Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3339/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X1 və İddiaçı iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh İB-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-7858/2018, hakim S.R.Səlimova) İddiaçı id diası təmin edilmiş, Cavabdeh iddiaçıdan qaz sərfiyyatına görə tələb etdiyi 2116,80 manat və sayğacın dəyərinə görə tələb etdiyi 212,28 manat pulun silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-13527/2018, hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova və N.Ş.Cəfərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş,Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı 03.09.2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən hesablanmış 2116,80 manat və sayğacın dəyərinə görə tələb olunan 212,28 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməklə iş üçün əhəmiyyətli olan halları araşdırmadan iddiaçının mövqeyini dəstəkləyən qərar qəbul etmişdir. Belə ki, AR DNŞ İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin “Sənaye və Məişət qaz sayğaclarının yoxlanılması laboratoriyası”nın müvafiq rəyinə əsasən qaz sayğacının metrologiya plombunun yuvasının ətrafının zədəli olduğu aşkar edilmişdir. Cavabdeh tərəfindən itirilimiş təbii qazın bərpası məqsədi ilə hesabat aparılaraq cavabdehə 2116,80 manat ziyanın vurulması müəyyən edilmişdir. Qeyd edilən faktlardan aydın görünür ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi il ə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İş üzrə araşdırılmış sübutlar məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən ondan sayğacın dəyərini və qaz sərfiyyatına görə dəyən ziyanı tələb edir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda iddiaçıya qaz sərfiyyatına görə əlavə pul hesablanması yol verilməzdir. Eyni zamanda qanunvericiliyin tələblərinə g örə iddiaçının məişət qaz sayğacının istismara yararsız olduğu müəyyən edildiyi təqdirdə yeni sayğac qaz paylayıcı, yəni Cavabdeh İB tərəfindən quraşdırlmalıdır. Apellyasiya məhkəməsinin də istinad etdiyi “Qaz təhcizatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən qaz paylayıcı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təhciz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcının hesabına həyata keçirilir. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız ha la düşməsinə istehlakçının təqsiri sübuta yetirilmədən istehlakçıya əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsaslı olmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3339/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3339/2019
08.05.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver