Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3370/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Nümayəndə, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən payın ayrılması və naturada bölünməsi” tələbinə dair iş üzrə QƏRARDADİ İş № 2(102)-3370/2024 (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması; kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə) 6 sentyabr 2024-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məru zəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Nümayəndə, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən payın ayrılması və naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-848/2024 nömrəli, 23 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayonu Hacılar kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN0041 saylı 30210028 kodlu dövlət aktında göstərilən ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsindən payının müəyy ən edilərək naturada ayrılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Xaçmaz Rayon Məhkəməsinin (hakim Sərxan Səmədzadə) 08 yanvar 2024-cü il tarixli, 2(067)-22/2024 nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, torpağa mülkiyyət hüququna dair JN-0041 saylı 30210028 kodlu dövlət aktında göstərilən Xaçmaz rayonunun Hacılar kəndində yerləşən 11,24 ha torpaq sahəsinin, 9,34 ha torpaq sahəsindən İddiaçı 1/5 hissədə payının müəyyən edilməsi, İddiaçı birinci cizgi planında göstərilən 7,26 ha torpaq sahəsindən şərti olaraq “A” hərfi ilə işarələnmiş və ikinci cizgi planında göstərilən 2,08 ha torpaq sahəsindən şərti olaraq “A” hərfi ilə işarələnmiş hissələrın naturada ayrılaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Nümayəndə, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun Nümayəndə, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Qətnamədən narazı qalan cavabdeh Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(067)22/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən təmin olunaraq ailəsinin ümumi istifadəsində olan torpaq sahəsindən ona düşən payın hə min torpaq sahəsinin 2.08 ha hissəsindən ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının nömrəli, xx.xx.2024-cü il 2(105)-848/2024 tarixli qətnaməsi ilə (hakimlər – İ. K. Dəmirov (sədrlik edən və məruzəçi), F. Ə. Məmmədov, L. E. Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(067)-22/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri:
5. Qətnamədən narazı qalan cavabdeh Nümayəndə (onun vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-848/2024 saylı q ətnaməsinin ləğv edilməsini, İddiaçı iddiası qismən təmin olunaraq ailələrinin ümumi istifadəsində olan torpaq sahəsindən ona düşən payın həmin torpaq sahəsinin 2,08 ha hissəsindən ayrılaraq ona verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
6. Maddə 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayət i verilə bilər.
7. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
8. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
9. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tut ulmuş əsasların mövcudluğunun əsaslandırılması;
10. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;
11. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Məhkəmə kollegiyası kassasi ya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
13. Belə ki, iş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir, belə ki cavabdeh Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətində maddi və prosessual maddələr sadalansa belə, həmin maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Halbiki Azərbaycan Respublikasının MPM-in 407.1.4-cü maddəsində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının kassasiya şikayətində gö stərilməli olduğu, həmin Məcəllənin 408.1.5-ci maddəsində kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmalı olduğu göstərilmişdir.
14. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının MPM-in 407-ci maddəsinin tələblərinə tam cavab verməyən kassasiya şikayətini həmin Məcəllənin 409-cu maddəsinin tələbinə zidd olaraq mülki işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
15. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə kassasiya şikayəti qeyri- mümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
16. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-848/2024 nömrəli qətnaməsindən ca vabdeh Nümayəndən tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.