Məhkəmə qərarları › İş №2(102)-3336/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3336/2024

08.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3336/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Mazan oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı və, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı birləşdirilmiş mülki işlər üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələ binə dair iddiası, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “mülkiyyətə qəsdə son qoyulması və vurulmuş zərərin bərpa edilməsi” tələbinə dair birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2495/2024 nömrəli, 20 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh (iddiaçı) Cavabdeh1 kassasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 22 küçəsindəki 4 nömrəli evin, 81 kv. metr ümumi sahəsi olan 18 nömrəli mənzili mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. Mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadır.

2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamı iləünvan 1, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir.

3. Sözügedən torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti adından çıxış edən Bakı şəhər İcra Hakimiyyəti Başçısı ilə İddiaçı arasında 19 yanvar 2021-ci il tarixli, 1635 nömrəli icarə müqaviləsi bağlanmışdır.

4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 21 may 2020-ci il tarixli rəyə əsasən, ü nvan 22 küçəsi, ev 4 saylı ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasına baxış keçirilərək, müəyyən olunmuşdur ki, yaşayış evləri mövcud tikinti norma və qaydalara cavab vermir.

5. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 may 2021-ci il tarixli, 11 nömrəli Sərəncamına əsasən, ünvan 1 əhatə etdiyi ərazidə layihələndirilən 2 ədəd 8 (səkkiz), 2 ədəd 10 (on), 2 ədəd 14 (on dörd) mərtəbəli yaşayış binaları və 5 ədəd 1 (bir) mərtəbəli qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MMC (bundan sonra “iddiaçı” və ya “MMC”) iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən ünvan 22 küçəsi, ev 4, mənzil 18 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 75 m2 sahədən ibarət olan mənzilin boşaldılaraq MMC-yə təhvil verilməsinə, MMC tərəfindən həmin ünvanında yerləşən mənzilin əvəzinə yeni tikiləcək binada 90 m2 ölçüdə təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan 2 il müddətinə Cavabdeh1 təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək MMC tərəfindən Cavabdeh1 hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, müvafiq sərəncam ilə sözügedən küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxılində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış d aşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin" Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş rəydə də həmin binanın yarassız vəziyyətdə olduğu müəyyən edilmişdir. ünvan 1 əhatə etdiyi ərazidə layihələndirilən 2 ədəd 8 (səkkiz), 2 ədəd 10 (on), 2 ədəd 14 (on dörd) mərtəbəli yaşayış binaları və 5 ədəd 1 (bir) mərtəbəli qeyriyaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətl ərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. Hazırda ünvan 22 küçəsi, ev 4 ünvanında yerləşən və kəskin qəzalı vəziyyətdə olan binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, mübahisəli mənzilin mülkiyyətçisi olan Cava bdeh1 ilə də danışıqlar aparılmağa çalışılmış, lakin Cavabdeh1 MMC qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır.

8. Cavabdehə (mülkiyyətçiyə) digər mənzil sahibləri kimi, sahib olduğu mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 90 m2 yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 500 (beş yüz) manat kirayə haqqı təklif olunmuşdur. MMC cavabdehin mənzilinin yerləşdiyi ilə sözügedən küçələrinin əhatə etdiyi binanın 114-ə yaxın sakini ilə mənzillərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MMC öz üzərinə adıçəkilən binanın sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları mənzillərin ə vəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, iddiaçı öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və külli miqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir.

9. İddiaçı tələbini hüquqi əsası kimi Mülki Məcəlləni 16.1 və 560-cı maddələrinə istinad etmişdir.

10. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, etirazı onu nla əsaslandırmışlar ki, hazırda yaşayan sakinlərin çoxsaylı şikayətlərinə məhəl qoymayan MMC söküntü işlərini davam etməkdədir. Baxmayaraq ki, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 16(006)-189/2023 saylə qərardadı ilə xx.xx.2023 tarixdən 1 ay müddətində MMC-yə söküntü işlərinin aparılması qadağan edilmişdir. Hazırda yaşadıqları həyət tanınmaz bir vəziyyətə düşüb, həyətə nə yaşlılar, nə də ki uşaqların çıxması mümkün deyil. Maşınlarını məcbur olub küçədə saxlayırlar. Həyətdə ailələrdə körpə uşaqların, yaşlı qocaların, xəstələrin olmasına baxmayaraq, söküntü işləri gecələr aparıldığından istifadə olunan texnikaların səs küyündən çox pis vəziyyətə düşürlər. Şirkətin bu cür hərəkəti, yəni vətəndaşın əmlakından istifadə hüququna ödənilməklə xitam verməsi tələbi çox absurd bir şeydir. Ona görə k i, dövlət yalnız dövlət mənafeləri, dövlət maraqları üçün lazım olan hallarda kompensasiya hüququnun tətbiqinə qanunla icazə verir. Şirkətin bu cür qanunanzidd hərəkətlərinə istifadə hüququna xitam verilməsi kimi ad qoymağı absurddur. Cavabdehin mülkiyyətə sərəncam vermək, ona dair qərar vermək hüququ, həmin mülkiyyətin təyinatını, taleyini həll eləmək kimi ciddi bir hüquqa sahib olduğu halda, istifadə hüququna xitam verilməsinin müzakirə olunması mülki hüququn ümumi prinsiplərinə ziddir.

11. Eyni zamanda Cavabdeh1 da MMC-yə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, MMC tərəfindən ona məxsus ünvan 3 ünvanında çoxmənzilli binada yerləşən 18 saylı mənzilə edilən qəsdə son qoyulması və həmin mənzilin yerləşdiyi blok, binanın dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariyatexniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsinin üzərində salınmış asfalt yoluna vurulmuş zərərin cavabdeh tərəfindən bərpa edilməsi və gələcəkdə zərər vurulmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh1 iddia tələbi onunla əsaslandırmışdır ki, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli, **********59-05101-093100 reyestr nömrəli daşınmaz əmlakın reyestrindən çıxarışa əsasən, sözügedən ünvanda çoxmənzilli binada yerləşən 18 saylı mənzil onun mülkiyyətindədir və hazırda ailə üzvləriylə birlikdə yeganə yaşayış yeri olaraq həmin mənzildə yaşayır. Hazırda yaşadığı evdə MMC tərəfindən hüquqları ciddi şəkildə pozulmaqdadır. Belə ki, MMC bina sakini olaraq onun razılığı olmadan həmin binanın söküntüsünə başlam ışdır. Söküntü işləri bütün binanı təhlükəli vəziyyətə gətirmiş, bununla da ailəsinin yeganə sığınacaq yeri olan mənzilləri uçmaq təhlükəsindədir. Təqdim olunan fotoşəkillərdən də görünür ki, bina şirkət tərəfindən istismara yararsız, acınacaqlı vəziyyətə salınmışdır. Dəfələrlə xəbərdarlıq edilsə də, bir faydası olmamış, şirkət özbaşınalığa davam etmişdir. Şirkət iddia tələbində binanın qəzalı vəziyyətdə olması və istismara yararsız vəziyyətdə olmasına əsaslanaraq iddia qaldırsa da, iddia ərizəsinə əlavə etdiyi iş materiallarında binanın qəzalı vəziyyətdə olması və istismara yararsız olmasına dair hər hansı bir sübut mövcud deyildir. Şirkət yalnız Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi "Azərdövlətsənayelayihə" DLİ-nin rəyini təqdim etmişdir ki, orada da b inanın suvaq qatlarının, hörgü məhlullarının aşınması, tədqiq etdikləri mənzillərdə döşəmə hissələrinin deformasiya uğraması, binanın kommunikasiya sistemlərinin köhnəlməsi, binanın pilləkən qəfəslərində sakinlər tərəfindən metal tirlər üzərində müxtəlif tutumlu su çənlərinin quraşdırılması kimi aradan qaldırılması bina sökülmədən ən sadə yollarla mümkün olan qüsurlar müəyyən edilmişdir. Cavabdehin söküntü işləri apardığı binada yerləşən mənzil 18 onun mülkiyyətində olsa da, cavabdeh onun mülkiyyətinə əsassız olaraq müdaxilə edir.

13. Cavabdeh1 iddia tələbinin hüquqi əsası kimi Azərbaycan respublikası Konstitusiyasının 13,29-cu, Mülki Məcəllənin 21, 152.1, 157.4-cü, Mənzil Məcəlləsinin 18 və 35-ci maddələrinə istinad etmişdir.

14. Nəsimi Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(0 06)-3414/2023 saylı qərardadı ilə hər iki iddia tələbi üzrə mülki işin birləşdirilərək bir icraatda baxılması qərara alınmışdır.

15. Sonradan iddiaçı MMC iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ünvan 22 küçəsi, ev 4, mənzil 18 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 81 m2 sahədən ibarət olan mənzilin boşaldılaraq MMC-yə təhvil verilməsi, MMC tərəfindən mübahisəli ünvanında yerləşən həmin mənzilin əvəzinə yeni tikiləcək binada 2-ci blok 4-cü mərtəbədə inşa ediləcək 155,6 m2 ölçüdə təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan 2 il müddətinə Cavabdeh1 təhvil verilməsi, boşaldılaraq təhvil verilməsi nəzərdə tutulan mənzilin MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək MMC tə rəfindən Cavabdeh1 hər ay 800 manat məbləğində kirayə haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-153/2024 saylı, 22 yanvar 2024-cü il tarixli qətnaməsi ilə MMC-nin iddiası təmin edilmiş, həmin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən ünvan 22 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 81 m2 sahədən ibarət olan mənzilin boşaldılaraq MMC-yə təhvil verilməsi, MMC tərəfindən həmin ünvanında yerləşən göstərilən mənzilin əvəzinə yeni tikiləcək binada 2-ci blok 4-cü mərtəbədə inşa ediləcək 155,6 m2 ölçüdə təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan 2 (iki) il müddətinə Cavabdeh1 təhvil verilməsi, boşaldılaraq təhvil verilməsi nəzərdə tutulan mənzilin MMC-yə təhvi l verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək MMC tərəfindən Cavabdeh1 hər ay 800 manat məbləğində kirayə haqqının ödənilməsi qət edilmiş, iddiaçı Cavabdeh1 MMC-yə qarşı mülkiyyətə qəsdə son qoyulması və vurulmuş zərərin bərpa edilməsi tələbi isə təmin edilməmişdir. (hakim Əfsanə Heydərova)

17. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, birinci iddia üzrə cavabdehə məxsus qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 81 m2 sahədən ibarət olan mənzil mövcud tikinti norma və qaydalara cavab vermir. Cavabdehlər istifadələrində olan mənzilin sökülməsi barəsində MMC ilə razılığa gəlməyərək, müvafiq sərəncamın həyata keçirilməsinə mane olurlar.

18. Birinci instansiya məhkəməsinin mövqeyinə görə mülkiyyət hüququ, hüquqdan sui-istifadə normaları baxımından dövləti n ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

19. Birinci instansiya məhkəməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarına istnadən göstərmişçdir ki, qərarın 64-cü bəndinə görə müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub-qoymadığını qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olara q, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni «ictimai maraq» məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar.

20. Həmin Qərarın 65-ci bəndinə əsasən bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb-yaratmadığını müəyyən etmək qalır

21. Biricni iddia üzrə cavabdehlərin hüquqlarına MMC tərəfindən müdaxilə edilməsini nəzərə alan birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı).

22. Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənziml ənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitu siya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il 21 dekabr tarixli Qərarı).

23. Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüq uq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.

24. Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun "xxxx" MənzilTikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392İVQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonların ın ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilmə sini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün.

25. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil münasibətlərinin hüquqi tənzimlənməsi öz əksini Mənzil Məcəlləsində tapmışdır.

26. Mənzil Məcəlləsinə əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməs i, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur.

27. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir.

28. Birinci instansiya məhkəməsi Mənzil Məcəlləsinin 28-ci maddəsinə istinadən bild irmişdir ki, Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz.

29. Birinci instansiya məhkəməsi onu da qeyd etməyi vacib hesab etmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi pla nlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddia tələbində qeyd edilən mənzil faktiki yaşayış və istifadə üçün əlverişsizdir.

30. Birinci insta nsiya məhkəməsi qeyd edilənlərə əsasən belə qənaətə gəlmişdir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdehlərin MMCnin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehlərin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, həmin şəxslərin mübahisəli mənzili boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC d ə bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir.

31. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən cavabdehlərin hüquqlarının pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə, cavabdehlərə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 80 faizdən çox əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşay ış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehlərə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehlərin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz.

32. Birinci instansiya məhkəməsinin qənaətinə görə Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi nəzərindən icra olunmalıdır.

33. Birinci instansiya məhkəməsi əlavə olaraq onu da vurğulamışdır ki, birinci iddia üzrə cavabdehlərin istismar müddətini uzun müddət keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur.

34. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 MMC-nin təklif etdiyi ədalətli, mülkiyyət hüquqlarının qorunması baxımından etdiyi təkliflərə münasibətdə hərəkətləri məhz hüquqdan sui-istifadədir. Belə ki, onlar konstitusiya ilə tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı şəhər İcra Hakimiyyətinin sərəncamını icra edən MMC-yə ziyan vuran şəkildə sui-istifadə edir, haqsız tələblər irəli sürürlər. Həmçinin ərazidən köçürülmüş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözlədikləri halda, cavabdehlərin hüq uqdan sui-istifadə etməsi həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur.

35. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci, 13-cü maddəsinin 1, 3-cü, 29-cu maddənin 4-cü, 43-maddənin 2-ci hissələrinə, Mülki Məcəllənin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.6, 560.1, 560.2-ci, Mənzil Məcəlləsinin 10, 28.1, 283 və 28.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

36. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, birinci iddianın rədd, ikinci iddia tələbi üzrə onun iddiasının isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmışdır.

38. Bakı Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 2(103)-2495/2024 nömrəli, 20 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “İddiaçı MMC tərəfindən ünvan 22 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 81 m2 sahəsi göstərilən mənzilin əvəzinə yeni tikiləcək binada 2-ci blok 4-cü mərtəbədə inşa ediləcək 155,6 m2 ölçüdə təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan 2 (iki) il müddətinə Cavabdeh1 təhvil verilsin” hissəsində dəyişdirilərək həmin hissə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən ünvan 1 dəki yararsız və istismar müddəti keçmiş 4 nömrəli evin, 18 nömrəli, qeydə alınan ümumi sahəsi 81 kv. metr, faktiki sahəsi isə 120 kv. metr olan mənzilin əvəzinə həmin(eyni) ünvanda (yeni tikiləcək yaşayış b inasının ünvanı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamında “ünvan 1” kimi qeyd edilib) yeni tikiləcək binanın 2-ci blok, 4-cü mərtəbəsində, sahəsi 155,6 kv. metr olan, 3 (üç) otaqlı təmirli mənzil binanın bünövrəsi qoyulduqdan 2 (iki) il müddətinə Cavabdeh1 təhvil verilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Namiq Cəfərov)

39. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, ikinci iddianın isə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, y əni dispozisiya əlamətləri ilə uzlaşmadığından yeni veriləcək mənzilin ünvanın və otaq sayının tam qeyd edilməməsi hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə birinci iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığın dan, üstəlik birinci iddia üzrə cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də tam aradan qalxmadığından yeni veriləcək mənzilin ünvanın və otaq sayının tam qeyd edilməməsi hissəsi istisna olmaqla birinci iddia haqlı sayılmalıdır.

40. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə aparılması zəruridir. Belə ki, ünvan 22 küçəsindəki mənzili mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınması işin mübahisəsiz halıdır. Bununla yanaşı, həmin mənzilin qeydə alınmayan, yəni özbaşına inşa edilərək artırılmış sahələrlə birlikdə 120 kv. metr təşkil etdiyini də birinci iddia üzrə iddiaçı mübahisələndirmir, əksinə, apellyasiya baxışı zamanı da bəlli oldu ki, söküləcək mənzilin qeydə alınmayan hissəsi də nəzərə al ınaraq veriləcək mənzilin sahəsi söküləcək mənzilin faktiki sahəsinə uyğun olmuşdur. Düzdür, hazırki iddianın predmeti və əsası baxımından mənzilin dəyərinin bilavasitə əhəmiyyəti olmasa da qiymətin (dəyərin) sökülən mənzilin əvəzində veriləcək mənzilin sahəsi baxımından əhəmiyyət kəsb edə bilir. Mənzilin ölçüsü isə sökülən mənzilin əvəzində veriləcək yeni mənzilin sahəsi baxımından birbaşa əhəmiyyət kəsb edir. Bu mənada söküləcək mənzilin faktiki sahəsinin 120 kv. metrdən az, yaxud çox olmasını tərəflər xüsusi olaraq mübahisələndirmir, mübahisələndirsəydilər yəqin ki, buna dair məhkəməyə hansısa sübut təqdim edərdilər. Buna baxmayaraq, birinci instansiya məhkəməsi mənzilin faktiki sahəsinin 120 kv. metr olmasını əsas götürüb onun əvəzində veriləcək yeni mənzilin ümumi sahəsinin 30 % artıq, yəni 155,6 kv. metr olmalı olduğunu qət etmişdir.

41. Qeyd olunduğu kimi, sökülməsi tələb edilən mənzilin sahəsini (ölçüsünü) tərəflər xüsusi olaraq mübahisələndrmir. Mübahisələndirilən hal onun əvəzində veriləcək yeni təmirli mənzillərin sayı və ölçüsü ilə bağlıdır. Apellyasiya baxışı zamanı dəfələrlə mübahisəni barışıq sazişi tamamlamaq tərəflərə təklif edilsə də real nəticəsi olmamışdır. Belə ki, Cavabdeh1 mənzilin müqabilində qarşı tərəfdən tikiləcək binanın Mirqasımov küçəsi ilə Topçubaşov küçələrinin kəsişməsində yerləşən blokun 5 və ya 6-cı mərtəbəsində 155.6 kv.m 3 otaq və bu mərtəbələrdə əlavə 2 otaq (dəqiq sahəsini bilmədiyi üçün 95-100 kv.m sahəsi olmaqla) mənzil və 1 maşınlıq qaraj yeri, ağır xəstə və yaşlı adam olduğundan artıq istifadəyə verilmiş “Grand Plaza”dan 3 otaq 124.5 kv. metr olan 5 və ya 6-cı mərtəbəsində mənzil və eyni zamanda 500000 (beş yüz min) manat istədiyini, bunun müqabilində 6 nəfər şəxsin yerləşə biləcəyi mənzilin kirayə haqqını, təmir pulunu və mənzilinə vurduqları maddi ziyan və bu müddət ərzində ona və ailə üzvlərinə yaşatdıqları həyacan, əziyyət və iztirablara görə mənəvi ziyanın əvəzini istəməyəcəyini, dövlətin nəticələrinə təminat vermədiyi bir şirkətə risq edib müqavilə bağlayacağını, bu müqavilə bağlanarsa şirkət müflis olduğu və ya öhdəlikləri başqa bir şirkətə keçəcəyi təqdirdə bu müqavilənin öhdəliklərinin bütövlükdə həmin şirkətin üzərinə keçəcəyi ilə bağlı şərtin müqaviləyə daxil edilməsini istədiyini, qeyd etdiyi şərtlər qəbul edilərsə MMC ilə razılığa gələ biləcəyini demişdir. MMC isə bu şərtlərə etiraz etmiş, eyni zamanda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2024-cü il tarixli rəyini təqdim edərək bildirmişdir ki, qeyd olunan mənzilin yerləşdiyi ünvanda analoji təmirli mənzilin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 2400 manat təşkil edir. Məhkəmə tərkibinin təklifini nəzərə alaraq Cavabdeh1 mənzilinin faktiki sahəsi də nəzərə alınmaqla, yəni 120 kv. metrə görə 1 kv. metri 2500 manat olmaqla, cəmi 300000(üç yüz min) manat kompensasiya ödəməklə razılaşa bilərlər. Qarşı tərəf bu təkliflə razılaşmamsmışdır.

42. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdier ki, apellyasiya baxışında məhkəmə tərkibinin israrlı təşəbbüsünə baxmayaraq, tərəflər bir-birinin təklifini qəbul etməmişlər. Ancaq mübahisə də həll edilməmiş kimi qalmamalıdır. Çünki tərəflərin bu vəziyyətdə qalması hər iki tərəfin mənafeyinə uyğun olmamaqla yanaşı, yeni təmirli mənzillərini gözləyən yüzlərlə şəxsin maraqlarını da poza bilir. Buna görə də mübahisənin birdəfəlik həlli baxımından hər iki tərəfin mənafeyi nəzərə alınmaqla ədalətli nəticəyə gəlinməlidir.

43. Bu mənada, MMC Cavabdeh1 mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu bundan məhrum etmir. Əksinə, onun mülkiyyətinin ədalətli qaydada, mütənasib olaraq mənzilinin qanuni sahəsindən 90 faizdən, faktiki sahəsindən isə 30 faizdən artıq olmaqla, əvəzinə müasir tələblərə cavab verən eyni ünvanda, yeni inşa olunacaq binada, hətta söküləcək mənzilin yerləşdiyi hissədə təmirli mənzili onun mülkiyyətinə verməyi təklif edir. MMC-nin Cavabdeh1 məxsus şəhərin müasir tələbinə cavab verməyən mənzilinin sökülərək yer ində abadlaşdırma və yaşıllaşdırma işləri aparması və 90 (faktiki sahənin isə 30 faizindən artıq) faiz artıq sahəyə malik mənzil verməsi söküləcək tikiliyə görə ədalətli və mütənasib təklifdir. Lakin Cavabdeh1la belə razılıq əldə etmək mümkün olmadığından onların yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış massivinin salınmasının icrasına maneçilik yaradır. Cavabdeh1 yeni mənzilin dəyərinin söküləcək mənzilin dəyərindən az olmasını bəyan etmir, əksinə, söküləcək mənzilin real bazar dəyərinin yeni təmirli mənzilin dəyərindən aşağı olduğu açıq-aşkar görünür. Eyni zamanda yeni mənzil köhnə mənzilin yerində (hətta söküləcək mənzilin yerləşdiyi hissədə), eyni ərazidə veriləcək. Bu cür vəziyyətdə, həm dəyəri, həm digər şəraiti və halları baxımından söküləcək mənzildən f ərqlənən yeni mənzil əksinə Cavabdeh1 istəyinə və maraqlarına uyğundur, qeyd olunduğu kimi o, bunu mübahisələndirmir. Lakin Cavabdeh1 daha artıq sayda və ölçüdə üç mənzil(lər)i, qaraj, üstəlik 500000 (beş yüz min) manat əldə etməyə nail olmaq istəyi və arzusu anlaşılan olsa da, bu hal digər tərəfin də hüquqlarını pozmamalı və mənafeyinə zidd olmamalıdır.

44. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, qətnamənin nəticə hissəsinin üçüncü abzası qeyri-dəqiq olduğundan və tam olmadığından dəyişdirilməlidir. Belə ki, həmin hissədə yeni inşa olunacaq binanın ünvanı və mənzilin otaqlarının sayı göstərilməmişdir. Bu hal isə qətnamənin icrası zamanı qeyri-müəyyənliyə və çətinliyə yol açır. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 220.6-cı və 222.1-ci maddəsinin tələblərinə əsasə n qətnamənin icrası zamanı veriləcək mənzilin ünvanı yeni qaydalara uyğun dəyişəcəyi istisna olunmur. Bu cür vəziyyətdə mənzilin nömrəsi, mərtəbə və.s hallar nəzərə alınmalı və qətnamə mahiyyətinə toxunulmadan buna uyğun icra edilməlidir.

45. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulamışdır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, birinci iddia üzrə cavabdehlər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür birinci iddianın təmin, ikinci iddianın isə rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

46. Apellyasiya instansiya məhkəməsi də gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normaları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 4

7. Cavabdeh (iddiaçı) Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, MMC-nin iddiasının rədd, öz iddiasının təmin olunması, bu mümkün olmadıqda isə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarlmasını xahiş etmişdir.

48. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, MMC-nin həyata keçirdiyi layihə dövlət layihəsi olmayıb, oların mülkiyyəti əllərindən dövlət ehtiyacları üçün alınmır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi dövlət ehtiyacı olmadığı halda onların mülkiyyətini məcburi qaydada, razılıqları olmadan MMC-yə verilməsi barədə qətnamə qəbul etmişdir. İşin əsas halı ondan ibarətdir ki, mübahisə predmeti olan bina qəzalı vəziyyətdə olmamış, qəzalı vəziyyətdə olan binalar siyahısına daxil edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 21 may 2020-ci il tarixli rəyində binanın istismar müddətinin ötməsi və təmir-bərpa edilməsinin mümkün olmaması, qəzalı vəziyyətdə olması göstərilməmiş, rəydə göstəriən nöqsanlar isə aradan qaldırılması mümkün olan nöqsanlar olduğu binanın sökülməsi üçün əsas deyildir. Yəni hər hansı bir mütəxəssis rəyinə istinad edilərək, binanın istismar müddətinin ötməsi və qəzalı vəziyyətdə olması qənaətinə gəlinməsi yolverilməzdir və məhkəmə bu hallara istinad edəcəkdisə, ilk əvvəl iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etməli, yalnız ekspert rəyinə istinad etməli idi. Bununla da, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmadan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Birinci iddia üzrə iddiaçı olan MMC kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılıb ki, köçürülmüş sakinlərin evlərinin sökülməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Baş Ekspertiza Baş İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il t arixli, 32072 saylı söküntü layihəsi vardır. Tikinti və Şəhərsalma Məcəlləsinin 75-ci maddəsində tikintiyə icazə verilməsinin ümumi qaydaları geniş şəkildə nizama salınıb. Tikintiyə icazə verilməsi üçün lazım olan prosedurlardan biri də ondan ibarətdir ki, tikinti aparılacaq ərazidə hər hansı tikili və yaşayış olmasın. Hazırda kassator və onun ailə üzvləri xüsusui mülkiyyətdə olan, istismar müddəti bitmiş, qəzalı vəziyyətdə olan mənzildə yaşayırlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12 (hissə 1). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 13. (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olun ur. Maddə 13. (hissə 3). Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə

15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının M ülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya insta nsiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

52. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyin in təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Apellyasiya instansiyası məhkəməsi hər iki iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

55. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, hər iki iddia tələbi üzrə hansı sübutun mö təbər, hansının isə qeyri-mötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

56. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 39-45-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.

57. Buna görə də hazırda qiymət verilməli olan məsələlər kassasiya şikayətinin dəilləridir.

58. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər təkrarlanmaqla, ikinci iddia tələbinin və apellyasiya şikayətinin də dəlilləri olub və məhz həmin dəlillərə qiymət verilməklə, işə mahiyyəti üzrə baxan məhkəmələr birinci iddianın təmin, ikinci iddianın isə rədd edilməsi qənaətinə gəlmişlər.

59. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (iddiaçı) Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2495/2024 nömrəli, 20 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar