Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3358/2021 14.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair Cavabdeh qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: ər-arvadın əmlak bölgüsü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1400/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən veril miş kassasiya şikayətinə dair işə 14 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) 07.02.1998-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan 2 yetkinilik yaşına çatmış övladları var. Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 16, 44 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) X1 adına 28.03.2007-ci il tarixində ilkin qeydiyyatdan keçmişdir. Həmin mənzil 34 saylı Dövlət Notariat Kontorunda bağlanmış 05.12.2007-ci il tarixli, 4Ə/10-1231 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmış və Daşınmaz Əmlakın Dövlət Reyestrindən 15.01.2008-ci il tarixli Çıxarışla iddiaçının adına qeydiyyatdan keçmişdir. Mənzil hazı rda iddiaçının mülkiyyətindədir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5133/2019 nömrəli iş üzrə 30.05.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10000 manat məbləğində kompensasiya ödənilməklə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil birgə nikah dövründə əldə edilməsinə baxmayaraq, tərəflərin vəsaiti hesabına alınmamışdır. Belə ki, həmin mənzil onun valideynlərinə məxsus olmuş mənzilin satılması nəticəsində əldə edilmiş vəsait hesabına alınmışdır. Hal-ha zırda tərəflərin 2 otaqlı mənzildə birlikdə yaşamaqları mümkünsüzdür. Cavabdeh könüllü şəkildə mənzili tərk etmək istəmir. Odur ki, cavabdehə 10000 manat məbləğində kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi məhkəmə qaydasında həyata keçirilməlidir. Cavabdeh, öz növbəsində, qarşılıqlı iddia verərək, birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzilin ümumi mülkiyyət hesab edilməsi və tərəflər arasında bərabər bölünərək onların hər birinin mənzildə ½ hissədə payının müəyyən edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-3829/2020 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, mübahisəli mənzil iddiaçı il ə cavabdehin ümumi mülkiyyəti hesab edilmiş, mübahisəli mənzilin üzərində tərəflərin bərabər payları müəyyən edilməklə, ½ payı üzərində İddiaçı, ½ payı üzərində Cavabdeh mülkiyyət hüququ tanınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzili birgə nikah dövründə birgə əldə edilmiş vəsait hesabına deyil, onun valideynləri tərəfindən onlara məxsus olmuş mənzilin satışından əldə edilmiş vəsait hesabına alındığını iddia etsə də, bu halın təsdiq edilməsi üçün məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan mənzil tərəflərin birgə nikahı dövründə, onların birgə vəsaiti hesabına əldə edilmiş əmlak hesab edilməli, hər iki tərəfin mənzilə dair mülkiyyət hüququ tanınmalı, tərəflərin mənzilə bərabər payları müəyyən edilməlidir. Kompensasiya ödənilməklə cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbi isə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 225, 228.1, 228.5-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 32, 34.1, 35, 37.1, 37.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə Qərbi Azərbaycanda yaşamışdır. Məlum hadisələrlə əlaqədar oradakı evlərini 1988-ci ilin noyabr ayının 11-də Bakı şəhəri Xətai rayonu, Vunq Tau küçəsi 18 sayli evin 4 otaqlı 17-ci mənzili ilə dəyişdirmişlər. Sonradan həmin mənzili atasının adına özəlləşdirmişlər və 2003-cü ilin avqust ayında sataraq Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi 139 saylı evin 3 otaqlı 111-ci mənzilini almışlar, mənzili onun adına sənədləşdirmişlər. Atası vəfat edərkən ağır maddi şəraitdə yaşadığı üçün həmin mənzili 2007-ci ilin sentyabr ayında sataraq 21.11.2007-ci il tarixdə mübahisəli mənzili əldə etmişdir. Əldə edilmiş puldan oğlunun müalicəsinə də xərcləmişdir. Cavabdeh mübahisəli mənzildən istifadə hüququna malikdir və onun həmin hüququna xitam verilməsi yalnız kompensasiya ödənilməsi ilə mümkündür. Tərəfindən istifadə hüququna xitam verilməsi müqabilində cavabdehə təklif olunan məbləğ mövcud ərazidə oxşar şəraitli ayrıca yaşayış sahəsindən istifadə etmək üçün ağlabatandır və ədalətlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1400/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikahı dövründə əldə edildiyindən həm iddiaçının, həm də cavabdehin həmin mənzilə dair bərabər mülkiyyət hüquqları mövcuddur. İddiaçı atasına məxsus mənzilin satışı nətic əsində əldə edilmiş pul vəsaiti hesabına hazırkı mübahisəli mənzili almasına istinad etsə də, müəyyən edilmişdir ki, iddiaçının atasına məxsus mənzil 2003-cü ildə satılmışdır. Mübahisəli mənzil isə 2007-ci ildə əldə edilmişdir. Beləliklə, mübahisəli mənzil əldə edilərkən iddiaçının atasına məxsus mənzilin satılmasından 4 il keçmişdir. Həmin evin satılması ilə hazırkı mübahisəli evin alınması arasında əlaqə müəyyən edilməmişdir. Əksinə mübahisəli ev əldə edilərkən tərəflər uzun müddət (1998-ci ildən) nikahda olmuş və birgə təsərrüfat aparmışlar. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 32.1, 32.2.2, 34.1, 36.1, 36.3, 37.1-ci, Mülki Məcəllənin 222.1, 225.1-ci, MPM-in 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin v ə ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır, məhkəmə işin hallarını araşdırmamış və sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassator göstərmişdir ki, məhkəmə mübahisəli ünvanda yaşayan 2 övladını işə cəlb etməmişdir, halbuki qarşılıqlı iddia onların hüquqlarına toxunur. Tərəfindən mübahisəli mənzilin atasının mənzilinin satışından əldə olunmuş vəsait hesabına əldə edilməsinə dair kifayət qədər sübutlar təqdim edilməsinə baxmayaraq, məhkəmə əsassız olaraq sübutları rədd etmiş və bunun səbəbini açıqlamamışdır. Mübahisəli mənzili atasına məxsus mənzilin satışından əldə olunmuş pulla əvəzsiz almışdır, cavabdehin həmin mənzildə mülkiyyət hüququ yaranmamışdır, həmin mənzil onun ayrıca mülkiyyətidir. Məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmiş və mənzilin onun mülkiyyətinə əvəzsiz əqdlə keçməsinə düzgün hüquqi qiymət verməmişdir. Tərəflər arasındakı münasibətlər 01.09.2000-ci il tarixədək yarandığı üçün mübahisə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən həll olunmalıdır. Cavabdeh mübahisəli mənzildən istifadə hüququna malikdir və o, mənzilin 2 otaqlı olmasını nəzərə alaraq cavabdehə bazar qiymətinə uyğun kompensasiya təklif edir. Kass asiya şikayətinin əsası kimi, MPM-in 9.1, 77.1, 88, 217-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etirazda cavabdehin vəkili qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxan məhkəmə hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verməmiş, normaları düzgün tətbiq etmiş, işin hallarını hərtərəfli araşdırmış və iş üzrə düzgün nəticəyə gəlmişdir. Qarşılıqlı iddia ər-arvad arasında əmlak bölgüsü barədədir. Mübahisənin iş üzrə tərəflərin uşaqlarına hər hansı aidiyyəti yoxdur və onların hər hansı marağına toxunmur. Etirazda şikayətin təmin olunmaması, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin t əmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Cavabdehin vəkili şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hall arı araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1). Ailə Məcəlləsi Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. (maddə 32.1). Ər-arvadın ümumi birgə mülkiyyətinə (maddə 32.2): onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) (maddə 32.2.1); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (maddə 32.2.2). Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.3). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Tərəflərin yetkinlik yaşına çatmış övladlarının işə cəlb edilməməsinin onların hüquqlarını pozması barədə kassasiya şikayətinin dəlili də açıq-aşkar əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, ka ssasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1400/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3358/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3358/2021
14.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver