Məhkəmə qərarları › İş №2(102)-3390/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3390/2019

20.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3390/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı, üçüncü şəxs “xxxx” QSC-nin vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli, 2(103)-10479/2018 nömrəli qətnaməsindən üçüncü şəxs “xxxx” QSC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.B.Əliyev) 04 iyul 2018-ci il tarixli, 2( 005)-2773/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X2 məxsus ***ində yerləşən fərdi yaşayış evi və 0.16 ha torpaq sahəsinə dair hərracın yekunları barədə 06 fevral 2018-ci ildə tərtib olunmuş 11/03 nömrəli protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.N.İmanov, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) 24.10.2018-ci il tarixli, 2(103)-10479/2018 nömrəli qətnaməsi ilə üçüncü şəxs “xxxx” QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs “xxxx” QSC və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası “xxxx” MMC-yə və Azərbaycan Respublikası xxxxnə qarşı “qiymətləndirmənin yekun göstəricisinin və həmin göstəriciyə əsasən keçirilən hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” Kommersiya Bankının ona və qeyrilərinə dair “kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə əsasən qəbul edilmiş qətnamə icra olunmasından ötrü Cavabdeh1nə göndərilmişdir.Qətnamə icraya veriləndən sonra ona heç bir məlumat verilməmişdir.Hazırda iddiaçıya şifahi məlum olmuşdur ki, onun evi hərracda satılıb və evini bank 11,475 manata almışdır. Ona məlum oldu ki, evi 18000 manata qiymətləndirilmi şdir. İddiaçı bu məbləğə qəti etiraz edir, Evinin hazırki bazar qiyməti 90,000 manat civarındadır. İddiaçıya nə hərracdan, nə icradan nə də qiymətləndirmə şirkətindən heç bir bildiriş daxil olmayıb. İddiaçı bütün bu proseslərdən xəbərsiz qalmışdır.İcra Şöbəsi qiymətləndiricinin rəyini tərəf kimi ona təqdim etməmişdir.Belə olan halda iddiaçı qiymətləndirici təşkilatın evinin qiymətləndirməsinə dair rəyinə münasibət bildirə bilməmişdir.Hazırda ona məlum olur ki, iddiaçının evi 18,000 manata qiymətləndirilib. İddiaçı bununla qəti razı deyilvə hesab edirki, evinin hazırki bazar qiyməti daha yüksəkdir.Beləliklə də, “xxxx” MMC tərəfindən verilən “Əmlakın qiymətləndirilməsi barədə Hesabatın ləğv edilməsinə və hərracın yekun nəticələrinin ləğv edilməsinə dair iddia ilə məhkəməyə müraciət etməkdə h aqlıdır. Ona görə də Azərbacan Respublikası “xxxx” MMC-i tərəfindən Lənkəran rayonu Separadi kəndində yerləşən İddiaçı məxsus fərdi-yaşayış evinin qiymətləndirilməsinə dair “xxxx” MMC-nin ekspert rəyinin yekun göstəricisinin və həmin göstəriciyə əsasən keçirilən hərracın və onun nəticələrinin ləğv edilməsi, həmin fərdi-yaşayış evinin qiymətləndirilməsinə dair təkrar məhkəməəmtəəşünaslıq ekspertizanın təyin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Üçüncü şəxs “xxxx” QSC və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, “xxxx” MMC ilk açıq hərracı 04.12.2017-ci il saat 11:00 tarixində keçirilmişdir. 04.12.2017-ci il saat 11:00 tarixində keçirilmiş olan hərracın keçirilməsi barədə bildiriş, xəbərnaməli poçt vasitəsi ilə 03.11.2017-ci il tarixli 038311 saylı və 17.11.2017-ci il tarixli 038920 saylı FM exspress (özəl məktub və bağlama daşınma xidməti) vasitəsi ilə çatdırılmış, hər iki xəbərnaməli bildirişə “Əsgərov” soyadlı şəxs imza etməklə qəbul etmişdir. “xxxx” MMC ikinci açıq hərracı 09.01.2018-ci il saat 11:00 tarixində keçirilmişdir. 09.01.2018-ci il saat 11:00 tarixində keçirilmiş olan hərracın keçirilməsi barədə bildiriş, xəbərnaməli poçt vasitəsi ilə 08.12.2017-ci il tarixli və 12.01.2018-ci il tarixli 041777 saylı FM exspress (özəl məktu b və bağlama daşınma xidməti) vasitəsi ilə çatdırılmış, hər iki xəbərnaməli bildirişə “Əsgərov” soyadlı şəxs imza etməklə qəbul etmişdir. İcra sənədində qeyd edilən ünvanlara bildirişlər göndərilmiş və qeyd edilən ünvanlarda qəbul edilmişdir. Bundan başqa, borclu İddiaçı məhkəmə prosesləri zamanı da hərrac mərkəzindən məktubların gəldiyini, evinin satılacağından xəbərdar olduğunu, bununla əlaqədar razılaşmaq üçün “xxxx” QSC-yə yaxınlaşdığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu məqamlara qiymətin verilməsi ilə bağlı dəlillərə münasibət bildirməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “xxxx” QSC-nin vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianı n rədd edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfin dən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Lənkəran Rayon Məhkəməsinin 19.04.2017-ci il tarixli 2(049)-133/2017 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı və qeyrilərindən 08.05.2013-cü il tarixli 08R000013269 saylı kredit razılaşmasına görə əsas borc üzrə 2226,58 manat, faiz borc üzrə 532,71 manat, cərimə borcu üzrə 64 manat, cəmi 2823,29 manat, 30.04.2014-cü il tarixli 08R000017850 saylı kredit razılaşmasına görə əsas borc üzrə 3267,12 manat, faiz borcu üzrə 790,13 manat, cərimə borcu üzrə 96 manat, cəmi 4153,25 manat məbləğində kredit borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsu mu tutulması, tutma DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* saylı “Çıxarış”a əsasən İddiaçı və qeyrilərinin paylı mülkiyyətində olan 0,16 ha torpaq sahəsinə (hər birinin payı 0,0266 ha) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 18000 manat müəyyən edilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Respublika Xammal və X9 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən X3, X5, X4, X1, Cavabdeh1nə, “xxxx” QSC-nə ünvanlanmış 03.11.2017-ci il tarixli № 01 nömrəli, 17.11.2017-ci il tarixli № 01/2 nömrəli, 08.12.2017-ci il tarixli, № 02 nömrəli, 22.12.2017-ci il tarixli № 02/2 nömrəli bildirişlərin surətinə əsasən, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Lənkər an Rayon Məhkəməsinin 2(049)-133/2017 nömrəli, 19.04.2017-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan ***ində yerləşən fərdi yaşayış evinə və 0,16 ha torpaq sahəsinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın müvafiq olaraq 04.12.2017-ci il saat 11:00 və 09.01.2018-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. “Birja Yenilikləri” qəzetlərinin surətinə əsasən, ***ində yerləşən fərdi yaşayış evinə və 0,16 ha torpaq sahəsi ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. Hərrac Təşkilatının № 11/03 nömrəli, 06 fevral 2018-ci il tarixli hərracın yekunları barədə protokolun surətinə əsasən, X2 məxsus ***ində yerləşən fərdi yaşayış evi və 0,16 ha torpaq sahəsi Lənkəran Rayon Məhkəməsinin 2(049)-133/2017 nömrəli, 19.04.2017-ci il tarixli icra sənədi, Cavabdeh1 5161/04 nömrəli, 17.10.2017-ci il tarixli sifariş məktubunun və “xxxx” QSC-nin müvafiq məktubun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 18 000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 15 300 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 11 475 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı № ******* nömrəli çıxarışın surətinə əsasən, ***ində 0,16 ha sahədə yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. *** Bələdiyyəsinin 57 №-li arayışına əsasən, hazırda Seperadi bələdiyyəsinin ərazisində 0,01 ha torpaq sahəsinin qiyməti 1500 manatdan 1800 manatadək aralığında dəyişir. İş materiallarında olan ödəniş qəbzlərinə əsasən, İddiaçı tərəfindən “xxxx” ASC-nin hesabına 21.05.2018-ci il tarixdə 150 manat, 22.01.2018-ci il tarixdə 100 manat, 30.10.2017-ci il tarixdə 50 manat, 06.06.2017-ci il tarixdə 600 manat, 29.06.2017-ci il tarixdə 150 manat, 27.03.2018-ci il tarixdə 70 manat, 12.02.2018-ci il tarixdə 100 manat, 23.01.2018-ci il tarixdə 100 manat, 05.09.2017-ci il tarixdə 100 manat, 03.10.2017-ci il tarixdə 100 manat məbləğində ödəniş edilmişdir. Bunlar bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışla da tam təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. Azərbaycan R espublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə uyğun olar aq hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunın olduğu yer üzrə məhkəmə tərəfindən inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunın olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır və ya ona xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzə rdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. İpoteka haqqında Qanuna əsasən hərracın təşkilatı və onun əməkdaşları istisna olmaqla hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 44-cü maddəsinə müvafiq olaraq bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi işin hallarına yuxarıda istinad edilən maddi hüquq normaları baxımından qiymət verərək hesab etmişdir ki iddiaçı tərəf olan ipoteka qoyana hərracın keçirilməsi barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmədiyindən, hərrac “İcra haqqında” Azərbaycan Respublikası Qanunun, “İpoteka haqqında” Azərbaycan qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələbləri pozulmaqla həyata keçirildiyindən etibarsız hesab edilməlidir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin apellyasiya şikayətinin kifayət qədər ciddi və mübahisənin qanuni həlli baxımından əhəmiyyətli olan dəlillərinə əhəmiyyət verməyərək, birinci instansiyası məhkəməsinin qənaətini təkrarlamaqla kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin: 392.1.6-cı maddəsinə əsasən apellyasiya intansiyası məhkəməsinin qətnaməsində apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticəsi göstərilməlidir; 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiyası məhkəmələri aşağı instansiyası məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. “İnsan hüquqlarının və əsas az adlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsinin ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsip i gözlənilməklə dinlənilməsi sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edilməsinə dair nəticəsinin əsaslandırmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərarı; Hiro Bilani işi üzrə 9 dekabr 1994-cü il tarixli qərarı). Üçüncü şəxs apellyasiya şikayətində iddiaçı tərəfin hərracın keçirilməsi haqqında məlumatlı olduğunu qeyd edərək, bunun təsdiqi kimi hərrac təşkilatının hərracla bağlı iddiaçıya ünvanladığı bildirişlərin onun tərəfindən qəbulunu təsdiq edən poçt qəbzlərinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin dəlillərin mahiyyətinə varmadan bu sübutların birinci instans iyası məhkəməsində təqdim edilməməsinə istinad etməklə gecikmiş sübut kimi qiymətləndirmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın; 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi, prosessual qanunvericilik apellyasiya icraatında yeni sü butların qəbulunun mümkünlüyünü müəyyən halların mövcudluğu ilə şərtləndirmişdir. Yəni sübutun gecikmiş sübut kimi qiymətləndirilməsi üçün ilk növbədə tərəfin həmin sübutları birinci instansiya məhkəməsinə təqdim etməməsinin əsasları aydınlaşdırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi isə prosessual qanunvericiliyin tələblərinə riayət etməyərək, sübutların apellyator tərəfindən təqdim etməməsinin səbəblərini aydınlaşdırmadan iş üzrə mühüm ola biləcək sübutları gecikmiş sübut kimi qiymətləndirməklə mahiyyəti üzrə qiymət verməkdən imtina etmişdir. Kollegiya qeyd edilən prosessual hüquq normalarının pozuntusu ilə yanaşı qeyd etməyi zəruri hesab edir ki, X11 Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin bu qərarı əsaslandırılmış, qanuni və ədal əltli qərar tələblərinə cavab verməyən qərar kimi qiymətləndirilməlidir. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı apellyasiya şikayətində əks olunmuş halların araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs “xxxx” QSC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli, 2(103)10479/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar