Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3340/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli 2(103)-986/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.T.Qədimov, iş № 2(010)-4614/2018) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifa də hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov, Ş.A.Məmmədova və N.Ş.Cəfərov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddianın təmin edilməməsi qət edilmişdir. İşin halları: N saylı mənzili 29.11.2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətindədir. İddiaçının oğlu X2 ilə Cavabdeh1 arasında 10.10.1984-cü ildə nikah bağlanmış və həmin nikahdan 17 fevral 1992-ci il tarixdə Cavabdeh2 doğulmuşdur. İddiaçının oğlu X2 07.06.2012-ci il tarixdə vəfat etmişdir. Cavabdeh1 1990-cı ildən, digər Cavabdeh2 isə 1992-ci ildən etibarən, yəni doğulduğu gündən mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayırlar. 2018-ci ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlunun ölümündən sonra cavabdehlərlə münasibətlərinin pisləşməsini əsas gətirməklə cavabdehlərin N saylı mənzilindən istifadə hüquqlarına onların hər birinə 2.500 manat miqdarında kompensasiya verilməklə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı kompensasiyanın məbləği 10.000 manata artırılmışdır. İşə baxan məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla iş ə baxmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdehlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh1 1990-cı ildən, digər Cavabdeh2 isə 1992-ci ildən etibarən mübahisəli mənzildə iddiaçı ilə birgə yaşamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovanın şikayəti üzrə Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində müəyyən olunmuş kompensasiyanın ödənilməsi barədə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, təklif olunan kompensasiya məbləği mülkiyyətçinin hesabına istif adəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi üçün kifayət deyildir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, hazırkı konkret vəziyyətdə təklif olunan kompensasiya məbləği Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında nəzərdə tutulan qaydada istifadəçilərə davamlı surətdə və müəyyən müddət daxilində yaşamaq imkanı vermir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə kollegiyası tərəfindən sübutlara qanunun tələblərinə müvafiq qiymət verilməklə maddi hüquq normaları düzgün tətbiq olunduğundan qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Şə rh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3340/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3340/2019
08.05.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver