Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3352/2019 17.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)12582/2018 nömrəli iş üzrə 03 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.B.Əliyev) 2(005)-3821/2018 nömrəli, 03 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İd diaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh3na qarşı “vərəsəlik payından imtinaya dair ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddianın təmin edilməməsi və mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.Ə.Hüseyn) 2(103)-12582/2018 nömrəli, 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublika sı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh3na qarşı vərəsəlik payından imtinaya dair ərizəsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 mərhum atası X6 tərəfindən alınmış və onun mülkiyyətində olmuşdur. 29 yanvar 2008-ci il tarixdə atası vəfat etmiş və ünvan 5 ondan miras qalmışdır. İddiaçı 24 may 2011-ci il tarixdə Bakı şəhəri, 38 saylı Notariat kontorunda ərizə yazaraq atasından qalan mirasa vərəsəlik payından anası Cavabdeh1 xeyrinə imtina etmiş, buna səbəb o olub ki, iddiaçı həmin mənzili atası tərəfindən alınan bir gündən hal-hazıradək orada qeydiyyatda olaraq yaşamağı olub və anasının xeyrinə imtin a edərkən hesab etmişdir ki, belə də davam edəcək və iddiaçı orada qeydiyyatda olaraq yaşayacaq, həmçinin qeyd edir ki, 1995-ci ildə o nikaha daxil olmuş və bundan sonra əri və övladı ilə birlikdə bu günədək həmin mənzildə yaşayırlar. Hazırda anası Cavabdeh1 iddia qaldıraraq onun ünvan 5-ə dair yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini və həmin mənzildən qeydiyyatdan çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilən iddianı qaldırmaqla Cavabdeh1 iddiaçı tərəfindən 24 may 2011-ci il tarixli ərizə ilə ona verilmiş tam vərəsəlik hüququndan suiistifadə edir. Belə olduğu halda hesab edir ki, iddiaçının onun xeyrinə mirasdan imtinası etibarsız olmalıdır, ona görə ki, iddiaçı mirasdan onun xeyrinə imtina edərkən, həmin mənzildə ailə üzvləri ilə daima yaşayacağını və sonrada Cava bdeh1 vəfat etdiyi halda yenidən miras mənzildə payının olacağını nəzərdə tutmuşdur. Lakin hazırda Cavabdeh1 ona verdiyi hüquqdan qərəzli olaraq istifadə etməklə onu həmin mənzildən istifadə hüququndan və yarana biləcək mülkiyyət hüquqlarından məhrum etmək istəyir. Mərhum atası X2 vərəsələri arvadı Cavabdeh1 və iddiaçı daxil üç övladı olmuşdur. Yəni iddiaçıya aid olan 1/8 paydan hazırki Cavabdeh1 xeyrinə imtina etmişdir. Göstərilənlərə əsasən, 24 may 2011-ci il tarixdə Bakı şəhəri, 38 saylı Notariat kontorunda atasından qalan mirasa vərəsəlik payından anası Cavabdeh1 xeyrinə imtinaya dair ərizəsi etibarsız hesab edilməsi, Bakı şəhəri, 38 saylı Notariat Kontorunda 2V-1-52 reyestr nömrəsi ilə qeyd edilən 24 may 2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 1/8 hissədə e tibarsız hesab edilməsi, Bakı şəhəri, 38 saylı Notariat Kontorunda 2V-1-52 reyestr nömrəsi ilə qeyd edilən 24 may 2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 5-ə dair Cavabdeh1 verilmiş mülkiyyət hüququna dair çıxarış 1/8 hissədə ləğv edilməsi, ünvan 5-ə dair 1/8 hissədə qanun üzrə vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12582/2018 nömrəli iş üzrə 03 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edil məsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında Cavabdeh1 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)12582/2018 nömrəli iş üzrə 03 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 28.06.2018-ci il cavab məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, v 23/25, 13 saylı mənzili DNKnin 24.05.2011-ci il tarixli 2V-1-52 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 24.05.2011-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri 38 saylı dövlət notariat kontorunun dövlət notariusu İ.M.Xəlilov, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, 29 yanvar 2008-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 5-də yaşayan: həyat yoldaşı Cavabdeh1 alır. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 26.04.2011-ci il tarixli, 11/12277 saylı arayışa və **********05-05301-093012 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi olan, 16.02.2007-ci il t arixdə verilmiş çıxarışa əsasən ünvan 1ünvanında yerləşən, ü/s-64.5 kv.m., y/s-52.6 kv.m., yard\s-l 1.9 kv.m. olan 4 (dörd) otaqlı mənzildən ibarətdir. X3 tərəfindən notariat kontoruna ünvanlanmış ərizənin təsdiq edilmiş surətindən görünür ki, 29.01.2008-ci il tarixində vəfat etmiş atası X1 miras qalmış, ünvan 2 ünvanında yerləşən mənzildən ona düşən vərəsəlik payından anası Cavabdeh1 xeyrinə imtina edir və ona vərəsəlik şəhadətnaməsinin verilməsinə etiraz etmir. İddiaçı tərəfindən notariat kontoruna ünvanlanmış ərizənin təsdiq edilmiş surətindən görünür ki, 29.01.2008-ci il tarixində vəfat etmiş atası X1 miras qalmış, ünvan 2 ünvanında yerləşən mənzildən ona düşən vərəsəlik payından anası Cavabdeh1 xeyrinə imtina edir və ona vərəsəlik şəhadətnaməsinin verilməsinə etiraz etmir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı Ns ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən ev 23/25, mənzil 13 tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 325 nömrəli reyestr kitabının 30547 nömrəli vərəqində 16.02.2007-ci ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı Ns ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən ev 23/25, mənzil 13 tam mülkiyyət hüququ üzrə Cavabd eh1 adına daşınmaz əmlakın dövlət reyestrində 325 nömrəli reyestr kitabının 30547 nömrəli vərəqində 22.06.2011-ci ildə qeydiyyata alınmışdır. İddiaçı, Cavabdeh1, X3 və X4 tərəfindən DƏDRX-in Bakı Ərazi idarəsinin rəisinə ünvanlanmış ərizələrin təsdiq edilmiş surətindən görünür ki, X2 adına olan ünvan 4 ünvanında yerləşən 13 saylı mənzilin onun öz adına özəlləşdirilməsinə etiraz etmirlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşb və qeyd etmişdir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, X6 29 yanvar 2008-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış ünvan 4 ünvanında yerləşən 13 saylı mənzilə dair Cavabdeh1 24 may 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras qoyan X5 məxsus olmuş əmlaka da ir Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanun üzrə digər vərəsələr İddiaçı, X3 və X4 29.01.2008-ci il tarixində vəfat etmiş atası X1 miras qalmış, ünvan 5 ünvanında yerləşən mənzildən ona düşən vərəsəlik payından anası Cavabdeh1 xeyrinə imtinası və ona vərəsəlik şəhadətnaməsinin verilməsinə etiraz etməmələri barədə notariat kontoruna ərizə ilə müraciət etmişlər. Daha sonra Cavabdeh1 həmin miras əmlakını qəbul etmiş, sözügedən əmlak adına daşınmaz əmlakın dövlət reyestrində 325 nömrəli reyestr kitabının 30547 nömrəli vərəqində 22.06.2011-ci ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göstərilən Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qeyd olunan Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsədilər. Adıçəkilən Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə əri zə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Sözügedən Məcəllənin 1267-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Göstərilən Məcəllənin 1268.1-ci maddəsinə əsasən əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. İş materiallarından göründüyü kimi qanun üzrə vərəsə İddi açı 29.01.2008-ci il tarixində vəfat etmiş atası X1 miras qalmış, ünvan 6 ünvanında yerləşən mənzildən ona düşən vərəsəlik payından anası Cavabdeh1 xeyrinə imtina etmişdir. Nəticədə 24.05.2011-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnaməni Cavabdeh1 almışdır. Belə olan halda isə qanun üzrə vərəsə İddiaçı notariat kontorunda öz iradəsinin ifadəsi kimi yazılı ərizə təqdim etdiyindən onun vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsi yol verilməzdir. Apellyasiya intansiyası məhkəməsi haqlı olaraq qeyd etrmişdir ki, iddiaçı vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizənin və qeyd olunan şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etsə də, bununla bağlı mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. O, sadəcə iddia tələbində göstərdiyi əsaslara görə belə bir tələb irəli sürsə də, bunu məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Bundan başqa, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edən zaman iddia müddətini də ötürmüşdür və birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinə iddia müddətini tətbiq etmişdir və apellyasiya məhkəməsi düzgün olaraq onunla razılaşmıdır. Belə ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə 24.05.2011-ci il tarixdə verilmiş, həmçinin iddiaçı da həmin tarixdə notariat kontorunda ərizə yazaraq ona çatası paydan cavabdehin xeyrinə imtina etmiş, daha sonra həmin əmlak cavabdehin adına 22.06.2011-ci il tarixdə qeydiyyata alınmış və iddiaçı da bunlardan tam olaraq xəbərdar olmuşdur. Göründüyü kimi, İddiaçı məlumatlı olmasına baxmayaraq, həmin onların etibarsızlığını məhk əmədə mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilən Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Apellyasiya in stansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət etmək iddia müddəti ötürüldüyündən eləcə də birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh tərəfindən əzirə verilərək hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş edildiyindən birinci instansiya məhkəməsi iddia müddətini də tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olun madığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasib ətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12582/2018 nömrəli iş üzrə 03 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12582/2018 nömrəli iş üzrə 03 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3352/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3352/2019
17.05.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver