Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3382/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçıtərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-13771/2018 nömrəli iş üzrə 27 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Leyla Talıbova) 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edil ərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh kəndi, 20-ci Qurultay küçəsində yerləşən 18a saylı evlə bağlı Sabunçu rayon Qaz İstismarı Sahəsi tərəfindən tərtib olunmuş aktlara görə hesablanmış 5571 manat borcun silinməsi barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh kəndi, 20-ci Qurultay küçəsində yerləşən 18a saylı evin qaz təchizatına görə 26.01.2018-ci il tarixli ******* saylı və 30.04. 2018ci il tarixli ******* saylı aktlar əsasında İddiaçı (abonent kodu **********10000) tələb olunan 5571 manat borcun 3585 manatının silinməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh kəndi, 20ci Qurultay küçəsində yerləşən 18a saylı evin ona məxsus olduğunu, evin təbii qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğacın işləmədiyini bilən kimi dərhal bu barədə Sabunçu rayon Qaz İstismarı Sahəsinə məlumat verdiyini, həmin İdarənin əməkdaşlarının gələrək sayğacı dəyişdirdiklərini və bu barədə akt tərtib edərək 4980 manat cərimə yazdıqlarını, sonradan ona təkrar 590,40 manat da cərimə hesabladıqla rını, halbuki ilin çox hissəsini ümumiyyətlə sözügedən ünvanda yaşamadığını və sayğacda yaranmış problemə görə məsuliyyət daşımadığını bildirmiş, tərtib olunmuş aktlara görə hesablanmış 5571 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 dekabr 2018-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissədə həmin hissədə iddianın təmin olunmasına dair qərar qəbul edilməsini ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işin faktiki hallarını araşdırmamışdır. Belə ki, məhkəmənin qətnaməsində qeyd olunur ki, iddiaçıya məxsus evdə quraşdırılmış qaz sayğacının ona məxsus evdən və ya həyətdən kənarda (küçədə) yerləşməsi mülki işin mübahisəsiz halıdır. Eyni zamanda iş materiallarında iddiaçıya məxsus evdə quraşdırılmış qaz sayğacının sırf onun təqsiri ucbatından müdaxiləyə məruz qalmasına dair hər hansı bir sübuta rast gəlinmir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndində qeyd olunmuşdur ki, fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanıl masına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab etmişdir ki, əsasında borc yazılan cavabdehin tərtib etdiyi aktlar iddiaçı tərəfindən mübahisələndirilmədildiyi üçün, sadəcə həmin aktlar əsasında hesablanmış məbləğlərin düzgün olub-olmamasma qiymət verilməlidir. Burada isə ziddiyyətli yanaşma meydana çıxır. Əgər məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2ci və 106.3-cü maddələrinə istinad edərək qaz sayğacına görə tərtib olunmuş aktlarda qeyd olunmuş halların sübut etmə vəzifəsini cavabdeh tərəfin üzərinə qoyursa, və cavabdeh tərəf nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya instansiyasında bu halları sübuta yetirən hər hansı bir dəlil məhkəməyə təqdim edə bilmirsə, demək həmin aktlarla baş verən hallara görə məsuliyyəti cavabdeh daşıyır. B elə olan halda, istənilən məbləğin iddiaçı tərəfindən ödənməsi qanunsuz və ədalətsiz olacaq. Digər tərəfdən, aktları mübahisələndirməli olduğu barədə məhkəmənin bu yanaşması ilə razılaşmayaraq qeyd etmək lazımdır ki, iddiaçıya məxsus evdə quraşdırılmış qaz sayğacına görə tərtib edilmiş aktların mübahisələndirilməsi, bu halların mövcud olmasını mübahisələndirmək anlamına gəlir. Əksinə, o, özü qaz sayğacında nasazlığı aşklar edərək cavabdehə müraciət etmiş, məlumat vermiş və bu nasazlıqların aradan qalırılması üçün tədbir görməsini və ya sayğacı dəyişməsini xahiş etmişdir. Aktlar onun iştirikı ilə tərtib olunmuş, aktda göstərilən hallar həqiqətə uyğundur. Yəni ona məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı əvəzlənən zaman həqiqətən də dəyişdirilmiş sayğacda bir sıra problemlər möv cud olmuş, məhz bu problemlərə görə o, Sabunçu rayon Qaz İstismarı İdarəsinə müraciət etmişdir. Yəni sayğacda problemlərin mövcud olması və bu səbəbdən dəyişdirilməsi mülki işin mübahisəsiz halıdır. Əsas mübahisə bu hallara görə kimin təqsirli olması və məsuliyyət daşımasıdır. Məbləğlərin düzgün hesablanmaması barədə qənaətini məhkəmə bunula əsaslandırmışdır ki, guya cavabdeh tərəfdən tərtib olunmuş aktlarda qeyd olunmuş məbləğlər düzgün hesablanmamışdır. Məhkəmə bu hesablamaları 30 günlük dövr üçün aparmışdır. Məhkəmənin məhz 30 günlük müddət üçün qaz sərfiyyatının hesablanması ilə də razılaşmır. Belə ki, qanunvericilikdə məhz qaz sərfiyyatı üçün belə bir norma müəyyən edilməmişdir. Digər tərəfdən hətta 30 günlük dövr üçün hesablanması qəbul edilsə də, bu zaman məhkəmə məhz həmin dövr üçü n qaz sərfıyyatının hesablanmasını özü deyil, mütəxəssisə həvalə etməli idi. Lakin məhkəmə bunu etməmiş və nəticədə tamamilə səhv hesablama aparılmışdır. Belə ki, qətnamədə aparılmış hesablamalardan belə məlum olur ki, onun 26 dekabr 2017-ci il tarixdən 26 yanvar 2018-ci il tarixinədək bir ay müddətində qaz sərfiyyatı güya 8310 kub metr olmuşdur. Bu sərfiyyatın manatla ifadəsi isə 1662 manat təşkil edir. Bu isə heç bir halda ağlabatan ola bilməz. Belə ki, ona məxsus evdə quraşdırılmış qaz sayğacının tipi (markası) “G-4”-dür. Bu sayğacın qutusunda olan istifadə kitabçasında göstərilmişdir ki, sayğac bir saat ərzində maksimum 6 kub metr təbii qaz buraxmaq gücündədir. Əgər evdə quraşdırılmış cihazlar bütün sutka boyu işləsə belə, bir sutka ərzində sayğacdan maksimum 144 kub metr təbii qaz keç ə bilər (24 saat x 6 kub.m = 144 kub.m). Bunun 30 günlük Sərfıyyatı isə 4320 kub metr (30 gün x 144 kub.m = 4320 kub.m) təşkil edir. 4320 kub.metr təbii qazın manatla ifadəsi 864 manata bərabərdir. Sutka boyu bütün cihazların işləməsi isə praktiki olaraq mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi bu hallara əhəmiyyət verməmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh kəndi, 20-ci Qurultay küçəsində yerləşən 18a saylı ev iddiaçıya məxsus olmaqla o, Cavabdeh İB-nin abonentidir; 26.01.2018-ci il tarixində həmin evin qazla təchizatının hesabatını aparan sayğac sərfiyyatı qeyd etmədiyindən iddiaçının iştirakı ilə dəyişdirilmiş, bu səbəblə 31.01.2018-ci il tarixdə ona ümumi likdə 24903 m3 (4980,60 manat) qaz itkisi hesablanmış, 30.04.2018-ci il tarixdə sayğacın klapanının işlək olmadığı təsbit olunduğundan növbəti dəfə akt tərtib olunaraq itirilmiş qazın hesabatı qismində ondan 590,40 manat tələb edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın4.8-ci bəndinə istinad edərək “fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığını” vurğulamaqla iddianın təmin edilməli olduğu nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh kəndi, 20-ci Qurultay küçəsində yerləşən 18a saylı evdə 26 yanvar 2018-ci il tarixdə sayğaca baxış keçirilmiş, sayğacın sərfiyyatı qeydə almadığı göstərilərək ******* №-li akt tərtib edilmiş, həmin akta əsasən hesablaşma aparılaraq abonentə 31.01.2018-ci il tarixdə 4980,60 manat borc yazılmışdır. İş materiallarından həmçinin aydın olur ki, iddiaçıya məxsus evin qaz sayğacına 30.04.2018-ci il tarixdə də baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombun rənginin fərqli oldu ğu, klapanının işlək olmadığı, yivli birləşmələrin korroziyaya və deformasiyaya uğradığı qeyd olunaraq ******* №-li akt tərtib edilmiş, həmin akta əsasən iddiaçıya 590,40 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması na görə cavabdehliyi isə özləri daşıyırlar. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmasını cavabdeh təşkilat mübahisələndirmir. Bu isə o deməkdir ki, sayğaca məhz onun tərəfindən müdaxilə edilmiş olunduğunu sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehlik daşıyan cavabdeh təşkilat sübuta yetirməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.Cavabdeh İB iddiaçının evindən kənarda – küçədə quraşdırılmış sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir; Bununla belə, iddiaçının iddia ərizəsinin məzmunundan və işin ümumi hallarından aydın olur ki, o, qaz sayğacında problemin mövcudluğunu və bununla bağlı müvafiq tarixlərdə tərtib edilmiş aktları mübahisələndirməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, mübahisənin həllinə məhz bu kontekstdən yanaşılmalı, iddiaçının, barəsində tərtib olunmuş aktları mübahisələndirmədiyi və həmin aktların qüvvədə olması nəzərə alınmaqla aktlar əsasında hesablanmış məbləğlərin düzgün olub-olmadığına qiymət verilməlidir. Sözügedən aktlara əsasən aparılmış hesabatlardan apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh təşkilat iddiaçının evində (həyətində) olan qaz işlədicilərinin (iddiaçının həyətində istixana olduğu və gül yetişdirildiyi müəyyənləşdirilmişdir) gücünü təsbit edərək 31.01.2018-ci il tarixdə 87-93 günlük, 30.04.2018-ci il tarixdə isə 60 günlük dövrü qazın itirildiyi (sərfiyyatın qeydə alınmadığı) dövr kimi nəzərə almış və müvafiq məbləğləri iddiaçıdan tələb etmişdir; halbuki, yuxarıda qeyd olunduğu kimi, sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilmiş olduğu və sayğacın məhz göstərilən müddətlərdə (60 gün, 87 gün və ya 93 gün) sərfiyyatı qeydə almadığı sübuta yetirilməmişdir. Mübahisəsiz olan sayğacın müvafiq aktlar tərtib edildiyi tarixl ərdə sərfiyyatı qeydə almadığının müəyyənləşdirilmiş olmasıdır – onun hansı tarixdən etibarən sərfiyyatı qeydə almadığı isə ağlabatan mühakimə və hər kəsin qəbul etdiyi işgüzar adətlər kontekstində təsbit oluna bilər. Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda istehlakçının təqsiri olmadan sayğacda yaranmış nasazlıq zamanı hansı metodla hesabat aparılmalı olduğu göstərilməsə də, kollegiyanın qənaətinə görə belə halda ən çox 1 aylıq dövr üçün qaz itkisinin hesablanması daha ağlabatandır. Çünkü adı çəkilən Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın məna sına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməlidir. Başqa sözlə, əgər sayğaca müdaxilənin istehlakçı tərəfindən edildiyi sübuta yetirilmirsə və sayğacın hansı tarixdən sərfiyyatı qeydə almadığını müəyyənləşdirmək mümkün deyildirsə, bu halda istehlakçıdan yalnız sayğaca baxış keçirilməli olan sonuncu tarixdən sonrakı 1 ay üçün ödəniş tələb oluna bilər. Bənzər münasibətləri tənzimləyən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə görə də, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya 26.01.2018-ci il tarixli akt əsasında 8310 m3 (0,4 x 32 x 20 x 30 gün = 7680 m3; 1,5 x 4 x 30 gün = 180 m3; 1,5 x 10 x 30 gün = 450 m3 – cəmi 8310 m3 x 0,20 qəpik = 1662 manat), 30.04.2018-ci il tarixli akt əsasında isə 1620 m3 (2 x 6 x 30 gün = 360 m3; 1,5 x 10 x 30 gün = 450 m3; 1,5 x 18 x 30 gün = 810 m3 – cəmi 1620 m3 x 0,20 qəpik = 324 manat) qaz sərfiyyatı hesablana bilərdi; bu isə o deməkdir ki, ondan tələb olunan 557 1 manat borcun 3585 manatı əsassız hesablanmaqla silinməlidir (1662 manat + 324 manat = 1986 manat; 5571 manat – 1986 manat = 3585 manat). Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qaz sayğacında problemin mövcudluğunu və bununla bağlı müvafiq tarixlərdə tərtib edilmiş aktları mübahisələndirməmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, həmin aktların qüvvədə olması nəzərə alınmaqla aktlar əsasında hesablanmış məbləğlərin düzgün olub-olmadığına qiymət verilməlidir. Həmin aktların iddiaçının müraciəti əsasında tərtib edilməsi, iddiaçının aktlardakı göstərilən hallarla, yəni sayğacın həqiqətən də nasaz olması ilə razılaşması və bu səbəbdən də həmin aktları mübahisləndirməməsi ilə bağlı şikayətin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ümumiyyətlə tərtib edilmiş aktları borcun hesablanması hissədə də mübahisəndirməmişdir. Borcun düzgün hesablanmaması, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinin tələblərinin pozulması ilə bağlı şikayətin dəlilinə münasibətdə məhkəmə kollegi yası qeyd edir ki, həmin normaya görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Hazırki işdə borcun hesablanması üçün hər hansı bir xüsusi bilik tələb edilməmiş, apellyasiya instansiyası məhkəməsi sadə riyazi hesablama ilə borcun məbləğini müəyyən etmişdir. Quraşdırılmış qaz sayğacın “G-4” markalı olması və sayğacın bir saat ərzində maksimum 6 kub metr təbii qaz buraxmaq gücündə olması barədə kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin göstərici saz vəziyyətdə olan sayğac üçün nəzərdə tutulmuşdur. Hazırki işdə isə nasaz vəziyyətdə olan sayac üçün həmin göstərici borcun hesablanması üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəm əsi mülki kollegiyasının 27 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-13771/2018 nömrəli iş üzrə 27 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3382/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3382/2019
20.05.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver