Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3387/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Hikmət qızına, Cavabdeh4, Cavabdeh1na, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X12, X19 və X20 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X8 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 dekabr 2022-ci il tarixli, 2(104)2625/2022 nömrəli qətnaməsi ndən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Samux rayon İnstitut bələdiyyəsinin 30 iyul 2012-ci il tarixli protokolu ilə, Samux rayonun İnstitut bələdiyyəsinin kənd daxili ərazidəki torpaq sahəsindən 0,08 ha torpaq sahəsi ayrılaraq, X13 fərdi yaşayış evinin tikilməsi üçün satılmasına icazə verilmişdir.
2. X3 Anar Niftalı oğlunun həyat yoldaşıdır. Onlar 24 noyabr 2000-ci il tarixdə nikaha daxil olmuşlar.
3. X4 Radə Cəfər qızına 28 noyabr 2014-cü il tarixdə notarial qaydada etibarnamə verərək, sonuncuya Samux rayon İnstitut bələdiyyəsinin 30 iyul 2012-ci il tarixli protokolundan çıxarışa, DT və XK-nin 28 dekabr 2013-cü il tarixli 16 52 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 800 kv.m torpaq sahəsi və gələcəkdən həmin torpaq sahəsində inşa ediləcək evi idarə etməyi, onun üzərində sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyəni qəbul etmək, dəyişmə və digər hərəkətləri etmək səlahiyyətlərini vermişdir.
4. Bundan sonra, X2 Elnur Mübariz oğluna 24 dekabr 2014-cü il tarixdə notarial qaydada etibarnamə verərək, sonuncuya DT və XK-nin 28 dekabr 2013-cü il tarixli 1652 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 800 kv.m torpaq sahəsində tikiləcək evi idarə etməyi, onun üzərində sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlama q, hədiyyəni qəbul etmək, dəyişmə və digər hərəkətləri etmək səlahiyyətlərini vermişdir. 5. 24 dekabr 2014-cü il tarixli Aktla X6 rayonu, İnstitut qəsəbəsində yerləşən 800 kv.m torpaq sahəsini 7000 ABŞ dolları qarşılığında X1 bəyan etmiş, həmin torpaq sahəsinə dair gələcəkdə heç bir tələbinin və iddiası olmayacağını göstərmişdir.
6. İddiaçı qızı 24 dekabr 2014-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 800 kv.m torpaq sahəsinin və gələcəkdə bu torpaq sahəsində tikiləcək evin satılmasına etiraz etmədiyini bəyan etmişdir.
7. X9 13 noyabr 2018-ci il tarixli etibarnamə ilə X11 ona verdiyi hüquqları və səlahiyyətləri Cavabdeh4 ötürmüşdür.
8. Qeyd olunan torpaq sahəsi üzərində X11 mülkiyyət hüququ Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbə si, 0,0723 ha torpaq sahəsi olaraq qeyd olunmaqla, 18 dekabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 9. 21 dekabr 2018-ci il tarixli etibarnamə ilə Cavabdeh4 öz növbəsində X11 verdiyi hüquq və səlahiyyətləri Cavabdeh3 Hikmət qızına ötürmüşdür. 10. 12 dekabr 2018-ci il tarixli müqavilə ilə X17 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Nətavan qəsəbəsində 0,0723 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. Müqavilə satıcının adından etibarnamə əsasında nümayəndəsi Cavabdeh3 Hikmət qızı tərəfindən imzalanmışdır. Torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüquqi 15 yanvar 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh2, C avabdeh3 Hikmət qızına, Cavabdeh4, Cavabdeh1na qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 5 nömrəli notariat ofisində bağlanmış 22 dekabr 2018-ci il tarixli, AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və həyat yoldaşı Anar Bayramov, sonuncunun adına Samux rayonu İnstitut bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsini satmaq qərarına gəlmiş, bu məqsədlə sabiq bələdiyyə sədri Raziyyə Orucovanın vasitəsi ilə Yaşar və Radə adlı şəxslərlə tanış olmuş, həmin torpaq sahəsini 2800 ABŞ dollarına həmin şəxslərə satmaqla, torpağı və torpağa aid bütün sənədlərin əslini Yaşara təhvil vermişlər. Bundan əlavə, onlar birlikdə Gəncə şəhəri 5 nömrəli notariat kontoruna g edib orada əri X28 Orucovaya 30 il müddətinə baş etibarnamə vermişdir. İddiaçı isə torpağı Yaşar və Radə Orucovlara satılmasına razılıq vermişdir. Həmin vaxtdan 2020-ci ilədək onlar qəsəbədə yaşamaqla, həmin torpaq sahəsini Yaşargilin sahibliyində və istifadəsində görmüşlər. Lakin, iddia verilməmişdən bir neçə ay əvvəl, Yaşar Orucov və Radə Orucova onlara müraciət edib bildirmişlər ki, guya torpaq sahəsini başqa şəxsə də satılmışdır. Sorğu əsasında Gəncə 3 saylı Ərazi İdarəsindən və 5 nömrəli notariusdan aldıqları cavablarla müəyyən olunmuşdur ki, cavabdeh qismində göstərdiyi şəxslər 2018-ci ildə onlara məlum olmayan və notariat işinə əlavə olunmamış etibarnamədən istifadə edərək, torpağı öz adlarına sənədləşdirmişlər. Məlum olmuşdur ki, bələdiyyə sədri Raziyyə Orucova 2014-ci ildə Anar Ba yramovu aldadaraq, guya onun adına sənədləşdirdiyi başqa torpaq sahəsinin satacağı adı ilə Anardan 5 saylı notariat kontorunda başqa şəxsin adına etibarnamə almışdır. 5 saylı notariat kontorunda 21 dekabr 2018-ci ildə Anar Bayramovun adından guya üçüncü nümayəndəsi vasitəsi ilə rəsmiləşmiş alqı-satqı müqaviləsi iddiaçının iradəsini əks etdirmir. Çünki o, alqı-satqı predmeti olan həmin torpaq sahəsini 4 il əvvəl Orucovlara satmışdır, torpağı və torpağa dair bütün sənədlərin əslində onlara vermişdir. O, heç kimdən pul almamış, yaxud kiməsə həmin torpağı sənədləşdirmək, yaxud satmaq üçün etibarnamə verməmişdir. Cavabdeh qismində göstərdiyi Arif, Nəcibə və Səminə adlı şəxsləri tanımamışdır. Notariat orqanı Anar Bayramovun mülkiyyətində olan həmin torpaq sahəsini 2018-ci ildə rəsmiləşdirərkən o nun birgə mülkiyyətdə olan torpaq sahəsini satılmasına razılıq almağa borclu olduğu halda, belə razılığını almamışdır.
13. Gəncə Şəhər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(125)-173/2022 nömrəli qətnaməsi ilə (hakim Z.N.Hüseynov) iddia tələbi rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Anar Bayramov mübahisəli torpaq sahəsini 24 dekabr 2014-cü il tarixdə X5 7000 ABŞ dollarına satmış, bu barədə onlar arasında alqı-satqının olması və pulun verilməsinə dair akt tərtib edilmiş, lakin alqısatqı müqaviləsi qanunla müəyyən edilmiş formada rəsmiləşdirilməmiş, alıcıya torpaq sahəsinə dair bütün səlahiyyətləri ehtiva edən etibarnamə verilmişdir. Torpaq sahəsi Elnur İmamverdiyevə satılarkən, satıcının arvadı kimi İddiaçı notariusa 24 dekabr 2014-cü il tarixdə yazılı ər izə təqdim edərək, torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir.
15. Məhkəmə hesab etmişdir ki, həmin torpaq sahəsinin sonradan etibarnamə üzrə səlahiyyətlər verilərək başqa şəxslərə verilmiş olması və sonradan alqı-satqı yolu ilə Cavabdeh2 satılmış olması hüquqi vəziyyəti dəyişmir. Yəni, torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada satılmış olmasa belə, İddiaçı torpağın Elnur İmamverdiyevə ilkin satılması zamanı öz iradəsini artıq ifadə etmiş, torpağın satılmasına razılığını bildirmişdir. Bu səbəbdən torpaq sahəsinin satılması zamanı onun razılığının alınmamasına dair iddiaçının dəlilləri əsassızdır.
16. Məhkəmə digər tərəfdən qeyd etmişdir ki, iddiaçının, torpaq sahəsinin 18 dekabr 2018-ci il tarixdə əri Anar Bayramovun adına qeydə alınması və bu səbəbdən torpaq sahəsi Cavabdeh2 satılarkən onun razılığının alınmamasını bildirərək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etməsi mülki hüquqdan sui-istifadə hesab olunur. Çünki, iddiaçının əvvəlcədən satılmasına razılıq verdiyi torpaq sahəsi ilə bağlı formal əsaslardan çıxış edərək mülkiyyət hüququnun sonradan qeydə alınmasını və mülkiyyət hüququ qeydə alındıqdan sonra torpağın satılmasına razılıq verməməsini bildirməkdə məqsədi, Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulan hüquqi imkandan istifadə etməklə cavabdehə ziyan vurmaqdır.
17. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2014-cü ildə torpağın satılmasına dair razılıq ərizəsini o, torpaq sahəsi Orucovlara satılarkən vermişdir. Lakin, iddiaçının bu dəlili də iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan X17 tərəfindən Samux rayonu, İnstitut qəsəbəsi ərazisində yerləşən 800 kv.m torpaq sahəsinə dair səlahiyyətlərin X19 verilməsinə dair 366185 nömrəli etibarnamədən görünür ki, həmin etibarnamə 28 noyabr 2014-cü il tarixdə verilmişdir. Anar Bayramov tərəfindən həmin torpaq sahəsinə dair səlahiyyətlər Elnur İmamverdiyevə isə 24 dekabr 2014-cü il tarixdə verilmiş və İddiaçı da məhz həmin tarixli ərizə ilə notariusa müraciət edərək torpağın satılmasına etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi, İddiaçı torpaq sahəsi Radə Orucovaya satılarkən deyil, Elnur İmamverdiyevə satılarkən buna etirazının olmadığını bildirmişdir.
18. Bundan başqa, mübahisə predmeti olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi digər hallar da məhkəmə iclasında müəyyən edilməmişdir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 225.6, 337.1, 337.4, 560.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 13 iyul 2023cü il tarixli, 2(125)-173/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 dekabr 2022-ci il tarixli, 2(104)-2625/2023 nömrəli qətnaməsi ilə (hakim İ.T.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər L.S.Süleymanovdan və R.Z.Mamedovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməs inin 13 iyul 2023-cü il tarixli, 2(125)-173/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
23. İddiaçı Bayramov Nazlı Niyaz qızı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 dekabr 2022-ci il tarixli, 2(104)2625/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, bu mümkün olmadıqda isə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandı rılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 225.6, 337.1, 337.4, 560.1-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinin paylı mülkiyyətçisi olduğu hala, torpağın alqı-satqısı zamanı onun razılığı alınmamış, 4 il əvvəl verilmiş razılıq ərizəsi qəbul edilmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə almamışdır. Belə ki, Anar Bayramov torpaq sahəsinə etibarnaməni bələdiyyə sədrinin xahişi ilə vermişdir. O, Elnur İmamverdiyev və Cavabdeh2 adlı şəxsləri tanımamışdır. İddiaçı tərəfindən hüquqdan sui-istifadəyə yol verilmir. Belə ki, o, müqaviləni mübahisələndirməklə, öz mənafeyi xeyrinə heç nə tələb etmir, torpağı mülkiyyətinə qaytarmaq niyyətində deyil. O, torpağı üçüncü şəxslər o lan Orucovlar ailəsinə satmış və ədalətin bərpasını istəyir.
25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
26. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansi yası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hü ququdur. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məh kəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına, habelə hazırki kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır.
33. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, mübahisələndirilən razılaşmanın iddiaçının hüquq və maraqlarına toxunması müəyyən olunmur. Belə ki, iddiaçının özünün də etiraf etdiyi kimi, onun torpaq sahəsinin satılmasına razılığı olmuşdur. Onun narazılığı torpağın alıcısının nəzərdə tutduğu şəxsin olmamasıdır.
34. Bununla bağlı ilk olaraq qeyd olunmalıdır ki, əmlakın alıcısının başqa şəxs olması ilə iddiaçının hüquq v ə maraqlarının pozulması əsaslandırılmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yəni, iddiaçının mübahisələndirilən müqavilə ilə subyektiv hüququnun pozulması işin faktiki hallarını araşdıran məhkəmələrlə müəyyən olunmamışdır. 35. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il ta rixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq ü ç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
36. Digər tərəfdən, iddiaçı özü də etiraf edir ki, torpaq sahəsini 2014-cü ildə özgəninkiləşdirmək istəmiş, torpaq üzərində iddiaçının və ya onun ərinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində həmin zaman qeydə alınmadığı üçün, torpağa sərəncam vermək barəd ə etibarnamə verilmişdir. İddiaçı torpağın satılmasına dair razılıq ərizəsini X5 etibarnamə verildiyi 24 dekabr 2014-cü il tarixdə notariat qaydasında təsdiq edilməsini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpağı məhz həmin şəxsə satmasına dair razılığını bildirməsinə dair apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
37. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən s axlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bayramov Nazlı Niyaz qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 dekabr 2022-ci il tarixli, 2(104)-2625/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.