Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3355/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğluna, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğluna, Cavabdeh4 və Cavabdeh5 qarşı “borc” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2023-cü il tarixli, 2(104)-1763/2023 nömrəli qərardadından Cavabdeh5 tərəfind ən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə iddia ərizə ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 25386,02 ABŞ dollar əsas, 5995,33 ABŞ dollar faiz və 14238,77 ABŞ dollar cərimə olmaqla, cəmi 45620,12 ABŞ dolların və 30 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(043)5692/2016 nömrəli (hakim A.Hüseynzadə) qətnaməs i ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 25386,02 ABŞ dollar məbləğində əsas borc, 5995,33 ABŞ dollar məbləğində faiz və 200 ABŞ dollar cərimə məbləği olmaqla, cəmi 31581,35 (otuz bir min beş yüz səksən bir dollar, 35 sent) ABŞ dollarının ödəniş anına manata məzənnə ilə manat ekvivalentində və məhkəmə xərci qismində iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat
3. Cavabdeh4 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(043)- 5692/2016 qətnamən in ləğv edilməsini və idda tələbinin faiz hissəsində təmin edilməməsini xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)-772/2018 saylı qətnaməsi ilə (hakimlər Rəhman Muradov- sədrlik edən və məruzəçi, Şəfiqə Əliyeva və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(043)-5692/2016 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Daha sonra digər cavabdeh Şükürov X2 şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(043)-5692/2016 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-1660/2021 saylı qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev sədrlik edən və məruzəçi, hakimlər Çingiz Məmmədov və Rəşad Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(043)-5692/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Hazırda digər Cavabdeh5 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(043)-5692/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ona münasibətdə dəyişdirilərək, həmin hissədə iddanın rədd edilməsini xahiş etmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1763/2023 saylı qərardadı ilə (hakimlər Loğman Süleymanov- sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev, İslam Həsənov ) apellyasiya şikayəti qeyri-mü mkün hesab edilərək, şikayət geri qaytarılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iş materiallarından görünür ki, hazırkı iş üzrə Cavabdeh4 apellyasiya şikayəti vemiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)-772/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(043)-5692/2016 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan sonra, digər cavabdeh Şükürov X2 şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(043)5692/2016 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-1660/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(043)-5692/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir.
10. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
11. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tə tbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli qərardadının 41-ci bəndinə görə, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır.42-ci bəndinə görə, şikayətin bu əsasla geri qaytarılması apellyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şik ayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir.44-cü bəndinə görə, apellyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir.
12. Həmin Qərardadla məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzliyi və məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməli olması qərara alınmışdır.
13. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(043)-5692/2016 saylı qətnaməsindən Cavabdeh3 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsasında həmin qətnamənin əsaslılığı tam yoxlanılmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(043)-5692/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh5 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(043)-5692/2016 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılmalı və ona Gəncə Apellyas iya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-1660/2021 saylı qətnaməsindən qanunvericiliyə müvafiq olaraq kassasiya şikayəti vermək hüququ izah edilməlidir.
15. Məhkəmə öz mövqeyini “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli qərardadının 41, 42 və 44-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh5 kassasiya şikayəti verərək (Vəkil tərəfindən tərtib olunmuş) apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.
17. Şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmənin qərarı əsaslı və qanuni olması tələbi də məhkəmə kollegiyası tərəfindən pozulmuşdur. Məhkəmə apellyasiya şikayətimə baxılmasını mümkün hesab etməməsi zamanı Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının xx.xx.2020-ci il tarixli qərarına istinad etməklə əsaslandırma etmişdir. Hesab edirəm ki, bu əsaslandırma da əsassızdır. O səbəbdən ki, Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının qərarı hüquqi qüvvəsinə görə tövsiyyə xarakterlidir, MPM-nin tələblərini təkzib edə bilməz. X5 Haqqında Azərbaycan Respublikaının tələblri baxımından da düzgün hesab edilə bilməz. Həmin qanunun 7-ci maddəsinə əsasən X5ın tətbiqi zamanı müxtəlif hüquqi qüvv əyə malik olan X5 arasında ziddiyyət olduqda daha yüksək hüquqi qüvvəyə malik olan akt tətbiq olunur. Məhkəmə mənim apellyasiya şkayətimdə göstərəcəyim dəlillərin mahiyyətini bilmədən əvvəlcədən işin qanuni olmasına dair fikir qeyd etməkdə haqlı deyildir.
18. Məhkəmə tərəfindən MPM-in 357.1-ci maddəsinin tələbləri pozulmuş və düzgün tətbiq edilməmişdir. Hər bir şəxsin maraqlarına toxunan məhkəmə qətnaməsindən şikayət vermək hüququ vardır. Mənim cavabdeh olduğum Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli qətnaməsiindən verdiyim apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməməsii MPM 357.1 maddəsində nəzərdə tutulan şikayət vermə hüququmu məhdudlaşdırır.
19. Kassator kassasiya şikayətini Azərbaycan Respublikasının MPM-in 217.3 və 357.1-ci maddələrinə istin adla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 361.1. apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
22. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
23. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
26. Maddə 418-1.1. Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 418.6-cı maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadının əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üz rə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.
27. Maddə 418-1.2. Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə iclası Ali Məhkəmənin işə baxan məhkəmə tərkibinin əsaslandırılmış təqdimatı əsasında Ali Məhkəmənin sədri tərəfindən təyin edilir. Mübahisəli hüquqi məsələyə bu Məcəllənin 418-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılarkən müvafiq təqdimatı verən məhkəmə tərkibinin daxil olduğu Ali Məhkəmənin kollegiyasının sədri iclasa sədrlik edir. İclas mülki və kommersiya kollegiyaların hakimlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər bərabər olduğu hallarda sədrlik edənin səsi həlledici sayılır.
28. Maddə 418-1.3. Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübahisəli hüquqi məsələyə birgə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir.
29. Maddə 418-1.4. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar.
30. Maddə 418-1.5. Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 418-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətl ərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli qərardadı:
31. Bənd 41. məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır.
32. Bənd 42. şikayətin bu əsasla geri qaytarılması apellyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyrimümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfin dən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir.
33. Bənd 44. apellyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Kassasiya baxışının hədləri
34. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qərardadın qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayəti qeyri-mümkün hesab edilərkən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadını n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətini qeyri-mümkün edən hallar düzgün araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apelyasiya şikayətinin qeyi-mümkün hesab edilməsi Cavabdeh5 apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququndan məhrum etmir.
39. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məc əllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli qərardadı məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikasının MPM-in 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardaddır. Apellyasiya instansiyası məhkəməsi həmin qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmaqla Azərbaycan Respublikasının MPM-in 418-1.4-cü maddəsinin tələblərinə riayət etmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2023-cü il tarixli 2(104)-1763/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.