Məhkəmə qərarları › İş №2(102)-3376/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3376/2023

27.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3376/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gediş-gəliş yolunun açılması, yolun üzərinə qoyulmuş dəmir darvazanın sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər X5 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-823/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən e tdi: İşin halları

1. İddiaçı yaxınlarına məxsus məzarların yerləşdiyi əraziyə gedən gediş-gəliş yolu bağlanmışdır.

2. İddiaçı həmin yolun Cavabdeh tərəfindən bağlandığını, cavabdeh isə iddiaçının yaxınlarına məxsus olan qəbirlərə digər hissədən gediş-gəliş yolunun mövcud olduğunu bildirmişdir. 3. 19 iyun 2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh, İsmayılov

4. Yalçın Eyvaz oğlunun Quba şəhəri aşağı qəbristanlıqda yaxınlarına məxsus məzara gedən yolun bağlanması və məzarın ətrafında olan dəmir barmaqlığın qanunsuz sökülərək digər məzarın ətrafına qaynaq etməsi faktında heç bir hüquqpozmanın əlamətləri yoxdur.

5. Belə ki, tərəflər arasında məzar yerinin qapısı ilə bağlı mübahisə mülki xarakterlidir, mülkimühakimə icraatı qaydasında həl l edilməlidir. İddiaçı müraciətində göstərdiyi xüsusatlarda hər hansı bir cinayət əməlinin və ya inzibati xətanın tərkibi yoxdur. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış materialda heç bir cinayət hadisəsivə ya inzibati xəta aşkar olunmadığından, cinayət işinin başlanması rədd edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailə üzvlərinə məxsus məzarlarının yerləşdiyi əraziyə gediş-gəliş yolunun açılması, sökülmüş dəmir hasarların Cavabdeh hesabına quraşdırılması və sonuncunun gələcəkdə ona, ailələrinə məxsus məzarlara yaxınlaşmasına və hasarların sökülməsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia təl əbini onunla əsaslandırmışdır ki, Quba şəhəri Aşağı qəbiristanlıqda 1998-ci ilin oktyabr ayında vəfat etmiş və dəfn olunmuş qardaşı X4 qəbrini xx.xx.2022-ci il tarixdə ziyarət edərkən xoşagəlməz hal ilə rastlaşmışdır. Belə ki, qardaşının və digər ailə üzvlərinin məzarına gedən yolun zəbt olunmasının, onların ailələrinə məxsus məzar yerinin dəmir hasar ilə hasarlandığının və giriş qapısının yerinin dəyişdirilərək qaynaqlanmasının şahidi olmuş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq bu barədə bildirmişdir. Qısa bir müddətdən sonra Quba rayon Polis şöbəsinin təhqiqatçısı – baş leytenantı X8 onu yanına çağıraraq təhqiqat işinin ona həvalə olunduğunu bildirmişdir. Faktla bağlı 9 iyun 2022-ci il tarixində qəbiristanlıqda qardaşı və atasının dəfn olunduğu ə raziyə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, müvafiq protokol tərtib edilərək və fotoşəkillər çəkilərək işə əlavə olunmuşdur. Araşdırma zamanı bu işin Cavabdeh və X3 tərəfindən törədildiyi məlum olmuşdur. Araşdırma zamanı izahatı alınmış Cavabdeh verdiyi izahatında həmin ərazinin ona məxsus olduğunu bildirmişdir. Qeyd etmişdir ki, ərizəsinə əlavə etdiyi məzar daşlarının fotoşəkillərindən də aşkar olur ki, onun qardaşı və atası cavabdehin qohumlarından əvvəl həmin ərazidə dəfn olunmuşlar, cavabdehin ailə üzvləri sonradan orada dəfn olunmuşdur. O, ailələrinə məxsus gürgahı cavabdehlərdən çox-çox əvvəl hasarlamışdır, cavabdehlər isə onlara məxsus gürgahın hasarlarını sökərək özlərinə məxsus gürgahı hasarlayaraq, sözügedən qəbrləri ziyarət etmək imkanlarını məhdudlaşdırmaqla və hasar ları sökməklə onlara həm də maddi ziyan vurmuşlar. Tərəfindən edilmiş şikayət mülki xarakterli olduğundan və Quba rayon Polis Şöbəsi tərəfindən cavabdehin hərəkətlərində cinayət tərkibinin olmadığı bildirildiyindən bununla əlaqədar məhkəməyə müraciət etməli olmuşdur.

8. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, əvvəldən mübahisəli yerə - hazırda tutduğu yerə mərz basdırmışlar. 2022-ci ildə gedib görmüşdür ki, mərzi çıxarıb darvaza yeri qoyduqlarından o da darvazanı çıxarıb yerini dəyişdirmiş, mərzləri çıxarıb hasarlamışdır. Məcbur olaraq boş ərazini hasarlamışdır ki, həmin yeri başqası tutmasın.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 15 ildir bələdiyyədə fəhlə işləməklə həmin qəbiristanlığa təhkim olunmuşdur. Yalçını tanıy ır, Raufu tanımır. Yalçının qohumlarına məxsus məzarlarının yerləşdiyi əraziyə indiki mübahisəli yerdən yol olmuş, əvvəllər həmin yerdə dəmir barmaqlıqlar olmamış, məftil olmuşdur. Rauf Yalçının qohumlarının məzarının olduğu yerdən darvazanı çıxarıb dəmir barmaqlıqlar qoymuşdur.

10. Mülki işin materiallarında olan fotoşəkillərdən müəyyən olunmuşdur ki, mübahisəli ərazi dəmir barmaqlıqlarla əhatə olunmuşdur.

11. Quba Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(027)-2520/2022 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia qismən təmin edilmiş, İddiaçı ailə üzvlərinə məxsus məzarlarının yerləşdiyi əraziyə Cavabdeh tərəfindən bağlanmış gedişgəliş yolunun açılması, sökülmüş dəmir barmaqlıqların Cavabdeh hesabına quraşdırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmi şdir.

12. Məhkəmə öz mövqeyini onunla izah etmişdir ki, İddiaçı yaxınlarına məxsus məzarların yerləşdiyi əraziyə gedən gediş-gəliş yolunun Cavabdeh tərəfindən bağlanması və məzarın ətrafında olan dəmir hasarın sökülməsinin iddiaçının yaxınlarına məxsus məzarlara gediş-gəlişinə mane olması sübuta yetirilir və bu, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu və Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, M ülki Məcəllənin 152.1, 157.2, 157.8, 158.2, 180.1 və 180.4-cü maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 110, 111.2 və 111.3cü maddələrinə, “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 18.2-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(027)-2520/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Ona görə ki, hər bir iddia tələbinə baxılarkən iddia tələbi müvafiq qiymətləndirmə testindən keçirilməlidir. Kim, kimdən, nəyi, hansı qanuna istinadən istəyir. Hal-hazırkı iddia tələbinin əsası ondan ibarətdir ki, iddiaçı onun ailə üzvlərinə məxsus məzarların yerləşdiyi əraziyə gediş-gəliş yolunun açılmasını, sökülmüş dəmir hasarların quraşdırılması, gələcəkdə ona və ailə üzvlərinə məxsus məzarlara yaxınlaşması və hasarların sökülməsinə qadağa qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qəbirstanlıqların salınması və idarə olunması qaydalarına” əsasən qəbiristanlıq torpaqları bələdiyyə mülkiyyətinə aiddir. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində mübahisəni yalnız müv afiq bələdiyyə və ya onun müvafiq qanunla verdiyi hüquqmüəyyənedici sənəd əsasında şəxslər çıxış edə bilər. Hal-hazırkı iddia tələbində isə belə bir hal aşkar edilməmişdir. Həmçinin müəyyən edilməlidir ki, ümumiyyətlə iddiaçının ailə üzvlərinə məxsus məzarların yerləşdiyi əraziyə gediş-gəliş yolu bağlanmışdırmı? Bağlanma ilə bağlı mötəbər sübut varmı? Məhkəmə cavabdehin maneə yaratması barədə iş materiallarında heç bir mötəbər sübut olmadan, şahidin ifadəsinə istinad edərək belə qənaətə gəlmişdir ki, maneə vardır. Lakin məhkəmənin özünün istinad etdiyi iş materiallarında olan 19 iyun 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə 19 iyun 2022-ci il tarixli qərardan, “X1 izahatı”ndan görünür ki, cavabdeh iddiaçının yaxınlarına məxsus məzarlara gedən yolu hasarlamam ışdır. Bundan başqa, şikayətə əlavə edilmiş fotoşəkillərdən və videodan da göründüyü kimi iddiaçının yaxınlarına məxsus məzarlara gedən yol vardır, məzarlığın qapısı vardır, sərbəst surətdə maneəsiz gedib-gələ bilər. Hər bir halda məhkəmə iddiaçının qohumlarının məzarına gedən yolun bağlanması faktını təsdiq etmək üçün “əgər belə bağlanma ilə bağlı kifayət qədər əhəmiyyətli sübut olarsa” iş üzrə ekspertiza keçirməli və bu faktın mövcud olubolmamasını aydınlaşdırmalı idi. Lakin məhkəmə kifayət qədər zəruri araşdırma aparmadan iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir.

16. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli yerə əvvəldən qoyduğu mərz iddiaçı tərəfindən çıxarılmışdır. O, da iddiaçı tərəfindən çəkilmiş d əmir hasarı yerindən çıxardaraq, mübahisəli yerin əvvəlki vəziyyətini bərpa etmişdir.

17. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, əvvəla, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət üçün subyektiv hüququ yoxdur, bu hüquq bələdiyyəyə məxsusdur. İkincisi, belə hüquq olsa belə, iddiaçının hansı hüquqları pozulmuşdur və maneə nədən ibarətdir. Hesab edir ki, bələdiyyə tərəfindən verilmiş arayış hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Ona görə də, iş üzrə ekspertiza tədqiqatı aparılmalıdır.

18. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, 1998-ci ildə vəfat etmiş qardaşının və digər ailə üzvlər inin məzarlarına gedən yol cavabdeh tərəfindən zəbt olunmuş, həmin yol dəmir hasarla hasarlanmışdır. Məzarlığı ziyarət etməyə gedərkən bunun şahidi olmuşdur. Halbuki qohumları daha əvvəl həmin yerdə dəfn olunmuşlar. Cavabdeh isə onlara məxsus “gurgahın” hasarlarını sökərək, özünə “gurgah” yeri hazırlamış, qəbirləri ziyarət etmək imkanlarını məhdudlaşdırmışdır.

19. Quba Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 243 nömrəli məktubundan görünür ki, İddiaçı ailə üzvlərinə məxsus məzarların yerləşdiyi əraziyə gediş-gəliş yolu cavabdeh (Cavabdeh) tərəfindən tutulmuşdur. İddiaçı ailə üzvlərinə məxsus məzarların yerləşdiyi əraziyə digər yerdən əlverişli gediş-gəliş yolu mövcud deyil.

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Səyyad Qafari) 2(105)823/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş,Q uba Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(027)-2520/2022 nömrəli qətnаməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş,iddia tələbi qismən təmin edilmiş, İddiaçı ailə üzvlərinə məxsus məzarlarının yerləşdiyi əraziyə Cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolu açılması, sökülmüş dəmir barmaqlıqların Cavabdeh hesabına quraşdırılması,iddianın qalan hissədə təmin edilməməsi,iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə si iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlsə də, tətbiq edilməli olan maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.

22. Ona görə də apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün tam hüquqlu məhkəmə kimi qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır.

23. İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasını xahiş edir.

24. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas mə qsədi törədilmiş hüquq pozuntusunun qarşısını almaqla yanaşı, mövcud hüquqların bərpa olunmasından ibarətdir.

25. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

26. Araşdırılan işdən müəyyən edilir ki, İddiaçı yaxınlarına məxsus məzarların yerləşdiyi əraziyə gedən gediş-gəliş yolu Cavabdeh tərəfindən bağlanmışdır.

27. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək, iddiaçının yaxınlarına məxsus olan qəbirlərə digər hissədən gediş-gəliş yolunun mövcudluğunu bildirsə də, iş materiallarında olan fotoşəkillərdən, həmçinin birinci instansiya məhkəməsində icraat zamanı mübahisəli əraziyə yerində bax ışın protokundan, məzarın ətrafında olan dəmir hasarının sökülməsi, beləliklə də iddiaçının yaxınlarına məxsus məzarlarına gediş-gəlişinə mane olması sübuta yetirilir.

28. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayətinin iki əsas dəlili vardır ki, həmin dəlillər biri-digərini ziddi olmaqla cavabdehin izahatında və şikayətində qeyd etdiyi halları təkzib edir. Belə ki, cavabdeh şikayətində bir tərəfdən iddiaçının ailə üzvlərin məxsus olan məzarlığa gedən yolun onun tərəfindən zəbt edilmədiyini, bu halın sübuta yetirilməsi üçün məhkəmə tikinti – texniki ekspertizasının təyin edilməsini xahiş edir, şikayətin digər dəlilində isə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmamasına istinad edir ki, kollegiya bu dəlillə bağlı qeyd edir ki, cavabdeh sözügedən yolun zəbt edildiyini dolayısıyla etiraf edir, lakin belə bir tələblə müraciət etməyə iddiaçının subyektiv hüququnun olmamasını irəli sürərək mübahisənin qanuni həllindən yayınmağa çalışır.

29. Apellyasiya şikayətinin iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı dəlillərini qəbul etməyən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olan “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarının 14-cü bəndinin ümumi məzmununa əsasən ziyarətçilərin qəbiristanlığın ərazisində ictimai qaydaya və təmizliyə riayət etmək; bu Qaydalarla müəyyən edilmiş tələblərə riayət etməklə, qəbirüstü tikililər quraşdırmaq və ya onları dəyişdirmək, təmir etmək; qəbir yerini səliqəli saxlamaq, gül və digər yaşıllıqlar əkmək; qəbiristanlığın müdiriyyətind ən qəbir yerinə qulluq göstərilməsini tələb etmək kimi hüquq və vəzifələri vardır. Hazırkı halda cavabdeh tərəfindən iddiaçının (ziyarətçinin) mərhum ailə üzvlərinin məzarlarına gedən ümumi yolu bağlaması, iddiaçının ziyarət hüququnun məhdudlaşdırılmasına səbəb olduğundan, qeyd olunan qaydaların tələbinin pozulması kimi qiymətləndirilməlidir.

30. Apellyasiya məhkəməsi bununla belə qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, yaranmış mübahisəyə maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol vermişdir. Belə ki, məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8, 158.2 maddələrinə istinadla əsaslandırmışdır ki, kollegiya bu barədə məhkəmənin hüquqi mövqeyini qəbul etmir. Sadalanan maddi hüquq normaları mülkiyyət hüququnun təsbiti, bu və ya digər formada iqtisadi dəyərə malik olan əmlakla bağlı hüquqların həyata keçirilməsi zamanı yaranan ictimai münasibətləri tənzimləyir. Hazırkı mübahisə predmetini mülkiyyətlə eyniləşdirmək düzgün hesab edilmir.

31. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli, 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması qaydaları”nın 14.1-ci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-823/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv ed ilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş Qəbiristanlıqların salınması və idarə olunması qaydalarının 22.2-ci bəndinə əsasən dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılarkən, ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınır, soyadı, adı, atasının adı, doğum və ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur. Başdaşı qoyulduğu halda, hündürlüyü 1,0 metrdən və eni 0,6 metrdən artıq olmamaqla, eni 0,6 metr və hündürlüyü 0,25 metr olan altlıq üstündə quraşdırılmalıdır. Sinədaşı qoyulduqda hündürlüyü torpaqdan 0,2 metrə, uzunluğu 1,2 metrə və eni 0,6 metrə qədər olmalıdır. Qəbirüstü tikililərin quraşdırılmasında cərgə ilə sıralanmaya əməl olunmalı və qəbrin ətrafı hasara alınmamalıdır. Məhkəmə qanunun imperativ norma kimi qeyd etdiyi qəbrin ətrafının hasara alınmaması ilə bağlı halına əhəmiyyət verməmiş, iddiaçının qanunun tələbini pozmaqla qaldırdığı iddianı əsaslı hesab etmişdir. Apellyasiya şikayətində bu maddi hüquq normasının pozuntusu qeyd edilsə də, qətnamədə bu pozuntuya aydınlıq gətirilməmişdir

34. Məhkəmə Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş Qəbiristanlıqların salınması və idarə olunması qaydalarının 14.1-cü bəndinə istinad edərək yolun bağlanmasının iddiaçının ziyarət hüquqlarının məhdudlaşdırılmasına səbəb olduğunu əsas gətirərək dolayısı ilə iddiaçının belə bir tələbinin olduğunu bildirmişdir. Lakin həmin məhkəmənin istinad etdiyi qanun maddəsində hüquqların pozulmasına əsas olan konkret olaraq göstərilmişdir. Məhkəmə qanunun maddəsində öz əksini tapan halı qanun kimi qeyd etmişdir

35. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi t ənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki halda he sab edirik ki, iddiaçının bizdən mənzilin boşaldılmasını tələb etməyə subyektiv hüququ yoxdur və bununla bağlı da məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Apellyasiya şikayətimdə iddiaçının Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş Qəbiristanlıqların salınması və idarə olunması qaydalarına əsasən iddia qaldırmaq üçün subyektiv hüququnun olmamasını qeyd etsəm də, məhkəmə qətnaməsində iddiaçının subyektiv hüququnun olmasını qeyd etmiş, bunu əsaslandıran hər hansı bir maddi hüquq normasına istinad etməmişdir. Əksinə subyektiv hüquqla bağlı məsələni iddianı dolayısı ilə etiraf etməyim kimi, mübahisənin qanuni həllindən yayınmağa çalışmağım kimi əsaslandırmışdır. Halbuki bu əsassızdır, mən mübahisənin həllindən yayınsaydım, niyə sübut növü kimi arayış gətirirdim? Niyə ekspertiza təyin olunmasını xahiş edirdim? Göründüyü kimi məhkəmə işi hərtəfli tam olaraq araşdırmaq istəməmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

37. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli, 522 saylı Qərarı

38. Bənd

14. Ziyarətçilərin qəbiristanlıqda dəfn edilmiş şəxsləri ziyarət edərkən, qəbiristanlığın iş rejiminə və müdiriyyət tərəfindən müəyyə n edilmiş ziyarət vaxtlarına əməl etmək, qəbiristanlığın ərazisində ictimai qaydaya və təmizliyə riayət etmək, bu Qaydalarla müəyyən edilmiş tələblərə riayət etməklə, qəbirüstü tikililər quraşdırmaq və ya onları dəyişdirmək, təmir etmək, qəbir yerini səliqəli saxlamaq, gül və digər yaşıllıqlar əkmək, qəbiristanlığın müdiriyyətindən qəbir yerinə qulluq göstərilməsini tələb etməkdən ibarət hüquq və vəzifələri vardır.

39. Bənd 18.1. Qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə (bu Qaydaların 18.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) yol verilmir. Qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir. Qəbiristanlığın müdiriyyəti rezervasiya olunmuş qəbir yeri və onu rezervasiya etmiş ər (arvad) barə də məlumatı (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi) dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrə daxil etməlidir. Qəbir yerini rezervasiya etmiş ər (arvad) sağlığında rezervasiya olunmuş qəbir yerində basdırılmaq arzusunu dəyişdikdə və yaxud onlar vəfat etdikdən sonra onların qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkən digər şəxslər onları başqa qəbir yerində basdırdıqda, bu barədə qəbiristanlığın müdiriyyətini yazılı surətdə məlumatlandırmalıdırlar. 18.2-ci bəndinə uyğun olaraq qəbir yerini rezervasiya etmiş şəxsin başqa qəbir yerində basdırılması barədə dəfnlərin vahid dövlət reyestrinə məlumat daxil olduqda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qəbiristanlığın müdiriyyətinə bu barədə 5 (beş) gün m üddətində məlumat göndərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən t am mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kassator kassasiya şikayətində məhkəmənin qanunun imperativ norma kimi qeyd etdiyi qəbrin ətrafının hasara alınmaması ilə bağlı halına əhəmiyyət vermədiyi barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası cavabdehin belə dəliili irəli sürməyə subyektiv hüququ yoxdur.İddiaçının öz qohumunun qəbrinin ətrafını hasara alması cavabdehin subyektiv hüquqlarına toxunması məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və on ların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 may 2023-cü il tarixli 2(103)-823/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar