Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3377/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbulu üçün müddətin uzadılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının bibilə ri olan X20 27 dekabr 1996-cı il tarixdə, X13 isə 02.01.1998-ci ildə ölmüşdür. Onların vəfatından sonra Balakən rayonu Kortala kəndində 0.70 ha torpaq sahəsi miras qalmışdır. İddiaçı bildirir ki, bibilərinin ölümündən sonra atası Nurəddin Bayramov həmin sahəni istifadə etmiş və 2009-cu ildə ölmüşdür. İddiaçı, həmin miras əmlaka vərəsəlik hüququ barədə şəhadətnamə almaq üçün Balakən rayon Dövlət Notariаt Kоntоrunа müraciət etsə də, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ötürüldüyündən notariat orqanı həmin şəhadətnaməni verməkdən imtina edərək ona müddətin uzadılması ilə əlaqədar məhkəməyə müraciət etməli olmasını izah etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum bibiləri X13 və X17 məxsus olmuş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin-mirasın qəbulu üçün müddətin uzadılması barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o xx xxxxxx 1970-ci ildə Balakən rayonunun Püştətala kəndində anadan olmuşdur. Atası x oğlu, anası X2r. Atası x oğlu 10 oktyabr 2009-cu ildə ölmüşdür. X13 və X20 onun bibiləri olmuşdur. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə bibiləri X13 və X17 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 673 KOD 40106018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. X13 03 mart 1993cü ildə, X2 0 isə 27 dekabr 1996-cı ildə ölmüşlər. Onların ölümündən sonra mərhum X5 və X14 irsi transmisiya üzrə vərəsəsi olduğuna dair ərizə ilə Balakən rayon Notariat Kontoruna müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Balakən rayon Notariat Kontoru ona cavab məktubu göndərərək göstərmişdir ki, təqdim etdiyi sənədlərdə X5 ölüm akt qeydinin surətində və ölüm akt qeydinə dair arayışda adı səhvən Maraqlı şəxs2 Umar qızı kimi yazılmışdır. Həmin ölüm şəhadətnaməsinə düzəliş olunması üçün məhkəməyə müraciət etməlidir. Eyni zamanda mərhum X5 və X14 doğum haqqında şəhadətnamələri aşkar olunmadığından onların mərhum atası X6 bacıları olması faktı öz əksini tapmır. Bu səbəbdən X5 və X14 X6 bacıları olmaları faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməl idir. Bundan başqa Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mərhum X5 və X14 mirasının qəbulu üçün müddəti ötürmüşdür. Odur ki, müddətin bərpası üçün məhkəməyə müraciət etməlidir. Bibilərindən qalmış mirasın qəbulu üçün müddətin uzadılması ona miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün vacibdir. Bu onun üçün əhəmiyyətli olduğundan o göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdeh və digər Cavabdeh3 nümayəndəsi Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddiaçı qardaşıdır. Atası x oğlu 10 oktyabr 2009-cu ildə ölmüşdür. X13 və X20 onun bibiləri olmuşdur. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə bibiləri X13 və X17 0.70 ha kən d təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 673 KOD 40106018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. X13 03 mart 1993-cü ildə, X20 isə 27 dekabr 1996-cı ildə ölmüşlər. Hazırda onlar mərhum bibiləri X13 və X10 miras qalan əmlakları vərəsəlik qaydasında öz mülkiyyətlərinə keçirtmək istəyirlər. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etirazı yoxdur.
5. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 13 mart 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə iddiа təmin edilərək İddiaçı mərhum bibiləri X13 və X17 məxsus olmuş Balakən rayonu Kortala kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin-mirasın qəbu lu üçün müəyyənləşdirilmiş müddətin uzadılması qət edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı mərhum bibiləri X13 və X17 məxsus olmuş Balakən rayonu Kortala kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin-mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirməsi üzrlü hesab edilməklə uzadılmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Birinci instansiya məhkəməsinin qətnaməsindən hüquqlarına toxunan şəxslər kimi Maraqlı şəxs1 və Maraqlı şəxs2, habelə Maraqlı şəxs3 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
8. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Abbasov (sədrlik edən və məruzəçi), M.Hüseynov və E.Hüseynov) 28 yanvar 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquqlarına toxunan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən verilmiş аpellyаsiyа şikayətləri təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, X nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mirasın qəbulu üçün müddətin uzadılması” haqqında iddiası rədd edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, işdə iştirak etməyə cəlb olunmamış, qəbul edilmiş qətnamə hüquqlarına toxunan şəxslər apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarında mərhum X13 və X17 məxsus olmuş Balakən rayonu Kortala kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əvv əllər Maraqlı şəxs1 və Maraqlı şəxs2 ataları, Maraqlı şəxs3 isə əri, mərhum Nadir Bayramovun idarə etdiyini, onun ölümündən sonra isə onların faktiki olaraq sahiblik və idarə etdiklərini bildirmişlər və bununla bağlı sübut təqdim etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni məzmunludur. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi işə baxarkən Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi ilə müəyyən olunan Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar ə sasında həyata keçirilməsi prinsipini pozmuş, qanunvericiliyin tələblərinə məhəl qoymayaraq mənim hüquq və mənafelərimi pozmaqla qərar çıxarmışdır. Sözügedən iş 02 noyabr 2020-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin icraatına daxil olmuş, 03 noyabr 2020-ci il tarixdə mümkünlük iclası keçirilmiş, məhkəmə baxışı iclası isə 26 noyabr 2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə məhkəmə iclası keçirilmiş və növbəti məhkəmə iclası 17 dekabr 2020-ci il tarixə təxirə salınmışdır. 17 dekabr 2020-ci il tarixdə ölkədə sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsi ilə bağlı məhkəmə iclası 28 yanvar 2021-ci il tarixə təxirə salınmışdır. Lakin məhkəmənin həmin tarixə təxirə salınması ilə bağlı onun məlumatı olmamışdır. Eyni zamanda işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qə tnamə hüquqlarına toxunan şəxslər də məhkəməyə rəsmi məlumat verərək koronavirus infeksiyasma yoluxduqlarına görə məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişlər. Lakin məhkəmə mülki işin apellyasiya icraatı qaydasında 3 ay müddətində baxılmalı olmasını qeyd edərək işin bu hallarını nəzərə almadan məhkəmə iclasını davam etdirərək işin hərtərəfli, tam araşdırılması üçün ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsinə mane olmuşdur. Ölkədə karantin rejimi ilə əlaqədar 03.12.2020-ci ildən 25.01.2021-ci ilədək iş gününün olmaması və işin baxılma müddətinin bu vaxtlara təsadüf etməsi ondan asılı olmayan səbəblərdən baş vermişdir. Buna görə də məhkəmə həqiqətə və işin ədalətli, hərtərəfli araşdırılmasına nail olmaq üçün işə tərəflərin iştirak ı ilə çəkişmə prinsipinə əməl etməklə baxmalı idi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatsız olduğundan məhkəməyə Balakən rayon İcra Hakimiyyəti Kortala kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 04 iyun 2020-ci il tarixli 331 saylı və eyni məzmunlu 15 fevral 2021-ci il tarixli 104 saylı arayışları təqdim edə bilməmişdir. Bundan əlavə məhkəmə işə baxarkən vərəsələrin dairəsini tam müəyyən etməmiş, sağ qalmış birinci növbə vərəsəni işə cəlb etməmişdir. Belə ki, iddiaçının 3 mərhum Maraqlı şəxs2 Umar qızı, X13 və X20 adında bibisi və X11 adında hazırda sağ olan bir əmisi vardır. Məhkəmə işə baxarkən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1965-ci il marın 1-də qüvvəyə minən Mülki Məcəllənin müddəalarını tətbiq etsə də, tətbiq edilməli olan hüquq münasibətinə düzgün hüquq normasını seçməmişdir. Belə ki, məhkəmə miras əmlakın kolxozçu təsərrüfatı olmasını aydınlaşdırmamış, miras qoyanların ayrıca və ya kimin təsərrüfatında olmalarını, vərəsələrin öldüyü zaman miras qalmış əmlaka vərəsəliyin açılıb-açılmamasının zəruriliyini, vərəsəliyin açıldığı halda birinci növbəli vərəsənin onu qəbul etməsini aydınlaşdırmamışdır. Əksinə məhkəmə apellyasiya şikayətinə əlavə edilmiş Balakən rayonu Kortala bələdiyyəsi tərəfindən verilmiş 17.10.2020-ci il tarixli 60 nömrəli arayışına, yəni mərhum X13 və X14 adına olan 0.70 ha pay torpaq sahəsinin vergisini 2016-cı ilə kimi Maraqlı şəxs3 əri X1, onun əri rəhmətə gedəndən sonra 2016-cı ildən Maraqlı şəxs3 ödəməsinə istinad edərək mirasın onlar tərəfindən qəbul edilməsi qənaətinə gəlmişdir. X20 27 dekab r 1996-cı ildə, X13 08 yanvar 1998-ci ildə ölmüş, mənim qardaşım X12 onların təsərrüfat üzvü olmamış, nə də bibilərimin birinci növbəli vərəsəsi olmamış, X3 özünün ayrıca təsərrüfatı və torpaq sahəsi olmuşdur. Mərhumların ölümündən sonra onların əmlaklarını iddiaçının atası x oğlu qəbul etmiş və təsərrüfat sahibi kimi onun istifadəsində olmuşdur. Onun ölümündən sonra həmin torpaq sahəsini qardaşı X7 maddi vəziyyətinin ağır olması səbəbi ilə istifadə etmək üçün vermişdir. Miras qoyanlara məxsus sandıq və digər ev əşyaları da iddiaçının evindədir. Balakən rayonu Kortala bələdiyyəsi tərəfindən verilmiş 17.10.2020-ci il tarixli 60 nömrəli arayışı isə qeyrimüəyyəndir və işin həqiqi hallarına uyğun deyildir. Eyni zamanda həmin arayışda torpaq vergisinin kimin tərəfindən illər üzrə ödənilməsi qey d edilməmişdir. Yuxarıda qeyd olunan hallar işin həlli üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Maraqlı şəxs1 və Maraqlı şəxs3 kassasiya şikayətinə qarşı etiraz göndərərək qeyd etmişlər ki, İddiaçı və onun vəkili Vəkil1 verdiyi kassasiya şikayətinin dəlilləri qanunsuz və əsassız olmaqla mirasın qəbulu üçün müddətin uzadılmasının səbəblərini özündə əks etdirmir. Belə ki, iddiaçının iddia tələbi mərhum bibiləri X13 və X17 məxsus olmuş Balakən rayonu, Kortala kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin-mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılmasıdır. İddiaçı 2018-cı il tarixdə Balakən Rayon Notariat Kontoruna mirasın qəbulu üçün müraciət edir. Onun müraciətinə cavab olaraq bildirilmişdir ki, “təqdim etdiyiniz sənədlərdə X5 ölüm akt qeydinin surətində və ölüm akt qeydinə dair arayışda adı səhvən Maraqlı şəxs2 Umar qızı kimi yazılmışdır. Həmin ölüm şəhadətnaməsinə düzəliş olunması üçün məhkəməyə müraciət etməlisiniz. Eyni zamanda mərhum X5 və X14 doğum haqqında şəhadətnamələri aşkar olunmadığından onların sizin mərhum atanız X6 bacıları olması faktı öz əksini tapmır. Bu səbəbdən X5 və X14 X6 bacıları olmaları faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməlisiniz. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən siz mərhum X5 və X14 mirasının qəbulu üçün müddəti ötürmüsünüz. Odur ki, müddətin bərpası üçün məhkəməyə müraciət edə bilərsiniz”. Göründüyü kimi iddiaçı X20 27 dekabr 1996 -cı il tarixdə və X13 02 yanvar 1998-ci ildə vəfat etmiş, bibilərindən miras qalmış əmlakı qəbulu üçün 2018-ci il tarixdə müraciət etmişdir (əsas Balakən rayon Notariat Kontoru tərəfindən 18 avqust 2018-ci il tarixdə verilmiş 518 nömrəli məktub). Balakən Rayon Məhkəməsində iştirak etmiş və orada izahat vermiş iddiaçı birinci instansiya məhkəməsində göstərmişdir ki, bibilərindən qalmış mirasın qəbulu üçün müddətin uzadılması ona miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün vacibdir. Bu onun üçün əhəmiyyətli olduğundan o göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırkı hüquq mübahisəsi ilə bağlı apellyasiya şikayətindəki mövqedən yanaşaraq Maraqlı şəxs1 və Maraqlı şəxs3 bildirirlər ki, iddiaçı 1998-ci ildən 2018-ci ilədək müddətin ötürülməsi ilə bağlı iddiaçı məhkəmə tədqiqatında üzrlü səbəb göstərməmişdir. Habelə birinci instansiya məhkəməsi məhkəmə aktını qəbul edərkən iş üçün araşdırılmalı olan hallar üzrə: İddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirməsi üçün üzrlü səbəb nədir və o bu halla bağlı məhkəməyə hansı sübutu təqdim edib? Mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması üçün hüquqi əsası nədir? Bu kimi suallar məhkəmə tədqiqatı zamanı araşdırılmamışdır. Həmçinin mülki işin materiallarından da göründüyü kimi iddiaçı nə bu barədə məhkəməyə sübut təqdim etmiş, nə də məhkəmə qətnaməni işin bu halını sübutlarla əsaslandırmamışdır. Bu baxımdan da Şəki Apellyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, X nömrəli qətnaməsini əsaslı və qanunidir. Şəki Apellyasiya Məhk əməsinin Mülki Kollegiyası haqlı olaraq münasibətlərin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının 01.09.2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləsi:
14. Maddə
527. Vərəsəlik qanun üzrə və ya vəsiyyət həyata keçirilir.
15. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır.
16. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürənlər), ər (arvad), valideynlər birinci növbəli vərəsələr hesab edilirlər.
17. Maddə
533. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacıqardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana kimi ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir.
18. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakın ı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbl etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.
19. Maddə
553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, y axud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
21. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar.
22. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
23. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
24. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmas ından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
25. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılı r.
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
32. Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 18 avqust 2018-ci il tarixli 518 nömrəli məktubda göstərilmişdir ki, X5 ölüm akt qeydində adı səhvən Maraqlı şəxs2 Umar qızı kimi yazılmış, həmin ölüm şəhadətnaməsində düzəliş edilməsi və X5 və X14 X4 bacıları olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməlidir.
33. Balakən Rayon ZAQS bürosu tərəfindən 16 yanvar 1953-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x oğlu 05.12.19 34-cü ildə anadan olmuş, atası X18, anası X19 yazılmışdır.
34. Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 avqust 2018-ci il tarixdə verilmiş 828 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs2 Umar qızı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və 02.01.1998-ci ilədək onun nikahın qeydə alınmasına dair məlumat aşkar edilməmişdir.
35. Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 08.01.1998-ci il tarixli 03 nömrəli ölüm haqqında akt qeydinə əsasən X13 02.01.1998-ci ildə vəfat etmişdir.
36. Balakən rayon İHB-nın Kortala kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən 17 avqust 2018-ci il tarixdə İddiaçı Nürəddin oğluna ünvanlanmış 476 nömrəli arayışdan görünür ki, onun bibiləri olan mərhum X13 ilə X20 bacılar olmuşdur. 37. 28 avqust 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 27 dekabr 1996-cı il tarixdə ölmüşdür.
38. Balakən rayon Notariat Kontoru tərəfindən 18 avqust 2018-ci il tarixdə verilmiş 518 nömrəli məktubda göstərilmişdir ki, “təqdim etdiyiniz sənədlərdə X5 ölüm akt qeydinin surətində və ölüm akt qeydinə dair arayışda adı səhvən Maraqlı şəxs2 Umar qızı kimi yazılmışdır. Həmin ölüm şəhadətnaməsinə düzəliş olunması üçün məhkəməyə müraciət etməlisiniz. Eyni zamanda mərhum X5 və X14 doğum haqqında şəhadətnamələri aşkar olunmadığından onların sizin mərhum atanız X6 bacıları olması faktı öz əksini tapmır. Bu səbəbdən X5 və X14 X6 bacıları olmaları faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməlisiniz. Bundan başqa Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən siz mərhum X5 və X14 mirasının qəbulu üçün müddəti ötürmüsünüz. Odur ki, müddətin bərpası üçün məhkəməyə müraciət edə bilərsiniz”. 39. 03 mart 1993-cü il tarixli ölüm haqqında akt qeydinin surətindən görünür ki, Maraqlı şəxs2 Xqızı 03 mart 1993-cü ildə ölmüşdür.
40. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən verilmiş JN 673 KOD 40106018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə X9 və X17 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
41. Balakən Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli X nömrəli qətnamə sinin surətindən görünür ki, Balakən rayon Kortala kənd İcra Nümayəndəliyində tərtib olunmuş 08 yanvar 1998-ci il tarixli 03 nömrəli ölüm haqqında akt qeydində «Maraqlı şəxs2 Umar qızı» sözlərinin «X9» düzəliş edilməsi, mərhumlar X5 və X14 ərizəçi İddiaçı mərhum atası X4 bacıları olması faktının müəyyən edilməsi qət edilmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X20 27 dekabr 1996-cı il tarixdə, X13 02.01.1998-ci ildə öldüyündən mübahisəyə həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır (§ 14-19).
43. İşin halları ilə müəyyən olunur ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə X9 və X17 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Balakən Rayon Məhkəməsi nin 24 oktyabr 2018-ci il tarixli X nömrəli qətnaməsinə əsasən Balakən rayon Kortala kənd İcra Nümayəndəliyində tərtib olunmuş 08 yanvar 1998-ci il tarixli 03 nömrəli ölüm haqqında akt qeydində «Maraqlı şəxs2 Umar qızı» sözləri «X9» düzəliş edilməsi, mərhumlar X5 və X14 ərizəçi İddiaçı mərhum atası X4 bacıları olması faktı müəyyən edilmişdir. X20 27 dekabr 1996-cı il tarixdə, X13 isə 02.01.1998-ci ildə ölmüşdür. Onların vəfatından sonra miras əmlak kimi torpaq sahəsi miras qalmışdır. İddiaçı həmin miras əmlaka vərəsəlik hüququ barədə şəhadətnamə almaq üçün Balakən rayon Dövlət Notariаt Kоntоrunа müraciət etsə də, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ötürüldüyündən Balakən rayon Notariat Ofisi vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edərək ona müddətin uzadıl ması ilə əlaqədar məhkəməyə müraciət etməli olmasını izah etmişdir. İddiaçı mirasın qəbul üçün müddətin uzadılması ilə bağlı Balakən Rayon Məhkəməsinə mürаciət etmiş, məhkəmənin qətnaməsi ilə iddiaçının mərhum bibiləri X13 və X17 məxsus olmuş Balakən rayonu Kortala kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin-mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət uzadılmışdır. Bundan narazı qalan işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquqlarına toxunan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qətnamədən apellyasiya şikаyəti vermişlər.
44. Apellyasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsindəki icraatda iştirak etməyə cəlb olunmamış və qəbul edilmiş qətnamə hüquqlarına toxunan şəxslər şikayət və məhkəmə iclasında ver dikləri izahatlarında mərhum X13 və X17 məxsus olmuş Balakən rayonu Kortala kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əvvəllər Maraqlı şəxs1 və Maraqlı şəxs2 ataları, Maraqlı şəxs3 isə əri, mərhum Nadir Bayramovun idarə etdiyini, onun ölümündən sonra isə onların faktiki olaraq sahiblik və idarə etdiklərini bildirmişlər və bununla bağlı sübut təqdim etmişlər.
45. Balakən rayonu Kortala bələdiyyəsi tərəfindən verilmiş 17.10.2020-ci il tarixli 60 nömrəli arayışından görünür ki, mərhum X13 və X14 adına olan 0.70 ha pay torpaq sahəsinin vergisini 2016-cı ilə kimi Maraqlı şəxs3 əri X12 ödəmişdir. Əri rəhmətə gedəndən sonra 2016-cı ildən Maraqlı şəxs3 ödəyir.
46. Göründüyü kimi miras qalmış 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əvvəllər Maraqlı şəxs3 əri id arə etmiş, indi isə faktiki olaraq Maraqlı şəxs3 və onun övladları idarə edirlər. Deməli, miras qalmış 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair aparılan hər hansı hərəkətlər X15, Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlarına toxunur.
47. Birinci instansiya məhkəməsi isə bu halı araşdırmadan, X15, Maraqlı şəxs2 və Maraqlı şəxs3 iş üzrə cavabdeh və ya üçüncü şəxs qismində cəlb edilməsini müzakirə etmədən əsassız olaraq iddianı təmin edərək iddiaçının mərhum bibiləri X13 və X17 məxsus olmuş Balakən rayonu Kortala kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin-mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılmasını qət etmişdir.
48. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərar ında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
49. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 50. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilm əsi barədə 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
51. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox q ərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.”
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
53. Kollegiya apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, iddiaçının atası Nurəddin Bayramovun 2009-cu ildə ölümündən sonra mübahisəli torpaq sahəsini sonuncunun oğlu Nadir Bayramovun, onun ölümündən sonra isə arvadı və övladlarının faktiki qəbul edərək idarə etmələri işdəki sübutlarla təsdiqlənir. Kassas iya şikayətində də iddiaçı, atası Nurəddin Bayramovun ölümündən sonra həmin torpaq sahəsinin maddi vəziyyətinin ağır olması səbəbi ilə qardaşı Nadir Bayramova istifadə etmək üçün verdiyini bildirmişdir. Belə olan halda, iddiaçı tərəfindən mirasın qəbulu üçün müddətin uzadılması üçün əsaslar olmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət maddi və prosessual hüquq normalarına uyğundur.
54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
55. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının X nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.