Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3353/2021 02.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Xvə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, cavabdeh X vəkili X12 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1144/2021 nömrəli iş üzr ə 25 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 02 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X X1 11 yanvar 20132-cü il tarixli kredit müqaviləsi üzrə ******* (bir milyon doqquz yüz yetmiş min) manat əsas borc, 162 470 ( bir yüz altmış iki min dörd yüz yetmiş) manat faiz borcu, 19000 (on doqquz min) manat dəbbə pulu olmaqla, cəmi ******* ( iki milyon bir yüz əlli bir min dörd yüz yetmiş) manat və X5 30 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 322 940 ( üç yüz iyirmi iki min doqquz yüz qırx) manat əsas borc, 32167.31 ( otuz iki min bir yüz altmış yeddi manat, otuz iki qəpik) faiz borcu, 3500 ( üç min beş yüz ) manat dəbbə pulu olmaqla, cəmi 358607.32 ( üç yüz əlli səkkiz min altı yüz yeddi manat, otuz iki qəpik) borcun və ödənilmiş 30 manat dövlət rüsumunun X X1 və X5 tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş, X7 mülkiyyətində olan xxx nömrəli mənzilinə, X10 mülkiyyətində olan xxx nömrəli mənzilinə və İddiaçı mülkiyyətində olan xxx nömrəli bağ evinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, xxx nömrəli mənzilinin ilkin satış qiymətinin 145000 manat, xxx nömrəli bağ evinin ilkin satış qiymətinin 820000 manat və xxx nömrəli mənzilinin ilkin satış qiymətinin 420000 manat müəyyən edilməsi, ipoteka predmeti olan daşınmaz əmlakların açıq hərracdan satılsın, ondan əldə ediləcək vəsait cavabdehlər X X2 və X7 banka olan borclarının ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğ cavabdehlər ipoteka predmetlərinin mülkiyyətçiləri X8, X13 və İddiaçı qaytarılması, bağ evinin və mənzillərin açıq hərracdan satıldıqadan bir ay sonra cavabdehlər tərəfindən boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd edilən qətnamə icra olunması üçün Nərimanov rayon icra və probasiya şöbəsinə göndərilmiş, Nərimanov rayon icra və probasiya şöbəsi yuxarıda qeyd edilən əmlakların açıq hərracda satılmasını "xxxx" MMC-yə tapşırmışdır.
2. Həmçinin iş materiallarından görünür ki, xxx saylı mənzilinin satılmasına dair keçirilmiş birinci hərrac 10 noyabr 2016-cı il tarixə təyin edilmiş, bununla bağlı Birja Yenilikləri” qəzetinin 07 oktyabr - 13 oktyabr 2016-cı il tarixli buraxılışda elan verilmiş, hərrac baş tutmadığından 14 dekabr 2016-cı il tarixə ikinci hərrac təyin edilmişdir. 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli, 2-1(82)-3904/2016 saylı qərardadı ilə mənzilə dair keçirilən hərracın dayandırılması qərara alınmış, beləliklə dekabr ayında hərrac keçirilməmişdir. Daha sonra 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 31 mart 2017-ci il tarixli, 2-1(82)-425/2017 saylı qərardadı ilə müvəqqəti xarakterli tədbir ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Hərracın dayandırılmasına zərurət aradan qalxdığından ikinci hərracın keçirilmə vaxtı 28 fevral 2018-ci il tarixə təyin edilmiş, lakin həmin hərrac keçirilməmiş və 7 marta təxirə salınmış, bununla bağlı X qəzetinin 16 fevral – 22 fevral 2018-ci il tarixli buraxılışında elan verilmişdir. Təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, borclular hərracda iştirak etməmiş, bundan sonra ipoteka əmlak banka təklif olunmuş, "xxxx" ASC 02 aprel 2018-ci il tarixdə əmlakı 92438 manata almış və həmin tarixdə “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar Y-137 saylı protokol tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına dair keçirilmiş 07 mart 2018-ci il tarixli “3-cü hərracın” etibarsız hesab edilməsinə, tələbkar və ipoteka saxlayan Cavabdeh1 ASC-nin ləğvedicisi ipoteka predmetini «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə əsasən təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində əldə etmədiyinə görə ipotekaya xitam verilməsi və həmin evin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün və cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbini onunla əsaslandırılmışdır ki, mübahisəsi gedən mənzil iddiaçının mərhum həyat yoldaşı X6 mülkiyyətində olmuşdur. Əmlak birgə nikah dövründə əldə edilmişdir. Abdullayev Məhiyəddin 07 dekabr 2015-ci il tarixdə vəfat etmişdir. Əmlak birgə nikah dövründə əldə edildiyindən hazırda mübahisəsi gedən mənzil ümumi mülkiyyətdə olmuşdur. Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli, 2(105)-1063/2015 saylı qətnaməsi ilə X X1 2.151.470 (iki milyon bir yüz əlli bir min dörd yüz yetmiş) manat və X3 358.607,32 (üç yüz səkkiz min altı yüz yeddi) manat pulun tutulması və tutmanın X4mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə və digər ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Sözügedən qətnamənin icrası ilə əlaqədar ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına dair keçirilmiş birinci hərrac 10 noyabr 2016-cı il tarixə, saat 11:00-a təyin edilmişdir. Hərrac baş tutmadığından ikinci hərrac 14 dekabr 2016-cı il tarixə, saat 11:00-a təyin edilmişdir. 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli, 2-1(82)-3904/2016 saylı qərardadı ilə müvəqqəti xarakterli tədbir olaraq ünvan 2 ünvanında yerləşən mənzilə dair keçirilən hərracın dayandırılması qərara alınmışdır. Məhz sözügedən qərardadın icrası ilə əlaqədar olaraq hərrac dayandırılmışdır. Daha sonra 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 31 mart 2017-ci il tarixli, 2-1(82)- 425/2017 saylı qərardadı ilə müvəqqəti xarakterli tədbir ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Artıq hərracın dayandırılmasına zərurət aradan qalxdığından ikinci hərracın keçirilmə vaxtı 28 fevral 2018-ci il tarixə təyin edilmiş və hərrac yenə də baş tutmamışdır. Daha sonra qanunvericilikdə nəzərdə tutulmayan “3-cü hərrac” isə 07 mart 2018-ci il tarixdə keçirilmiş və nəticə etibarı ilə 02 aprel 2018-ci il tarixdə X əmlakı qəbul etmiş və bununla bağlı olaraq həmin tarixdə də əmlakın alqı-satqısına dair müqavilə bağlanmışdır. ünvan 2 ünvanında yerləşən mənzilə dair keçirilmiş “3- cü hərrac” tamamilə qanunsuz olmuş və əmlakın ipoteka saxlayan tərəfindən götürülməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət məhz 28 fevral 2018-ci il tarixdən hesablanmalı və 28 mart 2018-ci il tarixdə başa çatmışdır. Belə olduğu halda ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 43.8-ci maddəsinin tələbinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4- 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 okt yabr 2014-cü il tarixli Qərarında «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Keçirilmiş “3-cü hərracla bağlı olaraq qeyd edilməsi zəruridir ki, Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka sax layanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən mübahisəsi gedən mənzilin satılmasına dair keçirilmiş 07 mart 2018-ci il tarixli “3-cü hərracın” etibarsız hesab edilməsinə, tələbkar və ipoteka saxlayan Cavabdeh1 ASCnin ləğvedicisi ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzili «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə əsasən təkrar hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində əldə etmədiyinə görə ipotekaya xitam verilməli və həmin evin ipoteka edilməsinə dair d aşınmaz əmlakın dövlət reyestrindəqeydə alınmış yüklülüyün ləğv edilməsinə dair qətnamə qəbul edilməlidir.
5. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1640/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva) iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.
6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hərracın keçirilmə vaxtı 28 fevral 2018-ci il tarixə təyin edilsə də, sözügedən hərrac keçirilməmişdir. Hərracın keçirilməsi ilə bağlı bildirişlər tərəflərə göndərilməmiş, həmçinin hərracın keçirilməsinə dair KİV-də və hərrac təşkilatının rəsmi internet saytında hər hansı məlumat verilməmişdir. Beləliklə, iddiaçı 07 mart 2018-ci il tarixdə 3-cü hərracın keçirildiyini bildirsə də, məhkəmə araşdırması zamanı həmin tarixdə ke çirilən hərracın 2-ci dəfə keçirilən hərrac olduğu və əmlakın ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddətin ötürülmədiyi müəyyən edilmişdir.
7. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 415.2-ci, “İpoteka haqqında” Qanunun 34, 43.8-ci, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1144/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), R.Həsənov və M.Məmmədov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1640/2020 s aylı, 08 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilmişdir.
10. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hərracın keçirilmə vaxtı 28 fevral 2018-ci il tarixə təyin edilsə də, sözügedən hərrac keçirilməmişdir. Hərracın keçirilməsi ilə bağlı bildirişlər tərəflərə göndərilməmiş, həmçinin hərracın keçirilməsinə dair KİV-də və hərrac təşkilatının rəsmi internet saytında hər hansı məlumat verilməmişdir. Beləliklə, iddiaçı 07 mart 2018-ci il tarixdə 3-cü hərracın keçirildiyini bildirsə də, məhkəmə araşdırması zamanı həmin tarixdə keçirilən hərracın 2-ci dəfə keçirilən hərrac olduğu və əmlakın ipoteka saxlayan tərəfindən əldə edilməs i üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddətin ötürülmədiyi müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. X vəkili X12 izahat verərək kassasiya şikayətinin təmi n edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
16. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
17. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
18. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
20. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qa ydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. (maddə 319.5)
21. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikl ə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.. (maddə 415.2)
22. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. (maddə 416.1) “İpoteka haqqında” Qanun
23. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. (maddə 43.3)
24. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayar aq təkrar hərrac keçirilir. (maddə 43.4)
25. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. (maddə 43.5)
26. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. (maddə 43.6)
27. Bu Qanunun 43.1.1-ci maddəsi ndə nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. (maddə 43.7) Mülki Prossesual Məcəllə
28. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
29. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
30. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonr a həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
31. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)
32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
33. Kassasiya instansiyası m əhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdu r.
36. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1144/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəy