Məhkəmə qərarları › İş №2(102)-3336/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3336/2019

21.05.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3336/2019 21.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, cavabdeh X3 və vəkili xxx oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli, 2(103)-8980/2019 saylı qərardadından cavabdeh X3 və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli, 2(103)-8980/2018 saylı qərarda dı ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) cavabdeh X1 həmin məhkəmənin 31 may 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh və vəkili xxx qərardaddan kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, Bakı şəhəri, xxx rayon məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma” barədə iddiası təmin edilərək, cavabdehə 7.000 manat kompensasiya verilməklə iddiaçıya məxsus olan Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsi, xxx küçəsi, 21 saylı evin 11-ci mənzilindən istifadə hüququna xitam verilməklə onun həmin mənzildən çıxarılması qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti v ermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, xxx rayon məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsinə dəyişiklik edilərək, iddiaçı tərəfindən 10.000 manat kompensasiya ödənilməklə cavabdehin Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsi, xxx küçəsi, 21 saylı evin 11-ci mənzilindən istifadə hüququna xitam verilməklə, onun həmin mənzildən çıxarılması və kompensasiyanın verilməsi ilə cavabdehin mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi qət olunmuşdur. 25 oktyabr 2018-ci il tarixdə tərəflər “poçt göndərişinin çatdırılması haqqında” xəbərnaməli məktublara imza etməklə qətnamənin sürətini almış, 13 fevral 2019-cu il tarixdə cavabdeh qətnamədən kassasiya şikayəti vermişdi r. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozaraq, onun qətnamədən verdiyi kassasiya şikayətini əsassız olaraq geri qaytarmışdır. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ X6 və vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmə diyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin qətnamədən verdiyi kassasiya şikayətini geri qaytararkən, sonuncunun 25 oktyabr 2018-ci il tarixdə “poçt göndərişinin verilməsi haqqında” xəbərnaməli məktuba imza etməklə qətnamənin surətini almasına, 13 fevral 2019-cu il tarixdə ondan kassasiya şikayəti verməsinə və bununla da cavabdehin qanunla müəyyən edilmiş prosessual müddəti ötürməsinə və buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verməməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 405.0.1, 408.1.4-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir və işdə, qərardadın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxur. Belə ki, işdən görünür ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 05 oktyabr 2018-ci il tarixdə elan edilmiş, 15 oktyabr 2018-ci il tarixdə qətnamənin surəti poçtla işdə iştirak edən şəxslərə, o cümlədən cavabdehin yaşadığı ünvanına göndərilmiş, 25 oktyabr 2018-ci il tarixdə tərəflər “poçt göndərişinin verilməsi haqqında” xəbərnaməli məktublara imza etməklə qətnamənin surətini almışlar (iş vərəq-64-66). İşdən, kassasiya şikayətindən görünür ki, cavabdehin qətnamədən verdiyi kassasiya şikayətinin surəti 13 fevral 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasına daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 128.1-ci maddəsində göstərilir ki, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə görə, aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarı r. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 27 iyun 2007ci il tarixli qərarında prosessual müddətin buraxılması və onun hüquqi nəticələri barədə hüquqi mövqeyini belə ifadə etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosess ual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini əsas tutub haqlı olaraq qeyd etmişdir ki, cavabdeh qətnamənin surətini 25 oktyabr 2018-ci il tarixdə aldığı halda, həmin qətnamədən 13 fevral 2019-cu il tarixdə kassasiya şikayəti verməklə qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surətini 25 oktyabr 2018-ci il tarixdə deyil, 04 mart 2019-cu il tarixdə almasını və bununla da qanunla müəyyən edi lmiş prosessual müddəti ötürməməsini göstərsə də, məhkəməyə heç bir yazılı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mənasına görə, tələb və etirazlarının əsası kimi istinad etdikləri halları tərəflər özləri sübut etməlidir. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, cavabdehin qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddəti ötürməsi mülki iş materialları ilə istisna edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq kassasiya şikayəti geri qaytarılmış və sadalanan prosessual normaların tələbləri hazırkı mülki mübahisəyə dü zgün tətbiq edilmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh X3 və vəkili xxx oğlunun kassasiya şikayəti təmin edilməsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli, 2(103)8980/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar