Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3350/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.11.2018-ci il tarixli, 2(103)12186/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Ə.Səmədov) 10 avqust 2018-ci il tarixli, 2(006)-4179/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh «***» QSC-yə qarşı zaminlik müq aviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) 19.11.2018-ci il tarixli, 2(103)-12186/2018 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Nəsimirayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun vəkili X4 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı cavabdeh «***» QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 mart 2016-cı il tarixində «***» QSC ilə bağlanmış zaminlik müqaviləsinin etibarsız hesab edilmə sinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 mart 2016-cı il tarixində «***» QSC ilə X3 arasında 201233/01 №-li Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) bağlanmışdır. Müvafiq Kredit xətti müqaviləsinin şərtlərinə görə X2 37 ay (otuz yeddi ay) müddətinə 443 000 manat məbləğində kredit xətti ayrılmışdır. 11 mart 2016-cı il tarixdə “” QSC ilə X3 arasında 201233/01 №-li Kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 01 №-li Kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə X2 36 ay müddətinə kreditdən istifadəyə görə illik 16% (on altı faiz) olmaqla 193 193,57 manat məbləğində kredit verilmişdir. 11 mart 2016-cı il tarixdə «***» QSC ilə X3 arasında 201233/01 №-li Kredit müqaviləsinə (kredi t xəttinin açılması barədə müqavilə) dair 2 №-li Kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə X2 36 ay müddətinə kreditdən istifadəyə görə illik 16% (on altı faiz) olmaqla 150 850,06 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalanın 201233/01 nömrəli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 11 mart 2016-cı il tarixində Bank ilə "Borcalan” X3 və iddiaçı arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 0.27 ha torpaq sahəsində, ümumi sahəsi 2104,9 kv.m., *** yolunda yerləşən qeyri-yaşayış binası «***» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun o laraq dövlət qeydiyyatına alınmışdır və buna dair DƏDRX tərəfindən 12.03.2016-cı il tarixli yüklülük barədə RX seriyalı ******* №li müvafiq Çıxarış təqdim edilmişdir. X3 və iddiaçıya qarşı kredit borcu tələbinə dair iddia tələbi irəli sürülən zaman iddiaçıya məlum olmuşdur ki, Bank iddiaçıya ipoteka müqaviləsi ilə yanaşı 201233/01 №-li Kredit müqaviləsindən (kredit xəttinin açılması barədə müqavilə) irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə iddiaçıya bu haqda məlumat verilmədən 11 mart 2016-cı il tarixində zaminlik müqaviləsi imzalatdırılmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürm üşdür. İddiaçı mülkiyyətində olan əmlakı kredit borcunun təminatı kimi ipoteka ilə yüklü etmiş və bundan sonra əlavə öhdəlik götürmək fikri olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili X4 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, bank iddiaçıya ipoteka müqaviləsi ilə yanaşı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə iddiaçıya bu haqda məlumat vermədən zaminlik müqaviləsi imzalatdırmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vax tı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 19.11.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haq lı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, «X7» QSC ilə X3 arasında bağlanmış 11 mart 2016-cı il tarixli, 201233/01 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən X2 37 ay müddətinə 443.000 manat məbləğində kredit xətti ayrılmışdır. «X7» QSC ilə X3 arasında bağlanmış 11 mart 2016-cı il tarixli, 201233/01 №-li kredit müqaviləsinə dair 01 №-li kredit sazişinə əsasən bank tərəfindən X2 36 ay müddətinə, illik 16% olmaqla, 193.193,57 manat məbləğində kredit verilmişdir. «X7» QSC ilə X3 arasında bağlanmış 11 mart 2016-cı il tarixli, 201233/01 №-li kredit müqaviləsinə dair 02 №-li kredit sazişinə əsasən bank tərəfindən X2 36 ay müddətinə, illik 16% olmaqla, 150.850,06 ABŞ dolları məbləğində kredit verilmişdir. «X7» QSC ilə X3 və İddiaçı arasında bağlanmış 11 mart 2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən, eyni tarixli kredit müqaviləsi üzrə zamin İddiaçı borclu X1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hiss ə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. On lar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfi n əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı heç kəsin təzyiqi olmadan, könüllü şəkildə zaminlik müqaviləsində göstərilən şərtlərlə razılaşaraq Bank ilə zaminlik müqaviləsi bağlamışdır. Eləcə də hazırki işə baxılarkən iddiaçının müqaviləni bağlayarkən həmin müqavilənin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması və ya onun kimsə tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi müqavilənin qanunvericlikdə nəzərdə tutulmuş etibarsız hesab edilməsi üçün əsaslar olmamışdır. Eyni zamanda apellyasiya in stansiyası məhkəməsi iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ə rizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İş materiallarından da göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə Mülki Məcəllənin 354-cü maddəsində göstərilən iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəli lləri ilə eynilik təşkil edən kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.11.2018-ci il tarixli, 2(103)-12186/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3350/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3350/2019
20.05.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver