Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3335/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli 2(103)-971/2019 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov, iş № 2(006)-4589/2018) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov, Ş.A.Məmmədova və N.Ş.Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iddianın qismən təmin edilməsi – Cavabdeh ödənilməmiş pul məbləğinə görə 21.500 ABŞ dollarının və həmin məbləğə hesablanmış faizə görə 3089,75 ABŞ dollarının alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: 2015-ci ildə İddiaçı xarici ölkədən ona avtomobil gətirməsi üçün Cavabdeh 35.000 ABŞ dolları məbləğində pul vermiş, lakin sonuncu vədinə əməl etməyərək aldığı pul məbləğinin 13.500 ABŞ dollarını iddiaçıya qaytarmış, qalan 21.500 ABŞ dollarını isə qaytarmadığı üçün 2018 -ci ilin iyun ayında iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehin nümayəndəsi kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən s axlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı cavabdehin hərəkətindən əvvəlcə Nəsimi rayon Polis İdarəsinə müraciət etmiş və Nəsimi rayon Polis İdarəsinin təhqiqatçısının 03 iyun 2018-ci il tarixli qərarı ilə cavabdehin barəsində cinayət işinin başlanmasından imtina olunaraq mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Həmin qərardan görünür ki, cavabdeh izahatında iddiaçıdan 35.000 ABŞ dolları almasını etiraf etmiş və həmin pulun 12.000 ABŞ dollarının qaytarmasına baxmayaraq iddiaçının Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölm əsinə müraciət edərək ondan yenə də 35.000 ABŞ dolları tələb etməsini, bundan sonra isə qalan 23.000 ABŞ dolları da qaytarmasını bildirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh aldığı pul məbləğinin 21.500 ABŞ dolları məbləğində hissəsini iddiaçıya qaytarmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh aldığı pul məbləğinin bir hissəsini qaytarmamaqla öhədliyinə əməl etməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası Mülki Məcəllənin öhdəlik münasibətinə əsaslanaraq iddianı qismən təmin etmiş və bu zaman Mülki Məcəllənin 385.1, 425, 442, 448.1-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası eyni zamanda Mülki Məcəllənin 449.1-ci maddəsinin qüvvəsini tətbiq edərkən iddiaçıya məxsus pul vəsaitini özündə qanunsuz saxlam asına görə cavabdehdən 3089,75 ABŞ dolları məbləğində pul tutmuşdur. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Kollegiya işin müəyyən olunmuş yuxarıda göstərilən hallarına və qanunun tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3335/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3335/2019
08.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver