Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3377/2024 10.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ İddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X1 və cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Baı şəhəri 23 saylı Notariat Ofisinə qarşı qarşı iş üzrə iş № 2(102)-3377/2024 (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməs inin Mülki Kollegiyasının 2(103)-423/2024 nömrəli, 08 may 2024-cü il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı iddia ərizəsi (iddia tələbinin dəyişdirilməsi barədə ərizələr) ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evinə dair Bakı şəhəri 23 saylı dövlət notariat kontoru tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında reyestrdən çıxarışın etibarsız sayılması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evinə onun vərəsəlik hüquqlarını tanınmaqla, sözügedən fərdi yaşayış evindən vərəsə kimi payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda X2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində eyni cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evinə dair Bakı şəhəri 23 saylı dövlət notariat kontoru tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında reyestrdən çıxarışın etibarsız sayılması, Bakı şəhəri, X əzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evinə onların vərəsəlik hüquqlarının tanınmaqla, sözügedən fərdi yaşayış evindən vərəsə kimi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-1096/2023 saylı qətnaməsi ilə İddiaçı və müstəqil tələblər irəli sürən üçüncü şəxslər Mustafayeva (Görür) X2 və X3 iddia tələbləri təmin edilməmişdir. (hakim Ramilə Xəzri) Müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-423/2024 nömrəli, 08 may 2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e -2(003)-1096/2023 saylı qətnaməsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Hazırda apellyasiya instansiyası məhkəməsini qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X2 və X3 birgə kassasiya şikayəti vermişlər. Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Göründüyü kimi, prosessual qanunvericiliyə görə tərəflər apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən o halda şikayət verə bilərlər ki, onların tələbləri təmin olunmasın. İş üzrə m üstəqil tələb irəli sürən üçüncü şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Həmçinin barəsində kassasiya şikayəti verilən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-423/2024 nömrəli, 08 may 2024-cü il tarixli qətnaməsindən (“apellyasiya baxışını hədləri” bölməsi) görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız apellyator şikayəti üzrə onun iddiasının rədd edilməsi hissəsində yoxlayıb. Başqa sözlə, X3 aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında yoxlanmayıb, bu baxımdan, onun kassasiya şikayəti üzrə hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsi də yoxdur. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs olan X3 birinci instansiya məhkəməsini qətnaməsindən apellyasiya şikayəti vermədiyi üçün, başqa sözlə, üçüncü şəxsin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmayan hər hansı tələbi olmadığı, ona aid hissədə qətnamə apellyasiya qaydasında yoxlanmadığı üçün Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin tələbi baxımından onun apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ da yoxdur. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 403.1 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-423/2024 nömrəli, 08 may 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraa ta qəbul edilməsin və onun kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3377/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-3377/2024
10.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver