Məhkəmə qərarları › İş №2(102)-3364/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3364/2024

07.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3364/2024 07.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (maraqlı şəxslər X15 və Maraqlı şəxs Lütvəli oğlu) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın faktiki qəbulu ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (maraqlı şəxslər X15 və Maraqlı şəxs Lütvəli oğlu) qarşı “miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının 2(107)-880/2021 nömrəli, 6 may 2021-ci il tarixli qətnaməsindən Maraqlı şəxs Lütvəli oğlunun hüquqi varisi X25 tərəfindən verilmiş kassasiya şikayətinə 7 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 9393/4768 nömrəli şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün torpaq qeydinə (земельная запись) əsasən, 19-cu rayonu, Yunuslar küçəsi, ev 26 (hazırkı M.Rəsulov küçəsi, ev 24) ünvanında yerləşən 106,25 kv.m tikinti üçün, 493,75 kv.m həyətyanı olmaqla ümumilikdə 600 kv.m torpaq sahəsi X16 mülkiyyətinə verilmişdir.

2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X31 filialı tərəfindən verilmiş 9 avqust 2017-ci il tarixli arxiv çıxarışına əsa sən, vətəndaş X20 şəhərin Lenin küçəsi 100 nömrəli kvartalında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır.

3. Şəki ŞİHB-nın 1 nömrəli Sahə İƏD-si üzrə nümayəndəliyinin “Dodu” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 3 fevral 2019-cu il tarixli, 214 saylı vərəsəliyə dair arayışın təsdiq edilmiş surətinə əsasən, Şəki şəhəri, B.Vahabzadə küçəsi, 11 saylı evdə yaşamış X17 3 fevral 2019-cu il tarixdə vəfat etmiş və onun İddiaçı2, İddiaçı1 və Cavabdeh1 adlı vərəsələri olmuşdur.

4. Şəki ŞİHB “İpəkçi” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 23 iyun 2020-ci il tarixli, 3/737 saylı vərəsəliyə dair arayışa əsasən, X12 şəhəri, (keçmiş Yunuslar) küçəsi, 26 saylı evdə (hazırkı M.Rəsulov küçəsi, ev 24) yaşamış, xx.xx.2006-cı il tarixdə vəfat etmiş və onunla birgə nikah dövr ündə həmin ünvanda yaşamış arvadı X18 (vəfat etmişdir), oğlu X17 (ailəli olmuş, digər inzibati ərazidə yaşamış və vəfat etmişdir), oğlu Maraqlı şəxs Lütvəli oğlu və X15 adlı vərəsələri olmuşdur.

5. ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 10 oktyabr 2020-ci il tarixli məktuba əsasən, ünvan 1 ünvanda yerləşən X21 məxsus fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarış qeydiyyata alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Şəki Regional “Asan Xidmət Mərkəzində Notariat ofisinə (maraqlı şəxslər X15 və Maraqlı şəxs Lütvəli oğlu) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 atası, İddiaçı2 isə əri xx.xx.2019-cu ildə vəfat etmiş mərhum X7, mərhum X9 isə xx.xx.2006-cı ildə vəfat etmiş öz atası X14 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

7. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdırlar ki, X16 vəfatından sonra onun vərəsələri kimi arvadı-X18, oğlanları X17, Maraqlı şəxs Lütvəli oğlu və X15 qalmışlar. İddiaçı1 mərhum X16 vərəsəsi X9 oğlu, o isə mərhum X16 vərəsəsi X9 arvadı olmaqla mərhum X9 birinci növbəli vərəsələri olmuşlar. Həm onlar, həm də X2 öz atasının, yəni X16 qulluğunda durmuş, ona baxmış, onun vəfatından sonra dəfn və bundan sonrakı yas mərasimlərini el adətinə uyğun təşkil etmiş, bütün xərcləri qar şılamışlar. X17 atası X3 və atasının vəfatından sonra atasından miras qalmış əmlakda yaşamış, orada müxtəlif vaxtlarda təmir və abadlıq işləri aparmış, bununla da faktiki olaraq atasından qalmış mirası qəbul etdiyini nümayiş etdirmişdir. X6 arvadı Təmamət vəfat etdikdən sonra qayınatası Lütvəli onların yeni inşa etdirdikləri Şəki şəhəri, B.Vahabzadə, 11 saylı evdə onlarla birlikdə yaşamışdır. X4 qalmış mirası faktiki olaraq qəbul etmişlər. X16 digər vərəsələri Maraqlı şəxs Lütvəli oğlu və X15 1990-cı illərdən Rusiya Federasiyasına getmişlər, hal hazırda da orada yaşayırlar. Həmin şəxslərin yaşadıqları dəqiq ünvanlar isə onlara məlum olmamışdır. Onlar öz ataları mərhum X16 yas mərasimində də gəlib iştirak etməmiş, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində atalarından qalmış miras əml akı qəbul etmək istədiklərini nümayiş etdirən heç bir iradəvi hərəkətlər etməmişlər. Eyni zamanda Cavabdeh1 X16 vərəsəsi X9 xx.xx.2019-cu ildə vəfatından sonra dəfn və bundan sonrakı yas mərasimlərini el adətinə uyğun təşkil edilməsi ilə bağlı xərcləri qarşılamamış, mərhum X1 və vəfatından sonra ondan miras qalmış əmlakda yaşamamışdır. Cavabdeh1 işi ilə əlaqədar Bakı şəhərində yaşamış, bununla da faktiki olaraq atası X7 qalmış mirası qəbul etdiyini nümayiş etdirməmişdir. Göstərmişdir ki, qeyd edilən miras əmlakda torpaq qayınatasının adına qeydə alınsa da həmin torpağın üzərindəki ev onun adına dövlət qeydiyyatına alınmamışdır. Təxminən 10 il olmuşdur ki, həmin torpaqda mövcud olan evi kirayəyə vermişlər. İddiaçı1 babası, onun isə qayınatası X26 xx.xx.2006-cı ildə, İddiaçı1 atası, onun ə ri X17 isə xx.xx.2019-cu ildə vəfat etdiklərindən mirasın qəbul edilməsi ilə bağlı mübahisəyə 2000-ci ilin sentyabr ayının 1-dən sonra qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməli idi. Onun əri, İddiaçı1 isə atası olmuş X7, sonuncu isə öz atası X14 qalmış mirası faktiki olaraq qəbul etmişdir. Lakin onlar mirasın adlarına qeydə alınmasının rəsmiləşdirilməsi ilə bağlı notariat əməliyyatları həyata keçirə bilməmişlər. Onlar həmin mirasın adlarına qeydə alınmasının rəsmiləşdirilməsi üçün miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə müraciət etsələr də, notariat ofisi tərəfindən onların tələblərindən imtina edilmişdir.

8. Birinci instansiya məhkəmə sində Cavabdeh1 məhkəmə iclasında iştirak etmiş, iddianı qəbul etmədiyini, rədd edilməsini, izahatında miras əmlakda onun da payının olduğunu, payını tələb etdiyini bildirmişdir.

9. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, X22 görmüş və tanımışdır. Lütvəlinin Nurəli, Şirəli və Nuru adında 3 övladı olmuşdur. Lütvəli kişi 2006-cı ildə vəfat etmişdir. O, təxminən 1990-cı illərin sonundan vəfat edən günədək Nurəlinin evində yaşamışdır. Lütvəli kişinin yas mərasimini Nurəli vermişdir. Nurəli özü də 2019-cu ildə vəfat etmişdir. Lütvəli kişinin digər oğlanları Şirəli ailəli olmuş, və o, Rusiya Federasiyasında yaşamışdır. Nuru da Rusiya Federasiyasında yaşamış, lakin onun ailəli olub-olmamasını bilməmişdir. X21 məxsus torpaq sahəsi və onun üzərində olan ev Şəki şəhərində Kombinatdan yuxarıda, Yanıq Məscidin yanında yerləşmişdir. Həmin ev həmişə Nurəlinin nəzarətində olmuş, hazırda isə iddiaçıların sahibliyində olmuşdur.

10. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X11 və X8 şahid X5 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişlər.

11. Şəki Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(075)-130/2021 nömrəli (hakim C.İmanov) qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2006-cı ildə vəfat etmiş X14 miras qalmış 9393/4768 torpaq qeydində (земельная запись) göstərilən ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin xx.xx.2019-cu il tarixdə vəfat etmiş X13 düşən 1/3 payın, 1/3 hissəsinin İddiaçı1 və 1/3 hissəsinin isə İddiaçı2 tərəfindən qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi, iddianın qalan hi ssələrdə təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, miras qoymuş şəxs X26 23 aprel 2006-cı il tarixdə, X17 isə 3 fevral 2019-cu il tarixdə ölmüşdür. Göründüyü kimi tərəflər arasındakı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən sonra olan dövrlərdə əmələ gəlmişdir. Ona görə də tərəflər arasındakı hüquq münasibətlərinə 2000-ci ilin sentyabr ayının 1-dən sonra qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X16 vəfatından sonra onun vərəsələri kimi oğlanları X17, Maraqlı şəxs Lütvəli oğlu və X15 qalmışlar. İddiaçılardan biri İddiaçı1 mərhum X16 vərəsəsi X9 oğlu, digəri İddiaçı2 isə mərhum X16 vərəsəsi X9 arvadı olmuşdur. Həm onlar, həm də X2 öz atasının, yəni X16 qulluğunda durmuş, o na baxmış, onun vəfatından sonra dəfn və bundan sonrakı yas mərasimlərini el adətinə uyğun təşkil etmiş, bütün xərcləri qarşılamışlar. X17 atası X3 və atasının vəfatından sonra atasından miras qalmış əmlakda yaşamış, orada müxtəlif vaxtlarda təmir və abadlıq işləri aparmış, bununla da faktiki olaraq atasından qalmış mirası qəbul etdiyini nümayiş etdirmişdir. Onlar isə X7 qalmış mirası faktiki olaraq qəbul etmiş və hal-hazırda da onların istifadəsində və sahibliyində olmuşdur. X16 ünvan 4 ünvanında torpaq sahəsi qeydiyyata alınsa da həmin torpaq sahəsi üzərində hər hansı daşınmaz əmlak qeydiyyata alınmamışdır.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 1151.1, 1159.1.1, 1243.1, 1243.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 217.2 və 307.2.9cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində onların verdiyi izahatlar mötəbər sübut kimi qəbul edilməmiş, məhkəmə heç bir əsas göstərmədən qanunsuz və ədalətsiz qərar qəbul etmişdir.

17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-880/2021 nömrəli mülki iş üzrə 6 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.H.Şükürov (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, xx.xx.2006-cı ildə vəfat etmiş X14 miras qalmış 9393/4768 torpaq qeydində (земельная запись) göstərilən ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin xx.xx.2019-cu il tarixdə vəfat etmiş X13 düşən 1/3 payın, 1/3 hissəsinin İddiaçı1 və 1/3 hissəsinin isə İddiaçı2 tərəfindən qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi hissəsində ləğv edilmiş, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilmiş, xx.xx.2019-cu ildə vəfat etmiş mərhum X7, mərhum X9 isə xx.xx.2006-cı ildə vəfat etmiş öz atası X14 miras qalmış 9393/4768 torpaq qeydində (земельная запись) göstərilən ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 tərəfin dən qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi, apellyasiya şikayətinin qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən göründüyü kimi X16 ünvan 6 ünvanında torpaq sahəsi qeydiyyata alınsa da, həmin torpaq sahəsi üzərində hər hansı daşınmaz əmlak qeydiyyata alınmamışdır. Buna görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hissəyə dair gəldiyi nəticə ilə raz ılaşmışdır.

20. Lakin, məhkəmə kollegiyası M.Rəsulov küçəsi, 24 ünvanında yerləşən torpaq sahəsinin xx.xx.2019-cu il tarixdə vəfat etmiş X13 düşən 1/3 payın, 1/3 hissəsinin İddiaçı1 və 1/3 hissəsinin isə İddiaçı2 tərəfindən qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi hissəsi ilə razılaşmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, X22 görmüş və tanımışdır. Lütvəlinin Nurəli, Şirəli və Nuru adında 3 övladı olmuşdur. Lütvəli kişi 2006-cı ildə vəfat etmişdir. O, təxminən 1990-cı illərin sonundan vəfat edən günədək Nurəlinin evində yaşamışdır. Lütvəli kişinin yas mərasimini Nurəli vermişdir. Nurəli özü də 2019-cu ildə vəfat etmişdir. Lütvəli kişinin digər oğlanları Şirəli ailəli olmuş və o, Rusiya Federasiyasında yaş amışdır. Nuru da Rusiya Federasiyasında yaşamış, lakin onun ailəli olub-olmamasını bilməmişdir. X21 məxsus torpaq sahəsi və onun üzərində olan ev Şəki şəhərində Kombinatdan yuxarıda, Yanıq Məscidin yanında yerləşmişdir. Həmin ev həmişə Nurəlinin nəzarətində olmuş, hazırda isə iddiaçıların sahibliyində olmuşdur. Göründüyü kimi X16 Şirəli və Nuru adında digər vərəsələri də olmuşdur. Lakin, onların hər ikisi Rusiya Federasiyasında yaşadığından onların mirası qəbul edib-etməmələri barədə heç bir məlumat olmamışdır.

21. Məhkəmə kollegiyası digər tərəfdən onu da xatırlatmağı zəruri bilmişdir ki, faktiki olaraq iddia tələbi xx.xx.2019-cu ildə vəfat etmiş mərhum X7, mərhum X9 isə xx.xx.2006cı ildə vəfat etmiş öz atası X14 miras qalmış fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət miras əmlak ı qəbul etmələri faktının müəyyən edilməsi təşkil etsə də, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, xx.xx.2006-cı ildə vəfat etmiş X14 miras qalmış 9393/4768 torpaq qeydində (земельная запись) göstərilən ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin xx.xx.2019-cu il tarixdə vəfat etmiş X13 düşən 1/3 payın, 1/3 hissəsinin İddiaçı1 və 1/3 hissəsinin isə İddiaçı2 tərəfindən qəbul edilməsi hüquqi faktının müəyyən edilməsini qət etmişdir. Halbuki, tədqiq edilən işdən iddiaçıların belə bir tələb irəli sürməsi müəyyən edilmir, həmçinin hazırkı mülki iş üzrə cavabdehlərin məlum miras əmlakı qəbul edib-etməmələri müəyyən edilmir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, 71-ci, Mülki Məcəllənin 1133.1, 1159.1.1, 1243, 1255-ci, “Notariat haqqın da” Azərbaycan Respublikası Qanununun 57-ci, MPM-in 14.2, 77.1, 217.4, 384.0.2 və 385.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Maraqlı şəxs Lütvəli oğlunun hüquqi varisi X25 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 46, 68, 71-ci, Mülki Məcəllənin 1151, 1159.1.1, 1243.1, 1243.2, 1246-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 201 4-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarlarına və MPM-in 9.3, 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını iddiaçıların mövqeyinə uyğun qiymət vermiş, işin faktiki hallarını araşdırmamış, həqiqətin üzə çıxarılması üçün heç bir addım atmamışdır. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2006-cı ildə vəfat etmiş X16 ölümündən sonra ondan miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı xüsusatları da tam araşdırmamışdır. Belə ki, ilkin olaraq mirasa daxil olan əmlaklar müəyyən edildikdən sonra həmin mirası qəbul etmək səlahiyyəti olan şəxslərin dairəsi müəyyən edilməli olduğu halda mülki işdə X16 ölümündən sonra ondan miras qalmış əmlakı birinci növbədə kimlərin qəbul etmək səlahiyyəti olması, onlardan hansıların mirası qəbul edib-etməməsi ətraflı araşdırılmalı idi ki, işə baxan məhkəmə tərkibi tərəfindən həmin xüsusatlar nəzərə alınmamışdır. Maraqlı şəxs atası X26 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Həmin vaxt da, dəfn və yas xərclərinin qarşılanması üçün maddi yardım kimi pul göndərmiş, sonra isə yas mərasimində iştirak etmək üçün Azərbaycan Respublikasına gəlmişlər. Yas mərasimini yola verdikdən sonra isə yenidən Rusiya Federasiyasına qayıtmışlar. Mərhum Maraqlı şəxs və ailə üzvləri hər dəfə Azərbaycan Respublik asına gələndə valideynlərinə məxsus evdə qalmış, həmin evi faktiki olaraq idarə etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin məsələyə qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

27. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

28. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

29. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

30. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

31. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

32. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada o lmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

33. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflə rin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü mad dəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə maraqlı şəxs tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillərlə bağlı qeyd edir ki, hazırkı qətnamə xx.xx.2019-cu ildə vəfat etmiş mərhum X7, mərhum X9 isə xx.xx.2006-cı ildə və fat etmiş öz atası X14 miras qalmış 9393/4768 torpaq qeydində (земельная запись) göstərilən ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi barədə olmaqla, X16 digər vərəsələri tərəfindən mirası qəbul edib-etməməsi məsələsinə dair hər hansı hüquqi qiyməti özündə əks etdirmir.

47. Kassasiya şikayətində kassator tərəfindən mərhum X9 atasından qalan mirası qəbul etməməsi, həmçinin Nurəlidən qalan mirasın iddiaçılar tərəfindən qəbul edilməməsi barədə hər hansı dəlil irəli sürülməmiş, onun mərhum həyat yoldaşı Maraqlı şəxs da mirası qəbul etdiyini göstərmişdir.

48. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı qətnamə ilə Maraqlı şəxs mirası qəbul etməməsi barədə hal müəyyən edilmədiyindən kassasiya şikayətin in işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri əsassızdır.

49. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına isti nad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

50. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsa s vermir.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli 2(107)880/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar