəməsində iddiaçının nümayəndəsi Cavabdeh1 həyat yoldaşı Elnurun evin alıcısı Cavabdeh2 həyat yoldaşı Şaddıqla dost olduğunu ikisi birlikdə Rusiya Federasiyasının Novosibirsk vilayətində şərikli kafe işlətdiklərini bildirmişdir.

76. İlkin iddia üzrə cavabdeh tərəf isə bunu təkzib etməmiş, apellyasiya insta nsiyası məhkəməsi Cavabdeh2 vicdanlı əldə edən olub-olmamasına hüquqi qiymət verilməsi üçün zəruri olduğu halda buna lazımi hüquqi qiymət verməmişdir.

77. Məhkəmələrdə izahat verən Cavabdeh2 və şahid qismində ifadə verən X23 aldıqları mənzili makler vasitəsilə tapdıqlarını bildirirlər.

78. Kassasiya şikayətində Cavabdeh1 nümayəndəsi X2 Nüşabə Feyruz qızının həyat yoldaşı X10 atası olduğu bildirilir.

79. Sübuta ehtiyacı olmayan haldır ki, daşınmaz əmlaka dair sərəncam verilməsi barədə etibarnamələr etibarnamə verən şəxsin əsasən əvvəlcədən tanıdığı, etibar etdiyi şəxs olur. Alqı-satqı müqaviləsi Cavabdeh1 nümayəndəsi X21 ilə Cavabdeh2 arasında bağlanıb.

80. Apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyətli olduğundan daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 nümayə ndəsi olmuş şəxslə Cavabdeh2 və onun həyat yoldaşı X18 arasında qohumluq münasibətinin olmasını araşdırmalı və Cavabdeh2 vicdanlı əldə edən olub-olmamasına qiymət verərkən bu münasibətin təsirini də nəzərə almalı və bu münasibətin Cavabdeh2 vicdanlılığını şübhə altına alıb-almadığına hüquqi qiymət verməli idi.

81. Lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır.

82. İş materialları ilə təsdiq edilir ki, məhkəmə araşdırması zamanı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 mənzil barədə suallar verilən zaman ziddiyyətli cavablar vermiş, alqı-satqı müqaviləsinin təxminən 62000 manat müqabilində bağlandığını qeyd etdiyi halda, barəsində toplanmış material üzrə Nizami RPİ-nin 24-cü PŞ-də izahat verən zaman həmin mə bləğin 170.000 manat təşkil etməsi ilə bağlı yaranmış ziddiyyətli məqamlara (qeyd olunan mənzilin real bazar qiymətinin daha yüksək olması məhkəmə iclasında inkar olunmamışdır) aydınlıq gətirə bilməmişdir.

83. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, evin dəyərinin cavabdehin ərizəsində müqavilədə göstərilən qiymətdən fərqli göstərilməsi müstəqil olaraq əqdin əhəmiyyətsizliyi, etibarsızlığına əsas verən hal kimi qiymətləndirilə bilməz.

84. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən qənaəti ilə razılaşmır və qeyd edir ki, qeyd edilən halların varlığı mübahisə predmeti olan daşınmaz əmlakın alqı-satqı müqaviləsi tərəflərinin həqiqi iradə ifadəsinin müəyyənləşdirilməsi, yəni tərəflərin iradə ifadəsinin daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağ lanmasına yönəlməsinin müəyyən edilməsi baxımından əhəmiyyətlidir.Belə ki, əldə edən şəxs əldə etdiyi daşınmaz əmlakı hansı qiymətə aldığını dəqiq bilir.Əldə etmə qiymətinə dair fərqli rəqəmlər bildirməsi isə artıq onun əqd bağlamaq iradəsinin həqiqiliyini şübhə altına alır.

85. Həyat hadisələrinin mümkün axarı onu deməyə əsas verir ki, hər hansı bir şəxs daşınmaz əmlak əldə etdikdə, bu xüsusi iqtisadi dəyər kəsb etdiyinə görə əvvəlcə həmin daşınmaz əmlaka baxır, onu nəzərdən keçirir və sonra qərar verir.

86. Lakin apellyasiya instansiyası məhkəməsi Cavabdeh2n mübahisə predmeti mənzil barəsində müqavilə bağlamazdan əvvəl mənzilə baxıb-baxmadığına -alqı-satqımüqaviləsi bağlamağa yönəlmiş irtadə ifadəsinin olub-olmamasını müəyyənləşdirmək məqsədilə, şahid ifadələrini də nəzərə almaqla lazımi hüquqi qiymət verməmişdir.

87. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə araşdırma aparması və sübutlara qiymət verməsi prosessual hüquq normalarının tələbinə cavab vermədiyinə görə maddi hüquq normnalarının düzgün tətbiq edildiyi qənaətinə gəlmək mümkün deyil.

88. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

89. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

90. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

91. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı)

92. Yuxarıda qeyd edilənlərə görə də iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2024-cü il tarixli 2(103)-2139/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı A pellyasiya Məhkəməsinə göndərilməlidir.

93. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmalı, maddi və prosessual hüquq normalarının tələbinə uyğun qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

94. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2024-cü il tarixli 2(103)2139/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar