Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-336/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, ilkin iddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən XXX qızının kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-4459/2018, hakim R.N.Quliyev) İddiaçı Cavabdeh MMC-yə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair idd iası rədd edilmiş, XXX qızının İddiaçı və Cavabdeh MMC-yə qarşı iddiası qismən təmin edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən XXX qızı və İddiaçı müvəqqəti yerləşdirilməsi üçün onlara mənzildən köçürüldüyü gündən etibarən hər birinə ayrılıqda aylıq 150 manat həcmində kompsensasiya ödənilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-5737/2019, hakimlər M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev)İddiaçı apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia təmin edilmiş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müq aviləyə əsasən ödənilməli olan kompensasiyanın əvəzi olaraq 4.500 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, XXX qızının İddiaçı və Cavabdeh MMC-yə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən Vəsilə Adıgözəlova verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib İddiaçı iddiasının rədd, onun iddiasının tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh MMC iləilkin iddiaçı arasında notarial aydada təsdiqlənməklə bağlanmış xx.xx.2016-cı il tarixli “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” haqqında müqaviləyə əsasən, MMC Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 47 saylı sərəncamına əsasən Bakı şəhəri, ünvan 1 ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən sakinin müvəqqəti yerləşdirilməsi üçün sakinə mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada sakinin hal-hazırda yaşadığı 2 otaqlı mənzilin 2 otaqlı təmirli və tam kommunal şəraitli mənzil ilə əvəzləşdirilməsini təmin etməlidir. Həmin müqavilənin 7-ci bəndinə görə, tikinti işləri xx.xx.2016-cı il tarixdən başlayır və 24 ay ərzində yekunlaşdırılır. Həmin müqavilənin 9-cu bəndinə görə, tikinti işləri müqavilədə nəzərdə tutulmuş vaxtda başa çatdırılmadıqda və ya köçürülmə texniki və digər obyektiv səbəblərə görə baş tutmadıqda hər gecikdirilən aya görə bu müqavilə üzrə ödənilən aylıq kompensasiya məbləğinin ödənişi davam etdirilir. xx xxxxx 2019-cu il tari xdə İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2016cı il tarixli “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri haqqında müqaviləyə" əsasən ödənilməli olan kompensasiyanın əvəzi olaraq 4.500 manat məbləğində pulun cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs XXX qızı İddiaçı və Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər arasında bağlanmış“Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri haqqında müqavilə” əsasında, İddiaçı mənzildən köçürüldüyü gündən etibarən ödənilməli olan aylıq 300 manat həcmində kompensasiya məbl əğinin 100 manat məbləğinə kimi azaldılaraq qalan hissənin, yəni 200 manat məbləğində kompensasiyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara, o cümlədən iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olmamasına, yalnız həmin mənzildən istifadə hüququnun olmasına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının i clasında ilkin iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, dövlətə məxsus olan mübahisəli mənzil İddiaçı və onun ailə üzvlərinin icarəsində olmuşdur. Qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin mənzildən İddiaçı keçmiş gəlini Vəsilə Adıgözəlovanın istifadə hüququnun olması müəyyən edilmişdir. Mübahisəli mənzil Cavabdeh MMC tərəfindən sökülmüş və MMC ilə İddiaçı arasında xx xxx 2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən, MMC yeni mənzil tikilib təhvil verilənə kimi İddiaçı müvəqqəti yerləşdirilməsi üçün ona hər ay 300 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. MMC 2016-2017-ci illər ərzində müvafiq ödənişi həyata keçirsə də, sonradan İddiaçı ödənilməli olan həmin ödənişlər dayandırılmışdır. İddiaçı hazırda MMC ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə ödənilməli olan və 2017-ci ilin may ayından sonra ödənilməyən cəmi 4.500 manat məbləğində kompensasiyanı n MMC tərəfindən ona ödənilməsini tələb edir. Eyni zamanda mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Vəsilə Adıgözəlova isə mübahisəli mənzilə istifadə hüququnun olmasına istinad edərək müqavilə şərtlərinin dəyişdirilməsini və İddiaçı ödənilməli olan aylıq 300 manat kompensasiya məbləğinin 200 manat hissəsinin ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsi ilə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydasını müəyyən edən 423-cü maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iş üzrə üçüncü şəxsin tələbi mahiyyətcə MMC ilə iddiaçı arasında bağlanmış müqavilənin dəyişdirilməsinə yönəlmiş tələbdir. Lakin müqavilənin şərtlərinin dəyişdirilməsini tələb etmək hüququ yalnız müqavilə tərəflərinə məxsusdur və bu prosedur müvafiq pretenziya qaydasına əməl edilməkl ə həyata keçirilməlidir. Hazırda isə Vəsilə Adıgözəlova, MMC və İddiaçı arasında yaranmış müqavilə münasibətlərinə müdaxilə edir ki, onun belə bir müdaxiləyə, yəni digər şəxslər arasında bağlanmış müqavilənin şərtlərinin dəyişdirilməsini tələb etməyə, ümumiyyətlə, subyektiv hüququ yoxdur. Eyni zamanda, cavabdeh MMC öz təşəbbüsü ilə müqavilə şərtlərini dəyişərək, iddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə İddiaçı ödənilməli olan kompensasiya məbləğini Vəsilə Adıgözəlovaya ödəməkdə haqlı olmamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin dəyişdirilməsi MMC tərəfindən İddiaçı təklif edilməmiş, o cümlədən müqavilə şərtlərinin dəyişdirilməsi barədə qüvvəyə minmiş məhkəmə qərarı olmamışdır. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri haqqında müqavilə”yə əsasən cavabdeh MMC yalnız İddiaçı qarşısında öhdəlik götürmüşdür. İddiaçı isə öhdəliyin üçüncü şəxs qarşısında icra edilməsinə razılıq verməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 433.1-ci maddəsinə görə, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 433.2-ci maddəsinə görə, əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Beləliklə, cavabdeh MMC-nin İddiaçı qarşısında vaxtında və lazımi qaydada icra edilməmiş öhdəliyi var və o, bu öhdəli yin icra edilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xx xx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-336/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-336/2020
16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver