Məhkəmə qərarları › İş №2(102)-3371/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3371/2022

14.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3371/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (“X3” müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçu), Həsənov Vüqar Təvəkkül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (“X3” müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-710/2 022 nömrəli, 09 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X3 rayonu X3 qəsəbəsinin ərazi hüdudları daxilində, X3 qəsəbə ərazisindən istifadəsində olan 300 kv.metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alğı-satqı yolu ilə mülkiyyətinə ayrılması barədə X3 qəsəbə Bələdiyyəsi sədrinin xx.xx.2007-ci il tarixli, 1121 saylı sərəncamı verilmişdir. İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixli kassa mədaxil orderi ilə bələdiyyəyə 528 manat ödəniş edilmişdir. İddiaçıya ayrılmış torpaq sahəsinin eskizi tərtib olunaraq, bələdiyyə sədri tərəfindən təsdiq edilmişdir.

2. X3 qəsəbə Bələdiyyəsi sədr inin xx.xx.2005-ci il tarixli, 161911 saylı sərəncamı ilə X3 rayonu X3 qəsəbəsinin ərazi hüdudları daxilində, X3 qəsəbə ərazisindən 300 kv.metr boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh alğı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Bələdiyyə ilə Cavabdeh arasında torpaqların alğı-satqısına dair akt tərtib olunmuş və bələdiyyənin mütəxəssisi tərəfindən torpaq sahəsinin planı tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsində özbaşına və qanunsuz tikililərin sökülməsi, orada təmir və tamamlama işlərinin dayandırılması və özbaşına zəbt edilmiş torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, X3 rayonu, X3 qəsəbə Bələdiyyəsindən 13 iyul 2007-ci il tarixdə alğı-satqı yolu ilə X3 qəsəbəsi ərazisindən 300 kv.metr torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi X3 qəsəbə Bələdiyyəsi sədrinin 13 iyul 2007-ci il tarixli 1121 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin onun mülkiyyətinə verilməsi Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, "Bələdiyyələrin statusu haqqında" Qanunun 16-cı maddəsinin 3-cü, 4-cü bəndlərinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun, bir sözlə bütün hüquqi prosedur qaydalarına əməl edilməklə X3 rayon İcra Hakimiyyətinin razılığına, X1 Nizamnaməsinə uyğun olaraq sənədləşdirilmişdir. Sərəncamda göstərilmişdir ki, ayrılmış ərazidə kommunikasiya xətlərini gözləmək şərti ilə binanın eskizi rayon memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra fərdi yaşayış evi tikmək olar. Torpaq sahəsinin qanuni mülkiyyətçisi və sahibidir. 2019-cu ilin sentyabr ayının əvvəlində Cavabdeh tərəfindən onun mülkiyyətində olan həmin torpaq sahəsi, əlavə olaraq bələdiyyə torpağından da təxminən 100 kv.metr torpaq sahəsi özbaşına zəbt edilərək yüksək gərginlikli elektrik xətti altında eyni vaxtda 3 evin tikintisinə başlanmışdır. Qonşuların torpaq sahəsinin ona məxsus olmasını demələrinə baxmayaraq, cavabdeh tikintini davam etdirmişdir. Qonşular bu barədə telefonla ona məlumat verdikdən sonra oraya gedib torpağa aid sənədləri göstərməklə həmin to rpaq sahəsinin qanuni sənədlərlə ona məxsus olduğunu deməsinə baxmayaraq, cavabdeh tikintini davam etdirmişdir. Onun mülkiyyətində olan torpaq sahəsində özbaşına qanunsuz fərdi yaşayış evləri tikilərkən Cavabdeh heç bir inşaat norma və qaydalarına əməl etməmiş, qanunları kobud şəkildə pozmuşdur.

5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh və vəkili Q.Sadıov iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi C.Cəfərov izahat verərək bildirmişdir ki, hazırda mübahisə predmeti olan torpaq sahəsi koordinatlarına görə “X3”-yə məxsusdur. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

7. Tərəflərin təqdim etdiyi sənədlərdə göstərilən torpaq sahələrinin üst-üstə düşməsini, cavabdeh t ərəfindən iddiaçının torpaq sahəsində tikinti işləri aparmasını və mübahisəli torpağın hansl kateqoriya torpaq sahəsinə aid olmasının müəyyən etmək üçün birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunmuşdur.

8. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı və Cavabdeh ayrılmış torpaq sahələrinin sxemlərində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, İddiaçı ayrılmış torpaq sahəsi ilə Cavabdeh ayrılmış torpaq sahəsinin hal-hazırda üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı və Cavabdeh ayrılmış torpaq sahələrinin sxemlərində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməm əsi səbəbindən, Bakı şəhəri X3 rayonu X1 13 iyul 2007-ci il tarixli, 1121 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m. torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Ölçülən mübahisəli ərazi dövlət mülkiyyəti olub, sənaye təyinatlı torpaq kateqoriyasına aiddir.

9. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyində göstərilir ki, mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman iş materiallarında olan X3 qəsəbə bələdiyyəsi tərəfindən tərtib edilmiş “Vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin eskizi” və “Vətəndaş Cavabdeh təklif olunan torpaq sahəsinin planı” (səh.38; səh.66) sənədlərində göstərilən yollar, yaşayış evlərinin yerləşdiyi ərazilər, elektrik xətləri, Elektrostansiya, Beton zavodu, avtopark və s. müabahisəli torpaq sahəsi ilə naturada müqayisə olunarkən müəyyən olunmuşdur ki, iş materiallarında olan (səh.38) sxemdə göstərilən İddiaçı ayrılmış torpaq sahəsi mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi ilə uyğun gəlir. Mübahisəli torpaq sahəsi faktiki olaraq Cavabdeh istifadəsindədir, lakin həmin torpaq sahəsi mülki iş materiallarında olan “Vətəndaş Cavabdeh təklif olunan torpaq sahəsinin planı” sənədində göstərilən ərazi ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən ölçülən mübahisəli ərazi Dövlət mülkiyyətində olub, sənaye təyinatlı torpaq kateqoriyasına aiddir.

10. Bakı şəhə ri X3 Rayon Мəhkəməsinin 2(001)-121/2021 saylı iş üzrə qəbul etdiyi 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi və iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərcinin İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki iş üzrə onun mübahisəli yaşayış sahəsinin, yaxud onun yerləşdiyi torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyil.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.3, 139.1, 157.2, 158.1, 158.2, 158.4, 164.1, 164.2, 166.3-cü, Mülki Prossesual Məcəllənin 4.1, 14.2, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəyində göstərilmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyə tərəfindən onun mülkiyyətinə verilmiş torpaq sahəsidir. Cavabdehin təqdim etdiyi sxemdə göstərilən torpaq sahəsinə uyğun gəlmir. Əmlak məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kad astrı və Ünvan Reyestri Xidmətinin verdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçı ilə cavabdehə ayrılmış torpaq sahələrinin üst-üstə düşməsini müəyyən etmək olmur. Məhkəmə konkret olaraq torpaq sahəsinin kimə məxsus olması sualını qoyub cavab almaq əvəzinə heç bir əhəmiyyəti olmayan mütəxəssis rəyi almışdır. Torpaq sahəsinin üst-üstə düşməməsi onun iddiaçıya məxsus olmasını inkar etmir. Amma Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəydən görünür ki, mübahisəli torpaq sahəsi cavabdehin təqdim etdiyi sxemdə göstərilən torpaq sahəsi deyil. Yəni o, iddiaçının mülkiyyətimdə olan torpaq sahəsini özbaşına tutmuşdur. Məhkəmə mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətinə məxsus olması qərarına gəlmiş, qanunsuz verilmiş sərəncamların ləğvi, özbaşına tutulmuş torpaq sahəsindən cavabdehin ç ıxarılması, özbaşına tikilinin sökülməsi barədə qətnaməsində bir kəlmə də yazmayaraq özbaşına tutulmuş torpaq sahəsinin, özbaşına tikilinin cavabdehdə qalmasını təmin etmişdir. İki il sürən məhkəmə başa çatana qədər cavabdeh onun mülkiyyətinə verilmiş torpaq sahəsindən əlavə 60 kv.m torpaq sahəsini də özbaşına tutaraq, eyni zamanda mübahisəli torpaq sahəsində üç ev tikərək satmışdır. Məhkəmə qətnaməsində göstərilmişdir ki, onun iddia vermək üçün subyektiv hüququ yoxdur. “Daşınmaz əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bələdiyyə qərarı daşınmaz əmlakın qeydə alınması üçün əsasdır. Məhkəmə bələdiyyənin sərəncamları ləğv edilmədən onun iddiasını təmin etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən iddia müddəti on ildir. Torpaq sahəsi isə 14 ildir ki, onun mülkiyyətinə verilib. Odur ki, həmin torpaq sahəsi ondan geri tələb edilə bilməz. Məhkəmə mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən kimə verilməsinə qiymət verməmişdir. Həmçinin onun məhkəmədə qanuni şəkildə verdiyi vəsatətlərin heç biri araşdırılmamışdır. Belə ki, vəsatət versə də, məhkəmə bələdiyyənin əməkdaşlarını dəvət edib sonradan həmin ərazinin bələdiyyə mülkiyyətinə verilib-verilməməsini, ümumiyyətlə həmin torpaq sahəsinin cavabdehə aid olub-olmamasını, cavabdehin təqdim etdiyi sənəddə göstərilən torpaq sahəsinin harada yerləşməsini də aydınlaşdırmamışdır. Hətta ekspert qarşısında da bu barədə sual qoymamışdır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-710/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri X3 Rayon Мəhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilmiş, iddianın təmin edilməsi, xx.xx.2007-ci il tarixli X3 rayonu X1 sərəncamına əsasən İddiaçı ayrılmış X3 rayonu X3 qəsəbəsinin ərazi hüdudları daxilində, X3 qəsəbə ərazisindən istifadəsində olan 300 kv.metr torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi, təmir və tamamlama işlərinin dayandırılması və Cavabdeh həmin torpaq sahəsindən çıxarılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı veril məsi, birinci instansiya məhkəməsinin baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pulun Cavabdeh alınıb dövlət büdcəsinin hesabına köçürülməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Məmmədov X2 Zakir Nuru oğluna X3 qəsəbəsi ərazisindən istifadəsində olan 300 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsindən istifadə etməklə tikili inşa etmişdir ki, bununla da iddiaçının ona xx.xx.2007-ci il tarixli X3 rayonu X1 sərəncamı ilə ayrılmış torpaq sahəsindən istifadə etməsinə maneəçilik yaratmışdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı aparılmasa da həmin torpaq sahəsi məhz xx.xx.2007-ci il tarixli X3 rayonu X1 sərəncamı ilə iddiaçıya alğı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır ki, həmin akt Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.

18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyindən həmçinin mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olub, sənaye təyinatlı torpaq kateqoriyasına aid olması göstərilsə də, hazırki vəziyyətdə həmin hal mübahisə edilmir, belə ki, iddiaçı ona qüvvədə olan sərəncamla ayrılmış torpaq sahəsinə dair mübahisə qaldırmışdır və həmin mübahis ə fiziki şəxslər arasında olmuşdur ki, həmin halın mövcudluğu hazırki vəziyyətdə iddia tələbinin təmin edilməməsi üçün əsas olmamışdır.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1391.1.1, 158.1, 158.2, 158.4-cü, Mülki Prossesual Məcəllənin 49.3, 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli torpaq sahəsinə hər hansı bir hüququ olmadığı halda apellyasiya instansiyası məhkəməsi X1 xx.xx.2007-ci il tarixli torpaq sahəsinin alğı-satqı qaydasında ayrılması haqqında sərəncamına əsaslanmaqla qanunsuz qətnamə çıxarmışdır. Belə ki, qeyd edilən torpaq sahəsi xx.xx.2005-ci il tarixli sərəncamla iddiaçıdan əvvəl cavabdehin mülkiyyətinə verilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi ilə mübahisəli ərazinin dövlət mülkiyyəti olmaqla, sənaye təyinatlı torpaq kateqoriyasına aid olduğu müəyyən edildiyindən həmin torpaq sahəsi bələdiyyə torpağı kimi alğı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi hesab edilə bilməz. Göründüyü kimi iddiaçının mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüququ ol madığından onun hazırkı iddianı irəli sürməyə subyektiv hüququ olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Prosessual məsələlər

24. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

25. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respu blikasının Mülki Məcəlləsi

23. Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

24. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 157.8 Mülkiyyət çi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

27. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

28. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Bələdiyyələrin statusu” haqqında Qanun

29. Maddə 19, 4-c ü hissə. Bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun

30. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.

31. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

32. Maddə 6.5. Torpa q sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyə qədər olan redaksiyada). "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə 33.

1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 34. 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir. 35.

14. Hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 5 gün müddətində baxılır (14 fevral 2014-cü il tarixli 906-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək olan redaksiyada). 36.

15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. 37.

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş plan ına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət verilə bilər. 38.

19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. 39.

22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. 40.

23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (22 və 23-cü bəndlər 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişiklikdən sonra yeni redaksiyada verilmişdir). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

41. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının ida rə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər (15 fevral 2016-cı il tarixli qanunla edilən dəyişikliyə qədər olan redaksiyada). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüq uq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 417.1.3 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

45. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xah iş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması haqqında prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

49. Belə ki, iddiaçı tələbinin faktik əsası kimi, ona bələdiyyə tərəfindən satılmış torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikili inşa edildiyini bildirir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüquq un məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.

52. Apellyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüquqları ilə bağlı qeyd etmişdir ki, «mübahisəli torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı aparılmasa da həmin torpaq sahəsi məhz xx.xx.2007-ci il tarixli X3 rayonu X1 sərəncamı ilə iddia çıya alğı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır ki, həmin akt Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.»

53. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur.

54. Burada bəhs olunan bələdiyyə aktı, “Bələdiyyələrin statusu haqqında” qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyətə verilməsi barədə bələdiyyə qərarıdır. Bələdiyyənin bu qərarı ümumi yığıncağın qərarıdır.

55. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 6-cə bəndinə görə, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə barədə məsələlər, bələdiyyələrin iclaslarında həll edilir.

56. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir.

57. Bələdiyyə sədrinin sərəncamı isə, “Bələdiyyələrin statusu haqqında” qanunun 19cu maddəsində nəzərdə tutulan, bələdiyyənin sədrinin səlahiyyətlərinə aid aktlardır.

58. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddiaçının id dia etdiyi torpaq sahəsinin yerinin müəyyən edilməsi zamanı iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə istinad etmişdır. Həmin rəydə mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman iş materiallarında olan X3 qəsəbə bələdiyyəsi tərəfindən tərtib edilmiş “Vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin eskizi” və “Vətəndaş Cavabdeh təklif olunan torpaq sahəsinin planı”na istinad olunmuşdur.

59. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin ekspert rəyinə əsasən gəldiyi bu nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir.

60. Qanunvericiliyin mən asına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir.

61. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edil sin.

62. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların mümkünlüyündən bəhs edən MPM-nin 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

63. Bu baxımdan nəzərə alınmalıdır ki, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ö lçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. 64. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin üçüncü abzasına görə, həmin Əsasnamənin 19-cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torp aq sahələrinə dair) həyata keçirirlər (15 fevral 2016-cı il tarixli qanunla edilən dəyişikliyə qədər olan redaksiyada).

65. Göründüyü kimi, iddiaçıya verilmiş torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri tərəfindən tərtib olunmuş yerin planı və ölçüsü sənədi ola bilərdi. Lakin iş materiallarında bu cür sənəd yoxdur və ekspert yalnız bələdiyyə sədri tərəfindən təsdiq edilmiş torpaq sahəsinin eskizi əsasında araşdırma aparmışdır.

66. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi ekspert rəyi əsasında birmənalı olaraq iddia olunan torpaq sahəsinin dövlət mülkiyyətində olub, sənaye təyinatlı torpaq kateqoriyasına aid olduğunu müəyyən etməsinə baxmayaraq, iddianı təmin etmişdir. Məhkəmə bu zaman mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi baxışı zamanı Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyindən həmçinin mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olub, sənaye təyinatlı torpaq kateqoriyasına aid olması göstərilsə də, hazırki vəziyyətdə həmin hal mübahisə edilmir, belə ki, iddiaçı ona qüvvədə olan sərəncamla ayrılmış torpaq sahəsinə dair mübahisə qaldırmışdır və həmin mübahisə fiziki şəxslər arasında olmuşdur ki, həmin halın mövcudluğu hazırki vəziyyətdə iddia tələbinin təmin edilməməsi üçün əsas olmamışdır.

67. Məhkəmə kollegiyası bu əsaslandırma ilə razılaşmır. Çünki bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn yaranması üçün bu torpaq sahəsinin verilməsi barədə bələdiyyənin qərarının, habelə tərəflər arasında müqavi lənin bağlanması zəruridir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.2-ci maddəsi). Lakin işdə iddiaçıya münasibətdə bu cür əsaslar yoxdur. Mülki Məcəllənin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

68. Bundan başqa, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsi başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sa həsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir.

69. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyy ətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

70. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

71. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-710/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar