Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3371/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2018-ci il tarixli, 2(103)11263/2018 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim Z.Quliyev) 18.05.2017-ci il tarix li, 2(004)-4380/2017 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddiasının təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “borcun qaytarılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilərək, 25000 ABŞ dolları məbləğində əsas borc və 625 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 25625 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının və 42.50 manat məbləğində məhkəmə xərclərinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) 18.04.2018-ci il tarixli, 2(103)-3156/2018 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılı qlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli, 2(004)-4380/2017 nömrəli qətnaməsinin qismən, qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qətnamənin iddiaçının apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlnması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İsgəndərov, Ə.Əhmədov, İ.Dəmirov) 31.08.2018-ci il tarixli, 2(102)-5463/2018 nömrəli qərarı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.04.2018-ci il tarixli, 2(103)-3156 /2018 nömrəli qətnaməsinin qismən – borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilməsi və işin həmin hissədə yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər H.Həsənov, Ş.Məmmədova, N.Cəfərov) 18.12.2018-ci il tarixli, 2(103)-11263/2018 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin “25000 ABŞ dolları məbləğində əsas borc və 625 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 25625 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutular aq Cavabdeh ödənilməsinə” aid hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili Salehzadə Ümman Tofiq oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 31.03.2017-ci il tarixdə məhkəməyə müraciət edərək,Cavabdeh ilə 13.10.2016-cı il tarixdə aralarında bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “borcun qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 25625 ABŞ dollarının və 41.50 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili Salehzadə Ümman Tofiq oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, İddiaçıla Cavabdeh 01.06.2016-cı il tarixdə paraşok istehsalı üçün birgə şəriklik haqqında müqavilə bağlayıb işə başlamağa qərar vermişlər. Şəriklik üzrə qoyulan pullar birləşdirilmiş və guya İddiaçı 45000 ABŞ dolları pulu Cavabdeh verməli olmuşdur. İddiaçı 20000 ABŞ dollarını Cavabdeh vermiş, qalan 25000 ABŞ dolları pulu isə bir ay müddətində verəcəyini bildirmiş, bununla bağlı Cavabdeh təklifi ilə guya ondan 1 ay müddətinə 25000 ABŞ dollarında borc alması barəd ə həqiqi olmayan yalan əqd-kredit müqaviləsi bağlamışdır. Əslində onlar arasında borc münasibətləri olmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin etiraz və izahatlarına düzgün münasibət bəsləməmiş, şahidlərin dindirilməsinə dair verilmiş vəsatətləri qanunsuz olaraq təmin etməmişdir. Bununla məhkəmə Azərbaycan Respublikasının MPM-nin 62.1 və 371-ci maddələrinin tələblərini pozmuşdur. Eyni zamanda MPM-nin 77.1-ci maddəsi də düzgün tətbiq edilməmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi maddə və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması bar ədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili Salehzadə Ümman Tofiq oğlu və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Ape llyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 18.12.2018-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini təmin etməyərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin “25000 ABŞ dolları məbləğində əsas borc və 625 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 25625 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Cavabdeh ödənilməsinə” aid hissədə dəyişdirilmədən saxlanması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh 13 oktyabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 13.11.2016-cı il tarixədək qaytarılması şərtilə 25000 ABŞ dolları borc pul almışdır. İddiaçı həmin borcu Cavabdeh qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəz ifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kre ditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası qeyd etmişdir ki, artıq müqavilənin etibarsızlığı ilə bağlı iddiaçının dəlillərinin yenidən araşdırılması yolverilməzdir. Belə olan halda isə aşkar olaraq müəyyən olunmuş olur ki, ilkin iddia üzrə iddiaçı müqavilənin digər tərəfindən pulu alması və ondan istifadə etməsi mübahisəsizdir. İlk iddiaçı tərəf hazırki işin araşdırılan halları baxımından alınmış pulun geri qaytarılmasını sübut etməlidi, lakin o, pulu geri q aytarmasına dair sübut təqdim etmir, əksinə ümumiyyətlə pulu almadığını, alınmayan pula görə öhdəliyinin yaranmadığını qeyd edir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilk iddiaçının dəlillərini təsdiq edən hər hansı bir sübut yoxdur. Nəzərə alınmalıdır ki, borc sənədi mövcuddur, həmin müqavilədə əks olunmuş pul məbləğinin geri qaytarılmasına dair müqavilənin üzərində və ayrıca olaraq hər hansı qeyd edilməmişdir, borc sənədi cavabdehdə qalmaqda davam edir. Bu halda isə iddiaçı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi icra etməlidir. Müqavilənin icra edilməməsi isə həmin həddə və əlavə olaraq əldən çıxmış fayda nəzərə alınmaqla ilk iddia üzrə cavabdehə zərər vurulmasına şərait yaratmış olur. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin dəyiş dirilmədən saxlnması qənaətinə gəlmişdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, kassasiya baxışı zamanı apelyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, mübahisələndirilən hissə üzrə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üç ün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11263/2018 saylı, 18.12.2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi and
Məhkəmə qərarları › İş №2(102)-3371/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3371/2019
20.05.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver