Məhkəmə qərarları › İş №2(102)-3356/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3356/2020

25.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3356/2020 25.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X2 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Bədəlov Fuad Murad oğlunun, cavabdeh X4 vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə və X5 qarşı protokolun, şəhadətnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dai r mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-356/2020 saylı, 29 yanvar 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-2423/2019 saylı, 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva), İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə və X5 qarşı protokolun, şəhadətnamənin, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-356/2020 saylı, 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abbasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov), İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2423/2019 saylı, 05.07.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər torpaq və müsabiqə komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə 23 oktyabr 2012-ci il tarixli protokolunun, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 11 oktyabr 2013-cü il tarixli şəhadətnamənin, həmin protokol və şəhadətnamə əsasında Cavabdeh1 ilə X9 arasında bağlanmış 19 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, habelə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX, ******* nömrəli çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi, dalan 3, 60 saylı evdə ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı həmin evi və evin yerləşdiyi torpaq sahəsini X7 2016-cı il tarixdə 123.000 manat əvəzində almış, 2011-ci il tarixdən X10 arvadı X3 adından kommunal haqqlar ödənilmişdir. Hazırda həmin evdə onun və ailə üzvlərinin yaşamasına baxmayaraq 23 oktyabr 2012-ci il tarixdə müsabiqə keçirilmiş və X9 qalib elan edilmişdir. Bundan sonra X4 adına 11 oktyabr 2013cü il tarixli şəhadətnamə tərtib edilmiş, 3 ildən sonra isə Cavabdeh1 ilə X9 arasında 19 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinin isə 20 gündən gec olmayaraq bağlanmalı olduğu halda, müqavilə Cavabdeh1 ilə X9 arasında 19 sentyabr 2016-cı il tarixdə, şəhadətnamənin verilməsindən 3 ilə yaxın müddət keçdikdən sonra bağlanmışdır. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********29 nömrəli, 24.10.2016-cı il tarixli məktubuna əsasən İddiaçı tərəfindən Abşeron rayon Masazır kəndi ərazisində yerləşən 0,0413 ha torpaq sahəsinin zəbt edilməməsi öz əksini tapmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə q ərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Bədəlov Fuad Murad oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi v ə prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Bədəlov Fuad Murad oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh X4 vəkili Nümayəndə1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ər azi İdarəsinin nümayəndələri və X9 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı, vəkili Bədəlov Fuad Murad oğlunun, cavabdeh X4 vəkili Nümayəndə1 izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0413 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 313 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində 29.08.2012-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İşdə olan 11.10.2013-cü il tarixli Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, X1 rayonu, Masazır kəndi ərazisində yerləşən dövlət mülkiyyətində olan 0,0413 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı 23.10.2012-ci il tarixdə keçirilən müsabiqənin qalibidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyest ri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən 24.09.2016-cı il tarixdə tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsündən görünür ki, reyestr nömrəsi **********74 olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0413 ha torpaq sahəsinin hüquqi sahibi X6r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0413 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 313 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində 24.09.2016-cı il tarixdə X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 19.09.20 16-cı il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0413 ha torpaq sahəsini X5 1.573 manata satmışdır. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4/2017 saylı, 12 yanvar 2017-ci il tarixli qətnaməsindən görünür ki, X4 İddiaçı qarşı torpaq sahəsinin zəbtinin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma barədə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən X4 mülkiyyətində olan və Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0,0413 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilməsinin qanunsuz hesab edilməsi və İddiaçı v ə digər şəxslərin X5 məxsus olan Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0,0413 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-140/2018 saylı, 15 may 2018ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-4/2017 saylı, 12 yanvar 2017-ci il tarixli qətnaməsi digər şəxslərə adi hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi digər şəxslərin X5 məxsus olan Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0,0413 ha torpaq sahəsindən çıxarılması hissəsində rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6594/2018 saylı, 15 oktyabr 2018-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-140/2018 saylı 15 may 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan Abşeron RİHB-nın Masazır kəndi üzrə İcra nümayəndəliyinin 01.07.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Laçın rayonundan olan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə 2016-cı ilin mart ayından Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi dalan 3, 60 saylı evdə məskunlaşmışdır. İşə əlavə edilmiş X13 və onun arvadı X8 tərəfindən məhkəməyə ünvanlanmış ərizələrində göstərilir ki, İddiaçı Masazır qəsəbəsində yerləşən mübahisəli evə və torpağa dair onlara pul verməsi barədə dedikləri həqiqətə uyğun deyildir, həmin ev Rüfət Hüseynovun verdiyi pul hes abına Azər Xəlilov tərəfindən tikilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0413 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 24.09.2016-cı il tarixdə X4 adına qeydiyyata alınmışdır. İddiaçı tərəfindən həmin torpaq sahəsi və orada olan tikili özbaşına zəbt edildiyindən tərəflər arasında məhkəmə çəkişmələri olmuş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən X4 mülkiyyətində olan və Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0,0413 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilməsi qanunsuz hesab edilmiş və onun həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş m əhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə (Abşeron Rayon Məhkəməsinin 2(012)4/2017 saylı, 12 yanvar 2017-ci il tarixli qətnaməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-140/2018 saylı, 15 may 2018-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6594/2018 saylı, 15 oktyabr 2018-ci il tarixli qərarı) X4 mülkiyyətində olan və Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0,0413 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilməsi qanunsuz hesab edilmiş və onun həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qeyd edilən məhkəmə araşdırmaları zamanı da iddiaçı hazırki dəlillərini irəli sürmüş, lakin məhkə mə araşdırması nəticəsində həmin dəlillər əsassız hesab edilmiş, onun mübahisəli torpaq sahəsini və üzərindəki evi dəyərini ödəməklə əldə etməsi barədə dedikləri öz təsdiqini tapmamış, məhkəmələr bu dəlillərə qiymət verərək onları rədd etmişdir. Eləcə də həmin məhkəmə aktları ilə Rüfət Hüseynovun iddiaçının hazırda mübahisələndirdiyi torpaq sahəsini qanuni əsaslarla əldə etməsi təsdiq edilmişdir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məh kəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başq a (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onun başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, həyata keçirilm əsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam ve rmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, X9 iddiaçının mübahisələndirdiyi torpaq sahəsini qanuni əsaslarla əldə etdiyindən, onun həmin əmlak üzərində mülkiyyət hüququ qanuna uyğun olaraq dövlət qediyyatına alındığından və bu qeydiyyatın ləğvi üçün əsaslar mövcud olmadığından birinci instaniya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə ədalətli və qanunidir Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzər incə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-356/2020 saylı, 29 yan var 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar