Məhkəmə qərarları › İş №2(102)-3391/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3391/2020

30.06.2020 · Sair mülki iş - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3391/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı vəkili x4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və cavabdehin tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs x2 qarşı daşınmaz əmlakın dövlət reyestri orqanı tərəfindən verilmiş mü lkiyyət hüququna dair çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayət üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və cavabdehin tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs x2 qarşı daşınmaz əmlakın dövlət reyestri orqanı tərəfi ndən verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zaqatala rayon məhkəməsinin 21 iyun 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.İsmayılov, iş 2(033)343/2017) iddia ərizəsi təmin edilməmiş, İddiaçı ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2020-ci tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov, iş № 2(107)-6/2020) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 iyun 2017-ci il tarixli, 2(033)-343/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili x8 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2020-ci tarixli qətnaməsinin ləğv edilməsini, idd ia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* nömrəli, qeydiyyat tarixi 26.05.2015-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs x1 adına Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,0222haolan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı həyətyanı torpaq sahəsinə dair çıxarış Zaqatala rayonunda həyata keçirilən aqrar islahatı nəticəsində hazırda qüvvədə olan Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22.05.2004-cü il tarixli 113 nömrəli qərarı ilə verilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsini, 29-cu maddəsini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddəsini tətbiq etmişdir. Apelyasiya məhkəməsinin gəlmiş o lduğu nəticəsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 12 noyabr 2019-cu il tarixli **********68 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun ölçüləri “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin elektron baza məlumatlarına əsasən, Kompleks Yerquruluşu layihələrində mübahisələndirilən yolun giriş hissəsində 2,08 metr, yolun qurtaracaq hissəsində isə 3,56 metr müəyyən edilmişdir. İddiaçı məxsus yaşayış evinə gediş-gəliş faktiki olaraq yalnız həmin keçid yolu vasitəsidir. Həmçinin mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Zaqatal a rayonu, Əliabad qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinə gedişgəliş üçün nəzərdə tutulmuş yolun üzərində x3 tərəfindən tikili (ev) inşa edilmədiyi müəyyən edilmişdir. Bundan başqa surəti işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13 dekabr 2016-cı il tarixli 2-1(102)-2162/2016 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan müəyyən edilir ki, İddiaçı cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsinə qarşı üçüncü şəxs x1 adına verilmiş ********** qeydiyyat nömrəli, 26 may 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi Şəki İnzibati- İqtisadi Məhkəməsinin 05 avqust 2016-cı il tarixli 2-1(84)-488/2015 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Kassasiya instansiyası hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisələndirdiyi çıxarışda göstərilən torpaq sahəsinin hüdudları iddiaçının subyektiv hüququnun hüdudlarının xaricindədir. Beləliklə apelyasiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçının sahiblik və istifadəsində olan hər hansı ölçüdə torpaq sahəsinə daxil olunmamış, iddiaçının torpaq sahəsinə gediş-gəliş yolu mövcuddur. Həmin yol və ya onun hər hansı hissəsi cavabdeh tərəfindən bağlanmamış və zəbt olunmamışdır. İddiaçıya məxsus və onun hər hansı əsasla istifadəsində olan torpaq sahəsi cavabdehin rəsmi hüquqmüəyyənedici sənədlərinin hüdudları daxilində olmadığından iddianın təmin olunması yolverilən deyildir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası İddiaçı kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessua l qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2020-ci tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar