Məhkəmə qərarları › İş №2(102)-3396/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3396/2023

11.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3396/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ 2(102)-3396/23 (Açar sözlər: borcun silinməsi) Bakı şəhəri, 2023-cü il 11 oktyabr 11.10.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız borcun silinməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1493/2023 nömrəli, 2023-cü il 12 aprel tarixli qətnaməsindən cavabdehin kassasiya şikayəti üzrə işə 2023-cü il 11 oktyabr tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qəra rı qəbul etdi. İşin halları

1. Cavabdeh İB-nin (bundan sonra – cavabdeh) əməkdaşları tərəfindən İddiaçı (bundan sonra – iddiaçı) məxsus Yasamal rayonu, Qanlı göl qəsəbəsi, Qərb sahili, yaşayış massivi ünvanda yerləşən evində müxtəlif tarixlərdə qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılması nəticəsində ünvanda sayğacdan kənar qeyri-qanuni qoşulma faktının aşkarlanması ilə bağlı 2019-2022-ci illər ərzində çoxsaylı aktlar tərtib edilmişdir.

2. İddiaçının adına açılmış **********00135 saylı abonent saldosundan ona 5784,88 manat məbləğində borcun hesablandığı görünür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət hesablanmış 5.784,88 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Yasamal rayonu, Qanlı göl qəsəbəsi, Qərb sahili, yaşayış massivi ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur və arada o, ailəsi ilə birlikdə yaşayır. Həmin evdə daimi yaşayış olmamışdır. 2022-ci ilin aprel ayında evinə gəldikdə qapıda təbii qazdan istifadəyə görə 5900,58 manat borcun olmasına dair bildirişi görmüşdür. Bununla bağlı cavabdeh təşkilata müraciət etmiş və ona cavab olaraq bildirmişlər ki, guya iddiaçı tərəfindən 2019-cu ilin mart ayından 2022-ci ilin aprel ayınadək, təbii qazdan sayğacdan kənar qanunsuz istifadə olunmuşdur və bu səbəbdən ona ümumilikdə 5784,88 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı heç bir zaman təbii qazd an qanunsuz istifadə etməmişdir. Yazılmış cərimələrlə bağlı sənədləri istəsə də, ona yalnız ilk və sonuncu aktlar verilmişdir. Abonent saldosuna baxdıqda müəyyən olunur ki, ona 29 ay ərzində aktlar tərtib edilərək cərimələr hesablanmışdır. Cavabdehin saxtakarlığını hesablanan cərimələrin məbləğlərindən də rahatlıqla görmək olar. Belə ki, abonent salsosundan da göründüyü kimi cavabdeh 2019-cu il ərzində aylıq 32,40 manat hesablamış, lakin növbəti ildə həmin aylar üzrə hər ay üçün 194,40 manat məbləğində cərimə hesablamaq qərarına gəlmişdir. Bütün bunların qanunsuz və əsassız olmasını bildirməyinə baxmayaraq İstehsalat Birliyinin əməkdaşları iddiaçının bu iradlarına, tələblərinə məhəl qoymamışlar. Cavabdeh təşkilat tərəfindən tərtib edilmiş saxta aktların kim tərəfindən və nə zaman tərtib ed ildiyindən məlumatları olmamışdır. Digər tərəfdən aktın özünə baxdıqda belə məlum olur ki, cavabdeh saxtakarlığa yol vermiş və həqiqətə uyğun olmayan halı əsas gətirərək iddiaçıya cərimə hesablamışdır. Digər tərəfdən aktda qeyd edilən hesablama qaydası hansı qanuna və ya hüquqi akta əsaslanaraq aparıldığı məlum deyil. Cavabdeh təşkilat öz mülahizəsinə uyğun heç bir qanuna əsaslanmadan əsassız borc hesablamışdır. Aktlara baxdıqda artıq saxtakarlığı açıq görmək olur. Bu cür aktlar tərtib edilərkən iddiaçı və ya hər-hansı hal şahidinin iştirakı təmin edilməli idi. Göründüyü kimi cavabdeh təşkilat öz qanunsuz hərəkətlərini gizlətmək üçün iddiaçıya və ya digər ailə üzvlərinə məlumat vermədən saxta aktlar tərtib etmişlər.

5. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmişdir.

6. İş üzrə məhkəmə tərəfindən yerində müayinə təyin edilmiş və Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl qəsəbəsi, Qərb sahili, yaşayış massivi ünvanında İddiaçı məxsus fərdi yaşayış evi, eləcə də təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı aşkar edilməmişdir.

7. Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2022-ci il 22 noyabr tarixli qətnaməsi ilə (hakim Lalə Rəhimli, iş N 2(011)-4230/2022) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvanda qaz sayğacından kənar xətt aşkar olduğuna görə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 5784,88 manat məbləğində borc iddiaçıdan tələb edilmiş, lakin göstərilən hal məhkəmə araşdırılması zaman ı və ünvana keçirilmiş yerli baxış nəticəsində öz təsdiqini tapmamışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan əsassız hesablanmış cərimənin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya əsassız olaraq hesablanmış 5784,88 manat məbləğində borc silinməlidir.

10. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 448.2-ci maddəsi, Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4, 6.5, 6.6, 6.7-ci bəndlərinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh İB-yə məxsus ümumi qazpaylayıcı küçə qaz xəttinə kustar üsulla qanunsuz qoşulmaqla yaşadığı Yasamal rayonu, Qanlı göl qəsəbəsi, Qərb sahili, yaşayış massivi ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə özbaşına qaz xətti çəkmiş, təbii qazdan ayrı-ayrı vaxtlarda qanunsuz istifadə etməklə Cavabdeh İB-yə maddi zərər vurmuşdur. Qazpaylayıcı Cavabdeh İB-yə maddi zərər vurmuş borclu İddiaçı təqsirli hərəkətlərinə görə hüquqi məsuliyyət daş ıyır, bu səbəbdən də cavabdeh təşkilat olan qazpaylayıcı Cavabdeh İB-yə vurmuş olduğu maddi zərərin əvəzini ödəməyə borcludur. İddiaçı tərəfin qanunsuz çəkdiyi qaz xətti hər dəfəsində Cavabdeh İB əməkdaşları tərəfindən dərhal qazpaylayıcı şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır. Cavabdeh İB əməkdaşları tərəfindən görülmüş qanunamüvafiq tədbirlər abonentin yenidən qaz xəttinə qanunsuz qoşulması kimi təkrar halları istisna etmir. Xətai Rayon Məhkəməsi iddiaçı tərəfindən Cavabdeh İB-yə vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini silməklə iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən kənarda saxlamış, gələcək illərdə iddiaçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulmaq kimi onda motivasiya və stimul yaratmışdır. İddia ərizəsində iddiaçı göstərmişdir ki, qeyd etdi yi ünvanda daimi yaşayış olmamışdır və 2022ci ilin aprel ayında evinə gəldikdə təbii qazdan istifadəyə görə 5900,58 manat bocununun olmasına dair bildiriş görmüşdür. İddiaçının adına qeydiyyata alınmış abonent saldosundan müəyyən olunur ki, iddiaçı tərəf 2020-ci ilin aprel ayından öncə həmin evdə yaşamış və hətta 05/2020-ci il tarixindən 11/2020-ci il tarixinə kimi qaz sayğacı üzrə istifadə etdiyi təbii qaz sərfiyyatına görə 205,70 manat məbləği həcmində təbii qaz istehlak etmiş, bunun müqabilində 10/2020-ci il tarixində 90 manat ödəniş etmişdir. İddiaçı tərəfin ona məxsus fərdi yaşayış evinin giriş qapısı yaxınlığından təbii qaz xəttinə kustar üsulla özbaşına qoşulması faktı Cavabdeh İB əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillərlə lentə alınmışdır. İddiaçı tərəf mülki işə əlavə olunmuş həmin fotoşəkillərin ona məxsus olmasını təkzib və inkar etməmiş, fotoşəkillərdə göstərilən fərdi yaşayış evinin ona məxsus olmasını qəbul etmişdir. İddiaçıya məxsus ünvana qaz sayğacı xx.xx.2020-ci il tarixində quraşdırılmışdır. xx.xx.2020-ci il tarixə qədər iddiaçı tərəf, ona məxsus fərdi yaşayış evinin yaxınlığından keçən ümumi qazpaylayıcı küçə qaz xəttinə kustar üsulla qoşulmaqla fərdi yaşayış evinə özbaşına qaz xətti çəkmiş, qaz sayğacı olmadan qazdan qanunsuz istifadə etmişdir və barəsində 14 ədəd akt tərtib edilmişdir. xx.xx.2020-ci il tarixində iddiaçıya məxsus ünvana qaz sayğacı quraşdırıldıqdan sonra isə, 05/2020-ci il tarixindən 11/2020-ci il tarixinə kimi iddiaçı tərəf ona məxsus ünvanda qaz sayğacından istifadə etməklə təbii qaz istehlak etmişdir. 01/2021-ci il tarixindən s onra isə iddiaçı tərəf 03/2022-ci il tarixinə kimi ünvanında yenidən qazdan qanunsuz istifadə etmiş, həmin müddətdə qaz sayğacından istifadə etməmiş və qazdan qanunsuz istifadəsinə görə barəsində 15 ədəd akt tərtib edilmişdir. Nəzərə alsaq ki, iddiaçının qaz xəttinə sonuncu dəfə qanunsuz qoşulması 03/2022-ci il tarixində Cavabdeh İB tərəfindən tam aradan qaldırılmış və 03/2022-ci il tarixindən sonra iddiaçı qazdan qanunsuz istifadə etməmişdir, iddiaçının məhkəməyə müraciət etdiyi 06/2022-ci il tarixindən sonra məhkəmənin həmin ünvanda iddiaçının qazdan qanunsuz istifadə etməməsini müəyyən etməsi mümkün haldır.

13. Apelyasiya instansiyası məhkəməsində izahat verən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş, iddia tələbini müdafiə edərək qətnaməsin dəyişdirilmədən saxlan ılmasını xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, evi çoxdan alıb, ailəsi Bərdədə yaşayır, özü də çox vaxt dənizdə olur; dənizdə işləyir, orda vaqonda yaşayır; evdə yaşamır, arada gəlib baş çəkirmiş; evi söküntü zonasında yerləşdiyi üçün 2022-ci ildə sökülüb; evə baş çəkəndə görüb ki, sayğac yoxdur, polisə məlumat verib; polis gəlib baxış keçirib lakin bununla bağlı heç bir akt tərtib edilməyib.

14. İddiaçının apelyasiya instansiyası məhkəməsinə təqdim etdiyi X1, X5, X6 və X4 imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı təxminən 2020-ci ilin ortalarından 2022- ci ilin yanvar ayına (söküntüyə) qədər ailə vəziyyəti ilə əlaqədar göstərilən ünvanda yaşamayıb, yalnəz ara-sıra gəlib getmişdir. Evində qaz sayğacının həmin yaşamadığ ı müddət ərzində oğurlandığını onlar bildirmişlər. İddiaçı öz evində yaşamadığını və sayğacın oğurlanmasını təsdiq edirlər.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2023-cü il 12 aprel tarixli, qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Elşən Kazımov iş N 2(103)-1493/2023) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi həmçinin eyni tarixdə cavabdehin əməkdaşlarının əməllərində cinayət əlamətlərinin olub-olmaması barədə xüsusi qərardad qəbul etmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qətnamə ilə bağlı gəldiyi nəticəsini əsaslandırarkən birinci instansiya məhkəməsinin mövqeyi il ə razılaşaraq göstərmişdir ki, Birinci instansiya məhkəməsi tərəfindən qaz xəttinə qeyri-qanuni qoşulmanın mövcud olub-olmamasının müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə müvafiq məhkəmə ekspertizası təyin edilmişdir. Lakin iddiaçıya məxsus ev söküldüyündən təyin edilmiş ekspertizalar üzrə tədqiqatların aparılması mümkün olmamışdır.

18. Kollegiya hesab etmişdir ki, iddiaçıya məxsus ünvanda sayğacdan kənar qeyri-qanuni qoşulma faktını sübut etmək yükünü cavabdeh daşıyır. Aparılmış araşdırmalarla da cavabdeh tərəfindən 2019-2022-ci illər üzrə hesablanmış borcun təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində yaranması öz təsdiqini tapmamışdır.

19. Cavabdeh tərəf iddiaya etirazın və apellyasiya şikayətində qeyd edilən dəlillərin əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəməyə 2019-cu ildən 2022-ci ilədək keçən müddət ərzində iddiaçıya məxsus ünvanda qaz xəttinə qanunsuz qoşulmağa görə mütəmadi olaraq tərtib edilən aktları (cavabdeh ünvan üzrə 14 aktın tərtib olunmasına istinad etsə də məhkəməyə cəmi 7 aktı təqdim etmişdir) təqdim etməklə kifayətlənmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 1096, 1097.1, 1097.3-cü maddələri, “İstehlakıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsi, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8 və 9-cu bəndləri, Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7, 4.8-ci bəndlərinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlill əri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (vəkil Nümayəndə2) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə, məhkəmələr iddianın böyük bir qismini təmin etmişlər. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur. Dəymiş zərərlə bağlı məhkəmələr saldo aktları və fotoşəkillərə laqeydlik göstərərək düzgün hüquqi nəticəyə gəlməmişlər.

23. Qanunvericiliyi nəzərə alsaq görünür ki, iddiaçının əslində əldə etdiyi cavabdehin mülkiyyətindəki qazdır, bu qazı isə müqavilədə nəzərdə tutulmuş şəkildə yox, qeyri- qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş iddiaçının vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar.

24. Kassatorun mövqeyinə görə, apelyasiya instansiyası məhkəməsi tərəfindən Qazdan istifadə Qaydaları”nın 6.5, MM-nin 21, 157.5, 1091.2, MPM-in 88, 97 və 77-ci maddələrinin tələbəri pozulmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 109 6.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun:

30. Maddə

13. Bənd

1. Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir “Qaz təchizatı haqqında” Qanun:

31. Maddə

13. Bənd

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndəril məsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

32. Bənd. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün o rta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

33. Bənd

9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qa z paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi i stinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instan siyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və y a) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Qətnamədən kassasiya şikayəti verən kassator qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

45. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şi kayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1493/2023 nömrəli, 2023-cü il 12 aprel tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar