Məhkəmə qərarları › İş №2(102)-334/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-334/2024

08.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-334/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: istehlakçı hüquqlarının müdafiəsi, əsassız hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2991/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh İB (vəkil Nümayəndə) tərəfində n verilmiş kassasiya şikayətinə 08 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvan üzrə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi faktının aşkar edilməsi ilə əlaqədar cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə mütəmadi olaraq iddiaçı barəsində məişət qazından sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə aktlar tərtib edilmişdir (xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ***** ** saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı). Aktların heç biri iddiaçı tərəfindən imzalanmamış, iddiaçının adının qarşısında yerləşən “imza” qrafasında “i mtina” sözü qeyd edilmişdir.

2. İddiaçı adına tərtib edilmiş abonent saldosuna əsasən verilən qaz xətti üzrə **********00000 sayla qeydiyyata alınmış abonent koduna ümumilikdə aktlar üzrə 14.162,60 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh İB) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ona əsassız hesablanmış 14.162,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bir müddət əvvəl ona məxsus mənzilə dair quraşdırılmış sayğac çıxarılaraq aparılması müəyyən olunmuşdur. Səbəbini araşdıranda ona məlum olmuşdur ki, abonent hesabına bo rc yazılmış və ödədiyi puldan tutulmalar aparılır. Səbəbini aydınlaşdıranda ona abonent saldosu təqdim olunmuş və bildirilmişdir ki, 14.162,60 manat borcu var. Həmin abonent saldosuna nəzər yetirdikdə ona məlum olmuşdur ki, aktlar əsasında abonent hesabına 2016-cı ilin noyabr ayından 2020-ci ilin iyul ayınadək müxtəlif ayda və müxtəlif məbləğlərdə cəmi 13.412,6 manat borc yazılmışdır. Aktların səbəbini soruşanda cavabdehin əməkdaşları ona bildirmişdir ki, guya ünvanında qeyri-qanuni xətt olmuşdur. Heç vaxt ünvanında qeyri-qanuni xətt olmamış və cavabdehlərin əməkdaşları tərəfindən ünvanına baxış keçirilməmişdir. Həmin aktlar əsassızdır və qanunsuz yazılmışdır.

5. Birinci instansiya məhkəməsində iştirak edən iddiaçı əlavə olaraq bildirmişdir ki, qeyd olunan sayğac onun adına olsa da, həmin ünvana aid deyildir. Belə ki, qeyd olunan sayğac tamamilə başqa küçədə və başqa ünvanda quraşdırılmışdır. Bunun da səbəbi ona aydın deyil. Qeyd olunan aktlar tamamilə əsassız olaraq tərtib olunmuşdur.

6. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək məhkəmədən iddanın təmin olunmamasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının və cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdeh İB-nin böyük mühəndisi X2 və mühəndisi X1 iştirakları ilə iddiaçının ünvanında aparılmış yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçın adına olan sayğac ümumiyyətlə ona aid olmayan ünvana quraşdırılmışdır. Belə ki, qeyd olunan sayğaca baxış keçirilərkən həmin sayğacın başqa şəxsə məxsus ünvanda quraşdırıldığı, həmin sayğacın ümumiyyət lə hər-hansı qaz borusuna bağlı olmadığı, qeyd olunan sayğacın qaz borusuna qoşulmadan asılı vəziyyətdə olduğu müəyyən edilmişdir. Raqif Qəmbərov baxış zamanı bildirmişdir ki, bu ərazidə işlədiyi dövrdən dəfələrlə həmin sayğacın bu vəziyyətdə olduğunun şahidi olub. Onun tərəfindən İddiaçı məxsus abonent hesabına 2020-ci ildə bir neçə akt tərtib olunub. Qeyd olunan sayğacın bu ünvana necə qoşulması ona məlum deyil. Yaşar Əmiraslanov da digər nümayəndənin sözlərini təsdiq edərək bildirmişdir ki, buralar əvvəllər tam boş yerlər olmuşdur. Sonradan torpaq sahələri vətəndaşlar tərəfindən bölünərək satılmışdır.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(003)-245/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia təmin ed ilmiş, Cavabdeh İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu **********00000) hesablanmış 14.162,60 manat məbləğində borcun silinməsi, 132,62 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıni təbii qazla təmin etmək, iddiaçı isə, cavabdeh tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı aktlar tərtib edilmiş, iddiaçıya ümumilikdə aktlar əsasında 14.162,60 manat məbləğində borc hesablanmışdır. Bundan sonra cavabdeh təşkilatın əməkdaşları mütəmadi olaraq iddiaçının sayğacdan kənar qeyriqanuni istifadə edilməsi barədə aktlar tərtib etmişlər. Hazırda iddiaçı iddia tələbinin təmin olunmaqla hesablanmış borcun silinməsini tələb edir.

10. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurul muş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan təqdirdə, uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Zərərin yaranmasına səbəb olmuş aktlar tərtib edilərkən abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Həmçinin qeyd olunan ak tlar başqa ünvanda quraşdırılmış, lakin cavabdehin adına olan sayğaca görə tərtib olunmuş, Cavabdeh İB-nin nümayəndələri tərəfindən sayğaca hər-hansı baxış keçirilmədən, həmin sayğacın həmin ünvana aid olmadığını müəyyən etmədən sadəcə formal olaraq mütəmadi aktlar əsasında cavabdehə borc hesablanmışdır.

12. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh təşkilat tərəfindən ziyanın hesablanmasına əsas olmuş cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir, həmin aktın tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş və qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktın bir nüsxəsi abonentə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda gö stərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən abonentə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

13. Məhkəmə qeyd edilənlərə əsasən hesab edtmişir ki, iddia tələbi təmin edilməklə iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00000 olan) hesablanmış 14.162,60 manat məbləğində borc silinməlidir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 21, “Qaz Təchizatı haqqında” Qanunun 11.6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 1.3, 1.4, 2.5, 2.12, 3.4.1, 3.4.4, 4.9, 6.5, 6.6və 6.7-ci bəndlərinə istinad etmişdir. Ape llyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmış və bir nüsxəsi abonentə təqdim edilmişdir. Abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq qeyd olunmalıdır ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fot oşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bundan əlavə, sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz. Tərəflərindən təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdikləri sübutları nəzərə almamış, qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də, ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırlsa abonentin Cavabdeh İB-nə dəymiş ziyanı öz təsdiqini tapmış olardı.

17. Yuxarıda qeyd edilən kimi iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddi açının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçınılmazdır. Qeyd olunmalıdır ki, abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və tərəflərindən heç bir səhvə yol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza təyin edilməsi məqsədəmüvafiqdir.

18. Apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin edilmiş, ekspert qarşısında ünvan 2 ünvanda (abunə kodu **********00000) qaz sayğacın üzərində hər-hansı müdaxilə izinin olub-olmaması, izlərin yaradılma üsulu, səbəbi və xarakteri müəyyən edilmə si sualı qoyulmuş, bununla bağlı müvafiq rəy alınmışdır.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-3/982 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, təqdim edilən qaz sayğacının üzərində gözlə görünən sınma, qırılma və aralama izləri müşahidə edilməmişdir. Sayğacın yuxarı hissəsində olan metal bərkidicinin üzərində olan qəlibin (möhürün) sıxılması nəticəsində əks olunmuş plomb vardır və onun tamlığı pozulmamışdır. Təqdim edilən qaz sayğacının üzərində olan plombun üzərində zədə olmadığından sayğaca müdaxilə edilməsi müəyyən edilməyib.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-2991/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkra m Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi həmçinin 12 sentyabr 2023-cü il tarixdə, Cavabdeh İB-nin ünvan 3 ünvanına nəzarət etməli olan vəzifəli şəxslərinin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən suiistifadə), 309-cu (vəzifə səlahiyyətlərin aşma), 313-cü (vəzifə saxtakarlığı) və 314-cü (səhlənkarlıq) maddələrində nəzərdə tutulmuş cinayətin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün prokurora məlumat verilməsi barədə xüsusi qərardad qəbul etmiş, xüsusi qərardadı müvafiq tədbirlər görülməsi üçün Bakı şəhər Xəzər rayon prokurorluğuna göndərməyi qərara al mışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və məhkəmə trosoloji ekspertizasının rəyinə istinad edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərli yi barədə şübhə doğurur. Tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

23. Apellyasiya instansiya məhkəməsi həmçinin, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmanın mövcud olmasının cavabdehin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, həmin foto şəkillərin ksero surətləri mülki iş materiallarına əlavə edilmiş (i/v 13-16; i/v 131-133), lakin onların məhz iddiaçının ünvanına məxsus olması mübahisəsiz qaydada müəyyən edilmədiyindən, onlar mötəbər sübut hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayətinin həmin d əlili əsassızdır.

24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 18, 21.1-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü, “Qaz təchizatı haqqında” Qanunun 11.6, 21.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8, 4.9, 6.4-6.7-ci bəndlərinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1 və 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

24. Qətnamədən cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişd ir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər cavabdehin tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə məhkəmə iddianı təmin etmişdir. Bu səbəbdən qətnamələrin heç bir hüquqi əsası yoxdur.

26. İddiaçının əslində əldə etdiyi Cavabdeh İB-nin mülkiyyətindəki qazdır. Bu qazı isə müqavilədə nəzərdə tutulmuş şəkildə yox, qeyri-qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş iddiaçının vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar.

27. İşin halları üzrə mühüm əhəmiyyət kəsb edən abonentin saldosu düzgün və h ərtərəfli araşdırılmamışdır. Mülki Məcəllənin 21-ci maddəsini əsas götürməklə, təqdim olunmuş sübutların obyektiv və hərtərəfli araşdırılmaması nəticəsində abonent tərəfindən heç bir ödənişin olunmadığı müəyyən olunmamışdır. İddiaçıya borcun hesablandığı müddətdə, iddiaçının qaz sayğacı üzrə nə qədər ödəniş edib-etməməsi halının araşdırılması, onlara hüquqi qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmələr isə bu halı nəzərə almamış, bu yöndə ümumiyyətlə araşdırma aparmamışdır. Bununla da məhkəmə formal mülahizələrə əsaslanaraq, qətnamə qəbul etmişdir. Qətnamədə qeyd edilir ki, ünvanın iddiaçıya aid olub-olmaması məhkəmədə şübhə doğurur. Ancaq məhkəmə kollegiyası nə bu halı araşdırmış, ümumiyyətlə qətnaməsində talama faktını sanki dəstəkl əmişdir.

28. Məhkəməyə təqdim edilmiş aktlar və şəkillər hadisənin həqiqiliyini, o cümlədən, zərərin reallığını əks etdirsə də, məhkəmələr demək olar ki, bu xüsusatlara diqqət yetirməyərək qətnamə qəbul edilmişlər. Təqdim olunmuş foto şəkillərdən və iddiaçının iddia ərizəsində etirafından görünür ki, iddiaçı uzun müddət qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan sayğacdan kənar istifadə etmişdir. Bununla yanaşı mülki işə əlavə edilmiş saldodan da görünür ki, istehlak edilmiş qaz həcmi ödənilmiş pul məbləği reallıqdan tam uzaqdır. İddiaçı təbii qazdan qeyri qanuni istifadə etdiyindən, demək olar ki, heç bir ödəniş etməmişdir. Həmçinin, qanunvericilikdə hər bir tərəfin öz tələblərini sübut etmək vəzifə kimi qeyd edilsə də, məhkəmə nə bu sübutları iddiaçıdan tələb etmiş, nə də ki cavabdehin təqdim etdiyi sübutlara diqqət yetirmişdir. Bu da o deməkdir ki, məhkəmə qətnaməsi heç bir sübuta əsaslanmadan qəbul edilmişdir.

29. Yuxarıda qeyd olunanlarla yanaşı iddiaçı iddia ərizəsində təbii qazdan qeyri qanuni istifadə etdiyini bildirsə də, məhkəmə istifadə olunmuş qaz həcminə dair düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə qətnaməsini təsdiqini tapmayan sərfiyyat həddi həcmi ilə əsaslandırmışdır. Bundan başqa, ekspertiza təyin edilməsi barədə qərardadda ünvandakı hazırki vəziyyət barədə ekspert qarşısında suallar qoyulmuşdur. Halbuki tərtib edilmiş aktlar ekspertiza keçirilən vaxta yox, daha əvvəlki vaxtalara təsadüf etmişdir. Bununla da məhkəmənin ekspertiza qarşısında qoyulmuş sualı demək olar ki, araşdırılmalı olan tədqiqat obyektini tam kənarda qoymuşdur. Tətbiq edilən hüqu q: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin ş ərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

33. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

36. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun.

37. Maddə

3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.

38. Maddə 11 (bənd 6). Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydal arı ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

39. Maddə 13 (bənd 8). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

40. Maddə 21 (1). Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.

41. M addə 22. “Enerji resurslarının istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

42. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

43. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

44. Bənd 3.1.7. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

45. Bənd 3.4.1. Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır.

46. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

47. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK- nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

48. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

49. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

50. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zəd ələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

51. Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsa sən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

52. Bənd 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alğı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).

53. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

54. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.

55. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərə zsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

66. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğ v edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

67. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdırin. Kassasiya baxışının hədləri:

68. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

69. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, məhkəmə aktı bütövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessua l hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

71. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi barədə cavabdeh tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaransa da, uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdeh bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat verməmiş, davamlı olaraq yeni aktlar tərtib edilmiş, tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

72. Həmçinin məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçın adına olan qaz sayğacı ona aid olmayan ünvana quraşdırılmış və hər-hansı qaz borusuna bağlı olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı ilə iddiaçının ünvanında aparılmış yerli baxış zamanı da həmin sayğacın başqa şəxsə məxsus ünvanda quraşdırıldığı, sayğacın ümumiyyətlə hər-hansı qaz borusuna bağlı olmadığı, qeyd olunan sayğacın qaz borusuna qoşulmadan asılı vəziyyətdə olduğu müəyyən edilmişdir.

73. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində bir müddət əvvəl o nun sayğacının cavabdeh tərəfindən çıxarılaraq aparılmasını, yalnız bundan sonra cavabdehə müraciət edərkən borcundan xəbərdar olmasını qeyd etmiş, ona əsassız hesablanmış 14.162,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

74. Göründüyü kimi cavabdeh iddiaçının yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsinə əsaslanaraq aktlar tərtib etdiyini bildirmiş, məhkəmələr isə sayğacın ümumiyyətlə başqa ünvanda qaz borusuna bağlı olmadığı, qaz borusuna qoşulmadan asılı vəziyyətdə olduğu müəyyən etmişlər.

75. Məhkəmələr iddiaçının ünvanında aparılmış yerli baxış zamanı qaz sayğacının hansı səbəbdən başqa ünvanda, heç bir xəttə qoşulmadan asılı vəziyyətdə mövcud olması məsələsini araşdırmamış, sayğacın kim tərəfindən bu vəziyyətə g ətirilməsini, bu haldan iddiaçının məlumatlı olub-olmaması, sayğacın iddiaçı tərəfindən çıxarılıb- çıxarılmamasını, qaz sayğacı cavabdeh tərəfindən yoxlanılması üçün çıxarılaraq aparıldığı halda, sonradan həmin ünvanda yeni sayğacın quraşdırılıb-quraşdırılmamasını araşdırmamışlar.

76. Bundan başqa, tərəflər arasında olan mübahisənin əsasını iddiaçının yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi, yəni qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma təşkil etsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilən ekspertiza zamanı ekspert qarşısında qoyulan sualın istiqaməti başqa olmuş, məhkəmə qeyd olunan ünvanda qanunsuz olaraq sayğacdan kənar qaz xəttinə qoşulmanın, yaxud belə qoşulmanın izlərinin olubolmamasını yoxlamaq, ekspert qarşıs ında bu məzmunlu sual qoymaq əvəzinə, sayğaca müdaxilənin olub-olmamasına dair sual qoymuşdur. Halbuki, qaz xəttinə kənar qoşulma sayğaca müdaxilə edilmədən də aparıla bilər. Həm də cavabdeh özü apellyasiya şikayətində abonentin qaz sayğacının tam işlək vəziyyətdə olmasını və heç bir nasazlığın olmadığını qeyd etmişdir.

77. Bundan başqa məhkəmələr cavabdeh tərəfindən tərtib olunmuş aktların əsassızlığı qənaətinə gəlsələr də, iddiaçı tərəfindən sayğacdan kənar qaz xəttindən istifadə edilməsini sübut etmək məqsədi ilə cavabdehin təqdim etdiyi foto şəkilləri araşdırmamış, o cümlədən foto şəkillərin kserosurətlərində qeyd olunan ünvanın iddiaçının istifadəsində olan yaşayış sahəsinə və mübahisəli dövrə aid olmasını tərəflərlə müzakirə etməmiş, habelə birinci instansiya məhkəməsi tərəfindən idd iaçının ünvanında aparılmış yerli baxış zamanı foto şəkillərdə görünən ünvanın iddiaçıya aid ünvan olub-olmaması aydınlaşdırılmamışdır.

78. Göründüyü kimi məhkəmələr qaz sayğacının asılı vəziyyətdə heç bir xəttə qoşulmadan olması halına əhəmiyyət verməmiş, iddiaçının evinə gedən qaz xəttinin mənbəyini, bir sözlə iddiaçının yaşadığı ünvana sayğacdan kənar qoşulmanın olubolmaması halını araşdırmamışlar.

79. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının adına tərtib edilmiş abonent saldosunda onun 2010-cu ildən qaz xətti üzrə **********00000 kodla abonent kimi qeydiyyata alınması müəyyən edilsə də, həmin abonent saldosu məhkəmələr tərəfindən ümumiyyətlə araşdırılmamış, iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan əvvələ aid on iki ildən artıq müddət ərzində istifadə etdiyi təbii qaza görə ödənişləri hansı qaydada həyata keçirməsi aydınlaşdırılmamışdır. Halbuki abonent saldosuna diqqət yetirdikdə 2015-ci ildən sonra sayğac göstəricisinin sıfır olması, həmin tarixdən sonra qeyd olunan ünvanda ümumiyyətlə qaz sayğacının olmaması barədə ehtimal irəli sürməyə əsas verir. Bununla belə, sayğacın mövcud olmaması iddiaçının evində təbii qazdan istifadə olunmaması anlamına gəlmir.

80. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının ünvanı üzrə tərtib olunmuş abonent saldosuna əsasən iddiaçı tərəfindən qazdan istifadəyə görə ötən müddət ərzində ümumiyyətlə ödəniş aparılmamışdır. Halbuki, evdə təbii qaz təchizatı olduğu halda, hesablanmış borcun tam silinməsi iddiaçının cavabdeh təşkilatın hesabına əsassız varlanmasına şərait yaradacaqdır.

81. Göstərilən hall arı araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin iddiaçının cavabdehə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiasının təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq haqqında gəldiyi nəticə tam və əsaslı deyildir.

82. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətlərini tənzimləyərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.

83. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əh əmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

84. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilm əlidir.

85. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə həmin hissədə düzgün həllni tapmamışdır.

86. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

87. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

88. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azər baycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

89. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

90. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

91. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

92. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki koll egiyasının 2(103)-2991/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar