Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3349/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X7 oğlunun katibliyi, cavabdehin vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Azərittifaq” İH, Maraqlı şəxs4, Xaçmaz rayon 1 saylı Notariat kontoru və DƏDRX-nin 5 saylı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, sərəncam və qərarların, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müba hisə predmeti olan əmlakın iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, binaya əvvəllər mövcud olmuş girşin, dəhlizin və sanitar qovşağın istifadəyə verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin (hakim A.Sadıqov) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı sərəncam və qərarların ləğv edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbə dair iddiası təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Abasov, hakimlər A.Abbasov və T.Məmmədov) İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçı X3 münasibətdə dəyişdirilmədən saxlanılmış, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolleg iyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı məhkəmədə iddia qaldıraraq «Azərittifaq» idarə heyətinin xx xxxx 2013-cü il tarixli 16 saylı qərarının, xx xxxxxxx 2014-cü il tarixli 90 saylı qərarının və xx xxxxxxx 2015-ci il tarixli 67 saylı qərarının Xaçmaz rayon İstehlak Kooperativinin xx xxxxxx 2007ci il tarixli qərarının, xx xxxxxx 2009-cu il tarixli qərarının və xx xxxxxx 2013-cü il tarixli qərarının ləğv edilməsi, DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarı şın anbar binaları və talvar hissəsində ləğv edilməsi, Maraqlı şəxs4 adına verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********9201 olan, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın tam ləğv edilməsi, xx xxxx 2015-ci il tarixdə cavabdeh Xaçmaz rayon İİK-i ilə Maraqlı şəxs4 arasında Xaçmaz şəhəri, Həsənbəy Zərdabi küçəsi-4 ünvanda yerləşən tikinti altı sahə 555,6 kv.metr olan anbar binalarının alqı-satqısına dair Xaçmaz rayonu 1 saylı Notariat Kontorunda təsdiq edilmiş AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh balansında olan tikinti altı sahəsi 376,7 kv metr olan anbar binasının ona satılması öhdəliyinin Xaçmaz rayon İİK-i üzərinə qoyulması və Xaçmaz şəhəri, Həsə nbəy Zərdabi küçəsi-4 ünvanda yerləşən binanın cavabdehin istifadəsində saxlanılan 4 otağına girişin müstəqil olaraq Xaçmaz şəhəri, Həsənbəy Zərdabi küçəsindən açılmaqla binaya əvvəllər mövcud olan girişin, dəhlizin və sanitar qovşağının onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxxx 2006-cı il tarixli aktın surətindən məlum olur ki, Cavabdeh xx xxxxxx 2004-cü il tarixli, 01 nömrəli sərəncamına əsasən Xaçmaz RKC-yə məxsus olan anbar binasının texniki vəziyyətinə baxışı keçirilmiş və müəyyən edilmişdir ki, anbar binası 1953-cü ildçə tikilmiş və 1993- cü ildən öz fəaliyyətini dayandırmışdır. Qeyd olunan anbar binasının arxa divar hissəsi, dam hissəsi və qapı, pəncərələri yararsız vəziyyətdədir. İş materiallarından görünür ki, “xxxx” MMC-nin direktoru İddiaçı ərizə ilə müraciət edərək RKC idarə həyətindəki yararsız anbar binalarının “xxxx” MMC özəl tibb mərkəzində tikinti materialları kimi istifadə etmək üçün ona satılmasına sərəncam verilməsini xahiş etmişdir. Xaçmaz RKC üzrə xx xxxxxx 2006-cı il tarixli sərəncamı ilə yararsız hala düşmüş anbar binasının silinməsindən əldə olunan 200 manat tikinti materialı «Şəfa» tibb mərkəzinin baş hakimi İddiaçı satılmış, həmin bina sının silinməsi və əldə olunan tikinti materiallarının satışından əldə edilmiş 200 manat məbləğində pul xəzinəyə köçürülmüşdür. Qeyd edilən müqavilə əsasında həmin anbar binası üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, 3 saylı ərazi vergilər idarəsinə keçmiş illərdən ödənilməyən borclara görə İqtisad Məhkəməsi qarşısında qaldırılan iddiaya əsasən qəbul edilmiş məhkəmə qətnaməsinə görə Xaçmaz RKC-nin bir sıra obyektləri açıq hərracda satılmaq üçün çıxarılmışdır. Ona görə də İddiaçı icarəyə aldığı Xaçmaz RKC-nin idarə binasının ikinci mərtəbəsinin satışı razılaşdırılmış qiymətlə ona təklif olunmuşdur. Bina 1987-ci ildə istifadəyə verilmiş, ilkin balans dəyəri 506.534.000 manat müəyyən edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh Xaçmaz şəhəri, Həsənbəy ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 555,6 kv.metr olan qeyri-yaşayış binasının tam mülkiyyət üzrə ona məxsus hissəsini – istifadədə olan 0,10345 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1408 kv.metr, o cümlədən tikinti altı sahəsi 555,6 kv.metr olan anbar binalarını, o cümlədən xx xxxxxx 2006-cı ildə İddiaçı satdığı anbar binasını Maraqlı şəxs4 satmışdır. Həmin müqavilə əsasında qeyd edilən sahələrə Maraqlı şəxs4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra iddiaçı hazırkı icraatda yuxarıda qeyd edilən iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edil miş hallarından görünür ki, iddiaçı anoloji tələblə bundan əvvəl də Xaçmaz Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsilə iddia tələbi təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsilə Xaçmaz Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin həmin qətanaməsilə müəyyən edilmişdir ki, Xaçmaz RİİK və Maraqlı şəxs4 arasında əmlakın özgəninkiləşdirilməsi qanunvericiliyə və nizamnaməyə uyğun qaydada keçirildiyindən DƏDRX tərəfindən Xaçmaz RİİK-nın adına, habelə Maraqlı şəxs4 adına verilmiş çıxarışların ləğv edilməsi, müvafiq olaraq Xaçmaz, RİİK və Maraqlı şəxs4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Qanunvericliklə müqavil ə azadlığının olması, Xaçmaz RİİK-nin əmlakının özgəninkiləşdirilməsinin kooperativ üzvlərinin müvəkkillərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olması nəzərə alınmaqla, Xaçmaz RİİK-nin balansında olan tikinti altı sahəsi 376,7 kvadrat metr olan anbar binasının iddiaçıya satılması öhdəliyinin Xaçmaz RİİK-nin üzərinə qoyulması barədə İddiaçı tələbinin heç bir əsası yoxdur. Xaçmaz RİİK-nin istifadəsində saxlanılan 4 otağına girişin müstəqil olaraq Xaçmaz şəhəri, H.Zərdabi küçəsindən açılmaqla binaya əvvəllər mövcud olan giriş, dəhliz və sanitar qovşağının iddiaçının istifadəsinə verilməsi barədə İddiaçı tələbi də Xaçmaz RİİK-in mülkiyyət hüququna qanunsuz müdaxilə olduğu üçün iddianın bu hissəsi də təmin edilə bilməz. Qeyd olunan qətnamə ilə iddia rədd edilərkən həmçinin İddiaçı ləğv edilməsini tələb etdiyi DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfındən Cavabdeh adına verilmiş xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi üçün əsas olmuş «Azərittifaq» İdarə Heyətinin və Xaçmaz RİİK-nin müvəkkillər yığıncağının müvafiq qərarlarının mübahisələndirilməməsi də əsaslardan biri kimi göstərilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. AR Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” xx xxxx 2015-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əl aqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. AR Konstitusiya Məhkəməsinin Plenumunun “AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəməl ərin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsinin həmin qərarında əksini tapmış mövqeyinə görə yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Daha öncə qeyd olunduğu kimi hazırki iddia tələbi ilə, bundan əvvəlki iddia tələbi eyni olmuş, iddia ərizəsində yeni cavabdeh göstərilməsinə və əlavə tələb irəli sürülməsinə baxmayaraq məzmun eyni olmuş, yəni tələb yenə də DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfındən Cavabdeh adına verilmiş xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın anbar binaları və talvar hissəsində ləğv edilməsi, Maraqlı şəxs4 adına verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın tam ləğv edilməsi, xx xxxx 2015-ci il tarixdə cavabdeh Xaçmaz rayon İİK ilə Maraqlı şəxs4 arasında Xaçmaz şəhəri, Həsənbəy Zərdabi küçəsi-4 ünvanında yerləşən tikinti altı sahə 555,6 kv.metr olan anbar binalarının alqı-satqısına dair Xaçmaz rayo nu 1 saylı Notariat Kontorunda təsdiq edilmiş AN-1 №0510506 alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh balansında olan tikinti altı sahəsi 376,7 kv metr olan anbar binasının iddiaçıya satılması öhdəliyinin Xaçmaz rayon İİK üzərinə qoyulması və Xaçmaz şəhəri, Həsənbəy Zərdabi küçəsi-4 ünvanında yerləşən binanın cavabdehin istifadəsində saxlanılan 4 otağına girişin müstəqil olaraq Xaçmaz şəhəri, Həsənbəy Zərdabi küçəsindən açılmaqla binaya əvvəllər mövcud olan girişin, dəhlizin və sanitar qovşağının iddiaçının istifadəsinə verilməsi olmuşdur. Həmçinin qanuni qüvvəsini almış məhkəmə aktları ilə qeyd edilən məhkəmə araşdırmaları zamanı da iddiaçı hazırki dəlillərini irəli sürmüş, lakin məhkəmə araşdırması nəticəsində həmin dəlillər əsassız hesab edilmiş, iddiası rədd olunmuşdu r. Bununla yanaşı iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Azərittifaqın xx xxxx 2013-cü il tarixli 16 saylı, xx xxxxxxx 2014-cü il tarixli 90 saylı və xx xxxxxxx 2015-ci il tarixli 67 saylı qərarlarının ləğv edilməsini tələb etməklə bu qərarlara söykənən digər əqdlərin ləğvini və etibarsızlığını xahiş edir. Bununla bağlı qeyd edilməlidir ki, əqdin etibarsızlığı və ləğvi anlayışlarının birbirindən fərqləndirilməsinin hüquqi əhəmiyyəti vardır. Əqdin etibarsızlığı tələbi əqdin özlüyündə bağlandığı andan etibarsız olduğunu ehtiva etdiyi halda, əqdin ləğv edilməsi tələbi isə özlüyündə əqdin bağlandığı andan qanuniliyinin tanınmasını, lakin sonradan şəraitin dəyişməsi nəticəsində ona xitam verilməsini nəzərdə tutur. Halbuki verilən iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı yuxarı da qeyd edilən qərarların qəbul edildiyi andan qanunsuz olduğunu göstərməklə həmin qərarların ləğvini tələb edir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3349/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3349/2020
25.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver