Məhkəmə qərarları › İş №2(102)-3361/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3361/2022

29.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3361/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3361/22 (Açar sözlər: özbaşına tikili ilə bağlı mübahisələr) Bakı şəhəri, 29 iyun 2022-ci il Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz hasarın sökülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4341/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ şin halları

1. JN-9066H KOD, 00400016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən, Bakı şəhəri 28 saylı Dövlət Notariat Kontorunun xx.xx.2003-cü il tarixli, 4Ə-2-263 saylı müqaviləsi ilə satılmış 0,0435 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir. 2. 13.11.2004-cü il tarixli, FM seriyalı, 031834 nömrəli “Qeydiyyat vəsiqəsinə” əsasən, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci döngə, Seymur Məmmədov küçəsində, 5 otaqlı 86,78 kv.m. yaşayış sahəsi, 267,77 kv.m. ümumi sahəsi torpaq sahəsində yerləşən 11 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsünə” əsasən, Suraxanı rayon 24 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixli 4Ə-282 nömrəli alıcı ilə satıcı arasında bağlanmış “Alğı-satqı müqaviləsindən” görünür ki, həmin plan və ölçü Cavabdeh məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə aiddir.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2016-cı il tarixli “Çıxarış”a əsasən, Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında İddiaçı məxsus yaşayış evinə bitişik tikilmiş hasar qanunsuz hesab edilərək, sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, onun evi həyət evidir və öz həyətinə giriş-çıxış S.Məmmədov küçəsi, 1-ci yaşayış massivi 1-ci döngədəndir. Cavabdeh də həmin döngədə, onun qonşuluğunda yaşayır. Bu vaxta qədər öz həyətində olan darvazadan avtomobillə həyətə daxil olmaqla, avtomobilini öz həyətində saxlayır, küçədə rahatlıqla manevr edirdi. Lakin, cavabdeh küçədə qanunsuz olaraq hasar çəkib, küçəni hasara alaraq, onun qapısının ağzında küçəni darısqal etmiş, bu isə, onun öz həyətinə avtomobillə daxil olmağının qarşısını almışdır.

7. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edilmişdir.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsini n 2(009)-743/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən verilmiş 10/4295 nömrəli, 27 yanvar 2021-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, 0,06 ha torpaq sahəsinin ətrafına çəkilmiş və mübahisə predmeti olan hasar ona ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Belə ki, hasar bir tərəfdən 1,47 metr, digər tərəfdən 1,02 metr kənarda inşa olunmuşdur. Bakı şəhəri, ünvan 2 ünvanında yerl əşen yaşayış evinin qarşısında 10,20 m uzunluğunda 4.20 m enində boş torpaq sahəsi var və həmin boş torpaq sahəsinə 4,50 m. enində giriş-çıxış yolunun olduğunu nəzərə alaraq iddiaçının yaşayış evinin həyətinə (yüngül) avtomobillə daxil olmasına hər hansı maneənin yaratmadığı müəyyən edilmişdir.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır, onlarla qonşu olmuşdur. Ərazi bağlar sahəsi olub, hasar çoxdan çəkilib, 2003-cü ildən oradan köçmüşlər, 2004-cü ildə anası ilə birlikdə iddiaçıgilə gəlmiş, həmin vaxt hasar orada olmuşdur.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, o cavabdehi tanıyır. Qonşuluqda yaşayır, əvvəllər hazırda mövcud olan yol olmamışdır. Orada yanğın əleyhinə çən mövcud olmuşdur, hasar çəndən sonra çəkilmişdir. Sonra isə, hasar geriyə çəkilmiş və yol yaranmışdır. 2002-2003-cü ildə hasar mövcud olmuşdur.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-81/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia təmin edilmiş, Cavabdeh tərəfindən ünvan 1 ünvanında İddiaçı məxsus yaşayış evinə bitişik tikilmiş hasar cavabdehin vəsaiti hesabına, qətnamə qanuni qüvvəsini aldıqdan sonra bir ay ərzində sökülməsi, Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 100 (yüz) manat məbləğində pulun tutulması, Cavabdeh "xxxx" MMC-nin xeyrinə mütəxəssis rəyinin verilməsinə dair çəkilmiş xərcin əvəzi kimi 60 (altmış) manat məbləğində pulun tutulması qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iş üzrə təyin edilmiş ekspert rəyi ilə iddiaçının mülkiyyə tində olan yaşayış evinə yüngül avtomobillə daxil olmasına hər hansı maneənin yaranmaması müəyyən edilsə də, cavabdeh tərəfindən hasarın çəkilməsi nəticəsində iddiaçının mülkiyyətində olan evinə gedən yoldan istifadə ilə bağlı hüquqları məhdudlaşdırılmışdır. Belə ki, əvvəlki qaydada iddiaçının yaşayış evinə giriş-çıxışı sərbəst şəkildə olsa da, hazırki halda (cavabdeh tərəfindən hasar çəkilidkdən sonra) həmin girişçıxış qismən məhdudlaşdırımlışdir. Yəni, cavabdeh tərəfindən hasarın çəkilməsi nəticəsində iddiaçının mülkiyyətində olan yaşayış evinə yalnız yüngül avtomaşınların maneəsiz giriş və çıxışı mümkün olmuş, digər növ avtomaşınların (ağırçəkili və iriqabaritli, yük, evakuator və sair) həyətə daxil olması mümkünsüz olmuşdur. Eyni zamanda yolun daralması nəticəsində yüngül minik avtomob illərinin manevr edərək geriyə hərəkəti də çətinləşmişdir.

14. Məhkəmə digər tərəfdən qeyd etmişdir ki, cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin hasara alınması iddiaçının istifadə etdiyi yolun bir hissəsinin zəbt edilməsi yolu ilə həyata keçirilmişdir. Yəni, cavabdeh mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində deyil, əksinə hüdudlarından kənara çıxmaqla torpağını hasarlamışdır.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan yaşayış evinə gedən yol ona məxsus olmasa da, həmin yol ümumi istifadədə olan (yaşayış məntəqələrinin tərkibinə daxil olan) torpaqların tərkibinə aiddir və bu səbəbdən iddiaçı ümumi istifadə olan (eyni zamanda iddiaçının qanuni istifadəsində olan) torpaq sahəsi (yol) ilə bağlı pozulmuş hüquqlarının bərpasını tələb etməkdə haqlıd ır və onun buna sübyektiv hüququ var.

16. Məhkəmə hazırki mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin yazılı ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, hazır tələb iddiaçının mülkiyyətində olan daşınmaz əmlakdan istifadə ilə əlaqədar yaranan maneənin aradan qaldırılması ilə bağlı olduğundan, hazırki tələbə iddia müddəti şamil oluna bilməz.

17. Məhkəmə iş üzrə gəldiyi nəticəni Torpaq Məcəlləsinin 18, 20, 111, Mülki Məcəllənin 152.3, 157.8, 158.1.2, 158.4, 172.2, 180.1, Mülki Prosessual Məcəllənin 223cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi hasar 14-15 i l bundan əvvəl inşa olunmuşdur. İddiaçının hazırda mülkiyyətində olan ev hasar inşa olunan vaxtlarda başqa şəxsin mülkiyyətində olmuş və iddiaçı bu evi alan zaman bu barədə heç bir təklif və irad bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4341/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli, 10/4031 nömrəli rəyinə əsasən, cavabdehin mülkiyyətində olan və Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin ətrafına çəkilmiş hasarın mübahisəli hissədə faktiki vəziyyəti ilə xx.xx.2016-cı il tarixli, **********09 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar arasında şimalşərq istiqamətdə 1,47 metr, cənub-qərb istiqamətdə 1,02 metr (ümumi sahə ilə 15 kv.m) fərq var. Mübahisəli hissədən əlavə yolun sağında böyük ağacın gövdəsindən soldakı hasaradək olan hissədə yolun eninin 3 metr olmasını və həmin hissədə iri qabaritli nəqliyyat vasitələrinin hərəkətinə maneə yarandığını nəzərə alaraq, mübahisəli hasar sökülüb mülkiyyətdə olan torpaq sahəsinin koordinatları üzrə tikildiyi halda, iri qabaritli avtonəqliyyat vasitələrinin iddiaçıya məxsus olan, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi, 1-ci yaşayış massivi, 1-ci döngə, ev 11-ə aid torpaq sahəsinə çatmasına və həmin sahəyə girməsinə olan maneələrin aradan qalxmadığı müəyyən olunur. AzDTN 2.6-1 cədvəl-9-un tələblərinə əsasən, həyətyanı sahələrə yük maşınlarının keçidi üçün hərəkət zolağının eninin 4,5 metr olmasını nəzərə alaraq, yolun sağında böyük ağacın və solda tikilinin (yolun eni 3 metr) iri qabaritli nəqliyyat vasitələrinin iddiaçıya məxsus torpaq sahəsinə çatmasına maneə yaratdığı müəyyən olunur. **********09 reyestr nömrəli Çıxarış sənədinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında cavabdehin adına qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədləri təqdim olunmadığından ilkin cizgidə göstərilən sərhəd xətti ilə hasar arasında fərq olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

21. Məhkəmə iclasında cavabdehin vəkili (nümayəndəsi) əlavə olaraq bildirmişdir ki, mübahisəli hasar iddiaçının hüquqlarını pozmur. Həmin hasar sökülsə belə həmin küçədən yük maşınının keçməsi mümkün o lmayacaq. Çünki yol ensizdir və yolun solunda bitən böyük ağac, yolun sağında isə yerləşən tikili iri qabaritli avtomobillərin keçməsinə mane olurlar. Bundan başqa, yolun altında ehtiyat yangınsöndürmə hovuzu yerləşir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4341/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 fevral 2021-ci il tarixli qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı iddiasının təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertizanın xərci cavabdehə aid edilməsi və bu məqsəd ilə Cavabdeh dövlət nəfinə 100 (yüz) manat məbləğində pulun tutulması qət edilmişdir.

23. Apellyasiya baxışı zamanı hər iki tərəfin məhkəməyə verdikləri izahatlardan müəyyən edilmişdir ki, yolun altında ehtiyat yangınsöndürmə hovuzu yerləşir və yolun kənarında iri gövdəli ağac var.

24. İşin hallarını və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatları nəzərə alanmMəhkəmə kollegiyası mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, iddiaçının hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ o zaman yaranır ki, tikili iddiaçının hər hansı maraq və hüquqlarını pozsun.

25. Məhkəmə iş üzrə sübutları bir-biri ilə əlaqəli şəkildə qiymətləndirərək hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası ilə cavabdeh tərəfindən inşa edilmiş hasarın iddiaçının hüququnu pozması müəyyən edilmir. Çünki, ekspertiza tərəfindən verilmiş rəydən görünür ki, mübahisəli hasar sökülsə belə, yolun sağında yerləşən böyük ağac və yolun solundakı tikili iri qabaritli nəqliyyat vasitələrinin iddiaçıya məxsus torpaq sahəsinə çatmasına maneə yaradacaq. Bununla da, qeyd edilən hasarın üçüncü şəxslərin, o cümlədən hazırki iddiaçının hüquq və mənafelərinin pozulmasına səbəb olması iş üzrə öz təsdiqini tapmır.

26. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qeyd edilən nəticəyə gəlməsi iş materiallarına uyğun deyil və verilmiş hüquqi qiymət də obyektiv həqiqəti əks etdirmir. Hesab edir ki, işə baxılarkən mülki prosessual hüquq normaları da düzgün tətbiq edilməmişdir. Cavabdeh küçədə qanunsuz olaraq hasar çəkib, torpaq zəbt edib, onun qapısının ağzında küçəni darısqal etmiş, bu isə, onun öz həyətinə avtomobillə daxil olmağının qarşısını almışdır. Bununla da, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakdan istifadə hüququna maneələr yaranmaqla, onun hüquq və mənafelərinin pozulmasına səbəb olmuşdur. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi iddia ərizəsinin dəlillərini ətraflı araşdırmamış, onlara obyektiv hüquqi qiymət verilməmişdi r. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etirazı daxil olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyət çi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

32. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

33. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində ba xır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, bu zaman maddi və prossesual hüquq normalarının tələblərini pozmamışdır.

45. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtl ərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

46. Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə əsasən iddiaçı qanunsuz inşa ediliş hasarın sıkülməsini o halda tələb edə bilər ki, bu onun maraqlarına toxunsun.

47. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

48. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

49. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

50. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

51. Hə mçinin ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırmaları zamanı cavabdehin çəkdiyi hasarın iddiaçıya hər hansı bir maneə yaratması halı müəyyən edilməmiş, həmin hasar söküldüyü halda belə onun qarşısındakı iri gövdəli ağacın və yolun əks tərəfindəki tikilinin lmasına görə yolun genişlənməsinin mümkün olmadığı müəyyən edilmişdir. Buna görə də, apellyasiya instansiyası məhkəməsi qanunsuz tikilmiş hasarın iddiaçının hüquq mənafelərini pozmadığı, buna görə də, iddiaçının həmin hasarın sökülməsi barədə iddia irəli sürmək hüq uqu olmadığı qənaətinə gəlmişdir.

53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

54. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxar kən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

55. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)4341/2021 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar