Məhkəmə qərarları › İş №2(102)-3357/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3357/2023

02.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3357/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3357/2023 Açar sözlər: məhkəmə aidiyyətinin müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və zəbt edilmiş torpaq sahəsinə görə kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1368/2023 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli qərardadından iddia çı tərəfindən verilmiş şikayətə 02 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “qanunsuz tikilinin sökülməsi və zəbt edilmiş torpaq sahəsinə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2000-ci il tarixli icarə müqaviləsi əsasında ona icarəyə verilmiş, Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 36 və 37 nömrəli qış otlaq sahəsində cavabdeh tərəfindən zəbt edilərək qanunsuz inşa edilmiş tikilinin cavabdehin şəxsi hesabına sökülməsi, dəymiş zərərə görə cavabdehdən 312000 manat kompensasiyanın və 603 manat dövlət rüsumunun cavabdehdən alınması haqda qətnamə qə bul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsini Şəmkir rayon İcra Hakimiyyətindən 15 il müddətinə fermer təsərrüfatı yaratmaq məqsədilə icarəyə götürmüşdür. Lakin cavabdeh həmin ərazini zəbt edərək özbaşına ağaclar əkmiş, ferma inşa etmiş və süni göl yaratmışdır.

3. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(076)-1368/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim Taleh Musayev) işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

4. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi üzrə tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğundan, yəni hər iki tərəf müva fiq VÖEN-ə malik olmaqla, eləcə də, iddiaçı mübahisəli torpaq sahəsini fermer təsərrüfatı yaratmaq məqsədi ilə icarəyə götürməklə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan, hazırkı işin aidiyyəti Gəncə Kommersiya Məhkəməsinə aiddir.

5. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməklə işə Şəmkir Rayon Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına istinad edilmiş və mübahisənin də məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu qeyd edilmişdir. Halbuki, iddia tələbi qanunsuz tikilinin sökülməsi və zəbt edilmiş torpaq sahəsinə görə kompensasiya ödənilməsin dən ibarət olmaqla, iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, hazırki mülki iş üzrə tərəflər arasında olan mübahisə məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir. Bu səbəbdən hazırki işə aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsində baxılmalıdır.

7. Birinci instansiya məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

8. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alın maqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

9. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

10. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

11. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.

12. Maddə 403-1.7. Kassasiya instansiyası m əhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı

13. Bənd

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

14. Bənd

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin ba ğlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

15. Bənd

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar s tatusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Kassasiya məhkəməsinin hüquqi mövqeyi

16. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq aşağıdakıları qeyd edir:

17. İşdən görünür ki, hər iki tərəf sahibkarlıq fəaliyəti ilə məşğul olan fiziki şəxslərdir. Mübahisə predmetini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt ediməsi nəticəsində orada inşa edilmiş qeyri-yaşayış tikililərinin sökülməsi, həmin torpaq sahəsində kənd təsərrüfatı təyinatlı bitkilərin əkilməsindən 7 ildə əldə edilən gəlirin ziyan kimi cavabdehdən tutulması təşkil edir.

18. Bu baxımdan məhkəmə tərkibi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və tərəflər arasında əmələ gəlmiş hüquq münasibətinin xarakterini nəzərə alıb hesab edir ki, tərəflər hər ikisi sahibkarlq fəaliyyəti ilə məşğuldurlar. Sökülməsi tələb edilən tikili və zəbt edilən torpaq sahəsi sahibkarıq məqsədi ilə istifadə edilir. Yaranan mübahisə də onların ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaiyyəti ilə bağlı yaranmış əşyahüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı mübahisə olmaqla kommersiya mübahisəsi hesab olunur.

19. Əşya hüquqi münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti məsələsinin müəyyən edilməsi meyarları isə “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məh kəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında dəqiq göstərilmişdir.

20. Belə ki, həmin Qərarın 14-cü bəndində qeyd edilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyy ətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

21. Buna görə də, birinci instansiya məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən mülki prossesual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına düzgün riayət etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

22. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2( 076)-1368/2023 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar