Məhkəmə qərarları › İş №2(102)-3373/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3373/2021

16.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3373/2021 16.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3373/21 (Açar sözlər: borcun silinməsi, apellyasiya və kassasiyanın hədləri) Bakı şəhəri, 16 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1103/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdehn kassasiya şikayətinə 16 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ev İddiaçı məxsusdur.

2. Cavabdeh İctimai Birliyi tərəfindən iddiaçının yaşadığı ünvan üzrə qazdan istifadə ilə bağlı müxtəlif vaxtlarda bir neçə akt tərtib edilmişdir.

3. İddiaçı həmin aktları qanunsuz hesab edir. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair hesablanmış 10693.60 manat debitor borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı sonradan iddia tələbin dəqiqləşdirmiş və əsa ssız hesbalanmış 8100 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırıb ki, təbii qazdan istifadəyə görə iddiaçı daim vaxtı-vaxtında ödənişlər aparmışdır.

7. Cavabdeh təşkilatın əməkdaşları iddiaçının məlumatı olmadan qanunsuz aktlar tərtib edərək ümumilikdə 10693,6 manat məbləğində əsassız borc hesablamışlar.

8. İddiaçıya bununla bağlı yerli qaz idarəsindən bildirmişlər ki, guya iddiaçı sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə edib və cərimə də buna görə hesablanıb.

9. Halbuki iddiaçı istifadəsində olmuş qaz sayğacına müdaxilə etməmişdir. Qaz sayğacına hər ay cavabdehin əməkdaşları tərəfindən baxış keçirilirdi, əgər hər hansı bir müdaxilə halı olsaydı, cavabdehin bundan dərhal xəbəri olardı.

10. İddiaçı tələ binin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.2-ci maddəsinə istinad etmidir.

11. Cavabdehin nümayəndəsinin vəsatətinə əsasən birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-tikinti ekspertizası təyin etmiş və ekspertin qarşısında iddiaçının ünvanında quraşdırılmış sayğacdan kənar xəttin çəkilib-çəkilməməsi, belə xəttin izlərinin mövcud olub-olmaması barədə suallar qoymuşdur.

12. Məhkəmə Ekspertiza Mərkəzinin 10/1041 nömrəli, 20.07.2020-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər-hansı qoşulma halı, eləcə də kənar xəttin çəkilməsinə xarakterik izlər aşkar edilməmişdir.

13. Cavabdehin nümayəndəsi iddiya etiraz edərək, göstərib ki, iddiaçının yaşadığı ünvana baxış keçirilmiş, onun sayğacdan kənar xəttdən istifadə etmə si aşkar olunub, bununla bağləı aktlar tərtib edilib. Borc qanuni əsaslarla hesablanmışdır.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1092/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanda **********09810 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 8100 (səkkiz min yüz) manat məbləğində borcun silinməsi, Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 (yüz iki) manatın alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Şəhriyar Əliyev)

15. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, o cümlədən ekspert rəyinə əsaslanaraq müəyyən etmişdir ki, iddiaçının yaşadığı evə baxış keçrilərəkən sayğacdan kənar xətt aşka rlanması səbəbi ilə müxtəlif tarixlərdə aktlar tərtib olunmuş, həmin aktlar əsasında iddiaçının abonent hesabına itirilmiş qazın bərpası üzrə 8100 manat borc hesablanmışdır, həmin məbləğ iddiaçının abonent hesabına borc kimi daxil edilməklə ondan tələb edilir. İddiaçının qaz xəttindən sayğacdan kənar qeyri-qanuni istifadə etməsi halı isə müəyyən edilmədi.

16. Birinci instansiya məhkəməsi hesab edib ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən paylayıcı xətdən sayğacdan kənar qoşulma və iddiaçının qazdan qeyri-qanuni istifadə etmə halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı **********09810 saylı abonent koduna itirilmiş qazın bə rpası üzrə hesablanmış 8100 manat məbləğində borc silinməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 560.1, «Qaz təchizatı haqqında» Qanunun 13-cü maddəsinin 9-cu bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh “Azərişıq“ ASC apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, iddiaçının yaşadığı ünvanda abonentin iştirakı ilə qeyri-qanuni qoşulmalara dair aktlar tərtib edilərək, təbii qazın verilməsi dayandırılmış, bu səbəbdən də itirilmiş qazın dəyərinə görə 81 00 manat məbləğində borc hesablanmışdır.

20. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1103/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1092/2020 saylı iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi) Fuad Talışınski, Rafael Eyvazov)

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır. Belə ki, sayğacından kənar xəttin olması iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə təsdiqini tapmamışdır. Cavabdeh isə ekspert rəyinin doğru olmamasına və kənar xəttin mövcudluğuna dair mötəbər və kifayətedici sübutlar təqdim etməmişdir.

22. Apellyasiya instansiya onu da qeyd edib ki, kənar xəttə qoşulma ixtisaslı şəxslərin rəyi ilə təkzib edildiyi halda, cavabdeh təşkilatın tərəfsiz şəxslərin iştirakı olmadan tərtib etdiyi akt iddiaçının qazdan sayğacdan kənar istifadə etməsi nəticəsinə gəlmək üçün kifayətedici dəlil sayıla bilməz.

23. Apellyasiya instansiyanın mövqeyinə görə hazırkı işdə iddiaçının qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi sübut olunmadığı halda ona cərimə hesablanması qanunvericiliyin mənasına görə mümkün deyil. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

24. Apellyasiya instansiyanın qənaətinə görə, Cavabdeh İB iddiaçının təbii qazadan sayğacdan kənar istifadə etməsini təsdiqləyən və buna görə də cərimənin hesablanmasına əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. 25.Apellyasiya məhkəməsi də gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (Vəkil) qətnamədən kassasiya şikayəti verib, qətna mənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi dəlillər, ələlxüsus da ekspertiza rəyi işin faktiki hallarına uyğun olmayıb, apellyasiya məhkəməsi də həmin halları tam, obyektiv və hərtərəfli araşdırmayıb; - iddiaçının sayğacdan kənar xətdən istifadə etməs, aktlar, fotoşəkillər və saldo ilə təsdiqini tapır; - iddiaçı həmin xətdən həyətində yerləşən istixananın fəaliyyəti üçün istifadə edib; - fotoşəkillərdə iddiaçı özü qanunsuz xətti Cavabdeh əməkdaşlarına göstərib; - aktların ikisini iddiaçı özü imzalayıb. - qeyd edilən hallara apellyasiya məhkəməsi düzgün qiymət verməyib. b) Kassasiya şikayətlərinə qarşı tərəflərin etirazının dəlilləri

28. Kassasiya şikayətinə qa rşı tərəfin yaızlı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil təmsil etdiyi təşkilatın kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

30. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Qanun Maddə 13 (9-cu bənd). Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı iste hlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan k eçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Bənd 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etm əlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya ins tansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir. Buna görə də hazırki kassasiya baxışının predmetini apellyasiya istansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiy ası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

35. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini tam araşdırımış, həmin dəlillərə işin müəyyən edilmiş halları və tətbiq edilən qanunvericilik baxımından düzgün qiymət vermişdir.

36. İddia tələbi cavabdeh təşkilat tərə findən qazdan istifadə qaydalarının pozulması ilə bağlı tərtib edilmiş akt əsasında hesablanmış cərimənin silinməsi barədədir.

37. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə iddiaçının yaşadığı ünvan üzrə sayğacdan kənar qaz xəttinin olması sübuta yetirilməyib.

38. Məhkəmə kollegiyası cavabdeh təşkilatın kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər – ekspertiza rəyinə istinad edilməsinin düzgün olmaması, fotoşəkillərdə iddiaçının özü tərəfindən qanunsuz xəttin Cavabdeh əməkdaşlarına göstərilməsi, aktların ikisini iddiaçı tərəfindən imzalanması – yeni dəlillərdir.

39. İşdən görünür ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinə şikayətin dəlilləri həddində baxmış və həmin dəlillər əsasında şikayəti əsassız saymışdır. Apellyasiya şikayətində hazırki d əlillərdən heç biri əksini tapmamışdır.

40. Məhkəmə kollegiyasının kassasiya şikayətində göstərdiyi yeni dəlillərlə bağlı mövqeyi ondan ibarətdir ki, əvvəla, kassasiya baxışında işə mahiyyəti üzrə baxan məhkəmələrin araşdırma predmeti olmayan yeni dəlillərin irəli sürülməsi MPM-in 407.2 və 416-cı maddəsinin tələblərinə uyğun olaraq istisna edilir. Üstəlik, bu dəlillər işin yeni faktiki hallarının müəyyən edilməsinə yönəlib. Kassasiya icraatı isə yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanması ilə məhdudlaşır.

41. Bundan başqa, cavabdeh təşkilat bu dəlilləri apellyasiya şikayətində irəli sürməmişdir. Belə olan halda, apellyasiya şikayətində irəli sürülməyən dəlillərin apellyasiya instansiyası tərəfindən araşdırılmaması barədə kassasiya şikayətinin dəlillər i əsaslı sayıla bilməz. Ümumiyyətlə, prosessual hüquq normalarının pozulması istisna olmaqla, işin faktiki halına dair irəli sürülməyən, başqa sözlə, mübahisələndirilməyən hər hansı halın araşdırılması ədalət mühakiməsinin hamının qanun və məhkəmə qarşısında bərabərliyi, dispozitivlik, məhkəmələrdə işlərə tərəflərin çəkişməsi, eləcə də hakimlərin tərəfsizliyi kimi təməl prinsiplərə ziddir.

42. Həmçinin cavabdeh təşkilatın nə birinci instansiya məhkəməsində iddiaya etirazında, nə də apellyasiya baxışında hazırki kassasiya şikayətində irəli sürülən hər hansı dəlili olmamışdır ki, apellyasiya məhkəməsinin həmin dəlili yoxlamaq vəzifəsi yaranmış olsun.

43. Ekspertiza rəyinə istinad edilməsinin düzgün olmaması barədə dəlilə münasibətdə kollegiya əlavə olaraq onu da qeyd edir ki, iş üzrə ekspert izanın keçirilməsini və ekspert qarşısında qoyulacaq sualların dairəsini məhz elə cavabdeh təşkilatın nümayəndəsi öz vəsatətində bildirib və rəy alındıqdan sonra də rəyə hər hansı etirazını bildirməmişdir.

44. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1103/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar