Məhkəmə qərarları › İş №2(102)-3383/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3383/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3383/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)11351/2019 saylı qərardadından İddiaçı xxxoğlunun kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)11351/2019 saylı qərardadı ilə (hakimlər V.T.Həsənov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və X.Ə.Sarıyev ) İddiaçı həmin məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi kasasiya şikayəti geri qaytarılıb. İddiaçı qərardaddan kasasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” QSC və digərlərinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın” ləğv edilməsi barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)11351/2019 saylı qətnaməsi ilə (hakimlər V.T.Həsənov sədrlik edən, mərizəçi, Ş.A.Məmmədova və X.Ə.Sarıyev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019 -cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılıb. xx xxxxxx 2019-cu il tarixdə qətnamənin surəti Bakı Apelyasiya Məhkəməsi tərəfindən poçtla işdə iştirak edən şəxslərə, o cümlədən İddiaçı göndərilib və xx xxxxxx 2019-cu il tarixdə sonuncu “poçt göndərişinin çatdırılması haqqında” bildirişə imza etməklə qətnamənin surətini alıb. xx xxxxxx 2020-ci il tarixdə İddiaçı qətnamədən kasasiya şikayəti verib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi onun qətnamədən verdiyi kasasiya şikayətini geri qaytararkən prosessual normaların tələblərini pozub. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qəra rdadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması və işə baxan hakimlər barəsində xüsusi qərardad çıxarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, vəkili Vəkil, cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC, Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 08 saylı Cəlilabad Ərazi İdarəsi və xxxx” QSC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Ka sasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı qətnamənin surətini “poçt göndərişinin çatdırılması haqqında” bildirişə imza etməklə xx xxxxxx 2019-cu il tarixdə alıb və qətnamədən kasasiya şikayətini isə poçt or qanına xx xxxxxx 2019-cu il tarixdə təqdim edib. Bununla iddiaçı qətnamədən kasasiya şikayətinin verilməsi ilə bağlı iki aylıq prosessual müddəti ötürüb. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 130.3, 408.1.3, 408.1.4 və 405.0.1-ci maddələrinin tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini pozaraq, qətnamədən kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin keçibkeçməməsi ilə bağlı kifayət qədər araşdırma aparmayıb. Belə ki, iddiaçı qətnamədən, habelə qərardaddan verdiyi kasasiya şikayətlərində qətnamənin surətinin ona xx xxxxxx 2019-cu il tarixdə poçt vasitəsi ilə çatdırıldığını, işin 153-cü vərəqində olan “poçt göndərişinin çatdırılması haqqında” bildirişin saxta olduğunu, bildirişdə olan imzanın ona məxsus olmadığını, habelə bildirişin üzərinə bildirişi qəbul edən Cəlilabad rayon Poçt Şöbəsinin möhürünün vurulmadığını və sair qeyd edib, iki aylıq prosessual müddəti ötürmədiyini göstərmişdir. İşin 12-ci vərəqində olan İddiaçı nümayəndəsi Vəkil adına verdiyi xx xxxxxx 2019-cu il tarixli etibarnamədəki imzası da sözügedən bildirişdəki imza ilə kəskin şəkildə fərqlənir və bu fərq adi gözlə də müşahidə olunur. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəlləni n 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddənin mənasına görə, məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzrlü hesab etdikdə bərpa edə bilər. Bunun üçün məhkəmə ilk növbədə prosessual müddətin üzrlü və ya üzrsüz səbəblərdən buraxılmasını aydınlaşdırmalı, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər dəqiqləşdirilməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olduğunu, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəru ri amilləri nəzərə almalıdır. Apelyasiya instansiyası məhkəməsi, işin 153-cü vərəqində “poçt göndərişi haqqında” bildirişdəki imzanın iddiaçıya məxsus olub-olmamasını araşdırmadan, bunun üçün ilk növbədə iş üzrə müvafiq ekspertiza keçirib rəy almadan, bir sözlə həmin bildirişdəki imzanın iddiaçıya məxsus olub- olmamasını yoxlamadan, onun qətnamənin surətini xx xxxxxx 2019-cu il tarixdə almasına dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmədə kargüzarlıq işləri ilə əlaqədar və ya başqa texniki xarakterli səbəblərdən (məsələn: qətnamənin surətinin rəsmi qaydada çatdırılmasına dair “poçt göndərişinin verilməsi haqqında” bildirişin qanunverciliyin tələblərinə uyğun olaraq tərtib edilməməsi, bildirişdəki imzanın yoxlanılma ması ilə bağlı anlaşılmazlıq səbəbindən şikayət vermə müddətinin ötürülməsinin ehtimal edilməsi və sair hallarda) qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyü halda, işə baxan məhkəmə prosessual müddətin axımının başlanması anını, bitmə tarixini və prosessual müddətin ötürülməsində tərəfin təqsirini dəqiqləşdirməli və nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətləri yerinə yetirməlidir. Başqa sözlə, bu kimi hallarda prosessual müddətin bərpasına ehtiyac yoxdur, çünki prosessual müddət əslində tərəfin təqsiri üzündən buraxılmamışdır. Hazırki halda iddiaçı, sözügedən qətnamənin surətinin ona xx xxxxxx 2019-cu il tarixdə poçt vasitəsi ilə çatdırıldığını, qətnamədən vaxtında kasasiya şikayəti verdiyini və qanunla müəyyən edilmiş iki aylıq prosessual müddəti ötürmədiyini göstəri b, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Apelyasiya instansiyası məhkəməsi, yuxarıda göstərilən hallara aydınlıq gətirmədən, iddiaçının qətnamədən verdiyi kasasiya şikayətinin xx xxxxxx 2019-cu il tarixdə poçt orqanına təqdim edildiyi və onun qətnamədən kasasiya şikayətinin verilməsi ilə bağlı qanunla müəyyən edilmiş iki aylıq prosessual müddəti ötürməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o, vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə və ya qərardad qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin tam, hərtərəfli və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı xxxoğlunun kasasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-11351/2019 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar