Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3364/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəm məd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, cavabdeh Cavabdeh və vəkili X1 iştirakları ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Ağayev; 2(010)-4933/18) iddia tə ləbi təmin edilmiş, Cavabdeh 15.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə, onun ünvan1, ***** saylı mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması, pul kompensasiyasının ödənilməsi ilə Cavabdeh yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasının eyni vaxtda icra olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova, 2(103)-13176/2018) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaş ayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 (on beş min) manat məbləğində kompensasiya verilməklə onun ünvan 1, **** saylı mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1, 53 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Mənzil 9 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşməklə dörd yaşayış otağından ibarətdir, ümumi sahəsi isə 82,28 kv.m-dir. Cavabdeh mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi L6 ilə 1987-ci ildə qeyri-rəsmi nikah münas ibətlərinə daxil olaraq mübahisəli mənzilə köçmüş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qanuni qüvvəsini almış 23 fevral 2016-cı il tarixli qətnaməsinə əsasən mübahisəli mənzilə istifadə hüququ tanınmışdır. İddiaçı ilə birlikdə yaşamaqları qeyrimümkün olduğundan cavabdehə qarşı doqquz min manat kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ilə əvvəllər məhkəməyə müraciət etsə də, kompensasiyanın məbləği az olduğundan iddia təmin edilməmişdir. Bunu nəzərə alıb, cavabdehə təklif etdiyi kompensasiyanın məbləğini 15000 manata kimi artırmışdır. Bundan artıq ödəməyə maddi imkanı çatmır. Həm də qeyd edilən məbləği kifayətedici hesab edir. Belə ki, Suraxanı rayonu, ***************** yaşayış sahəsində eyni şəraitli 3-4 otaqlı mənzillərin aylıq k irayə haqqı 350-400 manat təşkil edir. Cavabdehin özünə eyni şəraitli, aylıq kirayə haqqı 400 manat təşkil edən mənzil kirayələyəcəyi halda onun təklif etdiyi kompensasiya məbləği ilə üç ildən artıq müddətdə kirayədə yaşaması mümkündür. Bundan sonra mübahisəli mənzildə cavabdehlə birlikdə yaşamaqlarının qeyrimümkün mümkünlüyünü nəzərə alıb, Cavabdeh 15000 (on beş min) manat məbləğində kompensasiya verilməklə onun ünvan 1, 53 saylı mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və Azərbaycan Respublikası Mülki Prisessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələblərinə uyğun olar aq iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53,149,218-ci maddəslərinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 228, 282.2, 390-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 386,387-ci maddələrinin tələblərinin pozulması ilə əsassız və qanunsuz qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili X2 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə k ollegiyasının iclasına gəlməmişdir. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düz gün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdəno cümlədən iş materiallarında olan RX seriyalı, № ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1, **** saylı mənzil tam payda İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində ***** nömrəli reyestr kitabının ********* nömrəli vərəqində 11 oktyabr 2007-ci ildə qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qanuni qüvvəsini almış 23 fevral 2016-cı il tarixli, 2(010)-329/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ünvan 1, **** saylı mənzilə istifadə hüququ tanınmışdır. Suraxanı rayonu 68 saylı MKİS-dən verilmiş 841 saylı 25 iyun 2018-ci il tarilxi arayışından görünür ki, Cavabdeh ünvan 1, 53 saylı mənzildə daimi qeydiyyatdadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2018-ci il tarixli, 2(102)-2608/2018 saylı qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə (9.000 manat) yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Qanunda kompensasiya miqdarının bazar qiymətinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilməli olduğu göstərilsə də, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqısatqının, girov və icarənin müstəqil predmeti ola bilmədiyindən təbii olaraq sözügedən hüquq baxımından bazarda sərbəst bir şəkildə qiymətin formalaşması da mümkün deyil. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir, ünvan 1, **** saylı mənzilin mülkiyyətçisi ilə həmin mənzildən istifadə hüququ olan Cavabdeh arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam veriləcəyi halda ödəniləcək kompensasiy anın məbləği barədə mübahisə vardır. Cavabdeh iddiaçının ona təklif etdiyi 15000 manat kompensasiya məbləği ilə razılaşmamış, daha yüksək məbləğdə (20.000 manat) kompensasiya tələb etmişdir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün cavabdehin istədiyi məbləği deyil, mülkiyyətçinin təklif etdiyi kompensasiya məbləğini nəzərə almalı və həmin kompensasiya məbləğinin istifadəçiyə davamlı surətdə başqa yerdə əvvəlki mənzillə müqayisədə oxşar yaşamaq imkanı üçün yetərli olub-olmamasını qiymətləndirməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu cür mübahisələrdə kompensasiyanın miqdarını müəyyən edərkən ilk növbədə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ sahibinin bu hüququna xitam verilməzdən əvvəl, həmin yaşayış sahəsində qaldığ ı şəraitə, yaşayış sahəsinin yerləşdiyi əraziyə diqqət yetirilməsi zəruridir. Belə ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ sahibinin, mülkiyyətçinin mənzilində qaldığı şərtlər daxilində özünə başqa bir yaşayış yerini təmin edə bilməsi üçün nə qədər bir məsrəfə qatlanmalı olduğu nəzərə alınmalıdır.ünvan 1, **** saylı mənzil dörd yaşayış otağından ibarət olmaqla, 9 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşir, ümumi sahəsi 82,28 kv.m-dir. “Əmlak Ekspert Mərkəzi”ndən verilmiş 08 oktyabr 2018-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvana yaxın ərazidə 9 mərtəbəli yaşayış binaların 9-cu mərtəbəsində yerləşən dörd otaqlı, ümumi sahəsi 82,28 kv.m təşkil edən mənzillərin orta kirayə haqqı 350-400 manat təşkil edir. təklif edilən kompensasiya məbləği kifayətedici h esab edilə bilər. Belə ki, eyni ərazidə dörd otaqlı mənzillərin aylıq kirayə haqqının maksimum hesabla 400 manat olduğu dörd otaqlı mənzili kirayələyəcək cavabdehin həmin mənzildə iddiaçının təklif etdiyi 15000 manat kompensasiya məbləği ilə üç ildən artıq müddətdə yaşamaq imkanı olacaqdır ki, bu mənada təklif edilən kompensasiya məbləği kifayətedici hesab edilə bilər. Cavabdeh tərəfin mübahisəli mənzilin bazar qiymətinin yüksək məbləğdə olmasını bildirməsi isə mövcud mübahisənin həllində heç bir əhəmiyyət kəsb etmir. Başqa sözlə, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Apellyasiya qaydasında işə maxan məhkəmə kollegiyası iş üzrə nəticəyə gələrkən Mülki Məcəllənin 228-ci maddəsini və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “26 sentyabr 2007-ci il tarixli qərarlardakı hüquqi mövqeləri rəhbər tutmuşdur. Həmin qərarlardakı hüquqi mövqelər isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən “yaşayış sahəsi üzərində mülkiyyət hüququ” ilə “yaşayış sahəsindən istifadə hüququ” arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Kompensasiya məfhumu yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan-Respublikasının ərazisində məcburi qüvvəyə malikdir, eləcə də Mülki Prosessual Məcəllənin 13.7-ci maddəs ində təsbit edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh tərəfin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə işə baxıldığı üçün hazırkı iddia yolverilməzdir, qüvvədə olan əvvəlki məhkəmə qətnaməsi ilə təklif olunan kompensasiya məbləği 9000 manat olmuşdur. Hazırki işdə isə təklif olunan kompensasiya məbləği 15000 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi ilə bağlı məhkəmə yenidən müraciət edilməsinin yolverilməzliyi ilə bağlı müddəalar yoxdur, əksinə sözügedən qərarda həmin məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Buna görə də, hazırkı iddianın baxılmasına qanunla müəyyən edilmiş hər hansı bir əsas yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkə mə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmiş, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qayd asında ləğv edilməsi üçün əsaslar olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının bu iş üzrə 12 dekabr il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 2018-ci
Məhkəmə qərarları › İş №2(102)-3364/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3364/2019
13.05.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver